Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə13/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
53 
53 
53 
edilmiş  kino  əsərləri  xatırlayaq.  Yeri  gəlmişkən,  bu,  tipik 
azərbaycanlı  gəncinin  düşüncəsi  idi:  əslində  isə  o  epizodda 
Vətən,  torpaq  üçün,  yaxud  Qarabağdan,  Ağdamdan  ötrü 
"canım qurban" deyə bilərdi.  
Düzdür,  film  yaradıcıları  erməni  əsir  qadını  epizodunda,  - 
özlərini  sığortalayaraq,  -  ―Drakon‖un  dilindən  bu  sözləri  də 
söyləməyi  unutmurlar:  "Mən  arvadlarla  döyüşmürəm..." 
Amma  müharibə  müharibədir  və  onun  öz  həqiqətləri, 
reallıqları,  dəhşətləri,  ağrıları,  acıları  var.  Məlumdur  ki,  bəzi 
hallarda hər iki tərəfdən əsir alınmış nəinki qadınlar və qızlar, 
həmçinin əsgərlərin də seksual işgəncələrə, zorrakılığa məruz 
qalmışlar:  bu  barədə  yaxın  keçmişimizdə  çoxlu  tarixi  faktlar 
var.  Yanılmıramsa,  başqa  bir  filmimizdə  bizim  qadınların 
erməni vəhşiləri tərəfindən zorlanması faktı da göstərilib. Mən 
hələ  publisitik  kitablarda,  mətbuat  yazılarında,  sənədli  və 
televiziya  filmlərindəki  çoxsaylı  faktları  yada  salmaq 
istəmirəm.  
Filmdə 
―qarabağizm‖, 
problemin 
Ağdam 
ilə 
məhdudlaşdırılması  anlaşılan  deyil:  məgər  müharibədə 
Qarabağdan  olmayan,  yaxud  qeyri-ağdamlı  şəhidlərimizin 
sayı  azdır?!  Senarist  olaraq  A.Abbas  da  filmin  əvvəlində 
göstərir  ki,  Lənkərandan  25  nəfər  könüllü  Vətən  uğrunda 
canından keçmək üçün Ağdama gəlir. ―Drakon‖ ləqəbli obrazı 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
54 
54 
oynayan Rza Rzayevi, - yeri gəlmişkən, bu gənc aktyor, eləcə 
də  ―Pələng‖  rolunu  oynayan  Elvin  Əhmədov  kinomuz  üçün 
kifayət qədər yeni tapıntı sayıla bilər, - tutalım, elə öz ləhcəsi 
ilə  danışdırıb  naxçıvanlı,  ya  da  qubalı  kimi  göstərmək 
olmazdı?  Axı  Qarabağ,  Ağdam,  işğal  altında  olan  başqa 
doğma torpaqlarımız yalnız orada doğulan, şəhid olan, yaxud 
yaşayanların deyil, bütöv Azərbaycanın yaralı ürəyidir... 
Ekran  əsrindəki  jurnalist  obrazı  natamamdır:  halbuki  o  rolda 
çox  yaraşıqlı  bir  aktyor  çəkilib.  Bu  obrazı  daha  da  inkişaf 
etdirmək  mümkün  idi,  axı  Qarabağ  müharibəsi  zamanı  şəhid 
olan jurnalist, qələm əhlinin sayı heç də az deyil? 
―Drakon‖ obrazı bizim ―Rembo‖muz olmasa da, onunla bağlı 
epizodlar  tələsik  çəkilmiş  və  sanki  tamamlanmamış  təsiri 
bağışlayır: məsələn, İnterpolun axtardığı, Ağdam kəndlərində 
soyqırım  dəhşətlərinə  başçılıq  edən  erməni  terroristini 
öldürmə səhnəsi çox zəif və aztəsirlidir. Halbuki onun başının 
kəsilməsi  səhnəsini  verməmək  şərtilə,  daha  maraqlı,  ən  azı, 
hələ  də  müharibə  şəraitində  yaşadığımıza  görə,  ideoloji 
obrazlılıqla göstərmək mümkün idi. 
Heç  şübhəsiz,  ―Dolu‖  bizim  yaxın  keçmişimiz  haqqında  bir 
ideoloji  filmdir  və  orada  heç  olmasa,  pafosa,  milləti  iki  yerə 
parçalayan ideoloji-siyasi yanlışlığa yer vermək lazım deyildi. 
Xalq  artisti  Fuad  Poladovun  ustalıqla  yaratdığı  raykom 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
55 
55 
55 
katibinin respublikanın ozamankı rəhbərliyinə qarşı  ―qiyamı‖ 
inadırıcı  görsənmir.  Nəzərə  almaq  lazımdır  ki,  o  vaxtlar 
respublikamızda indiki imkanlar yox idi, üstəlik bir sistemdən 
ayrılıb, digərinə ―oturuşmamışdıq‖ hələ: Azərbaycan bir neçə 
istiqamətdə savaşa girişmişdi, ən azından hakimiyyət uğrunda 
çoxsaylı  siyasi  oyunlar  gedirdi.  Belə  bir  şəraitdə  20-25  il 
bundan əvvəlki hadisələrə bugünkü baxışla qiymət vermək nə 
qədər  düzgündür?  Filmə  baxan  zaman  belə  bir  fikir  yaranır: 
güya  rəsmi  qurumlar  heç  bir  iş  görmür,  müdafiə  nazirliyi  və 
Milli  Ordu  bilərəkdən  Ağdamı  ermənilərə  təslim  edir,  xalq 
hərəkatı lazımsızdır, Qarabağ - Ağdam uğrunda yalnız lotular, 
həbsxanada oturanlar vuruşur.  
Erməniləri  unudub,  düşməni  öz  aramızda  axtarmaq  nə  qədər 
düzgündür?!  Ermənilərə  o  illərdə,  yazıçının  da  vurğuladığı 
kimi,  sovet-rus  ordusu  və  dünya  terroristlərinin  ən 
tanınmışları  yardım  edirdi,  yazıq  azərbaycanlılar  isə  obrazlı 
ifadə etsəm, sıravi insanların umidinə qalmışdı. Film rejissoru 
nədənsə bu incəlikləri unudur sanki.  
Təkrar  etməyə  məcburam:  "Dolu",  söz  yox,  "Hərb  və  sülh" 
filmi  deyil,  fəqət,  Qarabağ  müharibəsi,  erməni  işğalı  yalnız 
Ağdamla məhdudlaşmırdı, kinoda isə şərti olaraq ―ağdamizm‖ 
saydığım  baxış  çox  güclüdür.  Belə  çıxır  ki,  o  zamanlar 
Azərbaycan  dövləti,  o  cümlədən  xalqımız  Ağdamı  sadəcə 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
56 
56 
hadisələrin  ixtiyarına  buraxmışdı.  Axı  elə  deyildi  axı:  ən  azı 
bunu o rayonun bir çox kəndlərinin işğaldan qorunduğu faktı 
sübut  edir.  O  vaxtlar  Azərbaycanın  hər  yerindən  Qarabağ 
müharibəsinə  insanlar  axışır,  ərzaq,  silah,  texnika  alınıb 
göndərilirdi... 
Təəccüblüdür,  filmdə  gender  balansı  pozulub:  amma  bir 
balaca  yaddaşımızı  silkələsək,  Qarabağ  və  Ağdam  uğrunda 
savaşa  çıxan  nə  qədər  igid  qız-gəlinlərimiz,  tibb  bacılarımız, 
xanım həkimlərimiz vardı, onların ―haqqını kəsmək‖ nə qədər 
düzgündür?  Bir  obrazı  çıxmaq  şərtilə,  qadınlarımız  yalnız 
öldürülür,  ya  da  acıları  görüb  fəryad  qoparanlar  kimi 
göstərilir... 
Film  Ağdam  şəhərinin  ermənilərin  işğalı  ilə  bitir  və  axırda 
müəlliflər ruhları zəbt olunmuş torpaqlara yollamaqla ideoloji 
vəzifəsini  bitmiş  hesab  edir.  Üstəlik  də  əsas  qəhrəmanların 
hamısı  həlak  olur.  Ağdamın  yarısı  bizdədir,  zənnimizcə, 
filmin  sonluğu  Ağdamın  hansısa  kəndinə  real  hücumuyla 
bitsəydi,  daha  effektli,  təsirli,  necə  deyərlər,  "hərbi-
vətənpərvərlik  ruhunda‖  alınardı.  Axı  bu  sənədli  film  deyil, 
bədii  ekran  əsəridir:  arzuları  obrazlı  formada  verməkdə 
çəkinmək lazım deyildi. 
Bütün  sadalanan  cəhətlərinə  baxmayaraq,  "Dolu"  maraqlı  bir 
ekran əsəri, savaş filmi və yaxın tariximizi özündə əks etdirən 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə