Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə12/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
49 
49 
49 
aktyorlar  çəkilən,  12012-ci  ildə  ekranlaşdırılan  ―Dolu‖  filmi 
haqqında  yazılan  çoxsaylı  resenziyalardan  fərqlənən  bu 
yazımın  mübahisələr  doğuracağını  bilsəm  də,  belə 
müzakirələrin  gərəkliyini,  son  illərdə  öləzləyən  kino-
tənqidçilik sahəsinə bir canlama gətirəcəyini düşünürəm. 
Özünəməxsus  estetiktiv  baxışlarıyla  seçilən,  bənzərsiz 
yaradıcılıq  imkanlarıyla  oxucularını  heyrətləndirən  tanınmış 
yazıçı Aqil Abbas zəmanəmizin bu ağrılı probleminə hələ çox 
əsər yazacaq, onlar əsasında yeni-yeni filmlər çəkiləcək deyə, 
tamaşaçılar tərəfindən birmənalı qarşılanmayan, fəqət maraqlı 
ekran  həllinə  görə  son  illərin  sənət  nümunələri  arasında 
fərqlənən  "Dolu"  tammetrajlı  bədii  filmi  haqqında 
mülahizələrimi bölüşürəm ki, ―Qarabağnamə‖lər mövzusunda 
araya-ərsəyə  gətiriləcək  işlərin  səviyyəsi  daha  yüksək  olsun: 
fikirlərimin subyektivliyini və ola bilər, bu ekran əsərinə ilkin 
təəssüratlardan yarandığını vurğulamaq yerinə düşər... 
Bir daha vurğulayım: bəlkə də bu mülahizələrimin bir qismini 
"Dolu"  filminə  şamil  etmək  olar,  ancaq  onları  oxucuların 
diqqətinə çatdırıram ki, hərb və müharibə, bir sözlə, Qarabağ 
mövzusunda  ekran  əsərləri  çəkiləndə,  mütləq  aşağıdakı 
məsələlərə xüsusi diqqət verilsin. 
Yeni  sənət  əsərləri,  kreativ  düşüncə  məhsulları  olaraq, 
müəlliflərinə şöhrət gətirə, yaxud, əksinə, tez də unudula bilər: 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
50 
50 
bu  mənada  haqqında  danışdığım  bədii  filmin  yaradıcı 
heyətinin  estetik  zəhmətini  dəyərləndirir,  mətbuatda  ―Dolu‖ 
haqqında  təriflər  yazanların  fikirlərinə  əksər  halarda  şərik 
çıxır,  bununla  yanaşı,  bəzi  tənqidi  düşüncələrimi  ədəbi-
mədəni sahənin adamlarıyla bölüşmək, kino ictimaiyyətimizin 
diqqətinə çatdırmaq istəyirəm. 
Dəyərli  ədəbiyyat  nümunələrinin,  o  cümlədən  Aqil  Abbasın 
maraqlı  -  oxunaqlı  ―Dolu‖  romanını  kino  dilinə  çevirməyin, 
tam  dolğunluğu  ilə  əhatə  etməyin  çətinliyini  xatırlatmaqla, 
əvvəlcədən  söyləyim  ki,  sözügedən  bu  ekran  əsəri  bədii 
filmdən  çox,  hansısa  telesserialın  qayçılanmış  variantını 
xatırladır.  Yeri  gəlmişkən,  bu  forma  dünya  kino  sənətində 
qəbul  ediləndir:  tutalım,  M.Bulqakovun  eyniadlı  romanı 
əsasında  çəkilmiş  ―Master  və  Marqarita‖  telesserialının 
ikihissəli bədii film kimi işlənmiş qısa variantı da var.  
Böyük  ekran  əsərlərinin  üç  növu  olur:  kommersiya  kinosu, 
müəllif  kinosu, dövlət kinosu (keçmiş Sovetlər Birliyinə daxil 
olan  respublikalara  aiddir)  -  söhbət  sənətkarlıq  cəhətdən  yox, 
kulturoloji-ideoloji,  maliyyə-texniki,  bir  qədər  də  estetik 
tərəflərdən  gedir.  "Dolu"  filmi  dövlət  sifarişi  ilə  çəkildiyinə 
görə  sonunculara  aiddir,  bu  isə  öz  növbəsində,  yaradıcı 
heyətin  üzvlərini  müəyyən  mənalarda,  çərçivəyə  salıb, 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
51 
51 
51 
məhdudlaşdırmalara  vadar  edib.  Bu  mənada  filmi  daha  çox 
ideoloji savaş kinosu kimi də xarakterizə etmək mümkündür. 
Filmin başlanğıcında, ən azı, 20-25 dəqiqə stabil, dinamikasız 
bir  gedişat  var  ki,  müharibə  mövzulu  savaş  filmlərində  bu 
məqbul  sayıla  bilməz.  Bundan  sonrakı  hadisələrin  nəqletmə 
dinamikası  bədiiliyi  üstələdiyinə  görə  filmin  estetik  -  sənət 
tərəfini bir qədər zəiflədir. 
Ənənəvi  realist  üslubda  lentə  alınmış  bu  ekran  əsərinin 
mübahisəli  tərəflərindən  biri  də  baş  qəhrəmanın  mövcud 
olmaması, yaxud dörd surət arasında bölünməsidir: komandir, 
raykom  katibi,  ―Drakon‖  ləqəbli  obraz,  polis  rəisi.  Bu  dörd 
surətin  hər  biri  müsbət  qəhrəman  obrazında  göstərilsə  də, 
əslində klassik - ənənəvi kinonun estetik tələblərindən kənara 
çıxılıb.  Bir  daha  vurğulayım  ki,  filmdə  əsas  baş  qəhrəman 
yoxdur,  bu  isə  ənənəvi,  realist  janrda  çəkilmiş  filmləri  seyr 
etməyə meyilli Azərbaycan tamaşaçısını da, elə tənqidçiləri də 
qıcıqlandırır.  
Romanda  isə  əksinə,  qəhrəman  aydın  görsənir:  ermənilərə 
qarşı  mətin  mübarizə  aparan  Ağdam  -  Qarabağ,  yaxud 
zamanın  və  müharibənin  özüdür.  Fəqət  vizual  sənət  növü 
sayılan  kino  baş  qəhrəmansız  bir  qədər  baxımsız  təsiri 
bağışlayır, tamaşaçısını tez yorur.  


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
52 
52 
Bayaq  da  qeyd  etdiyim  kimi,  dövlət  sifarişi  ilə  araya-ərsəyə 
gələn  "Dolu"  filmi  ənənəvi  ekran  əsəri  sayılır,  əgər 
postmodern  bir  film  olsaydı,  məsələn,  serb  rejissoru  Əmir 
Kustirisa,  yaxud  bizim  Vaqif  Mistafayev  üslubunda 
çəkilsəydi, onda başqa məsələ, istənilən sənət sınaqlarına göz 
yummaq olardı. Tutalım, hər cür müqayisə birtərəfli olsa da, 
Qarabağ  mövzusunda  ilk  ciddi  böyük  ekran  əsəri  sayılan 
"Fərhad" filmində əksər obrazlar, bütün köməkçi süjet xəttləri 
əsas  qəhrəmanın  dolğun  surətinə  canlandırmağa,  tamaşaçı 
yaddaşına  həkk  olunmasına  xidmət  edir.  "Dolu"da  isə 
tamaşaçının,  belə  demək  mümkünsə,  rəğbəti  bayaq  qeyd 
etdiyimiz  dörd  qəhrəman  üzərində  yönələndirməklə,  rejissor 
əsas mətləbdən uzaqlaşır. 
Filmdəki  iki  əsas  epizoda,  yumuşaq  ifadə  etsək,  qeyri-
səmimilik  müşahidə  olunur:  erməni  qızını  əsir  tutan 
kəşfiyyatçı  dəstənin  üzvləri  onu  sərbəst  buraxırlar.  Halbuki 
sonralar  ―Pələng‖  ləqəbli  obraz  yaralanıb  keçinəndə 
―Drakon‖a son sözü bu olur: "Mən qız üzü görmədim!" Real 
müharibə şəraitində - insanlığın arxa plana keçdiyi bir vaxtda 
qadın  əsl  qənimət  sayılır,  özü  də  düşmən  cəhbəsində  olan 
yaraşıqlı  incə  varlıq  olanda,  tamam  başqa  situasiya  yaranır. 
Dünyada  son  illər  çəkilən,  keçmiş  Yuqoslaviya,  MDB 
ölkələrindəki  oxşar  münaqişələrin  acı  reallıqlarına  həsr 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə