Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
147 
147 
147 
Buna  görə  də  Borxesin  başqa  hər  bir  əsəri  kimi  də  ―Qum 
kitabı‖ hekayəsi də oxucular tərəfindən lazımi səviyyədə dərk 
edilmir.  Yazıçı  sadə  situasiyalardan  –  hadisə  və  süjet 
xətlərindən istifadə  edir  ki,  ilk baxışdan hekayə  asan oxunan 
bir  pritçanı  xatırladır,  fəqət  iç  qatındakı  sivilizasiyaların 
kulturoloji  şifrələri  intellektual  oxucuda  şok  kreativ  yaradır. 
Kitablar  kitabı,  sirli  Hindistan,  yazı  –  mətnin  magik  təsiri, 
dünyaya bərabər hipertekstuallıq, ümumiyyətlə isə kitab kultu 
bu  hekayəni  cild-cild  romanları  əvəzləyə  biləcək  əsər 
səviyyəsinə qaldırır.  
Hekayədə  ―Qum  kitabı‖nın  boz  rəngdə  olmasının  özünün  də 
simvolik  mənası  var:  bildiyimiz  kimi,  Borxes  ötən  əsrin 
ortalarından etibarən Latın Amerikası, ümumiyyətlə, dünyada 
gedən  silahlanma,  diktatorların  hərbi  çevrilişləri,  irqçilik, 
apardeidə  qarşı  mübarizə,  kapitalizm  və  sosializm  düşərgəsi, 
atom müharibəsi qorxusu, kosmos uğrunda rəqabət, xalqların 
milli-azadlıq 
hərəkatı,  imperiyaların  dağılması,  siyasi 
sistemlərin  laxlaması,  hippilər  hərəkatı  kimi  mürəkkəb 
ictimai-siyasi  hadisələrə  birbaşa  qarışmasa  da,  əksər 
əsərlərində  müxtəlif  formada  öz  mövqeyini  şifrələrlə 
göstərməyə çalışırdı.  Bu mənada başı  siyasi  qətllərə, diktator 
siyasətbazlıqlarına  qarışmış  Argentina  və  dünyanın  o  dövrkü 
qatı çalarına bir işarə idi, yəqin bu qum bozluğu...  


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
148 
148 
Hekayədə  təsvir  olunan  kitabın  hər  səhifəsinin  bir  dəfə 
gorunməsi,  itməsinin  də  öz  izahı  var.  Əsərin  əvvəlinə  diqqət 
verək:  ―
Xətt  saysız-hesabsız  nöqtələrdən  ibarətdir:  külli-
miqdarda  xətlərdən  müstəvi,  sonsuz  müstəvilərdən  fəza 
yaranıb,  kainat  isə  nəhayətsiz  fəzalar  toplusudur...
‖  Borxesi 
hər zaman düşündürən, fəlsəfi narahat edən nəhayətsiz zaman 
və  məkan  anlayışı  bütün  fəlsəfəsi  ilə  bu  hekayədə  əks 
olunmuşdur. Yazıçı sanki insan həyatına da xüsusi təsiri olan 
məkan və zamana bədii tərtibat verməklə hər birimizin məkan 
və  vaxta  sahib  durmağımıza  işarə  edir.  Müəllif  ―indi  və 
burada‖nı  idealizə  etməklə  insanı  Tanrıya  yaxınlaşdırmağa 
çalışır  ki,  bu  mövqeyi  ilə  də  Borxes  dərindən  öyrəndiyi 
hürufizm  və  sufizmə,  buddizm,    ibranilik  və  Maya  dini 
baxışlarına yaxınlaşır. ―Əgər məkan nəhayətsizdirsə, biz onun 
bütün  nöqtələrində  ola  bilərik.  Əgər  zaman  sonsuzdursa,  yeə 
də  biz  onun  bütün  nöqtələrində,  anlarında  ola  bilərik...‖  – 
sanki  yazıçı  bunu  söyləyir.  ―Qum  kitabı‖nın  səhifələrində 
görünən təsvirlər, vərəqlərin xaotik nişanlanması, bir səhifədə 
yalnız  bircə  dəfə  nəyisə  görmək  mümkünlüyü  də  məhz  ona 
işarədir.  Rəmzi  olaraq  bu  kitab  varolmanın  simvoluna  – 
hipertekstual formada bəşər tarixinə işarədir. Yeri gəlmişkən, 
kompyuter  və  İnternetin  hələ  yaranmadığı  bir  vaxtda  Borxes 
onun  ədəbiyyatda  poetikasını  bu  hekayə-pritçasıyla  gözəl 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
149 
149 
149 
təsvir  edib.  Təsəvvür  edin  ki,  siz  milyonlarla  sayt, 
milyardlarla  elektron  səhifələri  bircə  anın  içində  gəzirsiz  və 
onların  çoxunu  unudur,  harada  –  hansı  elektron  məkanda 
yerləşdiyini  yadda  saxlaya  bilmirsiz.  Yaxud  e-arxivlərdə 
dondurulan  zamana  səyahət  edirsiz.  Baxın,  məhz  bunları  ilk 
dəfə Borxes öz hekayəsində gözəl təsvir edib.     
Hekayədə  haqqında  danışılan  ―Qum  kitabı‖nın  əvvəli,  ortası, 
sonu  olmayan,  ―burada  və  indi‖  anının  təkrarlanmadığı 
səhifələrdən ibarətdir, onun hər səhifəsi, Tanrının zərrəsi kimi, 
həm də bütövlüyü özündə əks etdirir, kainatın özü tək dəhşətli 
bir  şeydir.  Deməli,  bu  kitablar  kitabı  elə  Tanrının  özüdür, 
hürufilər  demişkən,  Allah  özünün  müqəddəs  Quran  kitabının 
səhifələrinə  parçalanmış  müqəddəs  sözlərdən  ibarətdir. 
Əslində isə hekayədə bir kitab kultu var ki, bizə diqtə edir: bu 
kitablar kitabı elə intellektual və yaradıcı şüurumuzun obrazlı 
əksidir  –  istədiyi  vaxt  seçdiyi  müxtəlif  məkanlarda  ola  bilən 
idrakımızın bədii təsviridir... 
Yazıçı  göstərir  ki,  kitab  tam  olaraq  pula  satılmır,  kitaba 
dəyişdirilir: bunu anlamaq üçün Borxesin öz həyat tarixçəsinə 
xüsusi diqqət ayırmaq lazımdır. 
Həyatın qaranlıqlarını, şərini 
görməməsi  üçün  Ulu Yaradan  sanki Borxesi  dünya işığından 
məhrum  etmişdi.  Adəmdən  indiyəcən  bu  ağlı-qaralı 
dünyamıza təşrif buyurmuş milyardlarla insandan biri kimi 24 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
150 
150 
avqust  1899-cu  ildə  Buenos-Ayresdə  doğulmuş,  -  bəlkə  də  o 
dünya üçün ölmüş, -  Xorxe Luis Borxes 14 iyun 1986-cı ildə 
bu  dünyadan  köçəndə,  həm  də  o  dünya  üçün  təzədən 
doğulanda, hələ də insanlar onu anlamırdı. Sirli-sehirli Borxes 
çox  soyuq  (bəlkə  də  İlahi)  bir  yazar,  mütəfəkkir  və 
kulturoloqdur. Onun əsərlərini oxuyanda  adamı  soyuq -  İlahi 
bir tər basır. Lakin sonra hiss edirsən ki, bu soyuqluq, əslində, 
sənin qəlbinə od salıb: ardınca isə şiddətlənən sənət atəşində, 
heç  özün  də  hiss    etmədən,  alışıb-yanmağa  başlayırsan.  Belə 
müqəddəs  duyğular  içində  yaşayanlar  üçün  bu  kobud 
həyatımızın  maddiyyat  tərəfi o qədər də maraqlı deyil, çünki 
Borxes  öz  oxucusuna  dünyanı  öz  içində  əritməyi,  ruhuna 
qarışdırmağı öyrədir. 
Bu məqamda Borxesi filosof, ya da ədəbi kahin  saya bilərik: 
artıq  tarixə  qovuşmuş  XX  əsrdə  bəşər  mədəniyyətinə  - 
ümumdünya ədəbiyyatına Borxes qədər kulturoloji, - anlamın 
geniş  mənasında,  -  təsir  edən  ikinci  bir  sənətkar  tapmaq 
çətindir.  Borxesin  yaradıcılığı  kimi,  şəxsiyyəti  və 
dünyagörüşü də, az qala, mifə çevrilib. Elə belə də olmalıydı: 
axı bu şəxsiyyət bütün yaradıcılığını və özünüdərkdən sonrakı 
olan-qalan ömrünü mifologiyaya, mifləri öyrənilməsinə, daha 
sonra  isə  sənət  mifləri  yaratmağa  sərf  edib.  O  mənada  həm 
Borxes,  həm  də  onun  bir  çox  ədəbi  surətləri  -  hekayə 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə