Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə36/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
151 
151 
151 
qəhrəmanları  dünya  mədəniyyətində  elə  bir  iz  qoydu  ki,  bu 
―çapıqlarsız‖  çağdaş  kulturoloji  durum  belə  inkişaf  etməzdi, 
bəlkə də yerində çabalayardı... 
   Dünya  ədəbiyyatında  kor  kitabxanaçı  (Argentinanın  Milli 
Kitabxanasının  direktoru  təyin  ediləndə  Borxesin  gözləri 
tamam  tutulmuşdu)  surətlərinin  sayı-hesabı  yoxdur:  Umberto 
Ekonun ―Qızılgülün adı‖ romanındakı baş (mənfi) qəhrəmanı 
-  Xorxeri  xatırlayaq.  Lakin  həyatı  ilə  obrazları  arasında  bu 
qədər  yaxınlığı  heç  bir  yazarın  yaradıcılığında  müşahidə 
etmək  mümkün  deyil.  Borxesin  qəhrəmanları  -  müxtəlif 
obrazlar öz şəxsi iradəsini göstərmək üçün dirilirlər (―Telyon, 
Ukbar,  Obris  Tertius‖  -  ―Üçüncü  Dünya‖),  ya  da 
qəhrəmanlarının  özləri  kimlər  tərəfindənsə  yazılmış  ədəbi 
surətlər  olurlar  (―Alovun  dairəsi‖).  Xəfiyyəni  hansısa  tələyə 
salmaq  üçün  caniyə  kompyuter  proqramına  -  İnternet 
şəbəkəsinə  oxşar  düşünülmüş  məntiqli  konstruksiya  -  sənət 
labirinti  yaratmaq  lazım  gəlir  (―Babil  Kitabxanası‖).  İlk 
baxışdan Borxesin yaratdığı əsərlərin mövzusunu bir cümləylə 
ifadə  etmək  mümkündür,  çünki  özü  kimi,  yazdıqları  da 
quruluşca  sadə,  mənaca  mürəkkəb,  sonluğuna  görə 
özlənilməzdir.  Əslində,  onun  həyatı  ilə  yaradıcılığı  bir-birinə 
elə qarışıb ki, əsərlərini oxuyanda düşünürsən: ―Borxes, bəlkə 
də  bizim  özümüz  -  hamımız  deməkdir...‖  Ustadın  ruhu 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
152 
152 
inciməsəydi,  həm  də  belə  demək  mümkündür:  bəlkə  də  o, 
sadəcə,  İlahi  sənətkardır,  içimizdə  hər  gün  qətlə  yetirdiyimiz 
ruhumuz,  düşüncəmizdə  zorladığımız  intellektimizin  obrazlı, 
maddiləşən-bədənləşən  formasıdır.  İndi  Borxes  bu  dünyada 
olmasa  da,  əsərləri  bizimlədir,  yaxud  bizdədir:  əslində, 
sevimli, sehirli yazar və onun bizə hələ də yaxşı tanış olmayan 
yaradıcılığı həm mənim, həm də hamımızın ruhuna qovuşub, 
özü də lap çoxdan - dünya yaranandan...
 
Əsərdə təhkiyəçi qeyd edir: "...Hardansa oxumuşdum ki, ağac 
yarpağını  meşədə  gizlətmək  daha  düzgündür".  Buna  görə  də 
kitabı  Argentina  kitabxanasınada  gizlədir.  Bu,  qəhrəmanın  
özüyçün  xilas  olsa  da,  əslində  mistikanın  davamı  deyildimi? 
Mistik görünən hər bir şeyin arxasında real nəsə durur: sadəcə 
intellekt – ağıl işlətmək lazımdır ki, nəsnələrin içində gizlənən 
o magik mahiyyəti özün üçün aydınlaşdırasan. Onillər bundan 
əvvəl  qələmə  aldığı  bu  hekayə-pritçasında  d
ünya  yazarları 
arasında ən çox sevdiyim mütəfəkkir yazıçı İnternetin fəlsəfi-
ədəbi obrazını necə ustalıqla yaradıb...  
Hiper  kitab  -  virtual  dünya  -  İnternet  haqqında  bu  qədər 
dahiyanə  və  sadəliklə  heç  nə  oxumayacaqsan  daha.  Meşə 
virtual aləm, İnternet, sosial şəbəkələr, yarpaq isə biz və indiki 
anımızdır, bax, özümüzü necə də sərbəst, eyni zamanda azad 
hiss  edirik  bu  açıq  məkanda?  Yeri  gəlmişkən,  oxuculara 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
153 
153 
153 
məsləhət  görərdim  ki,  Borxesin  başqa  əsərləri  ilə  yanaşı, 
―Qum  kitabı‖  hekayəsini  də  oxumamışdan  əvvəl  özlərini 
mütləq  psixi  və  ruhi  sakitləşdirsinlər,  çünki  sinirləri  zəif  - 
intellekti aşağı olanlara o dahiyanə mətn çox dəhşətli təsir edə 
bilər.
 
Nobel  mükafatçısı  Orxan  Pamukun  "Yeni  həyat"  romanında 
da  əsərin  qəhrəmanı  kitabdan  xilas  olmaq  istəyir,  bu  paralel 
məqamlar  tədqiqatçı  kimi  diqqətimi  çəkir.  Borxes  öz 
dövründə  və  özündən  sonrakı  bütün  intellektual  sənətkarlara 
təsir  edib,  o  cümlədən  diqqətlə  axtarsaq,  Orxan  Pamuk 
yaradıcılığında  da  biz  bunu  müşahidə  edirik.  Ümumiyyətlə, 
kitab kultu, kitabın bütləşdirilməsi, kitablar kitabı, kitaba qarşı 
üsyan,  kitabın  həyatı  və  dünyanı  əvəzləyə  bilməsi  kimi 
düşüncələr tarixən də yazıçı və filosofları çox düşündürüb. Bu 
mənada elə bizim Mirzə Cəlilin ―Anamın kitabı‖ pyesi, yaxud 
Muğannanın  ―İdeal‖  əsərindəki  gizli kitablarla bağlı hissələri 
də yada sala bilərik.  
Bu  hekayə,  dünya  ədəbiyyatnın  şedevrlərindən  sayılır,  bəs 
Borxes  o  əsəri  ilə  oxuculara  ötürmək  istədiyi  əsas  mesaj 
nədir?! 
Suala  birmənalı  cavab  vermək  çətindir:  əslində, 
bayqdan  bunun  anlamını  verməyə  çalışırdım,  fəqət  Borxes 
yaradıcılığının  şah  nümunələrindən  sayılan  bu  hekayə-
pritçanın  yalnız  mətnin  özündə  görünən  məqamları  deyil, 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
154 
154 
onun bizim şüurumuzda oyandırdığı cəhətlərə diqqət ayırmağı 
üstünlük  verərdik.  Əsərdə  cavabı  axtarılan  kitab,  insan, 
zaman-məkan,  dünya  sirlərinin  cavablarını  da  məhz  bunda 
aramaq lazım gəlir... 
 
“Ədəbiyyat qəzeti”, 15 iyul 2014-cü il tarixli sayı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə