Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə31/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
130 
130 
 
"Ovuciçi böyüklüyündə hekayələr" 
 
Yasunari Kavabata 
 
Kasıbların aşnası 
 
(Hekayə) 
 
Limon  onun  özünə  rəva  bildiyi  yeganə  naz-nemət  idi.  Məhs 
limona  görə  dərisi  hamar,  ağappağ  görsənir,  xüsusi  təravət 
saçırdı.  O,  meyvəni  dörd  yerə  bölür,  bir  parçasından  tualet 
suyu  -  ətirləndirici  vasitə  hazırlayırdı  ki,  bu  da  ona  gün 
ərzində bəs edirdi. Qalan üç dilimi  ehmalca papiros kağızına 
bükürdü  ki,  qarşıdakı  növbəti  günlərdə  istifadə  etsin.  Açılan 
səhərin  gözəlliyini  də  məhz  limon  suyu  ilə  sifətini 
təravətləndirəndə duyardı. Kişidən gizlin bu gün həm də sinəsi 
ilə budlarına sürtmüşdü ondan. 
Kişi onu öpərək ucadan dedi: 
- Limon! Deyəsən, sən limon çayında çimmisən. Ey, limon iyi 
burnuma dəydi, ürəyimdən portağal keçir. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
131 
131 
131 
-  Bu  dəqiqə,  -  ona  hay  verdi,  beş  senlik  (ienin  yüzdə  birinə 
bərabər  pul  vahidi,  -  A.  X.)  xırda  pulu  götürüb  portağal 
dalınca  yollandı:  baxmayaraq  ki,  bununla  da  vanna  qəbul 
edəndən  sonra  dərisindəki  limon  ətrinin  kişi  tərəfindən 
qoxulamaq sevincindən məhrum oldu.  
Sikkədən  və  limon  qoxusundan  savayı  onun  evində  bir  şey 
qalmamışdı.  Kişi,  heç  kimin  ondan  almaq  istəmədiyi,  sonu 
görünməyən  uzun-uzadı  pyesini  masanı  əvəz  edən  köhnə 
dərgilərin qalağı üstündə yazmaqla məşğul idi. 
-  Birinci  səhnədəki  hadisələr  limon  ağacının  fonunda  baş 
verəcək – xüsusi olaraq sənə görə! Sözün düzü, özüm də heç 
vaxt  limonluğu  görməmişəm.  Kiidə  (Yaponiyada  şəhər,  - 
A.X.)  olanda  bir  dəfə  yamacda  naringi  ağacları  ilə 
maraqlanmışam.  Aylı  payız  gecələrində,  hətta  Osakadan 
(Yaponiyada şəhər, - A. X.)  da çoxları onlara tamaşa etməyə 
gələrdilər.  Ay  işığında  naringilər  bataqlıq  məşəlinə  -  əsl 
nağılvari  atəş  dənizinə  bənzəyirdilər.  Limonlar  naringiyə 
nisbətən  işıqlıdırlar,  onların  rəngi  adamda  hərarət  duyğusu 
qaldırır...  Hərarətli  sarı  məşəllər...  Əgər  bu  hissləri  səhnədə 
vermək mümkün olsaydı... 
- Aha. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
132 
132 
- Sənə maraqlı deyil? Çətin ki, indi mən işıqlı, cənub koloritli 
pyes  yaza  biləm.  Öncə  şöhrət  qazanmaq,  məşhurlaşmaq 
lazımdır. 
- Nə üçün bütün adamlar mütləq şöhrət qazanmalıdırlar? 
 -  Ona  görə  ki,  başqa  cür  yaşaya  bilməzlər.  Doğrusu,  mənim 
indi heç bir uğur qazanmağıma ümidim yoxdur. 
- Mənə o uğur gərək deyil. O, adama nə verir ki? 
-  Bu,  nə  isə  yeni  bir  şeydir!  Sən  indiki  tələbələr  kimi 
düşünürsən.  Onların  üstündə  durduqları  bünövrəni  görən 
gözləri yoxdur. Fəqət, hətta zəhlələri getmirsə belə, deməli, ən 
azı onun məqsədəuyğunluğuna şübhə edirlər. Onlar belə hesab 
edirlər  ki,  o  bünövrəni  dağıtmaq  lazımdır.  Və  onun  haçansa 
dağılacağına  inanırlar.  O  kəslər  ki,  həyatda  uğur  qazanmağa 
çalışır,  dağılmalı  bünövrə  üzərində  durduğunu  anlamaqlarına 
baxmayaraq, pilləkənlərin pillələrini dırmaşırlar. Nə qədər ki, 
mənsəbpərəst  daha  yuxarı  pilləyə  qalxır,  bir  o  qədər  də  onu 
təhlükə  gözləyir.  Beləcə,  mənsəb  arzusunda  olan  insan  bunu 
bilə-bilə yenə də dırmaşmağındadır - ətrafdakı şərait, həm də 
özünün  meyli  onu  buna  vadar  edir.  İndiki  mənsəbpərəstlik 
vicdansızlıqla  bağlıdır.  Mənsəbpərəstlik  zamanın  əlamətidir. 
Bu  gün  qaranlıq  və  kasıbçılıq  içində  yaşamağa  məhkum 
edilmiş  mənim  özüm  də  mənsəbpərəstlərin  sırasına 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
133 
133 
133 
meyilliyəm.  Sən  kasıbların  limon  meyvəsi  kimi  işıqlısan  və 
yəqin bu problemə başqa tərzdən yanaşırsan. 
-  Amma  mən  yalnız  kasıbların  aşnasıyam.  Qoy  bütün  kişilər 
həyatda  uğur  qazansınlar:  axı  onlar  yalnız  bu  barədə 
düşünürlər. Qadınlar isə başqa məsələ. Onları iki yerə ayırmaq 
olar – kasıbların aşnaları və varlıların məşuqələri. 
- Yox a, bunu yaman tapmısan! 
-  Sizsə  mütləq  qabağa  gedəcəksiniz!  Bu  mənada,  kişilərin 
aqibətini əvvəlcədən görürəm: öncədən hər şey mənə aydındır 
və  heç  vaxt  yanılmıram.  Həqiqəti  deyirəm:  uğur 
qazanacağınıza əmin ola bilərsiz. 
- Və mən səni atacağam? 
- Hökmən! 
- Onda mənə yüksəlmək lazım deyil. 
-  Elə  deməyin.  Mən  həmişə  hər  bir  kişinin  uğuruna 
sevinmişəm.  Hərdən  düşünürəm  ki,  sanki  mən  xoşbəxtlik 
yumurtası qoyulmuş quş yuvasına bənzəyirəm. 
-  Səfeh-səfeh  danışmağı  qurtar  və  ümumiyyətlə,  nəzərə  al: 
mənə  sənin  uğur  qazanmış  əvvəlki  kişilərin  barədəki 
xatirələrini  dinləmək  ləzzət  eləmir.  Vərdişin  isə  adlı-sanlı 
xanımları  o  mənada  yada  salır  ki,  sən  də  limondan  istifadə 
edirsən. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə