Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
138 
138 
Onun  alnındakı  şişmiş  damarları  çəkdiyi  əzab-əziyyətin 
nişanəsi idi. 
Tərpənməyə  ürək  etməyən  ər  mərhumun  əzab-
əziyyətindən eybəcər hala düşmüş simasına baxa-baxa oturub 
qalmışdı. Sonra o, ayağa qalxdı, cənazəyə yaxınlaşdı, əli əsə-
əsə  onun  cənəsini  sıxmağa  çalışdı.  Amma  əlini  çəkən  kimi 
mərhumun  dişləri  yenə  ağardı.  Bir  daha  onun  ağzını  qapadı, 
lakin  qadının  dodaqları  yavaş-yavaş  əyildi,  qabağa  çıxan 
eybəcər dişləri yenə görsəndi. 
Beləcə,  o,  bir  neçə  dəfə  əbəs  yerə  bayaqkı  hərəkətini 
təkrarladı.  Bir  azdan  o,  qadının  dodaqlarının  ətrafındakı 
işgəncə  əks  etdirən  ağız  qırışlarının  necə  yumşaldığını, 
incəldiyini sezdi. 
 O, birdən-birə barmaqlarında güclü hərarət hiss etdi, sanki 
bədəninin  bütün  istiliyi  axıb  onlara  keçmişdi.  Odur  ki,  cəld 
onun  alnındakı  şişmiş  damarları  və  qalın  qırışları 
ovuşdurmağa  başlasdı.  Ovucları  qızışana  kimi  işindən 
qalmadı. 
Bu vaxt cənazənin yanındaca yerə əyləşdi və əyilib  onun 
əlinin hərarətindən mərhumun başqa hala düşmüş – nəsə dinc, 
daha  sakit  və  mehriban  görünən  simasına  diqqətlə  baxmağa 
başladı. 
Bu vaxt qaynanası ilə kiçik baldızı otağa daxil oldu. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
139 
139 
139 
-  Yəqin  ki,  yol  sizi  əldən  salıb.  Sizə  nahar  etmək  və 
dincəlmək lazımdır.  
Amma birdən qaynanasının gözləri yaşardı və səsi titrəyə-
titrəyə dilləndi. 
- Aman Allah! İnsan ruhunun gücünə bax! Yazıq qızcığaz 
sizin  qayıdışınıza  qədər  heç  ölmək  istəmirdi!  Və  budur,  əsl 
möcüzə  baş  verdi.  Sizin  ona  bircə  dəfə  baxmağınız  kifayət 
etdi ki, onun simasına qəribə bir sakitlik, şəfqət qonsun... İndi 
isə yetər... Qoy yazıq sakitcə özü üçün uyusun. 
Mərhumun  kiçik  bacısı  özünün  ağlasığılmaz  dərəcədə 
cazibəli  və  işıqlı  baxışlarını  onun  sərsəmlik  yağan  gözlərinə 
zillədi, sonra hönkürərək dizləri üstə çökdü. 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
140 
140 
 
Ürək 
 
(Hekayə) 
 
 
Qadın  sevmədiyinə  görə  onu  atıb  getmiş  ərindən  məktub 
aldı.  Məktub  onun  gedişindən  iki  il  sonra,  uzaq  diyardan 
gəlmişdi.  
O yazırdı:  
―Uşağı topla oynamağa qoyma. Onun zərbələri gəlib mənə 
çatır və ürəyimə dəyir." 
O da doqquzyaşlı qızından  rezin topu alıb gizlətdi.  
Ərindən  yenə  məkub  gəldi.  Çox  uzaq  bir  diyardan 
göndərmişdi. 
―Qoy  qız,  –  o  yazırdı,  -  dəri  başmaq  geyinib  məktəbə 
getməsin.  Ayaqlarının  tappıltısı  gəlib  mənə  çatır,  mənə  elə 
gəlir ki, ürəyimi tapdalayırlar...‖ 
O,  dəri  ayaqqabılar  əvəzinə  qızına  zəif  keçədən 
hazırlanmış yumşaq səndəllər verdi. Qız çox ağladı və axırda 
məktəbə getməyin daşını atdı.  


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
141 
141 
141 
İkinci  məktubun  ardınca  bir  ay  keçəndən  sonra  əri  birini 
də  göndərdi.  Xətti  kələ-kötür  idi,  inamsız  qocalara  xas 
yazılmışdı. 
O yazırdı:  
―Qızı çini kasada yeməyə qoyma. O, qabın cingiltisi gəlib 
mənə çatır və ürəyimi parçalayır...‖ 
Və  o,  üç  yaşdakı  uşaqlar  kimi  qızını  taxta  cubuqlarla 
yedizdirməyə  başladı.  Qızının  üç  yaşı  olduğu  vaxtlar  yadına 
düşdü:  əri  də  şad,  özündən  razı  halda  hələ  onlarla  birlikdə 
yaşayırdı. 
Bir dəfə qızı ona bir söz demədən dolaba yaxınlaşdı və öz 
kasasını götürdü... 
Ana  tez-tələsik  qızından  çini  kasanı  dartıb  aldı  və  bağa 
tulladı.  Kasa  daş  döşənmiş  cığıra  dəyib  çilikləndi.  Ona  elə 
gəldi ki, sanki ərinin ürəyi parça-parça oldu. Bəlkə doğrudan 
da indi onun qəlbi sındı. Nahar masasına əl atdı və o da bağa 
tərəf uçdu. Bax, bu oldu səs! O, kağızdan düzəldilmiş, açılıb-
örtülən  arakəsməyə  tərəf  atıldı,  dəli  kimi  yumruqlarıyla  onu 
döyəcləməyə  başladı  və  bədəninin  ağırlığından  onu  cıraraq 
döşəməyə yıxıldı. 
A-na! – qız hönkürərək ona tərəf qaçdı. 
A-na... A-na... 
O, ayağa qalxdı və qızın yanağına şillələdi. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
142 
142 
- Bu səsi eşidirsən, eşidirsən, yaramaz qız?! 
Və yenə əri məktub göndərdi. Kağız lap uzaqdan - yeni bir 
diyardan ünvanlanmışdı.  
Əri yazırdı: 
―Siz bundan sonra heç bir səs çıxartmamalısınız. Siz qapı 
və  pəncərələri  nə  açmalı  nə  də  bağlamalısınız,  siz  saatı 
qurmamalısınız  ki,  onun  əqrəblərinin  taqqıltısı  eşidilməsin. 
Siz nəfəs almamalısınız‖... 

Siz 
etməməlisiniz... 
siz 
etməməlisiniz, 
siz 
etməməlisiniz... 
 Başqa sözlə, ana və qız öldü. 
Amma, nə qədər qəribə olsa da, balışın üstündə keçinmiş 
arvadın  üzü  ilə  yanaşı,  onun  ölmüş  ərinin  uyuyan  sifəti  də 
görünürdü... 
 
 
“Ədəbiyyat qəzeti” 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə