Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
45 
45 
45 
yazıçıları  tərəfindən  artıq  inhisara  alınmış  bir  estetik-bədii 
sahədə özünün məhsuldar yaradıcılıq yolunu sala bildi, dünya 
oxucusu  tərəfindən  maraqla  qarşılanan  çoxsaylı  detektiv 
əsərlərini  ustalıqla  yaradaraq,  nəinki  lokal  milli  ədəbiyyat 
meydanında,  eyni  zamanda  qlobal  çap-nəşriyyat  biznes 
sahələrinə  çıxış  əldə  etdi.  Yazıçının  dünyanın  40-dan  çox 
ölkəsində  nəşr  olunan  əsərləri,  əksər  ölkələrdə  milyon 
nüsxələrlə  satılan  kitabları  və  oxucular  tərəfindən  diqqətlə 
qarşılanan  imzası  dünyada  Azərbaycanı,  milli-mənəvi 
varlığımızı piar – təbliğ edən əsl qlobal kbrendimizə çevrilib.  
Azərbaycan – müsəlman yazıçısı olaraq bütün sadalanan ağrılı 
problemlərə  sinə  gərən  bir  yazar  kimi  Çingiz  Abdullayev 
titanik  kreativ  əməyi  nəticəsində  millətimiz,  dövlətimiz  üçün 
bu  qədər  iş  görürsə,  onun  kimi  milli  sərvətimizə  -  insan 
kapitalımıza  dəyər  verməmək,  gənc  nəslə  nümunə 
göstərməmək mümkündürmü!? 
 Siyasi,  eləcə  də  xəfiyyə  detektiv  kitablarındakı  silsilə 
romanlarında  yazıçı  çağdaş  həyatımızın  kriminal  nəbzini 
tutmağı  bacarır:  baş  verən  siyasi-sosial  olaylara  müəllifin 
özünəməxsus  baxış  bucağından  nəzər  salır  və  geniş  mənada 
bu  mürəkkəb  hadisələrin  arxasındakı  böyüklü-kiçikli,  milli, 
yaxud qlobal səbəbləri, motivləri, problemləri, hətta nəticələri 
görür.  Çox  hallarda  isə  ustad  detektivin  romanları  bu 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
46 
46 
proseslərin  əsl  mahiyyətini,  əsas  səbəblərini  öyrənmək 
baxımından 
oxucuları 
üçün 
əsl 
kriminal-ədəbi 
ensiklopediyaya  çevrilir.  Yaradıcı  insanın  dəqiq-intiutiv 
proqnozlarının  hətta  reallıqda  da  –  kriminal  proseslərin 
əsərdən  başqa,  həm  də  yaşadığımız  günlərdə  də  inkişafi 
baxımından  (Azərbaycan  Respublikası  Dövlət  Təhlükəsizlik 
və  Daxili  İşlər    nazirlikləri    tərəfindən  ifşa  olunan  müxtəlif 
silahlı  dəstələr,  ölkəmizdə  və  xaricdə  baş  verən  hadisələr 
barədə ölkə mətbuatında gedən məlumatları xatırlayaq) Çingiz 
Abdullayevin  qələmindən  çıxan  bu  detektiv  romanları  əsl 
ədəbi-dövrü  hadisə  də  saymaq  olar.  Ən  azı  ona  görə  ki,  bu 
olaylar  yaşadığımız  mürəkkəb,  qarmaqarışıq,  ictimai-sosial 
proseslərin  sürətlə  dəyişdiyi  bir  dövrün  ―məhsul‖udur,  istər-
istəməz biz də onun ya aktiv, ya da kənardan müşahidə edərək 
heyrətlənən  müşahidəçiləri,  bəzi  hallarda  isə  iştirakçılarına 
çevrilirik.  
Baş  qəhrəmanı  Dronqo  olan,  eləcə  də  başqa  silsilə  detektiv 
romanları  klassik  siyasi-kriminal  detektiv  janrın  tələblərinə 
uyğun  yazan  Çingiz  Abdullayev,  bu  əsərlərdə  dramatik  süjet 
xətti,  kriminal  faktların  çoxluğu,  şər  və  xeyir  qüvvələrin 
qarşılıqlı mübarizəsi, cəmiyyət ilə ayrı-ayrı fərdlərin, dəstə və 
qrupların, klan və beynəlxalq terrorçu şəbəkələrin münaqişəsi, 
intriqalar,  real  həyatdan  götürülmüş  hadisələr,  bir  sözlə, 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
47 
47 
47 
oxucunu əvvəldən axıra qədər gərginlikdə saxlayır. Müəllifin 
öz  dəst-xəttilə  əsərlərində  yaratmış  olduğu  müxtəlif  dolğun 
surətlər, eləcə də çoxsaylı köməkçi  obrazlar, cani  dünyasının 
incəlikləri,  mütəşəkkil  cinayətkar  dəstələrin  iş  prinsipləri, 
hüquq-mühafizə  qurumlarının,  digər  dövlət  təşkilatlarının 
apardığı  mübarizə  metodları,  cinayətkarların  psixoloji 
xarakterik  xüsusiyyətləri  kimi  ənənəvi  cəhətlərlə  bol  olan  bu 
detektiv  zəmanənamələrə  maraq  heç  vaxt  zəifləmir.  Yazıçı 
tərəfindən  işıqlandırılan  hadisələrdəki  real  sübutlar,  dəlillər, 
faktlar,  həmçinin,  məhkəmə-istintaq  materialları  ilə  zəngin, 
üstəlik  də  ictimai  təhlükəli  qüvvələrə,  mənfi  ünsürlərə  qarşı 
amansız 
mübarizəyə  başlamış  rəsmi  hüquq-mühafizə 
strukturlarında  çalışan  peşəkarların  iş  üslubu  Çingiz 
Abdullayevin  yaradıcılığına  ədəbiyyatsevərlərin  marağını  hər 
zaman təmin edir... 
Çingiz  müəllim  bir  neçə  vaxt  bundan  əvvəl  bildirmişdi  ki, 
yaradıcılığının  yeni  mərhələsində  tarixi  və  intellektual,  bir 
qədər də fəlsəfi nəsr əsərləri ilə oxucularını təəccübləndirəck. 
İnanırıq  ki,  bu  mərhələ  tezliklə  başlayacaq  və  sevimli 
yazıçımız  çağdaş  ədəbiyyatımızı  zənginləşdirən  əsərlərlə 
oxucularımızın zövqünü oxşayacaq... 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
48 
48 
 
Kulturoloji kinoresenziya 
 
"Dolu" bədii filmi: fərqli kino, yoxsa... 
 
 
Tanınmış yazıçı-publisist, millət vəkili Aqil Abbasın son illər 
ədəbiyyatımızın uğurlu nümunələrindən hesab olunan "Dolu" 
romanı,  həqiqətən,  məmləkətimizin  maştabında  əsl  ―dolu‖ 
sənət  əsəri  sayılar  bilər.  Onun  ekran  həllini  səbirsizliklə 
gözləmiş  sənətsevərlər  isə  indi  müqayisə  aparmaq,  polemik 
fikirlərini bölüşmək imkanı qazanıblar.  
Axı Qarabağ münaqişəsi həll olunmayıb, doğma torpaqlarımız 
hələ geri qaytarılmayıb, heç Aqil Abbas da bu ağrılı mövzuda 
yazıb-yaratmağa  son  qoymayıb:  Nizami  Kino  Mərkəzindəki 
media  və  ziyalılar  üçün  keçirilən  filmin  təqdimatı  zamanı 
yazıçının  yeni  kitabını  da  buna  sübut  kimi  göstərmək 
mümkündür... 
Ssenari  müəllifi  Aqil  Abbas,  quruluşçu  rejissoru  Elxan 
Cəfərov,  quruluşçu  operatoru  Nadir  Mehdiyev,  quruluşçu 
rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu olan, əsas 
rollarda  Məmməd  Səfa,  Rza  Rzayev,  Elvin  Əhmədov,  Fuad 
Poladov,  Gülzar  Qurbanova,  Şamil  Süleymanlı  və  başqa 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə