Ustadnamə


O tüfəngdir, boşu minin qorxudar



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   ...   5   6   7   8   9   10   11   12   13

83 
 
*      *      *  
O tüfəngdir, boşu minin qorxudar, 
O gecədir, səhər gəlsə yox olar, 
O ağıldır, insanlığı  ucaldar, 
Burda deyim, rəhmət düşür ustada...  
*      *      * 
Ustac üçün ən asan bu sualdı, 
Tək  YARADAN  tüm suala  cavabdı, 
Ən yaxşı dost həmsöhbətin olandı, 
Söz, söz olar  deyildiyi  
məqamda... 
 15.08.2014   
Bakı. 
  
  
  
  
  
 
 
 
 
  


84 
 
İNDİ 
(
Ustad Əbülfət Heydərə
  
Bu 5-
10 il tarix üçün bir andı, 
Ötənlərdən bir yadına sal indi. 
Dədəmiz də bir vaxt yurddan kənardı, 
Sonra döndü, ürəyimdə xal indi... 
*         *          * 
Gavır oglu lap binədən gavırdı, 
Xan var idi, tavırlar da tavırdı, 
Adi yağış çöldən evə qavırdı, 
Murdar  
gəda olub əhli-hal indi.. 
*         *          * 
Ustac deyər, ulu ustad qəm yemə, 
Allah verən uzun ömrə kəm demə, 
Bu kəlmələr necə enir qələmə??? 
Ağ kağıza gözəl bir xətt sal indi.... 
  
22.06.2015. Şamaxı. 
  
  
  
  
  
  


85 
 
  
ÇIX 
  
Biçarə aşiqdə qalmayıbdı can, 
Dilə çıx, fayda yox ürək sözündə.... 
Bərzəxdə yaşamaq zordan zor inan, 
Felə çıx, işartı görüm üzündə.... 
* * * 
Nədən gen qaçırsan, bilməm ki, məndən, 
Görsət gül üzünü, Gün şıxsın çəndən, 
Qəlbinin səsini duyuram bəmdən, 
Zilə çıx, arzular gülsün gözündə.... 
* * * 
Ustacı qoymusan çölün düzündə, 
Sarı güllər bitib, çoxdan izində, 
Haçansa talemiz gülər bizim də, 
Fala çıx, hikmət var elin sözündə.... 
23.07.2015. Bakı. 
  
  
  
  
  
  
 
  


86 
 
FİTNƏKAR 
Dodaqların baldır, dedim 
Arı kimi sancdın məni…. 
Yanaqların aldır, dedim 
Alov kimi sardın məni…. 
*     *    * 
Atəşi  əli ucunda, 
İynəsi dili ucunda. 
Kəməndi teli ucunda, 
Felə fəda etdin məni…. 
*      *     * 
Ustac olub, xal əsiri, 
“Fitnə” quran fel əsiri, 
Qəlbi şirin dil əsiri, 
Ruhu talan etdin məni…. 
06.12.2015. Bakı. 
  
  
  
 
  


87 
 
GÖRÜM 
  
Üzünü üzümə uzaq tutmusan, 
Görüm, üzün üzə üz ilə gülsün.... 
Gözünü gözümə duzaq qurmusan, 
Görüm, gözün gözə naz ilə gülsün.... 
*      *      * 
Yaradan yadını yad tutub mənə, 
Yadım heç, yadını yad tutub mənə, 
Doğmam, doğmalığın yad  tutub mənə, 
Görüm, gül cəmalın nur ilə gülsün.... 
*      *      * 
Zaur zəvvarlıqdan qalıb kənarda, 
Həcərül Əsvədim, Zəm-zəm iraqda, 
İhramım bükülü qalıb qıraqda, 
Görüm, arzuların üzünə gülsün.... 
  
17-
24.05.2015. Bakı. 
  
  
  
  
  
  


88 
 
GÜLSÜN 
  
Bir baxıb, baxmamaq olurmu, Gülüm? 
Dil qəlbin oxusun, göz gözə gülsün... 
Qaynayıb, axmamaq olurmu, Gülüm? 
Sözlər gül qoxusun, göz gözə gülsün... 
*      *      * 
Al rəngli tər qönçə bəzək gül üzə, 
Ruhun mehman ola, gəzək gül üzə, 
Süz dolsun qədəhlər içək, gül üzə, 
Üz üzə toxunsun, göz  gözə gülsün... 
*      * 
Ustacam, söyləməm, heç zaman yarın, 
Çoxdan cəzbindəyəm, sənin tək yarın, 
Əgər, inanmırsız bu qəlbi yarın, 
Arzular qovuşsun, göz gözə gülsün... 
22.05.2015. Bakı. 
  
  
 
  


89 
 
GÖR 
  
İçimi içindən yeyən arzular 
Qorx, bir gün yığışıb canımı üzə, 
Neyləyim, bu könül səni arzular 
Bax, nələr gözümdə çıxıbdı üzə... 
*      *      * 
Demirəm, özünü gəl unut tamam, 
Bunu 
istəmirəm, mümkünsüz, tamam, 
Səndən istəmirəm, bir baxış tamam, 
Gözucu bir nəzər ayıbmı üzə??? 
*      *      * 
Gör, işin harası dil açıb Ustac, 
Xəfif təbəssümə qalıbdı möhtac, 
Əlacı onadı eləyib merac, 
Günəşin səmt tutub, yön alıb üzə... 
24.05.2015. Bakı. 
  
  
 
  


90 
 
GÖZÜN GÖZÜ 
  
Gülən gözün gözəlliyi gözəldir, 
Gülən gözü görünməyən göz görər.... 
Gözün gülür, gözün gözü gülməyir, 
Gözdə gözü görünməyən göz görər.... 
* * * 
Gözü gözdən gözün gözü gizlədir, 
Gözdə gözü gözün gözü gizlədir, 
Gözün gözü gözümüzdə gizlidir, 
Gizl
i gözü görünməyən göz görər....  
* * * 
Göygöz giryan, gözü gülməz, gülümsər, 
Gülən gözün gözü gözdən gülümsər, 
Gülməyən göz, gözə gözdən gülümsər, 
Giryan gözü görünməyən göz görər...... 
21.09.2015. Bakı. 
  
  
 
 
 
 
  


91 
 
SEV 
Sən sev, səni sevəni, seçibdi sevgi səni, 
Sevməyəni sevənlər sevgisində suçludur.... 
Sevdiyini söyləyən, seçibdi sevgisini, 
Sevgisin sezdirməyən sevgisində suçludur.... 
*     *     * 
Sevgi, sevib- 
sevilmək, sevənin  sevincidir, 
Sevgi,  
sonsuz səxavət, sevdanın sonucudur, 
Sevgi, 
sona sərmayə, sabahın sulqucudur, 
Sevgisin sezdirməyən, sevgisində suçludur.... 
*     *       * 
Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız, 
Sevib, sezdirməməyi sultanlıqmı  sanırsız???? 
Sevməyəni sevməyi sədaqətmi sayırsız???? 
Sevdiyini sevdirən sevgisində suçludur.... 
23.09.2015. Bakı. 
  
  
  
 
  


92 
 
EY  QOCA   QURD 
Ey Qoca Qurd, çaqqalların ulamağı boşa deyil, 
Qızıl qanlı boz pəncəni yalamağa tələsirlər!!!! 
Kaftarların umacağı sür-sümükdən artıq deyil, 
Üzdə  hürüb, sürüsündən ayrı düşcək tir-tir əsər!!!! 
*      *      * 
Çaqqalların adı çaqqal, tulaların adı tula.... 
Səndən olub, atam Qurddu deyənlərə nə deyəsən???? 
Üzü dönük, səndən olan bizdən deyil onu tulla!!!! 
Unut getsin, boz dünyanın boz üzünü çox görmüsən.... 
*      *      * 
Üzdən sənə oxşasa da, yerişini yerisə də 
Hərdən Qurda girişsə də, köpəyə köpək deyərlər!!!! 
Lap ağaca dırmansa da, köpək oğlu köpəkdir də 
Aqillər də yaxşı deyib: - “itlər hürər, karvan keçər”!!!! 
*      *      * 
Ey Qoca Qurd , karvanının yolun üstdə duranların, 
Heç biri yox 
– adı itib, qalmayıbdı  izi-tozu.... 
Keçidlərdə,  pusu qurub, tülkü kimi yatanların, 
Hiylələri boşa çıxıb, oyulubdu tülkü gözü!!!! 
*      *      * 


93 
 
Ey Qoca Qurd, mənzilini düz  seçmisən – duruş gətir.... 
Gecə sirdaşın Ay, Ulduz, gündüz  pənahın Günəşdi.... 
Nələr gördün bu dünyada, bunlar da sənə vız gəlir.... 
Ürəyin saf ırmak suyu, ruhun sönməz  bir atəşdi!!!! 
22.11.2015. Bakı. 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
BİLİRƏM 


94 
 
Bilirəm qəlbində yuva qurmuşam, 
Bəlkə də sinənə yara vurmuşam, 
Bilmirəm heç yönü hara durmuşam, 
Səni görən gündən itibdi, qibləm .... 
* * * 
Verdiyin salamı ala bilmədim
Dedin qal yanımda, qala bilmədim, 
Sənin istədiyin ola bilmədim, 
Gərək əfv edəsən kəmdi, səriştəm .. 
* * * 
Ustacın ürəyi yuxadan yuxa, 
Nə vara inanır, nə də ki, yoxa, 
Tutuşub fələklə kim yıxa, yıxa, 
Sən qahmar durmasan inan ki, təkəm.... 
03.12.2015. Bakı. 
  
  
  
  
  
  
  
  
  
  


95 
 
  
İNDİ 
  
Oyanıb, yerimdə qalmışam, oyaq 
Əlimi “yerinə” sürtürəm, indi 
İndi burda idin, indicə, bayaq 
Haraya qeyb oldun, hardasan, indi??? 
* * * 
“Xoşbəxtliyin tacı” əlimdə idi, 
Mataf 
“abi-kövsər” ovcumda idi, 
Ədndən bir “huri” yanımda idi, 
Əlimi yerinə sürtürəm, indi... 
* * * 
Diyən, “yerin” isti, məni qınama, 
Ustac sözdə bütöv, tanı, sınama, 
Bir mərrə ağlı yox, onu unama, 
Haraya qeyb oldun, hardasan, indi??? 
  
22.02.2
016(4:44) Bakı. 
  
  


96 
 
 
KƏLLƏ-MAYALLAQ 
  
Yenə ayılmışam, alayarımçıq, 
Sənsiz yuxularım kəmşirin olub, 
Dərin yuxularım, çox dayazlaşıb, 
Susuz quyularım, səpsərin  dolub; 
* * * 
Ağaclar dayanıb, təpə  aşağı, 
Nənələr tay yığmır, çöldə başağı, 
Babalar çirməmir, çayda qurşağı, 
Görməz baxışlarım, çəpərin olub; 
* * * 
Ustac  
işıqlıya  həsrət  biləsən, 
Bu dastan dünyaya ibrət  biləsən, 
Dünya da  
dünyada nemət  biləsən, 
Sevməz  duyğularım, yavərin olub…. 
  
26.02.2016 (6:36). Bakı. 
  
  
  


97 
 
QUCAĞINI GENIŞ AÇ… 
Gizir  
Pəncəli Teymurova həsr olunur.) 
Qucağını geniş aç, gəlirəm Ana Torpaq, 
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, 
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, 
O qutsal əmanətin, ünvanına yetibdi…. …. 
Sancmışam Sancağımı, rahat gəlirəm indi…. 
* * * 
Səhər-axşam deyərdim, bu canım sənə fəda, 
Nə olur mənə olsun, təki sən görmə qada, 
“Komandir yaxşı olsa, ordunu verməz bada”, 
Komutanım öndədir, gül-çiçək düz yoluna…. 
Sıra ilə gəlirik, yol ver girək qoynuna…. 
* * * 
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, 
Xəyalım gerçək olub, sevinməsin düşmənim, 
Dualarım qəbuldu, daha nəyi gözləyim???? 
Ana, sən də gözünün qorasını sıxma ha… 
Oğulun adı üstə, qurban gedər torpağa!!!! 
12.04.2016. Bakı. 
  
  
  
 
 
  


98 
 
TUTQU 
(
Qurbaninin ruhu şad olsun…) 
Qönçə dodaqların bal süzür indi
Kişmişin yaxşısı quşa qalan tək…. 
Taclı tər çiçəyin,  məs  gəzir indi, 
Aranın  al narı  Muşa varan tək…. 
* * * 
Qırmızı, gündöyən yeri almanın, 
Dümağdı, gündəyməz  zehi heyvanın, 
Paçalı, bütövdən şirindi narın, 
Şərabın köhnəsi nuşa yatan tək…. 
* * * 
Ustacın bir mərrə ağlı qalmayıb, 
Nə çox, dağlar yarıb, səhra dolanıb, 
Armudun yaxşısı ayıya qalıb, 
Naşının xırmanı qışa qalan tək…. 
21-
23.04.2016. (11:25) . Bakı. 
  
  
  
  
  
  
  


99 
 
VURĞUN  VƏTƏNDİ… 
(
Vurğuna
Vurğunam, Vurğunun vurğunluğuna, 
Vətən varlığıydı, Vətən varıydı… 
Vətəndə vətənsiz Vurğunluğuyla, 
Vətənin varlığın vurğulayırdı…. 
* * * 
Varam, Vurğunumun vurğunluğuna, 
Varıynan varmışdı varılmayana, 
Vətənin vəkili Vəkiloğluna, 
Vətən vüqariydı, Vətən varıydı…. 
* * * 
“Vurğunam”, Vətənin varı varımdı, 
Vecsizlər vulqarlıq vurğulayırdı, 
Vurğunsa, Vətənə Vətən verirdi, 
Vətən Vurğunuydu, Vurğun Vətəndi…. 
24.04.2016 . Bakı. 
  
  
  
  
  
 
 
  
  


100 
 
PƏNCƏRƏ 
(baş:09:31) 
Bahar gəlib pəncərəmə, 
Ürəyimə gələ bilmir.... 
Lap dayanıb qəlb evimə, 
İçəriyə girə bilmir.... 
* * * 
O, zənn edir düz gəlməyib, 
Neçə yazdır naz eyləyir.... 
Deyirəm ki, düz tuş gəlib, 
Mən dediyim az eyləyir.... 
* * * 
Ustac, sənə düz eyləyir, 
Nə eləyir saz eyləyir.... 
Sən deyirsən naz eyləyir, 
Hər nə edir, az eyləyir.... 
(bit:09:39) 
28.04.2016. Bakı. 
  
  
  
  
  
  
  
  


101 
 
  
TUR  ALACAM 
(
Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən
(baş:09:56) 
Dədəm qorqud səhv ad verməz, 
Doğulmuşuq tur almağa!!!! 
Od ərənlər öc saxlamaz, 
Doğulmuşuq öc almağa!!!! 
* * * 
Gözlərimin içinə bax, 
Gözünüzü oyacağam!!!! 
Hünərin var, tur düzənlə, 

m turları alacağam!!!! 
* * * 
Sanma, qanı qalar yerdə, 
Törəmizdir, alacağam!!!! 
Tək atamın qanın deyil, 
Haqqımızı alacağam!!!! 
* * * 
Yağmurlu günü sal yada, 
Yenə taxtu-tac alacam!!!! 
Tarixdə yüz il, bir gündü, 
Geci- tezi bac alacam!!!! 
(bit:10:25) 
28.04.2016 Bakı. 
  


102 
 
OLUB 
(Dilbilməzə) 
Qurbani babamdı, Ələsgər dədəm! 
Söz bizə müştaqdı, biz sözə müdəm! 
Naşılıq sözündən məlumdur, didəm! 
Qanmazın pendiri təkədən olub!!!! 
*   *   * 
Çox bəşər görmüşəm, şəsti yerində, 
Baxırsan insandı, büstü yerində, 
Vidi v
ar, forsu var, postu yerində, 
Qabının qapağı ləçəkdən olub.... 
*   *   * 
Ustac, nələr gördün sən bu dünyada, 
Bütün arzulara yetdin, nəmxuda, 
Nöqsandı dünyaya, qəbul et, bu da 
Çoxunun mayası lüləkdən olub.... 
  
17.05.2016. Bakı. 
  
  
  
  


103 
 
 
QARABAĞ ATI 
 
Anası Günəşdi, atası Aydı, 
“Qıratdı”, “Düratdı” Qarabağ Atı!!!! 
Tanrı ərmağanı,  butadı,  paydı, 
Baratdı, muraddı, Qarabağ Atı!!!! 
* * * 
Rəngini veribdi, ana-atası, 
Hələ görünməyib, ola xatası, 
Telinin əksikdi,  şana, fatası, 
Namusdu, iffətdi, Qarabağ Atı!!!! 
* * * 
Cahanı edibdi, özünə heyran, 
Utanar baxmağa üzünə ceyran, 
Tüm aləm səkməyən güzünə qurban, 
Hörmətdi, izzətdi, Qarabağ Atı!!!! 
* * * 
Qumralı, səkili, məxsus qaşqası, 
Bu dərdi anlamaz, əfsus başqası, 
Gəzir oylağında donuz çoşqası, 
Küskündü, incikdi, 
Qarabağ Atı!!!! 
* * * 
Bir  dünya incisi çəkir əziyyət, 
Əriyir, yox olur, itir məziyyət, 
Ustaca tanışdır təbir, vəziyyət, 
Köçkündü, qəribdi  Qarabağ Atı!!!! 
 
21.07.2016. 23:45(15′) . Bakı. 
 
 


104 
 
YARIM BARDAQ 
O yarım buraxdığın 
Bardaq, de yadındamı???? 
Sen 
gedəndən düz üç gün 
Söndürübdü yanğımı…. 
* * * 
Dodağın dəyən yerdən 
Öpmüşəm, neçə kərə…. 
Dadsız şüşə o gündən 
Dönüb bala, şəkərə…. 
* * * 
Sənin tutduğun yerdən 
Çalışmışam tutmağa…. 
İz tapanda izindən 
Qanad olmur uçmağa…. 
* * * 
Bütə dönüb, bu bardaq 
Bəzəyidir evimin…. 
Üstündə barmaq-barmaq 
Bəzəyi var əlinin…. 
* * * 
Qalan son damlaları 
Qıymadım. içəm özüm…. 
Qonaq etdim gülləri, 
Belə bulundu çözüm… 
* * * 
Dibçəklər Yer kürəsi, 
Güllər Mən, Sənsə susan… 
Heç nə yox itirəsi, 
Tay canıma hopmusan….. 
01.08.2016. 15:40 
(40′ ) Bakı. 
 
 


105 
 
YELLƏNCƏK 
  
Çiçəklər ruhumun yelləncəyidir, 
Ruhumu asmışam nar çiçəyindən... 
Arzular dünyamın gələcəyidir, 
Arzumu tutmuşam bar çiçəyindən... 
* * * 
Paklığı görmüşəm, səhər şehində 
Saflığı görmüşəm, qəhər mehində 
Könül fərahlığı zəfər zehində, 
Kamımı almışam qar çiçəyindən.... 
* * * 
Ustacın diləyi af olacaqdır, 
Saf qəlbin meyvəsi saf olacaqdır, 
Ruhumun məskəni Qaf olacaqdır, 
İlhamı almışam yar çiçəyindən... 
  
02.08.2016. 07:47 (15') Bakı. 
  
  
  


106 
 
  
YAŞIL 
  
Mənim ürəyimin rəngi yaşıldı, 
Qolumda 
saatın rəngi də yaşıl..... 
Yolumda işığın rəngi yaşıldı, 
Əynimdə köynəyin rəngi də yaşıl....  
*    *    * 
Yamyaşıl bu dünyam solmaya barı, 
Bu yaşıl dünyamda çəhrayısan sən.... 
Yamyaşıl dünyamın  çəhrayı barı, 
Yaşıllıq içində solmayasan sən.... 
*     *     * 
Hələ dərilməmiş zərif çiçəksən.... 
Budağın yaşıldı, yaşıl yatağın, 
Ləçəyi çəhrayı tuaf çiçəksən..... 
Çoxmu gözləyəcək yaşıl qonağın??? 
  
13.08.2016.  10:40 (20
’) Bakı. 
  
  


107 
 
YAXŞIDIR 
(Dostum Vüsala
Yaradan, fitrətə qoyub mayanı, 
Yaradanım sayıb, onu sayanı, 
Hamı ondan alıb sevgi payını, 
Çayın axımıyla axmaq yaxşıdır.... 
*         *         * 
Dünyanın təməli sevgi içində, 
Dahilər hamısı işin içində, 
Sevgisiz bir dünya yox biçimində, 
Gedilmiş çığırla getmək yaxşıdır........ 
*         *         * 
Ustac 
da çox vurub, daşa-divara, 
Sonunda gəlibdi yetkin qərara
Müşküllər möhtacdır tək bu açara, 
Yamana yaxşılıq etmək yaxşıdır.... 
22..08.2016.  12:21 (12
’).     Bakı. 
  
  
 
  


108 
 
SÖZ  HAQQINDA  SÖZ 
  
Söz 
“Müəllifin kimliyindən asılı olmayaraq sözün mənbəyi təkdir, 
ancaq zaman və məkan şərtdir.” 
  
Deyim 
“Ustaca görə yazarlar, ancaq yazarlar… Şübhəsiz ki, hikmət və 
söz Uca Yaradana məxsusdur. Biz sadəcə diktə olunanları 
qələmə alan, qələm tutan qullarıq – qələmin sahibi də odur…” 
  
İnam 
“NƏSİMİ FƏTH ETDİ, HƏQİQİ ELMİ 
YARADAN, HƏR KƏSİN ÖZ İÇİNDƏDİR. 
XEYİR DƏ SƏNDƏDİR, ŞƏR DƏ ÖZÜNSƏN 
ALLAH DA ŞEYTAN DA BU BİÇİMDƏDİR…” 
  
Tövsiy
ə 
“Elə yazın ki, qələm vəballısı olmayasız…” 
  
  
  


109 
 
                        Maraq üçün
 
 
Zaur Ustac 8 yanvar, 1975-
ci ildə Bakı şəhərində anadan olmuş, 
ilk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində 
almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali 
Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və 
Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam 
etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və 
halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən 
etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac «Yazarlar» 
jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac 
«GÜNAYDIN
“ («AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR 
OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, 
“MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM 
KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, 
“GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ…”, 
“QƏLBİMİN  AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, 
"ÇƏHRAYI  KİTAB",  "OTUZ İLDİR, ƏLDƏ QƏLƏM"   kimi 
şeirlər kitablarının, "USUBCAN  ƏFSANƏSİ" adlı  məqalələr 
toplusunun  
və Azərbaycan Respublikasının Milli Qəhrəmanı 
Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ 
ORİYENTİR ULDUZU” kitabının müəllifidir
.
 
Ustaca görə, yazarlar, ancaq yazarlar... Yəni şübhəsiz ki, 
hikmət və söz  Uca Tanrıya məxsusdur. 
Biz sadəcə diktə olunanları qələmə alan, qələm tutan qullarıq- 
qələmin sahibi də odur...  

Ustaclıyam, əlim ərşi-əlada, 
Bu nə sitəm, millətim nə bəlada???!!! 
                               


110 
 
                                  Zaur  USTAC 
                
Mustafayev  Zaur  Mustafa oğlu  
                            
“USTADNAMƏ”   
                   (Kitab 
haqqında kitab) 
                                
¼ 
 
Elektron n
əşr: 
 
Texniki redaktor: Tunc AY
 
T
ərtibatçı:  Gülü 
Kitab  Yazarlar -
ı  ko püter  ərkəzində yığılıb. 
T
əşkilati dəstək: 
www.ustac.az
 
(
Qeyri- kommersiya

Elektron  Kitab  Zaur  Ustac  yaradıcılığının  “30”  illik yubley 
t
ədbirləri çərçivəsində  nəşr olunan 13-cü  kitabdır. 
                         (Y-30-EK-13-ZU) 
Bütün hüquqlar mü
əllifə məxsusdur.                                    
Çapa i zala dı:  .  4.
8. 
Əlaqə: 
zauryazar@mail.ru
 
Pulsuz. 
F/b:  
Zaur Ustac
 
  


111 
 
 
Qeyd: 
 
 
Fotonun və üzqabığının müəllifi, Gülü xanımdır.(Orijinal
  
  
  
  
  
 
 

Document Outline

  • YAZARLAR.AZ - Yazarlar  jurnalının  yaranma  səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq  yayımlanmaq problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək,  yaradıcılığın 30 illi...
  • Mükafat ildə bir dəfə, yalnız  bir  nəfərə  28  May  Respublika  Günü  ərəfəsində - əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə  qdər çap olunub, laureata  təhvil veriləcək.  Mükafat barədə ...
    • Postda dayanmışdım, üç güllə
    • lap, yanımdan ötüb, torpağa düşdü.
    • F/b:  Zaur Ustac

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə