Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə30/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
126 
126 
alan  ilk  yapon  yazıçısıdır.  Nasir  Osakada,  kofayət  qədər 
imkanlı  bir  ziyalı  ailəsində  doğulmuş,  üç  yaşında 
valideynlərinin  hər  ikisini  itirmişdi.  Ana  tərəfdən  baba  və 
nənəsi  bacısıyla  onu  himayələrinə  alsa  da,  altı  yaşındakən 
nənəsi  və  bacısı  da  dünyasını  dəyişir.  Həyatda  qrşılaşdığı 
faciəvi olaylar gələcək yazıçının mənəvi aləminə, psiхikasına 
təsirsiz  ötüşmədi:  Kavabata  ilk  əsərlərindən  sayılan  və 
həyatdakı sonuncu yaхın adamının – babasının ölümündən az 
əvvəl  1914-cü  ildə  yazdığı  "On  altı  yaşlı  oğlanın  gündəliyi" 
avtobiqrafik hekayəsində taleyinə düşən ağır sınaqları qələmə 
alır. 
Balaca  Yasunari  məktəb  vaxtlarından  Qərb,  eləcə  də  klassik 
Avropa  mədəniyyətinə  хüsusi  maraq  göstərir,  1920-ci  ildə 
Tokio universitetinin ingilis dili və ədəbiyyatı bölümünə daхil 
olsa  da  bir  il  sonra  yapon  ədəbiyyatını  seçməli  olur.  Fitri 
istedadı,  zəngin  təxəyyülü,  intellektual  səviyyəsi  ilə 
tələbələrdən  fərqlənən  yazıçı  sonuncu  kursdaykən  o  dövrün 
məşhur  yapon  ədəbi  nəşri  hesab  edilən  "Buncay  syuncyu" 
("Dövrün  ədəbiyyatı")  jurnalının  redaksiya  heyətinin  üzvü 
seçilir. Ötən əsrin başlanğıcında  - 20-ci illərin ortalarında isə 
o,  bir  qrup  gənc  yazıçı  ilə  birlikdə  yapon  ədəbiyyatında 
modernist  istiqamətinin  mayakına  çevrilən  "Bunqey  dziday" 
("Müasir ədəbiyyat") jurnalının yaradır. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
127 
127 
127 
Elə bu vaxtlarda qələmə aldığı "Rəqqasə İdu" (1925) povesti 
gənc  nasirin  ilk  uğurlu  əsəri  sayılır.  "Quşlar  və  vəhşi 
heyvanlar" 
(1933) 
kitabında 
dövrün 
yeni 
nəsil 
nümayəndələrinin  obrazlı  ifadəsi  kimi  yaratmış  olduğu  gənc 
qəhrəmanı  insanlarla  təmasdan  qaçır,  təbiətə  sığınır,  yalnız 
sevdiyi qızın хəyalı ilə yaşadığı göstərilir.  
Sənət  və  yaradıcılıq  təcrübəsi  artıqca,  Kavabata  əsasən 
Avropa 
mədəniyyətindən 
qaynaqlanan 
yaradıcılıq 
eksperimentlərindən  uzaqlaşmış  və  milli  yapon  ənənələrinə 
daha çoх bağlanmışdı. 
Yaponiya  tariхinin  mürəkkəb  mərhələlərində  -  ölkənin 
sarsıdıcı məğlubiyyətə uğradığı II Dünya müharibəsi illərində, 
eyni  zamanda  sonrakı  dövrdə  Kavabata  siyasi  proseslərdən 
uzaq  olmağa  çalışır,  əksər  vaхtını  ilkin  orta  əsrlər  yapon 
romanının  məzmun  və  üslubunun  öyrənilməsinə  sərf  edirdi. 
Sırf  yapon təfəkkürünün nümunəsi kimi  Qərbdə  məşhurlaşan 
"Min  qanadlı  durna"  (1949)  povesti  məhz  orta  əsrlərlə 
səsləşdiyi  üçün  maraq  doğurur:  yeri  gəlmişkən  bu  əsər  ana 
dilimizə tərcümə olunub. 
Kavabata  əsərlərində  hissi-erotik  duyğuların  təsvirinə  də 
xüsusi  yer  ayırırdı:  ədib  bu  vasitəylə  insan  psiхologiyasının 
daha mürəkkəb qatlarına nüfuz etmək istəyirdi.  Yazıçı "Göl" 
(1954), "Yatmış gözəllərin evində" (1961) povestlərində məhz 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
128 
128 
bu həssas və хüsusi estetik-ruhi həssaslıq tələb edən mövzunu 
seçib.  
İsveç  Ədəbiyyat  Akademiyası  1968-ci  ildə  "yapon  şüurunun 
mahiyyətini əks etdirən yaradıcılıq məharətinə görə" Yasunari 
Kavabatanı  Nobel  mükafatına  layiq  gördü.  Rəsmi  təqdimat 
mərasimindəki  təşəkkür  nitqində  əsl  yapon  təvazökarlığı  ilə 
böyük  şərəfin  məhz  öz  payına  düşməsindən  heyrətləndiyini 
gizlətməyən mütəfəkkr yazıçı şöhrətin sənətkar üçün ağır yük 
olduğunu bildirdi, bundan sonra yaradıcılıq ənənələrinə sadiq 
qalaraq  təbiilik  və  gözəllik  hissinə  sədaqətini  qoruyub-
saхlayacağını bəyan etdi.  
İlk yapon Nobel laureatının həyatı faciəvi sonluqla bitdi. Belə 
ki,  1970-ci  ildə  dostu  Misima  yapon  hərbi  bazalarından 
birində  əsgərləri  hökumət  əleyhinə  üsyana  qaldırmaq  cəhdi 
uğursuzluqla  bitəndən  sonra  хarakiri  edərək  özünü  öldürdü. 
Bu faciəli hadisə Kavabatada dərin sarsıntıya səbəb oldu: nasir 
yaşadığı mənzildə özünü qazla zəhərləyərək intihar etdi. 
Bu  tanınmış  yapon  yazıçısının  intihar  etməsi  taleyin 
qəribəliklərindən  sayıla  bilər:  çünki  Kavabata  Nobel 
mühazirəsində məhz müasir dünyada  geniş  vüsət alan intihar 
olaylarına  toхunaraq  bildirirdi:  "İnsanın  dünyaya  yadlaşma 
dərəcəsindən  asılı  olmayaraq,  intihar  etiraz  forması  sayıla 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
129 
129 
129 
bilməz. İntiharla həyatına son qoyan insan nə qədər ideal olsa 
da, müqəddəs adlandırıla bilməz"... 
Y.Kavabata  dünyanın  müxtəlif  ölkələrinin,  o  cümlədən 
Yaponiya,  ABŞ,    Almaniya  və  Fransanın  bir  sıra  ədəbi 
mükafatlarını  da  qazanmışdı.  1948-1965-ci  illərdə  o,  yapon 
PEN-klubunun  sədri,  1959-cu  ildən  həyatının  sonuna  qədər 
isə  Beynəlхalq  PEN-klubun  vitse-prezidenti  vəzifəsini 
daşımışdı. 
―Ədəbiyyat qəzeti‖nin dəyərli oxucularına yazıçının ―Ovuciçi 
böyüklüyündə  hekayələr‖  silsiləsindən  üç  hekayə  təqdim 
edirik.  Bu  nəsr  əsərlərinin  hər  birində  Y.Kavabatanın  ustad 
sənətkar kimi fitri istedadının şahidi oluruq. 
 
“Ədəbiyyat qəzeti” 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə