Vahid qazi



Yüklə 4,45 Kb.
Pdf görüntüsü
səhifə3/29
tarix16.11.2017
ölçüsü4,45 Kb.
#10500
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   29

 
15 
rını sürətlə qalxıb şimal darvazasına dırmaşıram. İlahi, 
bu  nədir  belə?  Mən  tarixin  fövqündəmi  durmuşam? 
Doğrudanmı,  tarix  məndən  başlayır?  Bəşəriyyət  mə-
nim  atdığım  addımın,  getdiyim  yolun  düzlüyündən, 
səhvliyindənmi  asılıdır?!  İçimdə  təlatüm  yaranır,  bə-
dənim qızır, hər yerimi tük basır, bomboz tük.  
Nədir,  yoxsa  “Canavar”  filmindəki  Cek  Nikol-
son kimi mən də qurda çevrilirəm? Doğrudur, çevri-
lirəm, qurdam artıq, qurd – Boz Qurd! Dizlərim dar-
vazanın  sağ  tumbasına  dirənib,  üzüm  göy  üzündə 
Tenqrinin  qapısına  doğru,  sağ  əlimdə  barmaqlarım 
Qurdun başı rəmzini qurub və bu qapını döyəcləmə-
yə uzanıb. Qurd kimi ulayıb Tenqridən kömək diləyi-
rəm.  Mənə  yol  göstərsin,  bəşəriyyəti  xilas  edim, 
Ergenekondan çıxarım. 
– Auuuuuuuu!!! 
– Auuuuuuuu!!! 
– ... 
Qarşıda  üfüqün  üstüylə  Tenqriyə  boylanan  son-
suz yol, arxada mağara-şəhərin xarabalıqları... 
Ruhum bu arada var-gəl edirdi ki, aşağıdan, dar-
vazanın dibindən gələn səs məni – Qurdu diksindirib 
ayıldır: 
– Ey tı, çeqo aryoş? A nu ka bıstro spuskaysya! 
– Ya ne aru, ya layu! 
– Şto? Kto tebe razreşil? 
– Ya prosto layu, razve dlya etoqo nujno razreşe-
niye? 
– Tı kto? 
– Seriy volk! 


 
16 
- Kakoy volk, spuskaysya! 
Endim  aşağı.  Tanış  olduq.  Son  yüz  ildə  burada 
yalnız bir ailə qalıb. O da Qalaya baxanın ailəsi. İndi 
o təkdi. Həm Qalaya baxır, həm də muzeyin rəhbəri-
di. Tarix elmləri doktorudu.  
Məni, 1990-cı illərin mənim kimi bütün türkçü-
lərini qınadı. “Hara qoyub qaçmısınız?” – dedi. “Bu-
ranı  kimin  ümidinə  buraxırsınız,  axı  bura  sizin  də 
vətəninizdir!”  
Bizi  çaya  qonaq  elədi.  Sonra  şimal  darvazasın-
dan  üzüaşağı  düşüb  qəraim  qəbiristanlığına  apardı. 
Qarabağın, bəlkə, Azərbaycanın ən böyük Qarahacılı 
qəbiristanlığına bənzəyən bir yer idi. Amma buranın 
qəbirləri də, ağacları da nəhəng idi. Üç adamın əl-ələ 
verib  başına  dolandığı  nəhəng  ağac  qədim  qəraim 
məzarının içində bitmişdi. 
... Beynimin, ruhumun tarixi tərpənişindən keçən 
bu 15 ildə Çufut-Kalaya dəfələrlə getmişəm. Hər də-
fə də özümlə bir türkçü aparmışam. Hamısı da hava-
lanıb mənim kimi. Həmişə bir səbəbə gəlmişəm bura 
–  Krımın  başqa  şəhərində  keçirilən  konfransları  ya-
rımçıq  qoyub,  çaparaq  dəyən  vaxtlarım  da  olub  – 
Şuşanın qoxusunu, ruhunu almaq üçün. Bura mənim 
vətənimdi, elə Şuşa kimi...  
 
*** 
 
Ziyalıların son səfəri fonunda Qarabağ havasına 
köklənmiş mediada yer alan bir açıqlama məni əməl-
li-başlı üşütdü: “... Ola bilər ki, Ermənistanda etiraz-
lar  daha  nümayişkaranə,  Azərbaycanda  isə  daha 


 
17 
məhdud  çərçivədə  baş  versin,  amma  sülh  sazişinə 
qarşı çıxanların, güzəştlərə etiraz edənlərin olacağını 
da güman etmək olar”. Bunu ingilis jurnalist Tomas 
de  Vaal  “Azadlıq”  radiosuna  deyib.  Belə  dəqiq  qiy-
mət verən olmamışdı bizə. İngilis qədim türk ləhcə-
sində  “deyir”  ki,  Şuşa  qalası  Çufut-Kalanın  taleyini 
yaşayır  və  ola  bilsin,  buna  görə  Azərbaycanda  “eti-
razlar məhdud çərçivədə baş versin”.  
Cəmi  20  il  əvvəl  Topxanadakı  cır  armud  ağacı 
milyonların namusu idi. Cəmi 20 il sonra bütöv Qa-
rabağ “məhdud çərçivənin” namus yeri olur.  
... “Sən Qarabağa gedərdinmi?” Ürəyimi titrədən 
də bu sualın mənə ünvanlana biləcəyi “qorxusu” idi – 
mən  bu  suala  nə  cavab  verərdim?  Allah  jurnalist 
dostların  atalarına  rəhmət  eləsin!  Bunu  məndən  so-
ruşmadılar. 
“Oskar”  mükafatçısı,  bosniyalı  rejissor  Danis 
Tonoviç “Heç kimin torpağı” (“No Man’s Land”) fil-
mini 2001-ci ildə çəkib. 1994-cü ildə Bosniyada  ge-
dən müharibədə iki düşmən bir təpədə öz əsgər dost-
larının mühasirəsində qalır. Onların sağ qalmaq üçün 
bir yolları var – uniformalarını çıxarmaq və tanınmaz 
olmaq. Ölümlə üz-üzə qalan iki düşmənin bu təpədə-
ki yaşantıları filmin süjet xəttini təşkil edir. Bilmirəm 
niyə  bu  filmi  xatırladım,  amma  hər  halda  yadıma 
səbəbsiz  düşməzdi.  “Heç kimin  torpağı”.  İndi  Qara-
bağ heç kimindi. Heç ermənilər də əmin deyillər on-
ların olmağına. 
...  Qarabağa  gedərdimmi?  Əlbəttə!  Kim  istəməz 
gedib  YURDunu  görsün?  Amma  məsələ  getməkdə 


 
18 
deyil,  görməkdədir.  Özü  də  nə  cür,  nə  kökdə  gör-
məkdə... 
İndi  Qarabağda  da  onlarla  ölü  şəhər  və  qəsəbə 
var. Amma onlar muzey deyil. 
Çufut-Kala az qala məni Tanrının dərgahına qə-
dər ucaltmışdı. Şuşada isə bunun əksi olacaqdı.  
Mən başıaşağı olacağım yerə necə gedim axı??? 
 
7 iyul 2009 
 
 
 
 


 
19 
 
Partlamayan minaların serenadası 
 
Qarabağ yenə dillərdədi.  
Hər yerdə ondan danışırlar: Moskvada, Vaşinqton-
da,  “Parisdə,  Təbrizdə,  həyətimizdə”.  Nəyə  görəsə 
“Qarabağ” sözünü xorla eşidəndə təlaşlanıram. Bir dəfə 
meydana çıxıb xorla “Qarabağ!!!” qışqırdıq, faktiki itir-
dik. İndi bu “mahnını” beynəlxalq xor oxuyur. Təlaşım 
da onu birdəfəlik itirmək səbəbindəndi.  
Qorxum isə Madrid, Praqa kimi gözəl şəhərlərin 
adı  ilə  bağlı  olan  “prinsiplər”dəndi.  (Ümumiyyətlə, 
qorxulu  şeylərə  qəşəng  adlar  qoymaq  son  illərin  so-
sial-politoloji tapıntısıdı. Dünyanı lərzəyə gətirən qa-
sırğalara gözəl qız adları qoyulan kimi: “Nina”, “Ka-
terina”.)  Mən,  elə  bilirəm  ictimaiyyət  dediyimiz 
qövm  də  bu  prinsiplərin  əsl  mahiyyətini  bilmirik. 
“Bizi tələyə salmırlar ki?” – fikirləşirəm. Bu prinsip-
lərdə  sonralar  partlayacaq  xeyli  minaların  varlığına 
şübhə etmirəm. Və mən gizlində olan hər şeydən, xü-
susilə  hər cür  minadan  (istər  yeraltı,  istərsə  də  sətir-
altı) qorxuram… 
 
*** 
 
Sarayevo  haqqında  ilk  dəfə  1984-cü  ildə,  orada 
qış  olimpiadası  keçirilən  vaxt  eşitmişdim.  Sonralar 
buradan  qanlı  müharibə  xəbərləri  gəldi.  Öz  mühari-
bəmizə  başımız  qarışdığından  Balkanda  gedən  etnik 
qırğının tam fəsadlarından o qədər də məlumatlı de-


Yüklə 4,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə