Ustadnamə



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix28.06.2018
ölçüsü0,65 Mb.
#51980
1   2   3   4   5   6   7   8   9   ...   13

21 
 
*      *      * 
Xəzəri ortaya düz qoyub nişan
Boynuna dolanan Hilal sənindi! 
Ən uca zirvələr, ən dərin göllər 
Orma
nlar, dəryalar, düzlər sənindi! 
*      *      * 
Tanrının payıdı, lütf edib sənə, 
Tanrıya sarsılmaz inam sənindi! 
Ataya, Anaya, qocaya 
hörmət 
Sirdaşa  sədaqət, güvən sənindi! 
*      *      * 
Zamanla hökm etdin tüm yer üzünə 
Hakimiyyət sənin, höküm sənindi! 
Aman istəyəni  kəsmədin heç vaxt, 
Ən böyük ədalət, güzəşt sənindi! 
*      *      * 
Unutma ki, lap binədən belədi
Mərhəmətli, yuxa ürək sənindi... 
Xilas etdi, bağışladı ənamlar, 
Yamana yaxşılıq,  ancaq sənindi! 
*      *      * 


22 
 
Döyüşdə, düşməni alnından vuran, 
Süngüsü əlində ərlər sənindi! 
Savaşda, uçağı kəməndlə  tutan, 
Qüvvəsi qolunda nərlər sənindi! 
*      *      * 
Dəli-dolu Türk oğullar cahana 
Bəxş etdiyi şərəfli ad sənindi! 
Adı gəlsə, yeri-göyü titrədən 
Qorxu bilməz,  şanlı əsgər sənindi! 
*      *      * 
Çöldə simgə etdin Qurdu sancağa, 
Kəhər Atın ən yaxşısı sənindi! 
Ay-
yıldızı nişan tikdin Bayrağa, 
Zəkalar, dühalar tümü  sənindi! 
*      *      * 
Tutduğun yol tək Tanrının yoludu, 
Aydın zəka, tər düşüncə sənindi! 
Çoxu deyir, tay dünyanın sonudu, 
Fəqət  bilməz, yeni dünya sənindi!!! 
10.10.2011. Bakı. 
  


23 
 
Yazandan sonra oturub bu şeiri oxuyuram
“Döyüşdə, düşməni alnından vuran, 
Süngüs
ü əlində ərlər sənindi! 
Savaşda, uçağı kəməndlə  tutan, 
Q
üvvəsi qolunda nərlər sənindi!”  
bu bəndə çatanda dayandım. Özüm-özümə deyirəm, bu lap ağ 
oldu ki, 
“Savaşda, uçağı kəməndlə  tutan,” bu boyda şişirtmə 
olmaz. Bu bəndi sildim. Gördüm nəsə əlaqə pozulur bir –neçə 
bənd sildim. Şeir oldu heç. Qoydum kənara. Bu hadisədən bir 
müddət keçəndən sonra kitab dükanlarının birində almaq üçün 
kitab seçirəm. Birdən əlimdəki göyüzlü, hələ kimdən, nədən 
bəhs etdiyi mənə məlum olmayan kitabın üzqabığına çıxarılmış 
bir cümləyə sataşdı. O cümləni olduğu kimi yazıram: -“Osman 
Baturun 11 yıla sığdırdığı əfsanəvi milli mücadiləsi dildən-dilə 
anlatıla-anlatıla gəlmişdir. Kəməndlə uçaq düşürən, düşmənə 
aman verməz cəsarəti və nişançılığı ilə dolu həyat 
mücadiləsi....” bu kəlmələri oxuyan kimi tez kitabı alıb 
dükandan çıxdım. İndi yol boyu şeirdəki sözü düşünür onun da 
təxminən bu məzmunda olduğunu xatırlayır, ancaq dəqiqiq necə 
olduğunu yadıma sala  bilmirdim. Gəlib evə çatdım. Şeiri 
yazdığım dəftəri uzun axtarışdan  sonra  tapdım. Qaraladığım 
bəndləri oxudum və heyrətə gəldim. Bu hadisədən sonra heç bir 
sözə - şeirə dəyişiklik etməyəcəyimə mümkün qədər olduğu 
kimi vaxtında və dəqiq qeyd edəcəyimə söz verdim. 
İndi qayıdaq birinci şərtə gen – nəsil barədə bir balaca açıqlama 
verim. Burada onu qeyd edim ki, bu yazdıqlarımı  psixoloqlar, 
ədəbiyyatçılar, tədqiqatçılar və ümumiyyətlə araşdırmaya 
həvəsli hamı üçün birinci mənbəədən maraqlı qaynaq hesab 
edirəm. Deməli mənim atam da uşaqlıq və gənclik illərində şeir 
yazıb, indi yazırsa da mənə məlum deyil. Mən yuxarıda da qeyd 


24 
 
etdiyim kimi vaxtını dəqiq bilməsəm də erkən yaşlardan şeir, 
hekayə, məqalə yazıram. İndi isə hamısı gözümün qabağında 
olan, rahat araşdıra bildiyim qızımın yazdıqlarıdır. Deməli, Gülü 
5 yaşından etibarən gözümün qabağında şeir yazmağa başlayıb. 
Özü  
də çox səliqəsizdi. Evdə, özünün nə qədər dəftəri olsa da 
görürdün əzik-üzük bir vərəğə iki sətir ya dörd sətir yazıb 
gətirib. Ata bax  “şeir”  yazmışam.  Ancaq onu qeyd edim ki, 
onun artıq 9-10 yaşında yazdıqlarına şeir demək olar. Yəqin ki, 
o məndən çox qabaqdadır. 
Əziz və dəyərli oxucum bu uzun – uzadı,  nala – mıxa 
vurmalarla səni yorsam da, yeganə məqsədim çox uzun zaman 
ərzində böyük çək–çevirlərlə yəqinləşdirdiyim  cüzi mətləbləri 
sənə çatdırmaq oldu. Yuxarıda oxuduqlarının hamısı real həyat 
hadisələridir. Ya gərək bu və ya buna oxşar mülahizələri qəbul 
edək, ya da söz məsələsini də dünyanın bizim üçün hələ də 
qaranlıq qalan digər sirləri sırasına qoşaq. Seçim sənindir. Bu 
işdə hamımız özgürük. Sən bir başqa cür düşünə bilərsən. Mən 
bir başqa fikirdəyəm. Mənim sənə çatdırmaq istədiyim 
bunlardan  
ibarət idi.  İndi keçək əsas məsələyə. Növbə 
şeirlərindir. 
  
21.08.2016.  
Bakı. 
Zaur USTAC. 
  
  
  
 
 


25 
 
 
          1 
      -------- 
          4 
  
Mən aşiq dərə yaxşı, 
Dağ yaxşı, dərə yaxşı, 
Çiçəyin pisi olmaz 
Dərənlər dərə yaxşı... 
  
 
 
 
 
 


26 
 
                             
“Elə yazın ki, qələm vəballısı olmayasız....” 
                                                                                 
(Müəllifdən)  
DÜNYA 
Ey dünyaya 
yaman dünya deyənlər, 
Halva deyib, ağız şirin edənlər, 
Ayaq üstə min yuxuya gedənlər, 
Dünya 
həmən, həm də gözəl dünyadı.... 
*         *          * 
O, bizik ki, dondan-
dona düşərik, 
Motal kimi şorlu-şorsuz şişərik, 
Ocağımız köz tutmamış bişərik, 
Dünya 
həmən, həm də gözəl dünyadı.... 
*         *          * 
Ustac deyər, us ilk gündən qayıbdı, 
İnsan oğlu, insanlığa ayıbdı, 
“O” neynəsin,  kim yolundan cayıbdı???? 
Dünya həmən, həm də gözəl dünyadı.... 
  
14.08.2016.  09:44 (14
’).     Bakı. 
  
 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə