Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
77 
77 
77 
 
 
Kağız, yoxsa elektron kitab?! 
  
 
Heç  kimə  sirr  deyil  ki,  son  illər  İnternet  resursları  və  İK 
texnologiyalarının inkişafı ədəbiyyata, eləcə də kitab bazarına 
güclü  təsir  göstərə bilib.  Müxtəlif nəsil  oxucular, ən əsası  da 
gənclər  və  tələbələr  kağız  nəşrlərə  deyil,  elektron  kitablara 
üstünlük  verməyə  başlayıblar.  Sosial  şəbəkələrin  yaranması, 
inkişafı  və  günü-gündən  genişlənməsi,  həyatımızın  bütün 
sahələrinə nüfuz etməsi isə virtual yazı, elektron kitab, şəbəkə 
ünsiyyəti,  İnternet  resurslar  və  elektron  kitabxanalara  meyli 
daha da həvəsləndirib.  
 Hazırda  dünya  özünün  innovativ-informativ  mərhələsini 
yaşayır.  Yeni  informasiya-kommunikasiya  texnologiyaların 
özünün  də  diqtə  etdiyi  fərqli  düşüncə  tərzi,  virtual  dərketmə 
məqamlar yaranıb. Bu baxımdan bütün dünyada olduğu kimi, 
Azərbaycanda  da  e-kitab,  şəbəkə  ədəbiyyatı,  İnternet 
hipermətnlər,  və  bunların  məntiqi  ardı  olaraq  elektron 
kitabxanalar  dövrü  başlayıb.  Azərbaycanda  bu  mərhələ  90-cı 
illərin  axırları  2000-ci  illərin  əvvəllərində  vüsət  aldı, 
Azərbaycan ədəbiyyat nümunələrinin, milli kitabların, çağdaş 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
78 
78 
bədii  söz  örnəklərinin  elektron  variantları  meydana  gəldi. 
İnsanların  bu  elektron  və  ya  şəbəkə  ədəbiyyatına  kütləvi 
maraq göstərməsi bir qədər ləng xarakter alsa da, hər halda bu 
proses  başladı,  get-gedə  də  genişləndir.  Daha  sonra  dünyada 
gedən  ədəbi-kulturoloji,  texnoloji  proseslər  Azərbaycanda  öz 
əksini  tapdı.  Məşhur  ―Qüttenberq‖  deyilən  bir  layihə  var. 
Layihənin  məğzi  o  idi  ki,  indiyə  qədər  bəşəriyyətin  yaratmış 
olduğu  yazılı  informasiyaların,  mətnlərin,  elmi,bədii  və  dini 
kitabların  elektron  variantı  hazırlansın.  Kompyuter  və 
sürətçıxarma  cihazları  vasitəsilə  hazırlanan  bu  variantlar 
xüsusi  proqramlarla  rəqəmsal  formaya  salınır,  İnternetin 
müxtəlif  resurslarda,  o  cümlədən  elektron  kitabxanalarda 
yerləşdirilir  ki,  bütün  dünya  onlardan  yararlanmaq  imkanı 
qazansın. Belə bir şəraitdə biz də bu prosesdə geri qalmadıq, 
ölkəmizdə  bir  neçə  ciddi  intellektual-kreativ  İnternet 
resursları, o cümlədən elektron kitabxanalar yaradıldı. Həmin 
kitabxanlarımızda ənənəvi nəşrlərin – kağız kitabların elektron 
formaları  yox, eyni  zamanda müxtəlif intellektual,  kreativ və 
ədəbiyyata aid yazıları yerləşdirilərək geniş oxucu kütlələrinə 
çatdırılır.  Anl.az,  kitabxana.net,  kitab.biz  portalları  kimi 
elektron  kitabxanalardan  yalnız  Azərbaycandan  deyil, 
dünyanın  hər  yerindəndaxil  olurlar  və  bizim  milli 
kitablarımızın  elektron  variantlarından  geniş  istifadə  olunur. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
79 
79 
79 
Buna  görə  də  ydüşüncə  adamlarımızın,  alimlərimizin,  yazıçı 
və  şairlərimizin  elektron  kitabları,  dərsliklər,  elmi  və  dini 
kitablar,  ümumiyyətlə,  gərəkli  olan  əksər  əsərlər  dünyanın 
aparıcı dillərində, amma sözsüz ki, ilk növbədə Azərbaycanca 
kitabxanalarımızda yerləşdirilib.  
Əlbəttə,  istər  dünya,  istər  müasir  Azərbaycan  ədəbiyyatında 
elə  kitablar,  o  cümlədən  elmi-intellektual  əsərlər,  ali  və  orta 
məktəb dərslikləri var ki, onların elektron versiyası təəssüf ki, 
yaradılmayıb. 

səbəbdən 
bizim 
milli 
elektron 
kitabxanalarımızda da onları tapmaq mümkün deyil.  
Azərbaycanda  üç  böyük  elektron  kitabxana  var:    Prezident 
Elektron  Kitabxanası,  ikincisi  M.F.Axundov  adına  Milli 
Kitabxananın  elektron  resursu  və  nəhayət,  üçüncü  Milli 
Virtual-Elektron  portal  -  kitabxana.net.  Milli  kitabları  əsasən 
bu  üç  mənbədə  yerləşdirilir.  Düzdür,  son  illər  çoxsaylı 
electron resurslar yaradılsa da, onlara hələ electron kitabxana 
demək  bir  qədər  çətindir,  gərək  müəyyən  standartlara  cavab 
verən səviyyəyə qədər inkişaf etsinlər.  Qeyd edim ki,  bu üç 
kitabxana  bir-biri  ilə  mütəmadi  olaraq  əlaqəli  şəkildə  işləyir. 
Prezidentin  Fondundan  bizim  kitabxanalara  maliyyə  yardımı 
göstərilir. Digər dövlət qurumlarının və Yazıçılar Birliyinin də 
maliyyə  və  texniki,  o  cümlədən  yaradıcı  imkanlarından 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
80 
80 
istifadə  olunaraq  ədəbiyyatımızın  elektronlaşdırılmasını 
sürətləndirmişik.  
 Yazıçı  və  şairlərin,  alim,  müəlliflərin  yaradıcılığını  təbliğinə 
electron  kitabların  çox  böyük  təsiri  var:  dünyada  İnternetdə 
yayımlanan  materiallara  görə  reytinq  müəyyənləşdirilmə 
sistemləri  indi  dəbdədir.  Azərbaycanda  kitabların  nəşri 
sahəsində  müəyyən  problemlər  hələ  də  qalmaqdadır:  tirajı 
500-1000  nüsxədən  yuxarı  kitab  çap  olunmur.  Onlar  əlli 
milyonluq  azərbaycanlının  heç  1  faizinə  də  çatmır,  nəinki 
dünyada,  Azərbaycanda  və  türk  dillərindən  istifadə  edən 
kitabsevərlərə. 
Bu 
mənada 
İnternetdə 

elektron 
kitabxanalarda  yerləşdirilən  e-kitablar  istənilən  şəbəkə 
istifadəçisi üçün əlçatandır.  
Bir  çox  istifadəçi  elektron  kitabxanalarımızın  sistemli  deyil, 
dağınıq 
və 
səpələnmiş 
olduğundan 
şikayət 
edir. 
Kitabxanalarımızda  müəyyən  axtarış  sistemlər  var.  Həm 
müəlliflər, həm də ölkələr üzrə axtarış etməklə istənilən kitabı 
tapmaq  olar.  Üstəlik,  elektron  kitabxanalar  çoxsaylı 
bölümlərdən  ibarətdir.  Kitablar  klassika,  dünya  ədəbiyyatı, 
lüğətlər  və  ölkələr  üzrə  sistemləşdirilir.  Düzdür,  onların 
hamısını biz hələlik komplektləşdirmək mümkündeyil, həm də 
dünya dillərində saysız-hesabsız kitablar var, hamısını İnternet 
resurslarında yerləşdirmək çətindir, heç buna iddialı da olmaq 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə