Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə24/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
97 
97 
97 
yaşayanların  psixoloji  problemləri  cəmiyyətə  daşınma  halları 
da artır, cinayət faktlarının çoxu məhz onlardan qaynaqlanır. 
Azərbaycanda  çox  vaxt  gənclər  ata,  ana  məsləhəti  ilə 
evlənirlər  və  onların  psixoloji  cəhətdən  bir-birlərinə 
uyğunluğu  nəzərə  alınmır.  Son  araşdırmalar  göstərir  ki, 
ənənəvi  ailə  modelində  qadın  və  kişi  arasındakı  sevgi  
münasibətləri  üç  ildən  artıq  davam  etmir.  Daha  sonra  ya 
uşaqlarla  bağlı  maraqlar  və  yaxud  ailəni  qorumaqla  əlaqədar 
milli-mental  dəyərlər  ailəni  möhkəmlədir,  boşanmaların 
qarşısını  alır.  Ailədə  tərəflər  arasında  məlhəm  -  intim 
münasibətlərə bütün dünyada önəmli məsələ kimi baxılır. İki 
fərdin arasındakı ülvi münasibətlərin möhkəmlənməsindəki bu 
münasibətlər  üç  ildən  sonra  ya  azalır,  ya  da  adiləşir.  Eyni 
zamanda  ailə  modelinin  möhkəm  qalmasında  bir  çox 
dəyərlərin yaşamasının və ictimai qınağın önəmli rolu var.  
Ailə münasibətlərində əsas amillərdən biri də iqtisadi məsələ, 
birgəyaşarlığın  maddi-sosial  təminatıdır.  Boşanmalarla  bağlı 
statistik məlumatları diqqətlə nəzərdən keçirəndə, məlum olur 
ki,  yaranmış  və  sonradan  dağılmış  ailələrə  əsasən  iqtisadi 
çətinliklər problem  yaradır. Ən qəribəsi  budur ki,  pulun  həm 
az,  həm  də  çox  olması  dağılan  ailələrə  önəmli  mənfi  təsir 
göstərir.  Pul  az  olanda,  kişi  qadın  arasında  münasibət 
kəskinləşir və bu da boşanmaya aparıb çıxarır. Yaxud ailəsini 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
98 
98 
yüksək səviyyədə dolandıra bilməyən kişi məcburən Rusiyaya 
və ya digər xarici ölkələrə işləməyə gedir.  
Boşanmaların  başqa  bir  səbəbi  isə  qadının  ailədə  söz  sahibi 
olmağa  çalışmasıdır.  İşgüzar  qadın  karyera  qurur  və  iqtisadi 
cəhətdən  müstəqil  olan  kimi  öz  fikirlərini  diqtə  etməyə 
başlayır ki, bu da ailənin dağılmasına aparıb çıxarır. Axı əsrlər 
boyu  formalaşan  milli  mentalitetimizə  görə  ailədə  əsas  söz 
sahibi kişidir. 
Sadalanan  problemlərin  qarşısını,  əlbəttə,  dünyanın  ən 
qabaqcıl  sivil  cəmiyyətlərində  olan  ailə  modellərini  götürüb 
müqayisəsini aparmaq, onları milli-tarixi dəyərlər süzgəcindən 
keçirmək  və  Azərbaycan  üçün  optimal  ailə  formalarını 
yaradıb, ortaya qoymaqla ala bilərik. Amma bunun üçün ailə 
ilə  bağlı  ciddi  tədqiqat  institutlar  yaradılmalı,  araşdırmalar 
aparmalı,  onların  elmi-praktik  nəticələri  real  həyatda  tətbiq 
olunmalıdır. 
Bizdə ailəyə elmi  yanaşma çox zəifdir, dünyanın hər  yerində 
ailə  psixoloqları  deyilən  böyük  bir  mütəxəssislər  ordusundan 
ibarət  sistem  işləyir.  ABŞ,  Rusiya  və  digər  ölkələri  nümunə 
göstərmək  olar.  Bu  ölkələrdə  məktəb  psixoloqundan  tutmuş 
ailə  psixoanalitikinə  qədər  fərqli  mütəxəssislər  var.  Əlbəttə, 
ailə 
modelinin 
möhkəmlənməsində 
bu 
ixtisaslaşmış 
mütəxəssislər  böyük  rol  oynayır.  Bizdə  isə  tamam  başqa 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
99 
99 
99 
ictimai  ailə  münasibətləri  mövcuddur:  çox  vaxt  görürük  ki, 
ailə  daxilində  ciddi  problemlər  yaşanır.  Bu  zaman  tərəflər 
ortaya  çıxan  məsələləri  mütəxəssislərlə  araşdırmaq,    həll 
etmək  əvəzinə,  ata-anaya,  qayınana-qayınataya,  qohumlara  – 
yaşlı  nəslin  nümayəndələrinə  üz  tuturlar.  Əslində  belə 
problemlər olanda psixoloq və psixoanalitikə müraciət etmək 
daha  məntiqlidir.  Onlar  ailənin  qorunması  ilə  bağlı  müəyyən 
bilgilər verə bilərlər. Bu mənada ənənəvi ailə modelini inkişaf 
etdirməyin və bu ənənələrinin yaşadılması vacibdir. Nə qədər 
qəribə  görünsə  də,  xaricdə  yaşayan,  hər  iki  tərəf 
azərbaycanlıdan ibarət ailələrdə milli adət-ənənələr və klassik 
ailə  modeli  daha  çox  qorunur,  nəinki  müasir  dövrdə 
Azərbaycanın özündə yaşayan insanlar arasında. 
 İctimai  düşüncəmizə  təsir  edən  əsas  amillərdən  biri  də 
elektron  KİV,  İnternet,  sosial  şəbəkələrdir.  Telekanalların 
çoxunda  ailə  qurulması,  eləcə  də  nikahın  dağılmasıyla  bağlı 
müxtəlif 
verilişlər 
yayımlanır. 
İnternetdəki 
tanışlıq 
saytlarında, sosial şəbəkələrdə insanlar bir-birlərilə tanış olub 
ailə  qururlar.  Əlbəttə,  onlar  yüz  faiz  xoşbəxt  olmurlar.  Real 
həyatda  olduğu  kimi,  virtual  və  digər  formalarda  ailə  quran 
insanlar  arasında  da  müəyyən    problemlər  yaşanır.  Yeni 
texnologiyaların  tətbiqinin  tərəfdarı  olsaq  da,  unutmamalıyıq 
ki,  biz  azərbaycanlıyıq  və  öz  dəyərlərimiz  var.  Ən  yeni 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
100 
100 
texnologiyalar  insanlara  xoşbəxtlik  verməklə  bərabər,  onlara 
böyük  bədbəxtliklər  də  gətirə  bilər.  Bunun  da  artıq  bir  çox 
işartılarını görürük. 
 Bu gün, zamanın diqtələrini də nəzərə almaqla, Azərbaycanda 
yeni,  bir  qədər  də  modern  ailə  modellərinin  hazırlanmasına 
ehtiyac  duyulur.  Azərbaycanın  çağdaş  ailə  modeli  millət 
olaraq  bizim  qiymətli  mənəvi  dəyərlərimizdən  birinə 
çevrilməlidir.  Elə  bir  mənəvi  dəyər  ki,  bunu  bütün  dünyada 
təbliğ etmək lazımdır və bunu əcnəbilər də etiraf edirlər. XXI 
əsrdə  dünyada,  həm  də  bizim  yaşadığımız  cəmiyyətdə  elə 
proseslər gedir ki, mənəvi problemlər sanki arxa plana keçib, 
əksinə  maddi  tələbatlar  önə  çıxıb.  Xoşagəlməz  hal  budur  ki, 
maddi 
tərəflərə  üstünlük  verdiyimiz  halda,  mənəvi 
dəyərlərimiz  güclü  təzyiqə  məruz  qalır,  televiziya  kanalları, 
yaxud İnternetin, sosial şəbəkələri mənfi təsirilə bu dəyərlərdə 
sürətli  aşınma  baş  verir.  Məhz  bunların  qarşısını  almaqdan 
ötrü ən qiymətli ailə dəyərlərimizi dirçəltməli, zamana uyğun 
olmayan bəzi cəhətlərini islah etməliyik.  
Bu  mənada  ictimai  müzakirələrə,  mütəxəssislərin  rəyinə, 
tanınmış  yazıçı,  alim,  ziyalı  və  düşüncə  adamlarının  elmi-
təcrübi mülahizələrinə böyük ehtiyac duyulur... 
 
 
 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə