Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
41 
41 
41 
 
 
Çingiz Abdullayev: milli kreativ 
brendimiz... 
 
 
Azərbaycan  ədəbi-mədəni  ictimaiyyəti,  dünyanın  hər  yerində 
yaşayan  yüzminlərlə  oxucu  7  aprel  tarixini  xalq  yazıçısı, 
"Şöhrət"  ordenli  Çingiz  Abdullayevin  55  illik  yubileyini 
əlamətdar  hadisə  kimi  qeyd  edir.  Tez-tez  təkrarlamağı 
xoşladığımız  –  bir  neçə  yazımızda  xüsusi  vurğuladığımız 
kimi,  dünyaşöhrətli  məşhur  detektiv  ustası  özünün  çoxsaylı 
kitabları,  oxunaqlı  əsərlərilə  dünyaya  çıxarılası  milli  kreativ 
sərvətimizə çoxdan çevrilib.  
Bəli,  indiki  inteqrasiya  dövrünün  dəbdə  olan  ifadəsiylə 
yazsaq,  insan  kapitalının,  intellektual-kulturoloji  zəhmətin 
payının  get-gedə  artdığı  bir  vaxtda,  geniş  oxucu  kütləsinə 
ünvanlanmış  dəyərli  əsərlər  yaradan  yaradıcı  şəxslərimizdən 
biri 
–  qlobal  kreativ  sənət  sahəsində  öz  yerini 
möhkəmləndirən,  davamlı  olaraq  ədəbi  məhsullarını  xaricə 
çıxarda  bilən  Azərbaycan  milli  kreativ  brendidir,  Çingiz 
Abdullayev. 
Onun 
məhsuldar 
yaradıcılığı 
nəinki 
respublikamızda, – boynumuza alaq, son illərə qədər bir neçə 
rusdilli romanını çıxmaq şərti ilə, yazıçının əsərləri ölkəmizdə 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
42 
42 
mütəmadi  işıq  üzü  görmürdü,  yalnız  son  illər  geniş  oxucu 
auditoriyasına  malik  istedadlı  qələm  sahibinin  30-a  yaxın 
irihəcmli  detektiv  kitabı  müxtəlif  nəşriyyatlarımız  tərəfindən 
təkrar-təkrar nəşr olunub, – eləcə də ölkəmizin hüdudlarından 
çox-çox  kənarlarda,  daha  dəqiq,  MDB  dövlətlərində, 
Avropada,  Şimali  Amerikada,  Şərqdə,  qardaş  Türkiyədə 
kifayət  qədər  tanınır,  qələmindən  çıxan  ədəbi  nümunələr 
milyon nüsxə tirajla yayılır, satılır.  
Prezident  İlham  Əliyevin  sərəncamıyla  xalq  yazıçısı 
Azərbaycanımızın  yüksək  dövlət  mükafatlarından  biri  ilə  - 
"Şöhrət"  ordeniylə  təltif  olunanda,  ədəbi  ictimaiyyətimiz  bir 
daha əmin oldu ki, istedadın sərhədləri hüdudsuzdu, dünəndə, 
bu gün də olmasa, sabah, gələcəkdə fitri peşəkarlığa, bacarığa 
malik  şəxslər  tarix  qarşısındakı  xidmətlərinə  görə  əvvəl-axır 
dəyərini, qiymətini alırlar. Ədəbiyyat, mədəniyyət, humanitar-
estetik  sahələr  üzrə  aparılan  bir  çox  sosioloji  və  kulturoloji 
sorğuların nəticələri göstərir, Çingiz Abdullayev cəmiyyətdəki 
nüfuzuna,  mövqeyinə,  tutduğu  yerinə  görə  ictimai-mədəni 
hadisələrə  təsir  imkanlarıyla  yanaşı,  yaratdığı  əsərlərilə  də 
həmyaşıd yazıçılarımızdan xüsusi olaraq fərqlənir.  
Müxtəlif  nəsil  Azərbaycan  oxucusu  nüfuzlu  nasir,  ustad 
detektiv  kimi  bu  imza  sahibinin  hər  yeni  əsərini  maraqla 
izləyir,  kitablarında  toxunduğu  məsələləri,  cəmiyyəti 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
43 
43 
43 
düşündürən  problemləri  zamanında  ədəbiyyata  gətirdiyini 
razılıqla qarşılayır, aktual saydığı hər hansı bir mühum sosial-
siyasi  prosesi,  hadisəni,  hərəkəti  ictimai  polemikaya  transfer 
etmək  baçarığını  yüksək  dəyərləndirir.  Söz  yox,  Çingiz 
Abdullayevin  çoxşaxəli,  çoxhəcimli  yaradıcılığı  barədə 
ümumiləşdirilmələr,  konkret  mülahizələrsiz  yazmaq  qeyri-
mümkündür:  nəzərə  almaq  lazımdır  ki,  ustad  detektivin 
irihəcmli əsərlərinin, roman və povestlərinin sayı iki yüzü ötür 
və  əgər  onun  qələmindən  çıxan  hər  bir  ədəbi  nümunə 
haqqında  ayrıca  yazsaq,  onların  məziyyətlərini  oxuculara 
çatdırmaq  istəsək,  cild-cild  monoqrafiyalara  sığışmayan 
filoloji araşdırma aparmaq lazım gələcək... 
Milyonların sevimli yazıçısının 55 illik yubiley təbriki əvəzinə 
qələmə  aldığımız  bu  yazını  yazıçıdan,  rəsmi  ədəbiyyat 
məmurundan  çox,  –  Çingiz  müəllimin  Azərbaycan  Yazıçılar 
Birliyinin  katibi,  milli  Pen-klubun  prezidenti,  MDB  ölkələri 
Yazıçılar  İttifaqları  Konfederasiyasının  İdarə  Heyətinin  üzvü 
və bu kimi məsul vəzifələrdə çalışdığını bilməyən az-az adam 
tapılar,  –  XX  əsrin  ziyalılığı  ilə  İyirmi  birinci  yüzilliyin 
intellektuallığını özündə cəmləyən bir milli qürur timsalı olan 
sadə,  lakin  böyük  şəxsiyyət  kimi  obrazını  canlandırmaq 
istəsək  də,  deyəsən,  ―ədəbi  tərifçilik‖dən  sona  qədər  qurtula 
bilmədiyimizdən, qeydlərimiz ənənəvi ―yubileynamə‖ janrının 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
44 
44 
tələblərindən  kənara  çıxmır.  Azərbaycan  ədəbi  mühitində, 
həm  də  cəmiyyətimizin  indiki  mürəkkəb  dövründə  çox  az-az 
adam  tapmaq mümkündür ki,  Çingiz Abdullayev kimi  insani 
saflığını, ruhi duruluğunu saxlaya bilsin. 
Çingiz Abdullayevin  qələm  "işlətdiyi" ədəbiyyatın bədii nəsr 
qolu,  istiqaməti  detektiv,  bellestrika  məhsulları  bir  çoxlarının 
ədəbi ―marağ‖ına uyğun gəlməyə bilər. Fəqət bu da sirr deyil 
ki, nəvaxtlarsa uşaqlıq, eləcə də yeniyetməlik çağlarımızda bu 
qəbil  bədii  nümunələri  böyük  maraq  və  həvəslə  oxumuşuq. 
İndilərdə  yalnız peşəmizlə əlaqədar, ədəbi tənqidçi, daha çox 
isə  kulturoloq  kimi  bu  maraqlı  ədəbiyyat  nümunələrini, 
xüsusən  də  sevimli  yazıçımızın  sayı  yüzlərlə  ölçülən 
kitablarıyla  yaxından  tanış  oluruq.  Ədəbi  zövq  məsələsində 
mübahisələrin  məntiqsizliyini  yada  salıb,  bir  məsələni  də 
xüsusi  vurğulamaq  istəyirəm:  real  həyatla  daha  çox 
yaxınlığıyla  seçilən,  bir  sıra  hallarda  müəllifdən  futuroloji 
bilgilər,  analitik  təfəkkür,  intellektual  hazırlıq,  müxtəlif 
biliklərə  eyni  səviyyədə  yiyələnmək,  cəmiyyətdə  baş 
verənlərlə  yaxından,  davamlı  tanışlıq  tələb  edən  detektiv 
ədəbiyyat, eləcə də onun ən çox oxunan janrları sayılan siyasi, 
tarixi, xəfiyyə, eləcə də polis detektivləri yaratmağın çətinliyi 
göz qabağındadır. Çingiz Abdullayev hələ gənc yaşlarından öz 
çiyinlərini bu ağır ədəbi yükün altına verib: Qərb, eləcə də rus 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə