Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
69 
69 
69 
―mətbu  debat‖  formatında  –  silsilə  şəklində  bu  materialları 
ədəbi-mədəni  ictimaiyyətimizin,  eləcə  də  ədəbiyyatsevər 
oxucularımızın müzakirəsinə verəcəyik. 
 
 
“Ədəbiyyat qəzeti” 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
70 
70 
 
 
Çağdaş “Qarabağnamə”lər: 
düşmənlərimizə intellektual cavab 
 
 
Azərbaycan  Respublikası  dövlət  müstəqilliyinə  ikinci  dəfə 
nail  olandan  sonra  ölkəmizdə  və  xaricdə,  yaxın  həm  də  uzaq 
keçmişimizdə  baş  verən  mürəkkəb  ictimai-siyasi,  ədəbi-
mədəni  hadisələri  əks  etdirən  onlarla  kitab  nəşr  olunub, 
saysız-hesabsız  sənədli-publisistik  yazılar  işıq  üzü  görüb.  Bu 
nəşr  materiallarında  20-ci  yüzildə  Azərbaycan  xalqının 
qarşılaşdığı  bir  çox  qanlı  faciələrdən  –  Qarabağ  müharibəsi, 
Ermənistan-Azərbaycan münaqişəsi, milli-azadlıq mübarizəsi, 
20 
Yanvar 
hadisələri, 
Xocalı 
soyqırımı, 
müxtəlif 
deportasiyalar  və  represiyalar  barədə  tarixi  fakt  və  sənədlərlə 
danışılır,  əsl  həqiqət  respublika  və  dünya  ictimaiyyətinin 
nəzərinə, ocümlədən gənc nəslin diqqətinə çatdırılır. İrihəcmli 
əsərlər  sırasında  müxtəlif  illərdə  ölkəmizdə  işıq  üzü  görmüş 
ədəbiyyatlara  nümunə  kimi  yerli  müəlliflərdən  Bəxtiyar 
Vahabzadənin «Şənbə» gecəsinə gedən yol, «Tofiq Şirinovun 
«Qarabağın  İlqarı»,  Əşrəf  İbrahimovun  «Şahid  şəhidlər 
haqqında», Vaqif Arzumanlı ilə Nazim Mustafayevin «Tarixi 
qara  səhifələri,  deportasiya,  soyqırım,  qaçqınlıq»,  Nəsiman 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
71 
71 
71 
Yaqublunun  «Xocalı  qırğını»,  Könül  Nazimqızının  «Çingiz 
ömrü», Ziyəddin Sultanovun «Xocalı faciəsi», Vasif Səmədov 
ilə Salar Aslanovun «Vətən üçün lazım gəlsə», Tofiq Köçərli 
«Qarabağ: 
yalan 
və 
həqiqət», 
Vilayət 
Quliyevin 
«Azərbaycanda erməni zülmü», Rafiq Səməndərin «Şəhidlər», 
Abdulla  Qurbaninin  «Şəhidlər  danışır»,  Qulu  Kəngərli 
«Erməni  lobbisi…  Azərbaycan  faciəsi»  və  başqalarının 
kitablarını, həmçinin əcnəbi müəlliflərdən Robert Arakelovun 
«Dağlıq  Qarabağ:  faciənin  müqəssirləri  məlumdur»,  Yuri 
Pompeyevin  «Qarabağ  qan  içində»,  Tatyana  Çaladzenin 
«Qarabağ:  müharibədəki  simalar»  (Foto-albom),  «Həmdərd» 
kimi  yüzlərlə  tarixi-publisistik,  bədii-sənədli  nəşrlər  milli, 
eləcə  də  xarici  oxucuları,  xüsusən  də  gənclərimizin  diqqətini 
bir  neçə  cəhətinə  görə  daha  çox  cəlb  edir.  Azərbaycanda  və 
ölkəmiz ətrafında yaxın keçmişdə baş verənlər haqqında adları 
sadalanan  tarixi-sənədli  nəşrlər  həm  gənclərimizə,  həm  də 
gələcək  nəsillərə  çağdaş  tariximizin  əsl  həqiqətlərini 
çatdırmaq işində əvəzolunmaz, qiymətli mənbələrdir. 
Çağdaş  tariximizin  az  işıqlandırılmış  səhifələrinə  nəzər 
salınan,  üzdəniraq  qonşularımızın  və  sovet  imperiyasının 
xalqımızın  başına  gətirdikləri  müsibətləri  unutmağa 
qoymayan əsərlərə gənclərimizin daha böyük ehtiyacı var.  


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
72 
72 
Eyni  zamanda  onu  da  qeyd  edək  ki,  respublikamızın  bütün 
bölgələrində dövlət müstəqilliyimiz və torpaqlarımız uğrunda 
vuruşmuş,  canlarını  fəda  etmiş  və  şəhid  olmuş  xalqımızın 
igid,  qəhrəman  övladları  haqqında  çoxlu  ədəbiyyat,  soraq 
kitabları çap edilmişdir ki, onların hamısının adını qeyd etmək 
belə imkan xaricindədir. 
Maraqlı  cəhət  odur  ki,  artıq  ədəbiyyatşünas  alimlərimiz, 
tədqiqatçı-filoloqlar  bu  mövzuda  yaranmış  ə\sərlər  haqqında 
araşdırmalar  aparır,  monoqrafiyalar  yazırlar  ki,  onlardan  da 
nümunə kimi Elçin Mehrəliyevin «Müharibə və ədəbiyyat» və 
Mərziyə Nəcəfovanın «Qarabağ mövzusu bədii publisistikada 
(90-ci illər)» və başqa elmi əsərləri göstərə bilərik. 
Bu  istiqamətdə  araşdırmalar  apararkən,  xüsusilə  bir  müəllifin 
həm  kitabı,  həm  də  son  illərdə  keçdiyi  həyat  yolunu 
öyrənəndə,  çox  maraqlı  məsələlərlə  qarşılaşdıq.  «Mən  bu 
kitabı məhz yetim uşaqların göz yaşlarının, qaçqınların əzab-
əziyyətlərinin  və  valideynlərin  kainata  sığmayan  kədərinin 
mərkəzi  olan  Azərbaycanda  yazmağa  qərara  aldım…»  - 
Latviyalı  jurnalist,  vaxtilə  Qarabağ  müharibəsində  vuruşaraq 
yaralanmış və sonralar Ermənistan ilə Azərbaycan arasındakı 
münaqişələrin  əsl  həqiqətlərini  dünya  ictimaiyyətinə 
çatdırmaqdan ötrü bir çox məqalələr, kitablar yazmış Tatyana 
Saladzenin  Bakıda  –  «Azərbaycan»  nəşriyyatında,  rusca  işıq 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə