Wiley finance



Yüklə 2 Mb.
səhifə12/32
tarix14.09.2018
ölçüsü2 Mb.
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

MİSAL

Kommersiya daşınmaz əmlakına qarşı təmin edilmiş kreditlərin risk çəkisini hesablayarkən, milli tənzimləyicilərin bəzi xüsusi tələblərə cavab verən kreditlər üçün 50 faiz risk çəkisinə icazə verməyə milli hüquqları vardır, baxmayaraq ki, Bazel II Sazişi kommersiya daşınmaz əmlakına qarşı təmin edilmiş kreditlərin 100 faizli risk çəkisinə aid olmasını müəyyən edir.




    1. DEPOZİT SIĞORTASI

Maliyyə sisteminin davamlılığını və təhlükəsizliyini təmin edən alətlərdən biri də depozitlərin sığortalanmasıdır. Depozit sığortası hökumət və ya sığorta sisteminin bankların iflas edəcəyi təqdirdə bank depozitorlarının öz depozitlərini geri alacaqları barədə verilmiş sözdür.

Depozitlərin qorunması adətən hər bir bankda yerləşdirilmiş müəyyən məbləğlə məhdudlaşdırılır. ABŞ-da depozit sığorta qorunması sistemi hazırda və müvəqqəti olaraq 250,000 ABŞ dolları ilə məhdudlaşdırılıb. 2008-ci ilin oktyabrından - məbləğ müvəqqəti olaraq hazırkı səviyyəyə yüksəldilməmişdən öncə, 100,000 ABŞ dolları təşkil edirdi. 2008-ci ilin üçüncü rübündə dünyada olan bir çox ölkələr müvəqqəti olaraq ölkələrinin banklarında olan depozitlərin hamısını və ya əhəmiyyətli bir hissəsinə təminat verməyi qərara aldılar. Onların niyyəti kredit böhranına cavab kimi müəyyən təhlükəsizliyin təmin edilməsi və banka tələb axınıı və bank təşvişinin qarşısının alınması idi. Məsələn, Finlandiya 2009-cu ilin sonunadək sığortalanan məbləği 50,000 Avroya qaldırdı; böhrandan əvvəl isə bu rəqəm 25,000 avro idi.
MİSAL

Hazırda, Birləşmiş Krallıqda Maliyyə Xidmətlərinin Kompensasiya Sxemi 50,000 funt sterlinqədək olan məbləği əhatə edir. Cənab Smitin iflasa uğramış Vega Bankda 55,000 funt sterlinqi var. Bank iflas etdikdən sonra, depozit sığorta sistemi cənab Smitin 50,000 funt sterlinqin qaytarmış, lakin 5,000 funt sterlinqini qaytarmamışdır. Depozit sığorta sisteminin ödəyə bilmədiyi depozitlərin tam və ya qismən iflas edən bankın müəyyən miqdarda vəsaitləri hesabına ödənilməsi mümkündür. Sonda isə depozit sığorta sisteminin ödəmədiyi 5,000 funt sterlinq cənab Smitin yekun zərəri olmaya bilər.


Depozit sığortası üçün motivasiya banka tələb axınıının böyüyərək bank təşvişinə keçidi riskinin qarşısının alınmasına kömək etməsidir. Bankın iflas edəcəyi təqdirdə depozitlərinin tam olaraq və ya əksər hissəsinin geri ödənəcəyini bilən depozitorların hətta bankın iflas edəcəyi haqqında söz-söhbət yayılarsa belə depozitlərini geri götürmələri ilə bağlı ciddi narahatçılıqları olmayacaq. Yuxarıda qeyd edildiyi kimi, depozit sığortası banka tələb axınıını, bank təşvişini və yoluxmaları azaldır.
MİSAL

İndi isə gəlin, Bölmə 3.1-də olan Alfa Bank nümunəsinə yenidən qayıdaq və yazıda depozit sığortasını daxil etməklə bir dəyişiklik edək. Alfa Bank haqqında (doğru və ya yalan) məlumatlar dolaşır ki, çoxlu sayda ümidsiz kreditlər vardır ki, bu da onun itirilməsinə gətirib çıxarır. Bu məlumatın depozitorlara aidiyyatı vardır, ancaq depozit sığorta sistemi onların əmanətlərini əhatə etdiyi üçün onların bankdan öz vəsaitlərini çəkmələri üçün motivasiya yoxdur. Reallıqda Alfa Bank kredit portfeli üzrə material itkilərindən çoxlu zərər görüb və ödəmə qabiliyyətini itirməyə çox yaxındır. O həmçinin özünün bütün ehtiyatlarını və nağd pul mənbələrini sərf edib. Bununla belə depozit sığortası bankı iflas etməkdən qoruyaraq, banka tələb axınıı riskini azaltdı.


3.4.1. Depozit Sığortasının Ödənişi
Tarixən depozit sığortalanması könüllü olmuş və sığorta şirkətləri, banklar və hökumətlər tərəfindən təklif olunmuşdur. Bu depozit sığortalanmasında iştirak etmək istəyən banklar bu əlavə qorunmanı mövcud və potensial depozitorlar qarşısında iflasa uğramış institutlara qarşı istifadə edirdilər. Nəticə etibarilə, bu banklar maliyyələşməni depozit sığortası təklif etməyən banklara nisbətən daha aşağı xərclərlə təmin edə bilirdilər. Aşağı maliyyələşmə xərcləri ilə bağlı üstünlüklülərə baxmayaraq, bəzi depozit sığorta sistemləri məşhur idilər və bir çoxunda vəsait çatışmazlığı var idi ki, bu da həmin depozit sığorta institutlarının geniş miqyaslı bank iflasları olacağı təqdirdə sığortalanmış vəsaitləri ödəyə bilməyəcəkləri mənasına gəlirdi. Bir çox könüllü depozit sığortası sistemləri iqtisadiyyatın zəiflədiyi zamanlarda bir neçə bank iflasa uğradığından öz vəsaitlərini sərf edib qurtardılar. Könüllü iştirak və zəif maliyyələşmənin bu orijinal kombinasiyası isə özlüyündə depozit sığortalanmasının səmərəliliyini azaldırdı.

ABŞ-da 1929-cu ildə başlayan Böyük İqtisadi Böhran zamanı, banka tələb axınıları bank təşvişlərinə çevrilmiş və geniş şəkildə bankların iflaslarına yol açmışdı. Qərarlı və əhatəli qanunvericilik nəticəsində, 1933-cü ildə ABŞ dünyanın ilk müasir, məcburi və aydın depozit sığorta sistemini yaratdı. Bu gün də davam etməkdə olan bu sistemə uyğun olaraq, müstəqil agentlik olan Federal Depozit Sığorta Korporasiyası9 (FDSK) ABŞ bankları üçün depozitlərin qorunmasını təmin edir. Qorunmada müəyyən hədlər, maneələr, məhdudiyyətlər mövcud olsa da, ABŞ-da depozitlərin əksər hissəsi bankların iflasa uğramasına qarşı qorunmaqdadır. Bu yanaşma dünyanın depozit sığorta sistemləri tərəfindən dəstəklənir. FDSK bankın kapitallaşdırması və ümumi maliyyə sağlamlığını müəyyənləşdirmək məqsədilə müntəzəm olaraq sığortaladığı bankların təhlükəsizliyini və davamlılığını yoxlayır. Bankların yoxlanması əsasında onların verdikləri qararlar sığorta qərarları ilə eynidir və bankın FDSK-ya depozit sığortası üçün ödəyəcəyi premiumu müəyyənləşdirir. FDSK ABŞ-da əsas bank nəzarətçilərindən birinə çevrilmişdir.


Bankçılıq Əsas Diqqət Mərkəzində

Depozit sığortaçıları bankların depozitlərini sığortalatmaları üçün illik əsasla ödədikləri rüsum formasında depozit sığortası premiumları müəyyənləşdirirlər. ABŞ sistemi premiumları bankın riskinə görə müəyyənləşdirir. Nəticə etibarilə FDSK aşağıdakıları nəzərə alır:



  • Bankın səhmdar kapitalı ilə risklə ölçülmüş aktivləri arasında əlaqə

FDSK bankları üç qrupa ayırır, yaxşı-kapitallaşmış burada risklə ölçülmüş aktivlər və səhmdar kapital 10 %-dən artıqdır; adekvat-kapitallaşmış, burada risklə ölçülmüş aktivlər 8 %-dən artıq, 10%-dən aşağıdır; aşağı-kapitallaşmış, burada isə risklə ölçülmüş aktivlər və səhmdar kapital 8%- keçmir.

  • Bankın ümumi sağlamlığı

ABŞ-da FDSK digər tənzimləyicilər və nəzarətçilərlə birlikdə hər bankı müntəzəm olaraq yoxlayır. Bu tənzimləmə yoxlanışları əsasında bank müəyyən risk qrupuna daxil edilir. Nəzarətçilər bankın kapitalını, aktivlərinin keyfiyyətini, idarə edilməsinin keyfiyyətini, gəlirlərini, likvidliyini və bazar riskinə həssaslığını yoxlayaraq bankın riskini qiymətləndirir. Bank daha çox risk götürdükcə - daha riskli kreditlər verdikcə, tənzimləyicilər daha çox zəifliklər müəyyənləşdirdikcə - o nəzarətçidən daha yüksək risk reytinqi alır. Depozit sığortasına daxil olan hər bir bankı qiymətləndirməklə, agentlik müəyyən sığorta səviyyəsi müəyyənləşdirir ki, bu da bankın ümumi aktivlərinin riskini əks etdirməklə bankın verdiyi kreditlərin və aldığı istiqrazların və digər investisiyaların təhlükəsizliyini təmin edir.

2008-ci ilin sonunda yaxşı-kapitallaşmış, ən aşağı nəzarətçi risk reytinqinə (əməliyyatlar, kreditlər və investisiyaların ümumi riski üzrə ən aşağı) aid ABŞ bankları illik sığorta üzrə 5-7 baza nöqtəsi (bn) arasında ödəniş edirdilər. Baza nöqtəsi bir faizin yüzdə birinə və ya 0.0001-ə bərabərdir. Depozit sığorta premiumunda depozitlərinin 7 bn-nı ödəyən bank hər 10.000 ABŞ dolları məbləğində olan depoziti üçün 7 dollar ödəyəcək.

Ən yüksək nəzarətçi risk reytinqinə (əməliyyatlar, kreditlər və investisiyaların ümumi riski üzrə ən yüksək) aid aşağı-kapitallaşmış banklar sığorta ödənişi kimi depozitlərinin 43 bn-ni ödəyirlər. Digər amillər depozit sığorta qiymətləndirmə səviyyələrinə müəyyən təsir edə bilər. Lakin nəticədə depozit sığortası premiumlarında riskli və prudensial institutlar arasında əsaslı fərq olacaqdır.
Misal

Həm Prudent Bankın, həm də Riskli Bankın hər birinin 1,000 milyon ABŞ dolları həcmində depozitləri var. Prudent Bank yaxşı-kapitallaşmış bank olub aşağı nəzarətçi risk reytinqi daşıdığı halda, Riskli Bank həm aşağı-kapitallaşmış bankdır, həm də ən yüksək nəzarətçi risk reytinqinə malikdir. Pruden Bank sığortaya 5 bn və ya 500,000 ABŞ dolları ödədiyi halda, Riskli Bank 4.3 milyon ABŞ dolları ödəyir. Fərq premiumdur, 3.8 milyon ABŞ dolları Riskli Bankın yüksək riskli olmasını əks etdirir.


3.4.2 Dünya üzrə olan Depozit Sığortası
2008-ci ilin sonunda depozit sığorta sistemində fəaliyyət göstərməkdə olduğu 100 ölkə, son mərhələdə olan, planlaşdırılmış və ya hazırlanmaqda olan və fəaliyyət göstərməyə hazırlaşan ölkələrin sayı isə 19 idi10. Bəzi ölkələrdə bir neçə depozit sığorta sistemi mövcuddur. Məsələn, Avstriyada beş fərqli depozit sığortası təminatçısı var. Dünyada həmçinin bir neçə ölkəni əhatə edən depozit sığorta sistemləri də mövcuddur.

Bir çox ölkələr əhalidən depozit qəbul edən maliyyə institutları və bütün banklar üçün depozit sığorta proqramlarında iştirakı məcburi etməklə FDSK-nin yanaşmasını qəbul ediblər. Sığorta həm dövlət agentliyi, həm də özəl sığorta şirkəti tərəfindən təqdim edilə bilər. Bu yanaşmalar fərqlidir, lakin son nəticədə bunlar hamısı bankların iflası zamanı depozitorları qorumaq məqsədi daşıyır.

Depozit sığortası ölkələr üzrə fərqlənir. Əksər ölkələrdə pərakəndə müştərilərin əmanətləri kommersiya müştərilərinin xərcləri hesabına qorunur. Bu ikipilləli yanaşmanın səbəbi odur ki, kommersiya müştəriləri adətən pərakəndə müştərilərdən daha təcrübəli olurlar və bir neçə bank əlaqələri saxlayırlar ki, bu da bankın iflasa uğraması halında onların ümumi risklərini azaldır. Həmçinin, tənzimləyicilər kommersiya depozitorlarının mümkün bank iflaslarını qiymətləndirmə bacarıqlarının olmasını nəzərə alırlar.
MİSAL

Son məlumatlara əsasən, Serbiya və Monteneqronun depozit sığorta sistemi 2003-cü ildə ölkənin banklarında olan depozitlərinin 5.000 Serbiya dinarı məbləğində olan hissəsini sığortalayırdı ki, bu da o vaxta olan mübadilə məzənnəsi ilə 87 ABŞ dollarına bərabər idi. Eyni zamanda, Dominikan Respublikası, Tayland, Türkiyə və Türkmənistan depozitlər üçün məhdudiyyətsiz sığorta təqdim edirdi. 2008-ci ilin oktyabrında isə Aİ ölkələrində depozitlərin 50.000 Avroyadək olan məbləği sığortalanırdı11.


Hazırda dünyanın 100 ölkəsində açıq depozit sığorta sistemi fəaliyyət göstərdiyi halda, bəzi ölkələrdə aşkar olmayan depozit sığorta paketi mövcuddur. Açıq depozit sığorta sistemi, hökumətin depozitlərə təminat vermək üçün qurum vasitəsilə depozit sığorta sistemini yaratdığı yerlərdə olan sistemidir. Belə sistem dövlət və ya müvafiq qurum, bank qanunu və digər qanunvericilik aktları tərəfindən tənzimlənməyə, tənzimləyicilərin aktiv iştiraklarına, həmçinin depozit sığortası paketi limitini müəyyən edən qanuna, depozit sığortası premiumunun qiymətləndirilməsinə və tənzimləyici qaydalara bel bağlayır. Qapalı depozit sığorta sistemi, hökumət tərəfindən depozit sığortası təmin edən xüsusi agentliyin yaradılmadığı, lakin, ehtiyac yaranarsa depozitlərə təminat verilə biləcəyinin bəyan edildiyi yerlərdə olur.

MİSAL

1990-cı illərin əvvəllərində İsveç ciddi bank böhranından əziyyət çəkirdi. O dövrdə İsveçin açıq və qapalı depozit sığorta sistemi yox idi. Böhranın ilk günlərində əsaslı itkilər səbəbindən bir çox bankların böhranının da səbəb olduğu spekulyativ daşınmaz əmlak kreditlərindən zərər gördükləri aydın oldu. Əksər banklar isə buna davam gətirə bilməyərək, bank tələb axınıına məruz qalmış və sistemin bank təşvişinə düşməsi ilə nəticələnmişdi. Bank təşvişinin nəticələri daha da aydın əks olunduqda, İsveç hökuməti bütün depozitlərə təminat verməyə hazır olduğunu bəyan etməklə bunun qarşısını almaq istədi. Bu aşkar olmayan təminat banka tələb axınıı üçün stimulları azaltmış və geniş yayılmış bank təşvişi və bank iflaslarının qarşısının alınmasına nail olmuşdur.



3.5. İRƏLİYƏ DOĞRU

Fəsil 1-də bank sektorunu onun göstərdiyi xidmət və funksiyalar timsalında və onun iqtisadi inkişafdakı əsas rolu ilə təqdim etmişdir. Fəsil 2-də biz bankların təmin etdikləri maliyyə informasiyası, bankların maliyyələrinin idarəetməsi və kredit zərərlərinin əvəzinin ödənilməsi ilə bağlı məsələlərə əsaslanmışıq. Bu fəsil sistemli riskin bankı və nəticə etibarilə iqtisadiyyatı necə zədələməsini öyrənməklə başlamışdır. Sabit bank sektorunun əhəmiyyəti bankların düzgün fəaliyyət göstərməsi və idarə edilməsini təmin etmək üçün bank tənzimlənməsinə ehtiyacı motivasiya etmişdir. Bank sektorunun qloballaşması ilə Bazel I və Bazel II-yə əsaslanan beynəlxalq bank tənzimlənməsi yaradılmışdır. Bu təşəbbüslər qlobal bank tənzimlənməsinin əsasına çevrilmişdir. Növbəti dörd fəsildə biz Bazel Sazişlərinin əsas risk növlərini – kredit riski, bazar riski və əməliyyat riskini – qeyd etmişik və Bazel II Sazişinin Prinsip 3-də müəyyənləşdirilmiş məcmu kapital tələblərinin hesablanması metodlarını işıqlandırmışıq. Fəsil 8-də nəzarət təftişləri və bazar intizamının rolları, iqtisadi kapital ilə məcmu kapital arasında olan münasibət nəzərə alınmaqla Prinsip 2 və 3 nəzərdən keçirilir.


FƏSİL 4

Kredit Riski

Bu və növbəti fəsildə kredit riskinə təfsilatlı giriş əhatə olunub: Fəsil 4-də əsas diqqət kredit riski və kredit məhsullarına yönəlir və Fəsil 5 kredit təhlilini və kredit risklərinin idarə olunmasını izah edir. Bu fəsil diqqəti üç əlaqədar mövzu ilə bağlı sahəyə yönəltməklə kredit riskini müzakirə edir. Birinci bölmə kredit riskinin mənbəyini müəyyən və izah edərək kredit riski ilə bağlı məlumatları təqdim edir. Növbəti bölmələrdə borcverənlər və borcalanlarla bağlı təfsilatlı icmallar əhatə olunub. Son iki bölmə kredit məhsullarının xüsusiyyətlərini təqdim edir və reteyl və kommersiya bank fəaliyyətində istifadə olunan xüsusi kredit məhsullarının əlamətlərini müzakirə edir.


Fəslin İcmalı


  • 4.1 Kredit Riskinə Giriş

  • 4.2 Borcverənlər

  • 4.3 Borcalanlar

  • 4.4 Kredit Məhsullarının Xüsusiyyətləri

  • 4.5 Kredit Məhsullarının Növləri


Əsas Məqamlar

  • Bankın əsas risklərindən biri borcalanın kreditləri vaxtında və ya ümumiyyətlə ödəməməsinin mümkünlüyüdür.

  • Borcverənlər hər bir qrupun özünəməxsus maliyyə ehtiyaclarına cavab vermək üçün reteyl və kommersiya borcalanları ilə sifariş olunan məhsullar arasında fərq qoyur.

  • Kredit məhsulları ödəniş müddəti, ödəniş metodu, kreditin istifadəsi, borcalanın borcverənə təqdim etməli olduğu müxtəlif təminat növləri (girov) və ya kreditin əldə edilə bilməsi üçün borcalanın razılaşmalı olduğu məhdudiyyətlər (müqavilə şərti) ilə xarakterizə oluna bilər.

  • Müxtəlif növ kredit məhsulları mövcuddur və reteyl və kommersiya borcalanlarının ehtiyacları üzrə tələblərin yerinə yetirilməsi məqsədilə oxşar məhsullardan istifadə oluna bilər.



Əsas terminlər




  • Aktivlərin konvertasiyası altında olan kredit

  • Üzən faiz dərəcəli kredit

  • Aktivlə təmin olunan kredit

  • İnvestisiya dərəcəsi üzrə kredit reytinqi

  • Dərəcə amortizasiyası

  • Nağd pul axını təminatlı kredit

  • “Kredit-dəyər” nisbəti

  • Girov tələbləri

  • Ödəniş müddəti

  • Sərt şərtli kredit müqavilələri

  • Qeyri-investisiya dərəcəli kredit reytinqi

  • Kompensasiya qalıqları

  • Kreditin əsas məbləği

  • Korporativ borcalanlar

  • Dövlət borcalanları

  • Vəsaitlərin dəyəri

  • Fərdi borcalanlar

  • Birgə borcalanların riski

  • Sekyuritizasiya

  • Müqavilə şərtləri

  • Kredit reytinq agentliyi

  • Kiçik və orta müəssisələr, KOM

  • Kredit riski

  • Suveren borcalanlar

  • Defolt

  • Yumşaq şərtli kredit müqaviləsi

  • Sabit faiz dərəcəli kredit





Kredit Riski

__________________________________________________________________


4.1 KREDİT RİSKİNƏ GİRİŞ
Kredit riski banka borcalanın müqavilə üzrə defolt vəziyyətində qala bilmə ehtimalını hesablama yolu təklif edən müxtəlif komponentləri – yerinə yetiriləcək borc, kredit və ya buna bənzər öhdəliklər – və defolt vəziyyətində bərpa olunması ehtimalı yüksək olan dəyərlərin kəmiyyətini əhatə edir. Ən sadə formada müəyyən olunarsa, kredit riski borcalanın və ya birgə borcalanların şərtlər üzrə razılaşdırılmış öhdəlikləri yerinə yetirə bilməmə potensialıdır. Defolt, borcu ödəyə bilməmə və ya mövcud öhdəlikləri yerinə yetirməmə vəziyyətidir.
MİSAL

__________________________________________________________________

Growth Inc. müştərilərini yalnız qəbul etdikdən sonra ödəniş etdikləri mal və xidmətlərlə təmin edir. Şirkətin mal və xidmətləri təmin etməsinin səbəbi müştərilərinin vaxtında ödəniş edəcəyinə etibar etməsidir. Bununla belə, ödənişin alınmasından onun ödənilməsinə qədər əmin olmaq olmaz. Growth Inc. müştərilərinin öhdəliklərini yerinə yetirməməsi riskini daşıyır. Bu kredit riskidir. Kredit riskinin azaldılması məqsədilə Growth Inc. müştərilərinin potensialını əvvəlcədən qiymətləndirməli, onların öhdəliklərini yerinə yetirə bilmə mümkünlüyünü müəyyən etməli və mal və xidmətlərin təmin olunması ilə bağlı qərar verməlidir.
Birgə borcalanlar riski müqavilənin şərtləri üzrə tərəflərdən birinin öhdəliklərini yerinə yetirə bilməməsinin ümumi adıdır. Bu, vəd olunan mal və ya xidmətlərin təmin oluna bilməməsi, vəd olunan kredit xidmətlərinin təmin olunmasından imtina etmə və ya ödəniləcək məbləğlərinin ödənilməməsi kimi izah oluna bilər.
MİSAL

__________________________________________________________________

30 iyun tarixində Alfa Bank və Beta Bank aşağıdakı müddəaların əks olunduğu razılaşmanı imzaladılar:

Borcverən: Beta Bank

Borcalan: Alfa Bank

Məbləği: 150 milyon ABŞ dolları

Şərt: 15 iyuldan sonra 3 ay

Faiz dərəcəsi: 5%

Beta Bank birgə borcalanların riskinə məruz qaldı. Xüsusilə bu risk ondan ibarət idi ki, Alfa Bank razılaşmanın şərtləri üzrə tələb olunan 150 milyon dollar borcunu ödəməyəcəkdir. Tam əksini düşündükdə isə, Alfa Bank da birgə borcalanlar riskinə məruz qalmışdır ki, bu da Beta Bankın 15 iyul tarixində müqavilədə göstərilən məbləği verməməsidir.
Yuxarıdakı misal göstərir ki, iki tərəf arasında kredit riskinin ən çox rast gəlinən forması tərəflərdən birinin (borcverən) vəd olunan gələcək ödənişləri qarşılığında digər tərəfi (borcalan) maliyyələşdirmə öhdəliyi daşıdığı halda baş verir.

Daha əvvəlki bölmələrdə defoltun bankın aktivləri, passivləri və səhmdar kapitalına necə təsir etməsi (Bölmə 2.2) və bankların kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar vasitəsilə defoltun təsirinin necə azaltmaq istəməsi (Bölmə 2.4) daxil olmaqla, defoltlarla bağlı müxtəlif misallar verilmişdir.


4.2 BORCVERƏNLƏR
Fəsil 1-də qeyd olunduğu kimi, banklar kapitala ehtiyacı olan bir qrupun investisiya üçün kapitalı digər qrupdan borc alması prosesi olan maliyyə vasitəçiliyini sürətləndirir. İki qrup arasında kapital köçürməsinin təşkili istiqamətində bank kreditin maliyyələşdirilməsi üçün depozitlərdən istifadə edir. Vasitəçilik iqtisadi inkişafın dəstəklənməsi üçün çox vacibdir. Banklar bir qrupdan (depozitorlar) depoziti alır və bu vasitələrdən digər qrupa (borcalanlar) kredit məhsullarını təqdim etmək üçün istifadə edirlər. Kredit məhsullarının (məsələn, kreditlər) verilməsi risk yaradır. Bank riski biznesin adi dəyəri olaraq qəbul edir. Banklar əsas olaraq risklərin idarə olunması ilə məşğul olurlar. Banklar davamlı olaraq özlərinin bütün növ riskləri idarəetmə qabiliyyətlərini inkişaf etdirməyə səy göstərir və xüsusilə kredit riskinin təhlili sahəsində mühüm təcrübə əldə edirlər. Banklar davamlı olaraq öz təcrübələrini qiymətləndirir və kredit riskini azaldacaq mövcud siyasət və prosedurlara düzəliş etmək və ya yenilərini əlavə etməklə öyrəndiklərini biznes təcrübələrinə tətbiq edirlər. Göstərilən bu səylərə baxmayaraq, hazırda bank sektorunda baş verənlər kredit təhlili və kredit risklərinin idarə olunmasının nə qədər çətin tapşırıq ola biləcəyini göstərir.

Bankçılıq reteyl və ümumi xidmət bazarları üçün çox vacibdir. Reteyl bazarların (fərdi müştərilər, dükanlar, kiçik və orta ölçülü bizneslər) ehtiyaclarını ödəyən müxtəlif məhsul və xidmətlər təklif edən minlərlə yerli, regional və beynəlxalq bank fəaliyyət göstərməkdədir. Ümumi satış bazarlarında (digər banklara borc vermə, iri korporativ qurumlar və iri beynəlxalq təsisatlar) yalnız iri banklar müştərilərin ehtiyaclarını ödəməyə kifayət edəcək məhsul növləri təklif etmək iqtidarında olur. Şəkil 4.1 iki əsas bank sektorunu təsvir edir.




Şəkil 4.1 Əsas bank növləri
Reteyl müştərilərə daxildir: Ümumi xidmət müştərilərə daxildir:

- Fərdlər / dükanlar - Digər banklar / iri korporasiyalar

- Kiçik bizneslər - İri beynəlxalq təsisatlar

Yerli və regional banklar bizneslərə borc vermə, fərdlərə kredit vermə və depozit qəbul etmə kimi ənənəvi və kommersiya bankçılığı fəaliyyətləri ilə məşğul olurlar. Regional banklara nümunə olaraq ABŞ-da Fifth Third Bank, Avstraliyada Bank West, Mərkəzi və Şərqi Avropada Raiffiesen Bank və BƏƏ-dən Abu Dhabi Commercial Bank-ı göstərmək olar. HSBC, ANZ, JP Morgan Chase və Royal Bank of Scotland kimi beynəlxalq banklar həm kommersiya, həm də investisiya bankçılığı xidmətlərinin göstərilməsi üçün əlverişli formada təsis olunublar.



4.2.1 İnvestisiya Bankları
İnvestisiya bankları adətən şirkətlər üçün agent və ya maliyyə vasitəçisi olaraq fəaliyyət göstərir. Onların özlərinin broker fəaliyyətləri ola bildiyindən, müştərilərinə investisiya məsləhətləri verir və kommersiya müştərilərini digər növ borc xidmətləri ilə təmin edirlər. Onların əsas fəaliyyəti korporativ müştərilərinin maliyyələşdirilməsi məqsədilə səhmdar kapitalı və borcun – kreditlər, istiqrazlar və digər borc növlərinin - təşkilidir. İnvestisiya bankları müştərilərdən depozit qəbul etmir və ya reteyl müştərilərə kredit vermir və investisiya bankı bank tənzimləyiciləri tərəfindən tənzimlənən bankın bir hissəsi olmadığı hallar istisna olmaqla, onların fəaliyyəti birbaşa olaraq bank tənzimləyiciləri tərəfindən tənzimlənmir.

2008-ci ilin sonlarında Goldman SachsMorgan Stanley daxil olmaqla dünyanın ən iri investisiya banklarının əksəriyyəti hökumət tərəfindən tənzimlənən banklara çevrildilər. Müştəri depozitlərinin toplanması vasitəsilə bu banklara öz kapitalını artırması imkanının verilməsi məqsədilə dəyişiklik zəruri hesab olunurdu. 2008-ci ildə böhran səbəbindən qlobal maliyyə bazarlarında meydana gələn gərginlik 1930-cu illər ortalarından etibarən ABŞ-da mövcud olan investisiya bankçılığı modelinin beynəlxalq səviyyədə əlaqəli və kapital invensivli maliyyə dünyasında köhnəldiyini göstərdi.




Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə