Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
81 
81 
81 
lazım  deyil.  Hazırda  dünyadakı  innovativ-intellektual 
proseslərə cavab verən işlər görülüb, Azərbaycanın klassik və 
müasir  ədəbiyyatının  ən  dəyərli  nümunələrini  elektron 
kitabxanalarımızda yerləşdirmişik.  
Sual  oluna  bilər:  bəs  bu  elektronlaşma  ənənəvi  ədəbiyyata  – 
kağız  kitabın  inkişafına  mane  olmurmu?!    İndi  kifayət  qədər 
elektron 
kitabxananı 
özündə 
ehtiva 
edən 
İnternet 
texnologiyaları  çıxıb.  Onlardan  rahatca  kitabları  oxumaq 
mümkündür.  Azərbaycanda  olan  elektron  kitablarla  kağız 
kitabları  müqayisə  etsək,  ənənəvi  nəşrlərin  get-gedə 
zəiflədiyini,  satışının  və  istifadəçisinin  azaldığının  şahidi 
oluruq.  Əksinə,  yeni  nəsil,  gənclər  və  cavanlar  daha  çox 
elektron daşıyıcılardan yararlanır, ağıllı cihazlardan -  e-kitab, 
smartfon,  planşet,  kompyuterlərdən  mətnlər  oxumağa 
üstünlük verirlər.  
Vaxtilə əlyazmadan mexaniki nəşr olunan kağız kitaba keçid 
nə qədər zərüri idisə, indi də elektron kitab, İKT yayımlarına 
öyrəşmək  bir  o  qədər  gərəklidir.  Elektron  kitabın  və 
İnternetdəki  virtual  kitabxanaların  üstünlüyü  həm  də  ondadır 
ki, istədiyin sayda kitabı anındaca əldə etmək imkanını bizlərə 
verir.  Bu  isə  sürət  əsrinin  ən  önəmli  tələblərinə  cavab  verən 
amildir.    saxlamaq  imkanın  olur.  Amma  əksinə,  ənənəvi 
nəşrlərə  diqqət  ayıraq:  iki  otaqlı  evdə  min  kitabı  saxlamaq 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
82 
82 
qeyri-mümkündür,  üstəlik  də  kağız  çap  məhsullarının 
qiymətinin baha olması, tirajının məhdudluğu, satış və yayım 
imkanlarının daralmasını da bura əlavə etsək, məsələ bir az da 
qəlizləşir. 
İndi  zəmanə  mobillik,  İK  texnologiyalarından  baş  açmaq, 
elektron  yazı  və  e-oxu  bacarıqlarını  inkişaf  etdirmək  kimi 
kreativliyi-innovativliyi tələb edir. Biz axırıncı dəfə nə zaman 
kağız  məktub  yazmışıq?  Bütün  günü  ―sms‖lə  və  sosial 
şəbəkələrdə  yazışmaqla,  kompyuter  avadanlıqlarından  e-
oxumaqla məşğuluqsa, bir yandan da kağız kitabların qiyməti 
bahadır.  Elektron  kitabxanalar  bizim  üçün  müasir  dövrdə 
qaçılmaz bir fürsətdir. 
İstənilən halda kağız, ya elektron kitab problemi istifadəçilərin 
zövq və vərdişiylə bağlı bir 
məsələ  olduğundan  hələlik  onların  paralel  inkişafına  ehtiyac 
duyulur. Bir də unutmayaq, söhbət ənənəvi və elektron kitabın 
mətnindən edeyil, formasından gedir...   
 
P.S.  ABŞ-dakı  beyin  mərkəzlərinin  apardığı  tədqiqatlara  və 
araşdırmalara  görə  yaxın  4-5  ildə  istənilən  kağız  və  çap 
məhsulu  öz  yerini  elektron  daşıyıcılarına  verəcək:  hazır  olun 
buna.  
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
83 
83 
83 
 
 
Kreativ inkişaf, yaxud muzeylərə 
gedirikmi 
 
 
İnkişaf  etmiş  Qərb  ölkələrində  insanlar  xalqın  maddi 
durumunun  (iqtisadiyyat,  yaşam  üçün  çoxsaylı  tələbat  və  s.) 
yüksəlməsilə  yanaşı,  əksər  fərdlərin  mənəvi,  estetik, 
intellektual  zənginliyinə  xüsusi  önəm  verirlər  ki,  cəmiyyət 
mədəni  cəhətdən  daha  da  inkişaf  etsin,  maddiyyatla  bərabər, 
mənəviyyat  da  tərəqqiyə  yönəlsin.  Sirr  deyil  ki,  cəmiyyətin, 
insanların  mənəvi  aləmini  zənginləşdirmək  üçün  ədəbiyyat, 
kitab, musiqi, teatr, kino, təsviri sənət, balet, opera, bir sözlə, 
yaradıcı  sənətin    müxtəlif  sahələrilə  bərabər,  fərqli  funksiyalı 
muzeylər  mədəni  şəxsin  formalaşmasına  kömək  edən  ən 
önəmli  vasitələrdən  sayılır.  Bəs  bizim  cəmiyyət  və 
Azərbaycan  insanı  bu  kreativ  vasitələrdən  lazımınca  istifadə 
edirmi:  məsələn,  il  ərzində  nə  qədər  insan  muzeyləri  ziyarət 
edir, kinoya, baletə, teatra, kitabxanaya gedir?!  
Dünyada,  inkişaf  etmiş  cəmiyyətlərdə  insanlar  yalnız  maddi 
sərvətlərlə  maraqlanmır,  eyni  zamanda  mənəvi  zənginliklərlə 
də  məşğul  olmağı  xoşlayırlar.  Tarixə  nəzər  saldıqda  görürük 
ki,  insanlar  ədəbiyyat,  incəsənət,  musiqi  və  digər  sahələrlə 
daha  çox  ciddi  məşğul  olublar.  Aqillər  fikirləşiblər  ki, 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
84 
84 
cəmiyyətin  ayrı-ayrı  təbəqələrini  mədəniyyət  vasitəsilə 
sivilləşdirmək,  tərbiyələndirmək  mümkündürsə,  niyə  də  bu 
sahələr  zənginləşdirilməsin?  Daha  sonralar  insanlar  yaranmış 
olan qeyri-maddi – sözlə musiqi sənəti nümunələri və maddi - 
incəsənət,  mədəniyyət  əsərlərini    gələcək  nəsillərə  çatdırmaq 
haqqında  düşünüblər.  Ona  görə  də  vaxtilə  sivilizasiya  - 
bəşəriyyət tarixində ilkin muzeylərin təməli qoyulub.  
Muzey  mədəniyyəti  əksər  Avropa  ölkəsində,  xüsusən  də 
maarifçilik  və  romantizm  dövründə  daha  çox  inkişaf  edib. 
Orta  əsrlərdən  başlayaraq,  -  indiki  anlamda,  -  artıq  ilk 
muzeylər  yaranmağa,  formalaşmağa  başlanmışdı:  kralların, 
varlıların  saraylarında  fəaliyyət  göstərən  bu  tipli  estetik 
saxlanğıcların tarixçəsi  isə sözsüz, qədim Yunanıstan, Roma, 
Şərq  ölkələrinə  gedib  çıxır.  Yaxın  Şərq  ölkələri,  Hindistan, 
Misir,  Çin  kimi  fərqli  sivilizasiyalar  tarixində  isə  saray 
xəzinələri,  məscidlər,  məbədlər,  dini  ocaqlar  həm  də  muzey 
funksiyasını  daşıyıblar.  Bunlar  cəmiyyətin  geniş  təbəqələri 
üçün  həmişə  açıq  olmasa  da,  öz  kreativ  missiyasını  yerinə 
yetiriblər: tarixin müxtəlif çağlarının əyani şahidi kimi.  
Axı  bizə də maraqlıdır ki,  keçmişdə bizim babalarımız hansı 
işlərlə  məşğul  olub?  Tanınmış  incəsənət,  ədəbiyyat,  elm 
adamlarının  taleyi,  onların  keçdiyi  həyat  yolu  necə  olub? 
Bunları  muzeylərdəki  çoxsaylı  eksponat,  eləcə  də  digər 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə