Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
114 
114 
nisbətən  orta  və  yeni  nəsil  nümayəndələri  isə  kapitalist, 
inkişaf etmiş, ―Hünday‖, ―Kia‖ markalı maşınları, ―Samsunq‖, 
―LG‖  markalı  məişt  avadanlıqları,  kompüter  və  smartfonları 
ilə  dünyada  tanınan  kapitalist  –  Cənubi  Koreya  barədə 
İnternetdən götürdükləri məlumatları yada sala bilərlər. Fəqət 
bu  qədim  mədəniyyətə,  zəngin  ədəbiyyata  malik  xalqın 
estetik-intellektual sərvətləri, bədii-poetik söz sənəti, folkloru, 
yaradıcılıq  nümunələri  haqqında  çox  az  sayda  insanımız 
hansısa məlumatlara malikdir. 
Koreya poeziyası XX əsrə qədər əsasən şifahi formada inkişaf 
edib, böyük bir hissəsi isə Çin – xança adlanan stildə qələmə 
alınıb.  Ümumiyyətlə,  qeyd  etdiyim  kimi,  Yaponiya  və  Çin 
kimi  müxtəlif güclü  imperiyaların  ictimai-siyasi,  dini-mədəni 
işğalına  məruz  qalan  Koreyanın  milli    ədəbiyyatı,  əsasən, 
adıçəkilən  imperiya  xalqlarının  əlifbası,  şeir  formaları, 
janrları, dini təsiri altında formalaşsa da, doğma dildə yaranan 
poetik-bədii əsərlərlə zəngin bir tarixə sahibdir.  
Qədimdə,  bizim  eradan  dörd  əsr  əvvəl  Koreya  ustadları 
(şairləri  belə  adlandırırdılar)  klassik  Çin  üslubunda,  dördlük 
şeir  şəklində  poetik  nümunələr  yazırdılar.  Koreya  ədəbiyyatı 
tarixində  ilk  yazılı  nümunə  isə  eramızdan  əvvəl  17-ci  ildə 
qələmə  alınmış  ―Çar  Yurinin  sarı  quşlar  barədə  nəğməsi‖ 
adlanır.  Koreya  şairləri  isə  Çinin  Tan  sülaləsinin  və 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
115 
115 
115 
konfusiliyin təsiri altında,  -  şi  poeziya formasında şeirlərlə,  - 
935-ci ildən bu yana lirik-fəlsəfi əsərlər yazmağa başlamışlar. 
Bu  şeirlər,  lap  bizim  aşıq  poeziyası  nümunələri  kimi,  əsasən 
də şifahi formada yayılırdı.  Kitab və toplular isə çox az sayda 
nəşr olunub. 
Koreya  milli  poeziyası  aşağıdakı  şeir  janrlarında  yaradılıb: 
hanqa  –  klassik  Koreya  şeir  janrı;  Kore  nəğmələri  -  Çin 
heroqlifləri  ilə  qələmə  alınan  şeirlər,  pxelqok,  tallençxe  və 
yecançxe adlandırılan şəkilləri  var; sico (bəzən siçjo kimi  də 
yazılır)  -  əvvəllər  tanqa  (qısa  nəğmələr)  adlandırılan  üç 
misralıq  şeir  forması;  kasa  -  orta  əsrlərdə  yaranan  irihəcmli 
şeir forması və b.  
Çağdaş dövrümüzdə Koreyada XX əsr Qərb və Şərq poeziya 
texnologiyaları  təsiri  ilə  modern,  sərbəst,  postmodern  şeir 
formaları inkişaf etsə də, koreyalı şairlər klassik  janrlara tez-
tez müraciət edirlər.  
Fərdi 
kitabxanamda 
rusca 
olan 
dünya 
ədəbiyyatı 
antologiyalarından  birini  oxuyan  zaman,  klassik  Koreya 
ədəbiyyatı,  onun  zəngin  poeziya  qolu  haqqında  genş 
məlumatlarla  tanış  oldum.  Oxuduqlarımdan  bəzi  şeir 
nümunələrini  azərbaycancaya  çevirərək  geniş  oxuculara 
təqdim  etməyi  faydalı  saydım.  Düzdür,  indiyə  qədər  Koreya 
şeirindən  bəzi  nümunələr  rus  dili  vasitəsilə  ana  dilimizə 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
116 
116 
çevrilsə də, o iş davamlı aparılmadığından, milli oxucularımız 
bu  xalqın  zəngin  ədəbiyyatı  haqqında  çox  az  bilgilərə 
sahibdirlər. 
Azərbaycan  ədəbi-mədəni  ictimaiyyət  arasında  indiyə  qədər 
də  Koreya  bədii  söz  sənəti  haqında  az  təsəvvürlər  var, 
baxmayaraq  ki,  son  illər  koreyalıların  səyi  nəticəsində  ədəbi 
əlaqələrimizdə  müəyyən  ünsiyyətlər  qurulub,  hətta  bu  uzaq 
Şərq  ölkəsinin  yazarları  ilə  bizim  qələm  adamlarının  birgə 
ikidilli  antologiyası  da  hazırlanaraq  oxucuların  ixtiyarına 
verilib.  
XIII  əsrdə,  Çoson  (1392-1910)  epoxası  zamanı  peşəkar 
ədəbiyyat  növü  kimi  yaranmış  sico  janrında  şeirlər  yazan 
müəlliflərin  çoxunun  imzası  naməlum  qalsa  da,  tanınmış 
Koreya  şairlərindən  Yun  Son  Do,  Pak  İn  No,  Çon  Çxol  (bu 
şairin  bəzi  şeirləri  dilimizə  şair  Rafiq  Yusifoğlu  tərcümə 
edib), Kim Çxon Txek və başqalarının qələmə aldığı qiymətli 
nümunələr dünyanın aparıcı dillərinə çevrilib.  
Sico  janrında  yazılan  şeirlərin  əsas  ideyası  fərd  və  cəmiyyət 
arasındakı  münaqişələrdir:  hətta  dağ  və  çay  kimi  təbiət 
hadisələri  haqqında  yazılsa  da,  mətnaltı  bir  üsyan  sezilib  bu 
lirik-fəlsəfi  əsərlərdə.  Obraz  və  metaforalar  o  qədər 
mükəmməldir  ki,  sico  müəlliflərinin  öz  dövründən  yuxarıda 
durduğunu göstərir. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
117 
117 
117 
Aşağıda filoloji tərcüməsini verdiyimiz sico şeir forması  lirik 
poeziya  janrı  sayılır  və  yapon  haykularına  bənzəsə  də, 
özünəməxsusluğuyla fərqlənir. Koreya dilindəki orijinalda  üç 
uzun misrada qələmə alınsa da, hər misranın ortasında xüsusi 
fasilə  olduğuna  görə,  başqa  dillərə,  o  cümlədən  ruscaya 
tərcümə  edilən  zaman  bölünərək  üç  beytlik  formaya  salınır. 
Sicoları filoloji tərcüməsi zamanı mən də bu formaya üstünlük 
verdim.  Ola  bilsin  gələcəkdə  ana  dilimizə  orijinaldan 
koreyacadan  tərcümə  edəcək  mütərcimlər  formanı  olduğu 
kimi saxlamağa üstünlük verəcəklər.    
Koreya  klassik  şeiri,  xüsusən  də  sico  janrında  yaradılmış 
dəyərli 
poetik 
nümunələrinin 
bizim 
mütərcim 
və 
filoloqlarımızın diqqətini cəlb edəcəyinə inanıram.  
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə