Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
101 
101 
101 
 
 
Köhnə kişilərin son 
nümayəndələrindən biri... 
 
 
Əvvəllər, yəni 10 il bundan qabaq indi çalışdığım ―Ədəbiyyat 
qəzeti‖  redaksiyasının  dəhlizi  və  iş  otaqları  söz  sənəti 
adamları  ilə  qaynaşardı,  xatırlayırsız  da,  onda  hələ  sözün 
həqiqiliyinə,  aliliyinə,  müqəddəsliyinə  inanların  sayı 
indkindən  min  kərə  çox  idi.  Redaksiyanın  ―Azərbaycan 
nəşriyyatının  doqquzuncu  mərtəbəsindəki  dəhlizi  qəlbi 
ədəbiyyat,  ruhu  sözlə  dolu  maraqlı  şəxslərin  görüş  yerinə 
çevrilmişdi:  yaşlı,  ortayaşlı  eləcə  də  gənc  ədəbi  nəslin 
nümayəndələri,  eyni  zamanda  ədəbiyyatsevər  oxucular  bizə 
tez-tez qonaq gələr, kimisi yazı, ən çox da şeir, kimisi məqalə, 
bir  başqası  isə  oxunaqlı  materiallar  gətirər,  çap  olunmasını 
arzulayardılar.  
İllərcə  növbə  gözləyənlərin  narazılığı,  təzə  gələnlərin  həvəsi, 
oxucuların  rəyi,  müəlliflərin haqlı-haqsız etirazları,  redaksiya 
əməkdaşları ilə mübahisələr, eləcə də gənc əməkdaş və liberal 
estetik  dünyagörüşünə  sahib  olan  bir  şəxs  kimi 
konservatorluğuyla  tanınan,  amma  yeniliyə  diqqət  ayıran  baş 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
102 
102 
redaktorumuz  Ayaz  Vəfalı  ilə  polemikalarımız,  redaksiya 
işçiləri  ilə  fikir  mübadiləsi,  çox  zamansa  qızğın 
diskussiyalarımız  gündəlik  narahat  işimi  daha  maraqlı,  canlı 
edirdi.  Heyif  o  vaxtlardan,  həmin  zamanlarda  publisist-şair 
Davud  Nəsib  və  Kamilə  Nemət  hələ  sağ  idi,  gələnlərin 
əksəriyyəti də onların dost-tanışlarıydı. Xalq şairləri, yazıçılar, 
alimlərlə görüşlərin bir ayrı ləzzəti vardı... 
Belə  qaynar  mətbuat  günlərinin  birində  redaksiyamıza 
ortaboylu, simasında gülüş, dilində zarafat əskik olmayan bir 
müəllif  təşrif  buyurdu.  ―Ədəbiyyat  qəzeti‖nin  şöbə  müdiri, 
gözəl  şair    Davud  Nəsibin  -  ―Qağa,  yaxından  tanış  ol,  siz 
cənubluları  haçana  qədər  mən  qazaxlı  dostlaşdıraram!?‖  - 
zarafatından  sonra  bu  müsbət  auralı  şəxsin  məhz  tanınmış 
yazıçı-publisist,  gözəl  insan,  ağsaqqallığı  və  ziyalılığı  ilə  bu 
sarsaq,  get-gedə  də  xarablaşan,  zayı  çıxan  dünyada  köhnə 
kişilərin  son  nümayəndələrindən  birinə  oxşatdığım  Ağəddin 
Mansurzadə olduğunu bildim.  
Ağəddin  Mansurzadə  -  bu  maraqlı  yaradıcılıq  imkanlarına 
malik  imza  sahibi  ilə  dövri  mətbuatda  və  kitablardan  tanış 
olsam  da,  ilk  dəfə  idi  ki,  onunla  real  həyatda  görüşürdüm. 
İndilərdə  artıq  cavanlıq  dövrünə  qədəm  qoymuş  ―Gənclər 
şəhəri‖  Sumqayıtda  yaşayan  –  və  əksər  bölgə  yaradıcı 
adamlarının  ―bəxtsiz‖  taleyini  bölüşən  –  mənimlə  eyni 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
103 
103 
103 
bölgədən  olan  bu  ağsaqqal  eloğlumun  hələ  üstəlik  də  vaxtilə 
―Ədəbiyyat qəzeti‖ndə çalışdığını biləndə, XX əsr mədəniyyət 
və  bədii-poetik,  ictimai-elmi  düşüncəmizin  canlı  şahidi  ilə 
görüşdüyümü  elə  ilk  söhbətimizdən  anladım.  Geniş 
söhbətimiz əsnasında onun ailəsində bir neçə şairin olduğunu 
öyrənəndə,  kiçik  qardaşı  Fəxrəddin  Ziya  ilə  dostluq 
əlaqəqələri  saxlayandan  sonra,  Ağəddin  müəllimin  nədənsə 
mənə  bir  köynək  daha  yaxın  olduğunu  qəbul  etməyə 
başladım... 
Ağəddin  Mansurzadə  XX  əsr  Azərbaycan  ədəbiyyatında, 
publisistikasında, jurnalistikasında öz sözünü deyən milli, özü 
də  xüsusi  çəkisi  olan  yaradıcı  şəxslərimizdəndir.  ―Öz  sözü‖ 
ifadəsi  burada  sadə,  səmimi,  xalqın  ulu  yaddaşından  süzülüb 
gələn,  əsrlərin-nəsillərin  hikmətindən  su  içən,  zəmanəsində, 
vaxtında-vədəsində  deyilən  fikirlər  sahibinin  düşüncələrini  – 
yazılı  əsərlərini  və  indilərdə  hamımızın  xoş  xatirələrinə 
çevrilmiş  sifahi  hekayətlərini  nəzərdə  tuturam.  Ağəddin 
Mansurzadənin  bədii-publisist  yaradıcılığı  ortabab,  ya  da  əsl 
sənət tələblərinə cavab verən bir ədəbi hadisə ola bilər, kimsə 
onu bəyənə, yaxud zövqünə uyğun olaraq qəbul etməyə bilər, 
fəqət  bu  düşüncə  məhsulları  məhz  ona  məxsusdur,  onun 
ədəbiyyatla  çırpınmış  səmimi  ürəyindən  -  qələmindən  çıxan 
düşüncə nümunələridir. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
104 
104 
Təəssüflər  olsun  ki,  son  zamanlar  ədəbiyyatda  səmimi  sözə, 
ürəkdən  gələn,  müdrikliyin  əlaməti  sayılan  sadə-saf  fikirlərə 
çox  nadir  hallarda  rast  gəlirik:  hətta  bu  anlam  mənasında 
yazılanların alt qatında ruhsuzluğu apaydın hiss edirik. Böyük 
sözün  isə  fəlsəfi  qatında  belə  bir  sadə  ruh,  özü  də  yazarın 
mənsub  olduğu  etnosun  milli-kulturoloji,  estetik-bədii 
dəyərləri durmursa, eyni zamanda yaşadığın zəmanənin nəbzi 
görünmürsə,  deməli  müəllif  həm  özünü,  həm  də  ədəbiyyatı 
aldatmış  olur.  Amma  Ağəddin  Mansurzadənin  əsərlərindəki 
sözündə,  bədii-publisistik fikrində ziyalı bir ağsaqqal yazarın 
cəmiyyətimizi  qayğılandıran  məsələlərə  sadə,  həyati-xəlqi 
münasibət görmək mümkündür. Onun istər əvvəllər, istərsə də 
son  illərdə  qələmə  aldığı  ictimai-mədəni  məqalələri,  nəşr 
olunan  kitabları,  işıq  üzü  görən  xatirələrini  davamlı  izləmək 
bəs  edir  ki,  son  40-50  ilin  ədəbi-mədəni  proseslərinin 
panoramatik  cizgiləri  gözümüzün  qarşısında  çoxçalarlığıyla 
canlansın... 
Yeniyetmə ikən bu tanınmış yazıçının qələmə aldığı əsərlərdə 
həvəslə  oxuduğum,  Ağəddin  Mansurzadənin  uşaqlar  üçün 
yazdığı  nağıl,  hekayə  və  povetlərdə,  eləcə  də  oçerk,  xarici 
səfərlərdəki  qeydlər,  portret  məqalələrdə  sezdiyim  bir  cəhət 
onun  bütün  yaradıcılığına  şamil  etmək  istəyirəm:  həyat 
reallığına  sadiqlik.  Göylərdən,  mücərrəd  məsələlərdən  deyil, 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə