Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə23/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
93 
93 
93 
arasında    hələ  ötən  əsrdən  üzü  bu  yana  ciddi  müzakirələr, 
gərgin mübahisələr gedir. Düzdür, bütün dünyada aparılan bu 
müzakirələr  Azərbaycanda    daha  çox  radio,  televiziya  və 
İnteret  saytlarında  aparılır.  Daha  ciddi  konfranslarda  və 
alimlərin əhatəsində bu problem ətrafında elmi, sosial, mədəni 
müzakirələr formasında aparılmır, ya da məsələyə elə də ciddi 
yanaşılmır. Yaxud bu istiqamətdə debatlar gedirsə belə, orada 
iştirakçıların sayı az olur, ictimai rezonansa doğuran nəticələri 
görmürük. Baxmayaraq ki, hər kəsə bəllidir: bu məsələ nəinki 
bizim cəmiyyəti düşündürür, həm də müasir dövrün ən böyük 
problemlərindən birinə çevrilib. 
 XX əsrə və İyirmi birinci yüzilliyin əvvəllərinə nəzər salanda, 
Azərbaycan  ailələrini  əsasən  iki  qrupa  bölmək  mümkündür. 
Birincisi, daha çox əyalətdə yaşayanlar və Şərq-müsəlman ailə 
tipi, milli mentalitetə tam uyğun ailə forması. İkincisi isə daha 
çox  böyük  şəhərlərdə,  Bakıda  və  dünyanın  müxtəlif 
ölkələrində  yaşayan  ailələr.  Bunların  arasında  müəyyən 
fərqlər var və fərqlər get-gedə daha da kəskinləşməkdədir. Bu 
fərqlər ətrafında mübahisələr edib, fikir söyləmək olar, amma 
fakt  budur  ki,  biz  indiyəcən  əsasən  bu  iki  ailə  tipi  ilə 
rastlaşırdıq və hətta bunların özlərinin də müxtəlif problemləri 
meydana çıxırdı.   


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
94 
94 
Əvvəllər  daha  çox  kişi  və  qadın  arasında  bağlanan  nikahdan 
yaranan,  çoxuşaqlı,  nəsillə  bağlılığı  güclü  olan  ailə  modelləri 
var idi. Belə ənənəvi ailə tipinə, bütün dünyadan fərqli olaraq, 
hələ  də  şəhərləşmənin  təsirlərinə  güclü  məruz  qalmamış 
Azərbaycanda  daha  çox  rast  gəlinirdi.  Amma  indi  qadın  və 
uşaq,  kişi  və  uşaqdan  ibarət  ailə  formaları  artmaqdadır.  Son 
illərdə    isə  boşanmaların  sayının  artması,  eləcə  də  Qərbdən 
gələn tendensiyalara uyğun olaraq vətəndaş nikahına girməklə 
yaranan,  eyni  zamanda  Şərqdən  gələn  çoxarvadlılığa  uyğun, 
siğə - kəbin vasitəsilə meydana  çıxan ailələrə də rast  gəlmək 
mümkündür. 
Biz hələ son vaxtlar Azərbaycanda da  bütün dünyada gedən, 
klassik ailə tipini dağıtmağa yönəli mənfi tendensiyalı modern 
ailə  tipləri  barədə  bilərəkdən  söhbət  açmırıq.  İnsan  haqları 
bəhanəsi ilə özü-özülə, kompüterilə, itilə, həmcinsi ilə nikaha 
girən  sarsaqlar  son  vaxtların  media  marağındadırlar. 
Bilərəkdən,  ya  məlumatsızlıqdan  tirajlanan  bu  cür  ―şok‖ 
faktlar  milli  ailə  obrazımıza  sarsıdıcı  təsirlərə  məruz  qoyur, 
gənclərin  mənəviyyatını  pozur,  ənənəvi  ailə  bağlantılarımızı 
qırır.    Düzdür,  bu  sadalananlar  Azərbaycan  cəmiyyəti  üçün 
tipik deyil, ailə müqəddəsliyinə inanclarımızı sarsıda bilər. 
Azərbaycan  üçün  daha  çox  ―qadin,  kişi  və  iki-üç  uşaq‖  ailə 
forması  məqbul  sayilir:  bu  tip  daha  çox  inkişaf  edib.  Bunun 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
95 
95 
95 
özü  də  klassik  milli  ailə  ittifaqı  sayılmır,  çünki 
məmləkətimizdə  tarixən  çoxuşaqlı  ailələrin  sayı,  cəmiyyətin 
inkişafında,  ictimai  münasibətlərin  tənzimlənməsində  daha 
önəmli  rolu  olub.  Ana  kitabımız  sayılan  ―Kitabi-Dədə 
Qorqud‖ eposundakı ailə modellərimizlə bağlı dəyərləri  yada 
salmaq kifayətdir ki, yuxarıdakı fikrimiz aydın olsun.  
İndi həm əyalətdə, həm Bakıda yaşayan bir çox qadın və kişi 
başqa  ölkələrə  işləməyə  gedir,  bu  da  klassik  -  milli 
Azərbaycan  ailəsinin  uzun  müddət  parçalanmasına  aparıb 
çıxarır.  Bəzən  3-5  il  qadın  uşaqları  ilə  yaşayır,  amma 
yanlarında  ata  olmur,  yaxud  ailə  başçısı  ildə  bir  neçə  dəfə, 
bayramlarda, şənliklərdə, yaslarda evinə ―qonaq‖ gəlir.  Başqa 
tipik  fakt:  qadınıyla  boşanmış,  yaxud  arvadını  itirmiş  kişi 
uşaqlarını  yaxın  qohumlarının,  – əsasən baba və nənələrin,  – 
yanında,  ya  da  dövlət  internat  məktəblərində  qoyur,  özü  tək 
yaşayır.  Qlobal  dövrümüzdə  bu  problemlər  get-gedə 
aktuallaşır  və  son  vaxtlar  boşanmaların  sayı  günü-gündən 
artır.  Bu  da  klassik  ailə  tipinin  inkişafına  və  dəyərlərin 
saxlanmasına mənfi təsir göstərir. 
Sual oluna bilər: bəs müasir milli ailə modeli necə olmalidir? 
Normal  qəbul  edib-etməməyimizdən  asılı  olmayaraq,  bu  gün 
çağdaş  ailə  modelərimizdə  müxtəlif  dəyişikliklər  baş  verir. 
Bunun qarşısını almaq üçün tarixdə və yaxın keçmişimizdə ən 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
96 
96 
yaxşı  ailə  ənənələrimizi  dirçəltməli,  möhkəmləndirməliyik. 
Əvvəllər  çoxuşaqlı  -  5-10  uşaqlı  ailə  modellərinin  sayı 
həddən-artıq  idi.  Üstəlik  də  bu  cür  ailələr  yaxın  qohumların 
əhatəsində olurdu: söhbət xala, bibi, dayı, əmi, baba, nənədən 
gedir.  Təəssüflər  olsun  ki,  indi  bunların  çoxu  yoxdur.  Artıq 
ötən  əsrin  80-ci  illərindən  bu  yana  respublikamızda  ən  uzağı 
iki  və  ya  üç  uşaqdan  ibarət  ailələrin  sayı  çoxalmağa  başladı. 
Odur  ki  indi  əksər  uşaqların  xala,  bibi,  əmi,  dayı  deyilən 
qohumları  yoxdur.  Bundan  sonra  daha  böyük  problemlərlə 
rastlaşacağıq,  çünki  bu  qohumluq  anlayışları  get-gedə 
azalacaq.  Evdə  bir  oğlan  və  tək  qız  varsa,  onlar  evlənəndən 
sonra  uşaqlarının  xalası,  yaxud  dayısı,  və  ya  bibisi-əmisi 
olmayacaq. 
 Digər  tərəfdən,  heç  də  birmənalı  demək  olmaz  ki,  klassik 
Azərbaycan  ailəsinin  bütün  dəyərləri  idealdir.  Azərbaycanda 
boşanma  faktları  hər  zaman  ictimai  qınağa  məruz  qalıb,  pis 
hal  sayılıb.  Bütün  dünyada  isə  psixoloqların,  ailələrlə  bağlı 
araşdırma  mərkəzlərinin  tədqiqatları,  xüsusilə  sosioloqların 
çoxsaylı  araşdırmaları  göstərir  ki,  boşanmalar  olmayanda 
ailədaxili  zorakılıq  halları  durmadan  artır.  Belə  hallar  isə 
gələcək  nəslin  formalaşmasında  öz  mənfi  təsirini  daha  çox 
göstərir.  Boşanmayaraq  üzün  müddət  münaqişəli  ailələrdə 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə