Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
105 
105 
105 
məhz yerdəkilərdən, ətraf mühitdə gördüyü gerçək hadisələrə 
işıqlı münasibət yazıçının yaradıcılığında düz xətt kimi keçir.  
Söz  yox,  bir  sıra  yazarlar  kimi  Ağəddin  Mansurzadə  də  ailə 
həyatındakı  problemlərin,  gündəlik  işlərin,  xüsusən  də 
jurnalistlik,  sonralar  həm  də  naşirlik  fəaliyyəti  onun  bədii 
yaradıcılıq imkanlarının qarşısında böyük sədd kimi dururdu. 
Eləcə  də  yazıçının  yaradıcılığının  ən  məhsuldar  dövrü 
zəmanənin  çox  ağrılı,  mürəkkəb,  problemli  dövrünə,  milli-
azadlıq  hərəkatının  qızğın  çağlarına  təsadüf  etdiyini  də 
unutmaq  olmaz.  Bu  elə  vaxtlar  idi  ki,  bədii  söz,  obrazlı 
təhkiyə  öz  yerini  pubisistik  düşüncəyə,  vətəndaş  mövqeyinə, 
bir sözlə realistik ifadəyə verməyə məcbur idi. Belə çağlarda – 
ötən  əsrin  80-ci  illərin  ikinci  yarısından  başlayaraq  Ağəddin 
Mansurzadənin  yaradıcılığında  da  yeni  mərhələ  başladı. 
Ədibin  bu  dövrdə  qələmə  aldığı  yazıların  əksəriyyəti 
publisistika məhsuları idi və əgər çağdaş milli publisistikanın 
dəyərli nümunələrindən ibarət antologiya hazırlansa, Ağəddin 
Mansurzadənin  bir  sıra  yazıları  mütləq  orada  özünəlayiq  yer 
tuta bilər.  
Vətəndaşlıq mövqeyi, ziyalı sözü, vicdanlı ictimai fikri, ədəbi-
estetik  düşüncəsi  ilə  xüsusi  fərqlənən  bu  məqalələri  oxuyan 
hər  kəsdə  işıqlı,  nurani,  intellektual,    ağsaqqal, 
ümumiləşdirilmiş  fikirlə  ifadə  etsək,  ciddi  yaradıcılıq 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
106 
106 
imkanlarına  malik,  gələcək  bütün  nəsillərin  öyrənəsi  çox 
müsbət  cəhətlərin  sahibi  olan  bir  şəxsiyyətin  nurlu  obrazı 
canlanacaq:  Azərbaycanımızın  köhnə  kişilərindən  biri  – 
Ağəddin Mansurzadə... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
107 
107 
107 
 
Yenə də ədəbi nəsil barədə... 
 
 
On  il  bundan  qabaq  məndən  ədəbi  nəsil  anlayışı  ilə  bağlı 
açıqlama istəsəydilər, böyük həvəslə, bəlkə də şövqlə geniş bir 
mühazirə söyləyər, fikirlərimi beləcə bölüşərdim:  
―...Ədəbiyyatımızın  inkişafında  ―klassiklər-mühafizəkarlar‖ 
(M.Hadi,  H.Cavid  ...)  ―mollanəsrəddinçilər‖  (Mirzə  Cəlil, 
M.Ə.Sabir...),  ―romantiklər‖  (A.Şaiq,  Ə.Cavad,  M.Müşfiq...), 
―yenilikçilər‖ 
(S.Rüstəm, 
M.Cəlal, 
S.Rəhimov...), 
―ənənəçilər‖ 
(Ə.Vahid 
kimi 
Şərq 
poetik-estetik 
texnologiyalarına 
üstünlük 
verən 
əruz-qəzəlçilər...), 
―sosrealistlər‖ 
(M.İbrahimov, 
S.Vurğun, 
M.Rahim...), 
―əllincilər‖ 
(İ.Hüseynov- 
Muğanna, 
İ.Əfəndiyev...), 
―modernistlər‖  (R.Rza,  Ə.Kərim...),  ―altmışıncılar‖  (Anar, 
Elçin, V.Səmədoğlu, Fikrət Qoca...), yetmişincilər (R.Rövşən, 
M.İsmayıl,  Z.Yaqub,  M.Süleymanlı...),  ―səksənincilər‖ 
(S.Rüstəmxanlı, V.B.Odər, R.Behrudi, A.Həsənli, A.Cəmil...), 
―doxsanıncılar‖  (O.Fikrətoğlu,  M.Cəfərli,  M.Köhnəqala, 
R.Tağı,  Kəramət,  E.Hüseynbəyli...),  ―postmodernistlər‖ 
(R.Qaraca,  H.Herisçi,  A.Yaşar...),  ―ikiminincilər‖  (özüm  də 
daxil olmaqla, S.Babullaoğlu, G.Anarqızı, Ə.Qoşalı, Q.Ağsəs, 
İ.Fəhmi,  Z.Əzəmət,  Aqşin...),  ―ən  yeni‖  (Ə.Əlioğlu,  Qismət, 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
108 
108 
Fərid...)  kimi  ədəbi  nəslin  nümayəndələri  yaradıcılıq 
uğurlarıyla fəal iştirak ediblər...‖ 
Fəqət  bu  gün,  -  özüm  də  peşəkar  ədəbiyyatla  ciddi  məşğul 
olduğum  bir  vaxtda,  -  bəlağətli,  ağızdolusu,  pafoslu 
cümlələrlə,  yağlı fikirlərlə ―ədəbi nəsil‖ haqqında şişirdilımiş 
fikirləri  dilimə,  qələmimə  gətirə  bilmərəm.  Bir  məsələ  gün 
kimi  aydındır  ki,  indi  də  müzakirələrə  səbəb  olan,  dillərdən 
düşməyən  bu  ―ədəbi  nəsil‖  anlayışı  biz  ədəbiyyat 
mütəxəssisləri  tərəfindən  ortaya  gətirilmiş  təsnifati  bir 
ifadədən  başqa  bir  məna  yükünə  malik  deyil.  Ədəbiyyat 
tarixçiləri,  nəzəriyyəçilər,  ədəbi  tənqidçilər,  fikirlərini 
ümumiləşdirməkdən  ötrü  eyni  dövrdə  yazıb-yaratmış,  yaxud 
bədii-poetik söz meydanında fəallıq göstərmiş yazar qrupunun 
yaradıcılıq  məhsullarına  bu  yarlığı  yapışdıraraq,  işlərini 
asanlaşdırmağa çalışırlar.  
Fikrimi sadə dildə ifadə etməyə çalışacağam: meyvə deyəndə 
müxtəlif  ağacların  bəhrəsi  olan  alma,  alça,  armud  və  başqa 
təbiət  nemətləri  nəzərdə  tutulur.  Onların  isə  həm  dadı,  həm 
görünüşü,  həm  də  insana  verdiyi  xeyri  cürbəcür  olur:  hətta 
elələri də var ki, ziyanlı sayılır... 
Ədəbi nəsil ifadəsiylə toparlaşdırılan  yaradıcı insanların əqli-
estetik  məhsulları  da  cürbəcür  olur,  onları  eyniləşdirmək, 
banan ilə gilasın fərqinə varmamaq kimi bir şey alınar... 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə