Vahid miLLİ İmtahanlara necə hazirlaşmali



Yüklə 7,69 Kb.
Pdf görüntüsü
səhifə2/38
tarix14.06.2018
ölçüsü7,69 Kb.
#49051
1   2   3   4   5   6   7   8   9   ...   38

 
 
 
 
 
 
 
G i r i ş 
 
 
Gürcüstanın  ali  məktəblərində  abituriyentlərin  qəbulu  üçün  2005-ci  ildən  vahid  milli 
imtahanlar keçirilir. Qəbul imtahanlarında fənn testləri ilə yanaşı, ümumi qabiliyyət testlərindən də 
ist
ifadə olunur. 
Milli  imtahan  mərkəzi  2004-cü  ildən  yardımçı  materiallar toplularını  nəşr  edir. 
Abituriyentlər  onların  vasitəsi  ilə  ümumi  qabiliyyət  testinin  mahiyyəti,  strukturu  və  testləşdirmə 
üsulu 
ilə tanış olurlar. 
Bu topluda testin h
ər bir hissəsinə (blokuna) aid olan tövsiyələr verilib. Həmçinin,  müxtəlif 
ill
ərdə istifadə olunmuş bəzi tapşırıqların həlli üsulu təfsilatı ilə təsvir olunmuşdur. Bu tövsiyələrin 
köm
əkliyi ilə abituriyentlər sərbəst iş üçün olan tapşırıqları yerinə yetirə bilərlər. İmtahan prosesi 
il
ə  əlaqədar tövsiyələr hissəsində  testləşdirmənin  yarımelektron  formatına  keçməyə  səbəb olan 
yenilikl
ərlə tanış ola bilərsiz. 
Topluda 2014-
cü  ilin  test  imtahanlarının  variantlarından  biri  təqdim  olunmuşdur.  Onların 
yerin
ə yetirilməsi abituriyentlərə öz qüvvələrini yoxlamaq imkanı verəcəkdir.  
Toplunu b
əzi qabiliyyət  testinin,  test  tapşırıqlarının  yerinə  yetirilməsi prinsipləri, 
testl
əşdirmə prosedurları ilə əlaqədar olan tövsiyyələr haqqında videomaterial müşayiət edir (sayta 
bax. 
https://www.youtube.com/watch?v=57kvVZvQAxo&list=PLKAPkcobt0caANhztnxEfcGbj5IBwO
Q-V
 ). 
 
 
Ümumi qabiliyy
ət qrupu sizə vahid milli imtahanlarda uğurlar arzulayır! 
 
 
 
 
 
 
 
 
 
 
 



Ü
MUMİ QABİLİYYƏT TESTİ 
 
TESTİN ÜMUMİ SƏCİYYƏSİ 
 
 
Ümumi qabiliyyət nə deməkdir 
Ümumi  qabiliyyət  termini  dedikdə,  informasiyanın  eyni  bərabərdə  işlənib  hazırlanması, 
məntiqi  təfəkkür,  hadisələr  arasında  mühüm  istiqamətlərə  nail  olmaq  qabiliyyəti  nəzərdə  tutulur. 
Həyati tələbatlara müvafıq münasibət bəslənməsinin və insanın ətraf mühitə uyğunlaşmasının əsası 
məhz  budur.  Hər  hansı  intellektual  fəaliyyətin  uğur  qazanması  bu  qabiliyyətlərin  inkişafından 
asılıdır. Ümumi qabiliyyət bu və  ya digər konkret sahədə, məsələn,  riyaziyyatda, musiqidə və s. 
spesifik qabiliyyətdən fərqlənir. 
Ümumi  qabiliyyət  özünü  universal  intellektual  əməliyyatlar  (təhlil,  sintez,  ümumiləşdirmə, 
mücərrədləşdirmə)  halında  əks  etdirir  və  insanda  tədriclə  inkişaf  edir.  Bu  qabiliyyəti  məşğələ, 
qiraət,  elm  və  mədəniyyətlə  əlbirlik,  insanlarla  ünsiyyət  formalaşdırır.  Beləliklə,  abituriyent  orta 
məktəbdə təhsil və müxtəlif sahədə həyat təcrübəsi qazanmaq prosesində illər ərzində bu imtahana 
hazırlaşır. 
 
 
Ümumi qabiliyyət testi nədir və о nəyi yoxlayır 
Ümumi  qabiliyyət  testi  alt  məktəbdə  bilik  qazanmaq  üçün  zəruri  olan  müxtəlif  formada 
təqdim edilmiş informasiyanın qavranışı və təhlili qabiliyyətini elmi dəqiqliklə müəyyənləşdirir və 
qiymətləndirir. Məhz buna görə də о abituriyentlərin seçilməsində səmərəli vasitələrdən biridir. 
Bir  çox  tədqiqatlar  sübut  etmişdir  ki,  ümumi  qabiliyyət  testindən  yüksək  qiymət  alan 
abituriyentlər az miqdarda bal toplamış abituriyentlərdən daha yaxşı oxuyurlar. Ümumi qabiliyyətin 
testləşdirməsi ali məktəblərdə abituriyentlərin mümkün ola bilən nailiyyətlərini proqnozlaşdırmağa 
imkan  verir.  Tələbələrin  bu  cür  testlər  əsasında  seçildiyi  ölkələrin  təcrübəsi  tədqiqatçıları 
testləşdirmənin  nəticələrinin  yalnız  tədris  deyil,  həmçinin  peşə  uğurları  baxımından  da  yüksək 
proqnozlu 
imkanları olduğuna əmin etmişdir. 
Ümumi qabiliyyət testi abituriyentlərin ali məktəbdə təhsili davam etdirmək üçün nə dərəcədə 
hazırlıqlı olduğunu özünün müəyyən etməsinə kömək edir. 
Ümumi  qabiliyyətin  testləşdirməsinin  standart  üsulu  və  vahid  qiymətləndirmə  sistemi 
dedikdə,  hər  bir  abituriyent  üçün  bərabər  şərait  yaradılması  nəzərdə  tutulur  ki,  bu  da  əslində 
nəticələrin saxtalaşdırılmasını yaxud eybəcərləşdirilməsini istisna edir. Digər imtahan formaları ilə 
müqayisədə  testləşdirmə  daha  çox  obyektivdir  və  müxtəlif  subyektiv  amillər  (məsələn,  imtahan 
götürənin  qərəzli  münasibəti)  ona  az  təsir  göstərir.  Bununla  yanaşı,  testləşdirmə  nisbətən  qısa 
müddət ərzində xeyli abituriyentin eyni vaxtda imtahan verməsi üçün səmərəli vasitədir. 
 
 
Ümumi qabiliyyət testi necə yaradılır 
Ümumi qabiliyyət testini mütəxəssislər qrupu yaradır. Onun üzərində psixoloqlar, filoloqlar, 
riyaziyyatçılar və məntiqçilər işləyir. Test beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanır. 
Test  üzərində  iş  mərhələlərlə  aparılır:  əvvəlcə  testin  ayrı-ayrı  tapşırıqları  yaradılır.  Hər  bir 
tapşırıq əvvəlcədən hərtərəfli yoxlanılır. Sınaq testləşdirməsi vasitəsi ilə tapşırıqların mürəkkəblik 
səviyyəsi və abituriyentlərin qabiliyyətinə görə bu və ya digər tapşırıqla obyektiv surətdə dərəcələrə 
ay
rılmasının nə dərəcədə yaxşı baş tutmasının səciyyəsi müəyyən edilir. 
Statistik yoxlama və ekspertin qiyməti əsasında testin son variantları üçün tapşırıqlar seçilir. 
Test məzmun və mürəkkəblik baxımından müxtəlif tapşırıqların bütöv spektrini əhatə edir. 
 
 
 



Testin strukturu 
Elmi t
ədqiqat nəticəsində ümumi qabiliyyətin aşkara çıxarılmasının bir sıra sahəsi müəyyən 
edilmişdir:  Onların  arasında  əsas sahələr verbal, dil və  riyazi sahələrdir. ümumi qabiliyyəti 

əyyən etmək  üçün  yaradılmış  testdən məqsəd məhz verbal və  riyazi (kəmiyyət təfəkkürü) 
qabiliyy
ətin adekvat qiymətləndirilməsidir. 
Test icrası xüsusi-fənn biliyi tələb etməyən müxtəlif tipli tapşırıqları özündə birləşdirir. Hər 
hansı sosial-mədəni mühitdə yaşayan abituriyent onun öhdəsindən gələ bilər. 
Testd
ə 80 tapşırıq təqdim edilmişdir, onlardan 40-ı verbal, 40-ı isə riyazi tapşırıqlar olacaqdır. 
Ümumi qabiliyy
ət testinin hər tapşırığının ehtimal olunan dörd yaxud beş cavabı olacaqdır ki, 
onlardan da ancaq biri düzgündür. 
 
Verbal hiss
ə 
Akademik bilik qazanmaq üçün z
əruri olan dil qabiliyyəti, xüsusi elmi mətnin başa düşülməsi 
v
ə  təhlili, həmçinin məntiqi,  ardıcıllıqla  düşünmək qabiliyyəti testin verbal hissəsi vasitəsi ilə 
yoxlanılır. 
Testin bu hiss
əsi aşağıdakı tipli tapşırıqları əhatə edir: 
• Analogiyalar 
• Cüml
ənin tamamlanması 
• M
əntiq 
• Oxunulmuş mətnin ətraflı düşünülməsi 
 
Analogiyalar 
(10-12 
tapşırıq)
 
Bu tipli tapşırıqlar vasitəsilə aşağidakılar yoxlanılır: 
• Sözl
ərin mənasını bilmək / onlara nüfuz etmək qabiliyyəti 
• Sözl
ərin mənaları arasında mühüm əlaqələri, münasibətləri yaratmaq qabiliyyəti 
• Oxşar münasibətləri aşkara çıxarmaq qabiliyyəti 
 
Cüml
ənin tamamlanması 
(8-9 
tapşırıq) 
Bu tipli tapşırıqlar vasitəsilə aşağıdakılar yoxlanılır: 
• Söz v
ə ifadələri bilmək / onlara nüfuz etmək qabiliyyəti 
• Cüml
ənin müxtəlif hissələri arasında fikir uygunluğu yaratmaq qabiliyyəti 
 
M
əntiq 
(8-9 
tapşırıq) 
Bu tipli tapşırıqlar vasitəsilə aşağidakılar yoxlanılır: 
Mövcud göst
əricilər əsasında düzgün nəticə çıxarmaq   qabiliyyəti 
• Mövcud    göst
əricilər    əsasında    ifadə    edilmiş        ehtimalı        tənqidi    surətdə 
qiym
ətləndirmək qabiliyyəti 
 
Oxunan m
ətnin başa düşülməsi 
(iki m
ətn və onlarla əlaqədar 12-14 sual) 
Abituriyentin m
ətni adekvat surətdə  anlayib dərk etmək qabiliyyəti mətnin bu hissəsi 
vasit
əsilə yoxlanılır. 
M
ətni oxuyub dərk etdikdən sonra abituriyent aşağıdakılara cavab verməlidir: 
Kontekst
ə aid olan sözlərin təyin olunmasını tələb edən suallara 
• Vasit
əsi ilə  mətndə  verilmiş  informasiyanın  başa  düşülüb  dərk edilməsi qabiliyyətini 
qiym
ətləndirmək mümkün olan suallara 
• İnformasiyanı təhlil və sintez etmək qabiliyyətini qiymətləndirən suallara. 
 
 



Yüklə 7,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə