Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
143 
143 
143 
 
Borxesin "Qum kitabı": sözdə dünya 
ruhu 
 
XX  əsr  dünya  ədəbiyyatında  elə  nəhəng  mütəfəkkir  yazıçılar 
var  ki,  onların  həm  öz  zəmanəsində,  həm  də  söz  sənətinin 
sonrakı  tarixində  əhəmiyyətli  dərəcədə  təsirləri  olub.  Bu 
görkəmli  imza  sahiblərinin  əksəriyyəti  öz  dövründə  heç  bir 
nüfuzlu  ədəbi  mükafata  layiq  görülməsə  də,  kitabları  milyon 
tirajla nəşr olunub yayılmasa da, onlar əsl kreativ mayak kimi 
bəşəriyyətin estetik-fəlsəfi düşüncəsində, bədii-poetik fikrində 
mühum  yerlər  tutur,  hər  zaman  nüfuzedici,  istiqamətverici 
mövqeləri  görünməkdədir.  Elə  mütəfəkkirlərin  qələmindən 
çıxan  hər  bir  əsər  cild-cild  kitablara,  qalın  romanlara,  elmi 
monoqrafiyalara  bərabər  fəlsəfi-estetik  yükə  malikdir.  Fəqət 
burada  bir  cəhəti  də  vurğulamaq  lazımdır:  belə  dəyərli 
yazıçıların,  şairlərin  yaratmış  olduqları  sənət  nümunələrinin 
hərtərəfli  anlamını 
verməkdən  ötrü 
araşdırıcılardan, 
ədəbiyyatşünaslardan, 
tənqidçilərdən 
unversal 
bilik, 
kulturoloji  düşüncə  tərzi,  kreativ-analitik  təfəkkür  qabiliyyəti 
tələb olunur. 
Bu 
kulturoloji 
araşdırmada 
XX 
yüzillikdə 
dünya 
ədəbiyyatında  öz  zəngin,  dəyərli  yaradıcılığıyla  məktəb 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
144 
144 
yaratmış,  magik  realizm,  fəlsəfi-modern  nəsr  qolunu 
formalaşdırmış bir yazıçının - Luis Xorxe Borxesin qəribə bir 
hekayə-pritçasının  bəzi  maraqlı  tərəfləri  haqqında  məlumat 
vermək  fikrindəyik:  ədəbiyyatın  –  mətnin  öz  içindən  çıxış 
edib, hipertekstuallığın imkanları daxilində, ədəbi fikirlərimizi 
oxucularla bölüşməyə çalışacağıq. 
Dünya ədəbiyyatı tarixində L.X.Borxesə tay olan çox az sayda 
mütəfəkkir  yazıçı  tapmaq  mümkündür:  bu  qəribə  taleli, 
həyatının əksər hissəsini gözləri tutulmuş vəziyyətdə yaşamış 
ustad  söz-fikir  sənətkarının  çoxşaxəli,  mürəkkəb  yaradıcılığı 
indiyə  qədər  də  araşdırmaçılar  arasında  xüsusi  diqqətlə 
öyrənilir.  Ədəbiyyatda,  sənətdə  və  həyatda 
kimlərinsə 
bütləşdirilməsi yolverilməzdir, o cümlədən Borxesin həyat və 
yaradıcılığından  da  əfsanələr  yaratmaq  lazım  deyil.  Amma 
əsrlər  boyu  dünya  estetik  fikrini  bəşəriyyətin  fəlsəfi-
kulturoloji  düşüncə  səviyyəsinə  qaldıran  sənətkarlar  var  ki, 
onlar  sevilməyə,  təriflənməyə  layiqdirlər.  Belə  böyük 
sənətkarlardan  biri  də  XX  əsr  dünya  ədəbiyyatının  ustad 
sənətkarı,  zəngin  yaradıcılığıyla  özündən  əvvəl  gələnlərlə 
zamandaşlarını və gələcək nəsillərin ruhunu birləşdirməyə nail 
olmuş sirli-sehrli Xorxe Luis Borxesdir.  
Kimisi  ona  şair  deyir,  kimisi  esseist,    biblioqraf,  mifoloq, 
nasir,  kitabxanaçı,  kulturoloq,  filoloq,  filosof,  tənqidçi, 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
145 
145 
145 
ədəbiyyatşünas, naşir, antologiya tərtibçisi, yeni ədəbi janr və  
istiqamətlərin  banisi  sayanlar  da  var  bu  böyük  insanı:  bizim 
fikrimizcə  isə  o,  XX  əsrin  Amerika  və  dünya  ədəbiyyatının 
istiqamətvericilərindən  biridir.  Latın  Amerikası,  Qərb 
ədəbiyyatından  çıxan  istənilən  tanınan  imza  sahibinin 
yaradıcılığını  qurdalasan,  mütləq  Borxesin  güclü  təsirini 
görəcəksən:  Nero,  Markes,  Kastaneda,  Koelo  və  b.  Bu  ustad 
sənətkarın hətta ABŞ ədəbiyyatının ünlü yazarlarına da güclü 
kreativ təsiri olub... 
  Borxesin haqqında danışmaq istədiyimiz həcmcə kiçik ―Qum 
kitabı‖  adlı  magik  hekayə-pritçasını  oxuyan  zaman  (həm  də 
vaxtilə  onu  üç  dəfə  dilimizə  çevirmişik)  hər  dəfə  yeni-yeni 
nəsə  özümüz  üçün  tapırdıq:  çox  az  sayda  nəsr  nümunəsi  var 
ki,  adama  düşünmək  üçün  belə  ―beyin  fırtınası‖  təsirini 
göstərir.  Borxes  yaradıcılığı,  ümimiyyətlə,  obrazlı,  fəlsəfi 
düşüncənin  əsl  güzgüsüdür.  Tədqiqatçıların  yazdığına, 
özümüzün  də  qənaətimizə  görə,  alman  klassik  filosofu  Artur 
Şopenhauerin  ―Dünya  iradə  və  təxəyyül  (ideya,  görüntü) 
kimi‖ əsəri Borxesin bir yazıçı kimi formalaşmasına daha çox 
təsir  edib.  Haqqında  danışdığımız  bu  hekayədə  də  həmin 
təsirin izlərini görmək mümkündür.  
Kitab  obrazı,  labirint,  fırlanıb  geri  qayıdan  zaman,  ölüm, 
nəhayətsizlik,  sirr  kimi  simvollar  Borxesin  istər  bədii  nəsr, 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
146 
146 
istər esse və araşdırmaları, isərsə də poeziyasında əsas ədəbi-
fəlsəfi  atributlardan  sayılır.  İnsan  bu  dünyada  kainatın 
mərkəzidirmi,  kitab  dünyanı  əvəzləyə  bilərmi,  keçmiş  və 
gələcək zaman indikinin uşaqlığı,  yaxud qocalığıdırmı, Şərq-
Qərb sivilizasiyası kitabda – yazıdamı birləşir, ya ayrılır kimi 
suallar  bədii  formada,  şifrəli  şəkildə  ―Qum  kitabı‖ 
hekayəsində oxuculara ünvanlanır. 
Hekayənin  əvvəlində  Corc  Herbertdən  sitat  gətirilən  "Sənin 
qum  kanatın..."  epiqrafı  verilib.  Əsərin  özündə  bu  sualına 
cavab var: ―...O
nun kitabı ―Qum kitabı‖ adlanır, çünki kitabın 
da,  qumun  da,  nə  başlanğıcı,  nə  də  ki,  sonu  var...
‖  Borxes 
yaradıcılığı  ilə  dərindən  tanış  olmaq  üçün    xüsusi  hazırlıqlı 
intellektual  oxucu  tələb  edir:  əbəs  yerə  deyil  ki,  bu  böyük 
mütəfəkkir 
dünya 
ədəbiyyatında 
intellektual-modern 
ədəbiyyatın  banilərindən  sayılır.  Heç  vaxt  irihəcmli  əsər  – 
povest,  roman,  epopeya  qələmə  almayan  yazıçının  ―Qum 
kitabı‖  magik  hekayəsində  də  biz  bunu  müşahidə  edirik. 
Bəşəriyyətin  -  Şərqin  və  Qərbin,  Asiyanın  və  Cənubi 
Amerikanın  –  Maya  sivilizasiyasının  ilkin  mifoloji 
dünyagörüşdən  tutmuş,  dini  baxışlara  qədər,  fəlsəfədən 
tutmuş, kitab nəşrinin mexaniki inkişafına kimi, bu hekayədə 
sivil  dünyanın  özünü  intellektual  dərkinin  yeni  –  modern 
mərhələsinə,  ictimai  maarifçilik  dövrünə  virtual  səyahət  var. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə