Vüsal SƏFİyeva



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix31.10.2018
ölçüsü0,83 Mb.
#77106
1   2   3   4   5   6   7   8   9   ...   57

 
12 
ağzı, bayatı, haxışta, sevgi, layla, qaynana-gəlin sözləri” 
(Abbaszadə  Mirzə  Abbas,  Bakı,  “Kaspi”  mətbəəsi, 
1914),  “Milli  nəğmələr”  (Mirzəzadə  Ağa  Həsən,  Bakı 
“İran”,  1919),  “Nağıllar  məcmuəsi”  (İsmayılov  Kərim-
bəy,  Orucov  qardaşları  mətbəəsi,  1911),  “Şagirdlərə 
bəxşiş” – nağıllar məcmuəsi (Axundov Nəsrullah, Bakı, 
1915) və başqa kitabları göstərmək olar” (162, 60). 
Azərbaycan 
şifahi 
xalq 
ədəbiyyatının 
formalaşmasında  böyük  əmək  sərf  edənlərdən  biri  də 
Eynəli Sultanovdur. E. Sultanov ömrünün sonuna qədər 
folklorşünaslıq  fəaliyyətini  davam  etdirmiş,  XX  əsrin 
əvvəllərində rus mətbuatında, Sovet hakimiyyəti illərində 
isə  “Dan  ulduzu”  jurnalında  folklorun  ayrı-ayrı 
problemlərinə  dair  bir  sıra  məqalələrlə  çıxış  etmişdir. 
Xalq  ədəbiyyatımızın  toplanması,  nəşri,  rus  dilinə  tər-
cüməsi və yayılmasında fəal iştirak edən ziyalılardan biri 
də  Mahmud  bəy  Mahmudbəyov  idi.  İstər  E.Sultanov, 
istərsə  də  M.  Mahmudbəyovun  şifahi  xalq  yaradıcılığı 
nümunələrinin  toplanması,  nəşri  və  araşdırılması 
sahəsində 
məhsuldar 
fəaliyyətləri 
Azərbaycan 
folklorşünaslığı tarixində uğurlu addımlar sayılır.   
Bu  dövrdə  atalar  sözlərindən  ibarət  ilk  məcmuəni 
(1899)  nəşr  edən  M.  Qəmərlinskinin  fəaliyyəti  də 
diqqətəlayiqdir.  Görkəmli  tədqiqatçı-alim,  öz  çoxşaxəli 
ya
radıcılığı  ilə  seçilən  Firudin  bəy  Köçərli  Azərbaycan 
folklorşünaslıq  elminin  inkişafında  təkcə  toplayıcılıq 
fəaliyyəti  ilə  yox,  həm  də  folklorşünaslığımızın 
yaradıcısı kimi xüsusi yer tutur. 
XX  əsrin  əvvəllərində  şifahi  xalq  ədəbiyyatımızın 
həm  toplanıb  nəşr  edilməsi,  həm  də  öyrənilməsi, 
qiymətləndirilməsi  sahəsində  uğurlu  işlər  görülmüşdür. 
Bu ba
xımdan  R.  Əfəndiyev,  A.  Şaiq,  S.  Hüseyn,  N. 
Nərimanov, A. Şahtaxtlı, T. Bayraməlibəyov, Ə. Ağayev 


 
13 
və  başqalarının  fəaliyyəti  xüsusilə  diqqətəlayiqdir  (162, 
60).  
XX  əsrin  əvvəllərində  Cəlil  Məmmədquluzadənin 
böyük  səyləri  ilə  mətbuatda  adını  xalqın  müdrik 
qəhrəmanının  adından  götürən,  Bakıda,  Təbrizdə  və 
Tiflisdə qısa fasilələrlə 25 il nəşr həyatı yaşayan “Molla 
Nəsrəddin”  dərgisi  görünməyə  başlamışdı.  Bu  dərgi 
həmin dövrdə cəmiyyətin ictimai bəlalarını, cəhaləti ifşa 
edərək  xalqı  maarifləndirməklə  yanaşı,  adından  da 
göründüyü  kimi,  həm  də  xalqın  hikmətli,  müdrik 
kəlamlarının toplanması və dərci işində bilavasitə iştirak 
etmiş,  maarifçilik  tariximizdə  layiqli  yerini  tutmuşdur. 
Dərginin  səhifələrində  C.  Məmmədquluzadə  ilə  yanaşı, 
Ə.  Haqverdiyev,  A.  Şaiq,  S.M.  Qənizadə,  A.  Səhhət, 
M.
Ə.  Sabir,  Ə.  Nəzmi,  Ə.  Qəmküsar  və  başqalarının 
şifahi  xalq  ədəbiyyatının  ayrı-ayrı  problemlərinə  həsr 
olunmuş məqalələri, eləcə də topladıqları xalq ədəbiyyatı 
nümunələri yer alırdı.  
 1923-
cü  ilin  noyabrın  2-də  “Azərbaycanı  Tədqiq 
və  Tətəbbö  Cəmiyyəti”  kimi  bir  elmi  təşkilat  komitəsi 
yaradılmışdır. 1929-cu ilədək bu adla fəaliyyət göstərən 
qurum 1933-
cü  ildən  SSRİ  Elmlər  Akademiyasının 
Zaqafqaziya  Filialının  tərkibində  “AzOZFAN”  adını 
daşımışdır.  AzOZFAN  1936-cı  ildən  SSRİ  EA-nın 
Azərbaycan  Filialı  adlandırılmış,  1945-ci  ildən  bu 
günədək isə  Azərbaycan SSR Elmlər Akademiyası kimi 
akademik  fəaliyyətini  sürdürmüşdür  (99,  46-48).  Təbii 
ki,  bu  qurumun  uzun  illər  ərzində  müxtəlif  adlarla 
adlandırılması yalnız protokol xarakterli dəyişikliklər idi, 
yəni  qurumun  məhsuldar  fəaliyyətində  mahiyyət 
dəyişməmiş, xalq yaradıcılığı nümunələrinin toplanması, 
nəşri  və  tədqiqi  məsələləri  əsas  inkişaf  istiqamətləri 
arasında olmuşdur.  


 
14 
Çox  görkəmli  dövlət  və  mədəniyyət  xadimləri, 
ziyalılar  bu  cəmiyyətin  işində  yaxından  iştirak  etmiş, 
gərgin  fəaliyyətə  başlamışdılar.  C.  Ağamalıoğlu,  R. 
Axundov, M. Quliyev, D. Bünyadza
də,  Q.  Musabəyov, 
S.
M. Əfəndiyev, Ü. Hacıbəyov, H. Zeynallı, V. Xuluflu, 
T. Şahbazi, C. Məmmədquluzadə, Ə. Haqverdiyev, S.M. 
Qənizadə,  H.  Cəbiyev,  rus  alimlərindən  V.V.  Bartold, 
A.N.  Samoyloviç,  N.Y.  Marr,  İ.İ.  Meşşaninov  və 
başqalarının fəaliyyətini qeyd etmək yerinə düşərdi.   
Xalq  ədəbiyyatı  sahəsində  çalışan  şəxslərdən 
cəmiyyətin  tərkibində  prof.  A.  Baqri,  H.  Zeynallı,  V. 
Xuluflu,  A.  Sübhanverdixanov,  yazıçılarımızdan  C. 
Məmmədquluzadə,  Ə.  Haqverdiyev  və  başqaları  da  bu 
gərgin əməyin daşıyıcıları sırasında idilər (162, 63). 
Qurumun geniş fəaliyyətindən bəhs edən akademik 
İsa  Həbibbəyli  yazır:  “Tanınmış  ictimai  xadim  və 
publisist  Həbib  Cəbiyevin  rəhbərlik  etdiyi  Azərbaycan 
Dövlət  Elmi-Tədqiqat  İnstitutunda  Dil,  Ədəbiyyat  və 
İncəsənət Bölməsinə əvvəlcə professor Bəkir Çobanzadə 
və  dosent  Əli  Nazim  Mahmudzadə,  daha  sonra  isə 
professor  Vəli  Xuluflu  başçılıq  etmişlər.  Cəmi  üç  il 
müddətində  fəaliyyət  göstərən  bu  İnstitutda  Folklor 
şöbəsi  ilə  yanaşı,  Tənqid  və  ədəbiyyatşünaslıq,  Müasir 
ədəbiyyat  şöbələri  –  seksiyaları  əsasında  bütövlükdə 
milli  ədəbiyyatın  geniş  surətdə  tədqiqinə  ciddi  şəkildə 
diqqət yetirilmişdir” (94). 
XX  əsrin  əvvəllərində  folklorumuzun  toplanması, 
nəşri  və  tədqiqi  kimi  əhəmiyyətli  bir  məsələyə  xüsusi 
di
qqət və həssaslıqla yanaşan və bu işdə yaxından iştirak 
edən  ziyalılarımız  arasında  elmi-nəzəri  fəaliyyəti  ilə 
diqqəti  cəlb  edən,  ədəbiyyatşünas-tənqidçi,  “Folklor 
komissiyası”nın  sədri,  “Azərbaycan  atalar  sözü  və 
məsəlləri”  (1926),  “Azərbaycan  tapmacaları” (1928) 
kitablarının  müəllifi  Hənəfi  Zeynallı  da  var  idi.
 
H. 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə