Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
61 
61 
61 
ədəbi-mədəni  həyatımızda  baş  verənlərin  təhlilinə  aid 
yazılanlar ədəbi tənqiddən çox ―ədəbsiz tərif‖ə aid edilə bilər. 
Bir  çox  tənqidçilər  ictimai-mədəni  vəzifəsinin  öhdəsindən 
gələ bilmədiyinə görə, daha asan yol seçdilər: nə tələb edirlər, 
qonorarını  –  haqqını  alaq,  boğazdanyuxarı  tərif    yazaq,  təki 
yaxamızdan  əl  çəksinlər!  Hətta  fərdi  və  fərqli  tənqidçi 
yaradıcılığına 
malik 
səviyyəli 
qələm 
sahibləri 
bu 
―özünüqoruma‖  metoduna  üstünlük  verməklə,  ədəbi 
tənqiddəki  fikri  böhranı  daha  da  dərinləşməsinə  şərait 
yaratdılar.  Məhz  belə  bir  şəraitdə  ədəbi  tənqidimiz  dinamik, 
çox  zaman  isə  ―enişli-yoxuşlu‖,  Şərqdən-Qərbdən  təsirlər 
altına  düşən,  çabalarıyla  irəliləyən  çağdaş  ədəbiyyatdan  geri 
qaldı və günbəgün də o geriləmənin qarşısını almaq çətin olur. 
İşıq üzü görən ədəbi nümunələrə diqqət ayıranda təhlükəli dini 
cərəyanların  təsiri  ilə  qələmə  alınmış  əsərlərdən  tutmuş, 
erotika-pornoqrafiya  saçan,  ideoloji  ziyanlı,  milli-mənəvi 
şifrələrimizi  dağıdan,  oturuşmuş  dəyərlərimizi  alt-üst  edən, 
ana  dilimizin  müxtəlif  qatlarını  dağıdan,  minillik  estetik-
mədəni  düşüncəmizi  parçalayan  kitablara  qədər  əsasən  yeni 
nəslin  beyinlərini  yumağa  yönəli  ―ədəbi-mədəni  bombalar‖ı 
görürük.  Düşüncələrdən  dilə,  oradan  sözə-ədəbiyyata,  daha 
sonra  mətbuata,  İnternet  resurslarına,  elektron  KİV-ə  –  tele-
radio  efirlərinə  uzanan  bu  qaraniyyətli  plana  qarşı  isə  ilk 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
62 
62 
növbədə  ədəbi  tənqidimiz  mübarizə  aparmalıydı,  fəqət, 
görürükmü bunu?! 
Ötən  yüzilliyin  ortalarından  etibarən  dünya  ədəbiyyatında 
ədəbi  tənqid  özünün  ən  yeni  forma  və  məzmunu  ilə  filoloji 
elmin qabaqcıl istiqamətinə çevrilməkdə idi. Tənqid fəlsəfəylə 
birləşib yeni kulturoloji mahiyyət, məna kəsb etməyə başladı. 
Qərbdə,  tarixini  ötən  əsrin  iyirminci  illərindən  götürən 
strukturalizmin  Fransadakı  spespik  forması  –  elmi-fəlsəfi 
istiqaməti  güclü  inkişaf  edir,  onun  ictimai-mədəni-fəlsəfi 
mahiyyətini  qabartmağa  başladılar.  Yaxud  Azərbaycanın 
vaxtilə  bir  elmi-mədəni  məkanda  qonşu  olduğu  Rusiyada 
struktralistlərdən  təsirlənən,  semiotika  tərəfdarı  kimi  tanınan, 
görkəmli  alim  Mixail  Baxtinə  ―filoloji  müxalifət‖də  duran 
Yuri  Lotman  məktəbinin  ədəbiyyatşünaslığa  gətirdikləri  yeni 
elmi-kulturoloji  düşüncə  texnologiyası,  nədənsə,  bizim  milli 
ədəbi tənqidimizə təsiri az oldu: səviyyəmiz yetərincə deyildi, 
yoxsa  lazımi  mühitə  malik  deyildik,  bax  bunu  qoy 
tədqiqatçılar 
araşdırsınlar. 
Bu 
məsələdə 
ədəbiyyatşünaslarımız,  ədəbiyyat  tarixçilərimiz  və  tənqidin 
tənqidi ilə məşğul olan filoloq alimlərin tədqiqatlarına ehtiyac 
duyulur: qoy zəhmətə qatlaşıb hansısa on beşinci əsrin ortabab 
saray  şairinin  mədhiyyələrini  araşdırmaqdansa,  daha  aktual 
olan bu problemlərə baş vursunlar. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
63 
63 
63 
Klassik  -  ənənəvi  ədəbi  tənqid  bir  tərəfdən  bədii  ədəbiyyatla 
bağlı  intellektual  yaradıcılq  sahəsi  hesab  olunursa,  digər 
yandan  söz  sənətini  öyrənən  elmi-analitik  düşüncə  forması 
sayılır.  Zaman  və  məkan  baxımından  çıxış  edərək  yaranan 
bədii  nümunələrin  anlamını  və  qiymətini  verməklə,  ədəbi 
prosesə  fəal  müdaxilə  edən,  habelə  ictimai  düşüncəni 
istiqamətləndirmək  baxımından  ədəbi  tənqid  çağımızda  çox 
mürəkkəb  və  rəngarəng  filoloji  sahədir.  Hər  bir  filoloji-elmi 
sahə  kimi  ədəbi  tənqidin  də  müxtəlif  janrları,  formaları, 
çalarları  mövcuddur:  resenziya,  hər  hansı  bir  əsər  haqqında 
tənqidi  material,  icmal,  problematik  məqalə,  çağdaş  ədəbi 
proses  barədə  monoqrafiya,  esse,  ön  söz,  qəzet  məqaləsi, 
ədəbi  portret,  polemik  replika,  ədəbi  söhbət,  müsahibə, 
biblioqrafik  qeydlər  və  b.  Bu  mənada  tənqidçi  özündə 
nəzəriyyəçi,  kulturoloq,  filoloq,  filosof,  ictimaiyyətçi, 
publisist, politoloq, sosioloq, psixoloq, estet kimi keyfiyyətləri 
birləşdirməlidir:  intellektual  səviyyə,  istedad,  elmi  hazırlıq, 
zəhmətsevərlik kimi cəhətlər də öz yerində.  
Çağdaş  ədəbi  prosesdə,  ümumən  isə  milli  mədəniyyətimizdə 
baş verən müxtəlif olaylara nəzər salanda, onların lokal – yerli 
səciyyəli,  yoxsa  qlobal  –  dünya  əhəmiyyətli  kulturoloji 
hadisələr  olduğunu  təyin  və  təhlil  etmək,  yeni  tariximizin 
tələblərinə uyğun dəyərlərin, meyarların müəyyənləşdirilməsi 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
64 
64 
çox  vacib  məsələ,  ədəbiyyat  tədqiqatçılarının  –  tənqidçi  və 
kulturoloqların  bu  gün  qarşılarında  duran  ciddi,  əsas 
vəzifələrindəndir.  
Son  on-on  beş  ildə  baş  verən  ədəbi-mədəni  hadisələrə,  ədəbi 
proseslərə  qiymət  vermək,  əsas  hadisələri  müəyyənləşdirmək 
nə qədər çətin olsa da, onun zamanı artıq çoxdan gəlib çatıb. 
Qloballaşmağa  doğru  sürət  götürmüş  çağdaş  dünyada  baş 
verən  böyük  proseslər,  xüsusən  də  mədəniyyətlərin 
inteqrasiya  pərdəsi  arxasında  intellekt  və  milli  dünyagörüş 
sistemlərinin  yarışı  –  bəlkə  də  daha  dəqiq  desək,  savaşı 
zamanı  zəif  dəyərlər  dəyişilmiş,  dövrün  tələblərinə  uyğun 
forma və məzmun rəngarəngliyi meydana çıxmışdır. Bu fərqli 
fəlsəfi-estetik dərketmə vasitəsini kifayət qədər sayda anlayan 
hazırlıqlı  fərdlər  ortaya  çıxıb.  Bizdə  ədəbiyyatı  və  yaradıcı 
sənətin  bütün  növlərini,  o  cümlədən  ictimai,  siyasi,  iqtisadi, 
fəlsəfi,  elmi,  intellektual,  mənəvi,  dini,  pisixoloji  sahələri 
əhatə  edən  modernizmi  və  postmodernizmi  cəm  halda  bilən, 
hətta  onlar  barədə  ümumi  məlumatlara  malik  insanların 
sayının  məhdud  olması  bu  baxımdan  tənqidi  fikrimizin 
inkişafına  mane  olur,  mühit  formalaşmağa  təkan  vermir,  bir 
inkişaf etmiş cəmiyyət kimi dünyada özümüzü tanıtmağımıza 
maneçilik törədir. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə