Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə38/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
159 
159 
159 
arasında  bir  neçə  vərəq  peyda  olurdu:  sanki  onlar  kitabdan 
yenicə yaranırdılar.  
- İndi isə sonuncu səhifəni tapın. 
Mən yenə də uğursuzluğa düçar oldum.  
-  ―Bu,  ola  bilməz‖,  -  özüm  də  səsimi  tanımadan 
mızıldandım.  
-  Bu,  ola  bilməz,  lakin  o  mövcüddür,  -  yad  adam  sakitcə 
dilləndi: - Bu kitabın səhifələrinin sayı sonsuzdur  – nə az, nə 
də ki çox. Burada nə ilk səhifə var, nə də ki, son. Mən onu da 
bilmirəm  ki,  səhifələr  nə  üçün  təsadüfi  qaydada 
nömrələnmişdir.  Bəlkə    də  ona  görə  ki,  külli-miqdarda 
nəhayətsizliyə istənilən  rəqəm daxil ola bilər... 
Sonra sanki dərindən fikrə dalaraq o, qeyd etdi:  
Əgər  məkan  nəhayətsizdirsə,  deməli,  biz  onun  istənilən 
nöqtəsində ola bilərik. 
Onun fikirləri məni yavaş-yavaş hövsələdən çıxardırdı. 
- Siz çox güman ki, dindar adamsınız, – deyə xəbər aldım. 
-  Bəli  mən  presviterianam  (İngiltərədə  və  Amerikada 
yayılmış  protestant  məzhəblərindən  birinin  tərəfdarı,  –  A. 
X.),  vicdanım  isə  tərtəmizdir.  Tamamilə  əminəm  ki,  İblis 
kitabının  əvəzinə  Tanrı  kəlamını  verməklə  həmin  yerli 
adamı heç də aldatmamışam. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
160 
160 
Ona  ürək-dirək  verdim  ki,  vicdan  əzabına  qatlaşmağa 
dəyməz:  eyni  zamanda  bizim  tərəflərə  yolüstü  gəlib  çıxması 
ilə  maraqlandım.  Məhz  bu  zaman  mən  bildim  ki,  o,  əslən 
Orkney  adalarından  olan  şotlandiyalıymış.  Mən  vurğuladım 
ki,  Sitvesonla  Yumu  sevirəm  və  Şotlandiya  ilə  möhkəm 
bağlılıq hiss edirəm. 
-  Siz  yəqin  ki,  Sitivenson  deyəndə  Robbi  Bernisi  nəzərdə 
tutursunuz, - o, düzəliş verdi. 
Söhbət  edə-edə  mən  nəhayətsiz  kitabı  öyrənməyə  davam 
edirdim.  Marağımı  gizlətməyə  çalışaraq  nəhayət  ki,  ondan 
soruşdum:  
-  Siz  bu  nəhayətsiz  kitabı  Britaniya  muzeyinə  təklif  etmək 
istəyirsiniz? 
 - Xeyr. Mən onu sizə təklif edirəm, - deyə kişi cavab verdi 
və çox iri bir məbləğin adını çəkdi.  
Səmim-qəlbdən  boynuma  aldım  ki,  o  qədər  pulum  yoxdur 
və  fikrə  daldım.  Bir  neçə  dəqiqədən  sonra  beynimdə  plan 
yarandı.  
- Mübadilə təklif edirəm, - dedim, siz bu kitabı bir ətək rupi 
və  ―Bibliya‖  ilə  dəyişmisiniz.  Mən  də  sizə  yenicə  aldığım 
təqaüdü  və  Viklif  tərəfindən  ingilis  qotiki  ilə  çap  edilmiş 
dəyərli  ―Bibliya‖nı  təklif  edirəm.  Yeri  gəlmişkən,  o  kitab 
mənə ata-babadan miras qalıb. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
161 
161 
161 
- Viklif, özü də qotik hərflərilə, - o, mızıldandı. 
Yataq  otağımdan  pulu  və  kitabı  gətirdim.  O,  əsl  bibliofil 
marağı  ilə  kitabı  vərəqləməyə  və  titul  səhifəsini  gözdən 
keçirməyə girişdi. 
- Mən razı, - dedi. 
Onun  belə  asanlıqla  razılaşması  məni  heyrətləndirdi.  Lakin 
çox-çox  sonralar  anladım  ki,  o,  əvvəlcədən  kitabı  satacağını 
güman edərək, mənim evimə ayaq basıb.  
O, pulları heç saymadan tez gizlətdi. 
Daha  sonra  biz  onunla  Hindistan,  Orkney  adalarından  və 
haçansa  oraları  idarə  edən  Norveç  müstəmləkəçilərindən 
danışdıq. 
O,  gecədən  xeyli  keçmiş  getdi.  Mən  onu  bir  daha 
görməmişəm və adını da bilmirəm. 
Qum kitabını kitab rəfinə, Viklifin boşalmış yerinə qoymaq 
istədim,  son  anda  qərara  gəldim  ki,  onu  ―Min  bir  gecə‖nin 
köhnə  cildlərinin  arasında  gizlədim.  Yatağa  uzandım,  lakin 
gözümə yuxu getmədi. Gecənin bir yarısı, saat üç, ya da dörd 
olardı, işığı yandırdım və o qeyri-adi kitabı götürüb çevirməyə 
başladım.  Onların  birində  maska  şəklinin  həkk  edildiyini 
gördüm.  Səhifənin  yuxarı  hissəsində  isə  doqquz  rəqəmli 
nömrə  qeyd  edilmişdi  ki,  indi  onu  mən  heç  cür  xatırlaya 
bilmirəm. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
162 
162 
Mən  öz  xəzinəmi  heç  kimə  göstərmədim.  Ona  sahiblik 
xoşbəxtliyinə onun oğurlanacağı vahiməsi və bir də bu kitabın 
əsl həqiqətdə nəhayətsiz olmaması qorxusu qatılmışdı. Onsuz 
da  dostlarım  azalmışdı,  indi  isə  mən  olan-qalanlarla  da 
görüşməkdən çəkinirdim.  
Kitabın  əsiri  olmuşdum,  bir  yana  çıxmağı  belə 
yadırğamışdım. Böyüdücü şüşədən kitabın yırtılmış kötüyünü 
və  üz  qabığını  nəzərdən  keçirəndən  sonra  hər  hansı  bir 
saxtalaşdırmanın olmadığını yəqin etdim. Təyin etdiyim kimi, 
hər  iki  kitabçama  qeyd  etməyə  başladım.  Şəkillər  bir  də  heç 
vaxt  təkrarlanmırdı.  Gecələr  yuxusuzluğun  mənə  bəxş  etdiyi 
bir röya anında da kitab yuxuma girirdi. 
Yay öz gəlişini hiss etdirəndə mən anladım ki, bu, olduqca 
dəhşətli  kitabdır.  Və  ona  nəzər  sala-sala,  kitabı  əlimdə  tuta-
tuta,  mən  onu  özümdən  daha  az  dəhşətli  saya  bilərdimmi? 
Hiss  etdim  ki,  bu  kitab  elə  bir  dəhşətli  əşya,  yaramaz  və 
mənfur bir şeydir ki, gerçəkliyin özünü belə təhqir edir. 
Mən  od  haqqında  –  kitabı  tonqalda  yandırmaq  barəsində  - 
düşündüm,  lakin  qorxdum  ki,  atəş  nəhayətsizliyə  çevrilər  və 
bütün planeti öz tüstüsündə boğa bilər.  
Yadımdadır,  harada  isə  oxumuşdum  ki,  ağacın  yarpağını 
meşədə  gizlətmək  daha  düzgündür.  Təqaüdə  çıxana  qədər 
Mexiko  küçəsində  yerləşən  və  içində  doqquz  yüz  min  cild 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə