Ustadnamə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   ...   5   6   7   8   9   10   11   12   13

65 
 
  
ƏLİNDƏDİR 
Qədəri, Tanrı yazıbsa, 
Qismət, sənin əlindədir. 
Cüt piyalə, məsti-xumar 
Versən, sənin əlindədir?! 
*         *          * 
Tanrı sözü: - “Haqqı tutun”! 
Mayasıdı, inan, qutun! 
İncə, boğma, şümşad sütun 
Qıysan sənin əlindədir?! 
*         *          * 
Dil quruyar, dodaq təpər, 
Həyatdan qalmayıb əsər, 
Tək cam, dolu abi-gövsər 
Qonaq etsən əlindədir?! 
  
Bakı. 
  
  
  


66 
 
GƏLİR 
Hər gəlişin bir nəğmədi, mənimçün, 
Vəhy mələyi səninlə qoşa gəlir... 
Hər gəlişin ərmağandı mənimçün, 
Sən gəlirsən, ürək də cuşa gəlir... 
*         *          * 
Gəlişinlə, dəyişirsən iqlimi, 
Bir, aydınlıq, şövq verirsən əqlimə, 
İlk baxışdan,  kök atmısan qəlbimə, 
Hər gələndə, təzə-tər rişə gəlir... 
*         *          * 
Hər gəlişin əfsanədi, nağıldı, 
Bir də gördün, Vallah Zaur bayıldı, 
Bilirsən ki, çoxdan hayıl-mayıldı, 
Qələm qalır, əlinə tişə gəlir... 
  
Bakı. 
  
  
  
  


67 
 
BALÇİÇƏYİM 
  
Çox da ki, həsrət acıdı, 
Hər kəlməsi bal Çiçəyim! 
Ayrılıq dişin  qıcadı, 
Yetdin dada, Balçiçəyim! 
*         *          * 
Nə yaxşı ki, gəldi səsin
Tək qalmışdı kimsəsizin, 
Sirri olur, hər bir kəsin, 
Mənim sirrim, Balçiçəyim! 
*         *          * 
Səhv düşmüşdü sübhü, şəri 
Xəstəhaldı tüm günləri, 
Zaurun tək ümid yeri, 
Dərdə dərman, Balçiçəyim! 
  
26.05.2011.Bakı. 
  
  
  


68 
 
NƏDƏNDİ 
  
Yanağına qəmzə atan gülüşün, 
Ürəyimə nizə atır nədəndi?! 
Ədasıyla meh gətirən yerişin, 
Ürəyimi közə atır nədəndi?! 
*         *          * 
Sən gələndə yoxa çıxır dərd, ələm 
Cismim dəftər olur, ruhumsa qələm, 
Bir baxış atəşli gözümə məlhəm, 
İynə tək dizimə batır nədəndi?! 
*         *          * 
İstədim deyəm ki, olasan agah, 
Mat qaldım, bu işə özüm də Billah, 
Ustacın işləri Vallahi dəsgah, 
Qan-
tər içrə buza batır nədəndi?! 
  
07.06.2011. Bakı. 
  
  
  


69 
 
TUNCAYA 
  
Tanrı tutub, ağ torpaqdan mayanı, 
Gündoğandan Günbatana  sənindi! 
Nişan verib, yeddi günlük Ayını 
Əksi düşən tüm torpaqlar sənindi 
*      *      * 
Xəzəri ortaya düz qoyub nişan, 
Boynuna dolanan 
Hilal sənindi! 
Ən uca zirvələr, ən dərin göllər 
Ormanlar, dəryalar, düzlər sənindi! 
*      *      * 
Tanrının payıdı, lütf edib sənə, 
Tanrıya sarsılmaz inam sənindi! 
Ataya, Anaya, qocaya hörmət 
Sirdaşa  sədaqət, güvən sənindi! 
  
  
  
  
  


70 
 
*      *      * 
Zam
anla hökm etdin tüm yer üzünə 
Hakimiyyət sənin, höküm sənindi! 
Aman istəyəni  kəsmədin heç vaxt, 
Ən böyük ədalət, güzəşt sənindi! 
*      *      * 
Unutma ki, lap binədən belədi, 
Mərhəmətli, yuxa ürək sənindi... 
Xilas etdi, bağışladı ənamlar, 
Yamana 
yaxşılıq,  ancaq sənindi! 
*      *      * 
Döyüşdə, düşməni alnından vuran, 
Süngüsü əlində ərlər sənindi! 
Savaşda, uçağı kəməndlə  tutan, 
Qüvvəsi qolunda nərlər sənindi! 
*      *      * 
Dəli-dolu Türk oğullar cahana 
Bəxş etdiyi şərəfli ad sənindi! 
Adı gəlsə, yeri-göyü titrədən 
Qorxu bilməz,  şanlı əsgər sənindi! 
 


71 
 
*      *      * 
Çöldə simgə etdin Qurdu sancağa
Kəhər Atın ən yaxşısı sənindi! 
Ay-
yıldızı nişan tikdin Bayrağa, 
Zəkalar, dühalar tümü  sənindi! 
*      *      * 
Tutduğun yol tək Tanrının yoludu, 
Aydın zəka, tər düşüncə sənindi! 
Çoxu deyir, tay dünyanın sonudu, 
Fəqət  bilməz, yeni dünya sənindi!!! 
10.10.2011. Bakı. 
  
  
  
 
 
 
 
 
 
 


72 
 
  
OLMUŞAM 
Tay deyil marağında, 
Qalmışam fərağında, 
Fələyin darağında 
Əlçim-əlçim olmuşam! 
*         *          * 
Aramla  ötür zaman, 
Hökmə işləyir hər an, 
Dilim gəlməz, deyəm yan, 
Yanıb köz-köz olmuşam! 
*         *          * 
Rəvac verdiyin sükut, 
Ustacı edib şil-küt, 
Canımda  qalmayıb qut, 
Ruhu pul-
pul olmuşam! 
  
05.12.2011.  
Bakı. 
  
  
  


73 
 
  
ATƏŞ 
  
Bütün inancların fövqündə, Pəri! 
Süzgün bir baxışla, nəzər sal bəri, 
Nədən mataf qılmış, Yaradan səni 
Niyyətim oduna qızınmaq narın...  
*      *      * 
Günəşdən nur alan, gülüzlü dilbər, 
Çox uzun zamandı, yoxdu bir xəbər 
Sükutdan payını alıbdı əllər, 
Mizrabam, oylağım sinəsi tarın...  
*      *      * 
Ustac  
nagümana, əli göydədi, 
Gözəl nazsız olmaz, rufi-ədətdi, 
Ruhu, hüzurunda ərzi-biətdi, 
Təmənnası, olmaq qonağı yarın... 
14.07.2013. Bakı. 
  
 
  


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə