Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə42/190
tarix29.09.2017
ölçüsü5,13 Mb.
#2399
1   ...   38   39   40   41   42   43   44   45   ...   190

Pulun  

diktaturası 

 

 



114 

                                                                                                        

Görün n

ə dərəcədə ədalətsiz müqayisədir. Lenini alim kimi qiymətləndirməmə-



yin özü 

ədalətsizlikdir. Rus hərbi tarixçisi Dmitri Volkoqonov (1923-1996) «Lenin: 

siyasi portret» 

əsərində göstərir ki, əvvəllər deyirdilər ki, Lenin daha 20 il yaşasaydı 

h

ər şey başqa cür olardı. Bu tam yanlış fikirdir. Lenin yüz faiz Stalinin mənəvi atası 



idi. Rusiyanın bütün fəlakətlərinin kökü – Lenində və leninizmdədir. Eyni zamanda 

Lenin qüdr

ətli intellektə malik qeyri-adi adam idi. O, günahkar idi, lakin «dahi 

günahkar» idi. 

Qorbaçovun prezidentliyi dövründ

ə  radikal  əhval-ruhiyyəli demokratlar mavzo-

leyd


ən V.İ.Leninin cəsədinin götürülməsi və torpağa basdırılması qərarının çıxarıl-

mas


ına cəhd etmişlər. Onlar B.N.Yeltsinin prezidentliyi dövründə də buna təşəbbüs 

göst


ərmişlər. SSRİ dağıldıqdan sonra V.İ.Leninə qoyulmuş çoxsaylı heykəllərin ço-

xu sökülmüş, muzeylər bağlanmış, adı şəhərlərin, küçələrin, müəssisə və təşkilatların 

üz

ərindən  götürülmüşdür.  1993-cü ildən hətta  Moskvada,  Qızıl  meydanda,  Lenin 



mav

zoleyi  qarşısındakı  1№-li qarovul postu ləğv  edilmişdi.  2001-ci ildə  Kremldə 

m

ətbuat  konfransında  sələflərindən fərqli  olaraq  V.V.Putin  V.İ.Leninin  cəsədinin 



bas

dırılmasının  əleyhinə  çıxmış  və  demişdir:  «Ölkə  70  il  Sov.İKP-nin  inhisarında 

ya

şamışdır. Bu bütöv nəslin həyat dövrüdür və çox insanlar öz şəxsi həyatlarını Le-



ni

nin adıyla bağlayırlar. Leninin dəfni onu göstərəcək ki, onlar yanlış dəyərlərə sita-

yiş etmişlər, qarşılarına yanlış məqsədlər qoymuşlar və onların həyatı bihudə yaşan-

mışdır». V.V.Putin qeyd etdi ki, V.İ.Leninin cəsədinin basdırılması cəmiyyətdə və-

ziyy

əti poza bilər və «Rusiyanın real yeniləşdirilməsinə mane ola bilər». Bununla ya-



naşı, o vurğuladı ki, «əgər biz iqtisadiyyatı və siyasi mühiti dəyişsək, onda bu əhali-

nin böyük hiss

əsinin şüurunun qaçılmaz dəyişilməsinə gətirib çıxaracaq». Və onda 

«

əhalinin böyük əksəriyyətinin həyata yeni baxışlarına arxalanaraq biz Rusiya xalqı-



nın  iradəsini yerinə  yetirəcəyik. Lakin o necə  olacaq, biz gələcəkdə  baxacağıq». 

(Bax: Zenkoviç N.A.Putin ensiklopediyası. Ailəsi. Komandası. Rəqibləri. Ardıcılları. 

(Rus dilind

ən tərcümə). Bakı.: «Nurlan»,  2006, s. 364-365). 

Tarix göst

ərir ki, bəzi dövlət başçıları çox hallarda öz səviyyələrinə uyğun fikirlər 

söyl

əmişlər.  Oğul  Corc  Buşun  səviyyəsi  insanları,  özü  də  55 cildlik əsər yazan, 



əvvəlki  mütəfəkkirləri oxuyub təhlil edən  bir insanı  bu  cür  qiymətləndirməyə əsas 

verirmi? 

«Times» q

əzetinin məlumatına görə keçirilən psixoloji tədqiqatdan sonra məlum 

olub ki, ABŞ-ın sabiq prezidenti oğul Corc Buş 1920-ci illərin əvvəllərində prezident 

olmu


ş  Uorren  Hardinqi  (1865―1923)  çıxmaq  şərtilə, intellektual səviyyəsinə  görə 

XX 


əsrdəki bütün ABŞ prezidentlərindən geridə qalır. (Uorren Hardinq 1921―1923-

cü ill


ər ərzində ABŞ-ın prezidenti olmuşdur). 

Kaliforniya Universitetinin psixoloqu Din Kit Simonton «Siyasi psixologiya» jur-

na

lında prezidentlərin intellektini qiymətləndirərkən tərcümeyi-halları əsas götürərək 



yazır  ki,  oğul  prezident  C.Buşun  açıqlığa,  yeniliyə, öyrənməyə, fantaziyaya, este-

tikaya, d

əyərlərə və ideallara olan marağı sıfra bərabərdir. 

H

ələ bütün bunlar C.Buşun prezident işlədiyi dövrün təhlili idi. O, artıq prezident 



deyil, bundan sonra 

onun haqqında nələr yazılacaq – bunu isə tarixin ixtiyarına bura-

xaq. 



Pulun  

diktaturası 

 

 



115 

la q


əbul  etdirilmiş  ağır  nəticələri,  yolları  və  metodları, 

N.S.Xruşşovun «demokratiya» və «şəxsiyyətə pərəstişliyə qar-

şı»  addımları,  ziddiyyətlərlə  dolu qeyri-elmi fəaliyyətinin xa-

rakteri


2

,  L.İ.Brejnevin,  Andropov  və  Çernenkonun heç nədən 

                                                                                                        

1

 Qeyd: B



əxtiyar Vahabzadə «İnsanla, torpaqla üz-üzə» adlı kitaba yazdığı ön sözdə 

qeyd edir: «Stalin ölübs

ə də stalinizm bu gün belə yaşayır və bizim demokratiyaya 

v

ə aşkarlığa doğru gedən yolumuzu yenə də kəsir. Mən bu dəhşəti hər yerdə, hər gün 



hiss edir

əm. Buna baxmayaraq, çox yerdə eşidirik: «Ölünün dalınca nə qədər danı-

şarlar? Bəs deyil?». Mən deyirəm, bəs deyil, Stalinin ölümüylə onun ənənəsinə son 

qoyulsayd

ı, bəs olardı. Axı, son qoyulmayıb, axı bu gün də danışanın ağzını yu-

mur, yen

ə həqiqəti qapı dalında qoyanlar meydan sulayırlar. Bütün bunlar isə 

sta

lizmin  davamıdır». (Bax: Murtuzayev  S.N.  İnsanla, torpaqla  üz-üzə. B.: Azər-

n

əşr, 1989,  s. 5). 



Fikrin söyl

ənilməsindən müəyyən müddət keçməsinə baxmayaraq bu gün də aktu-

al

dır. Stalin milyonlarla insanın düşünmək qabiliyyətini sanki əlindən almış, hamının 



əvəzinə  sanki  özü  düşünürdü.  (Bu  xüsusiyyət təkcə  Stalində  deyildir. Hakimiyyət 

başında  olanların  əksəriyyəti  bu  cür  düşünürdü.  Fransız  filosofu  və  hüquqşünası 

Mon

teskyö Mişel de (1533-1592) doğru demişdir: «Ötən əsrlərin təcrübəsindən mə-



lumdur ki, hakimiyy

ətə malik olan hər bir şəxs bu hakimiyyətdən sui-istifadə et-

m

əyə meyillidir və o istiqamətdə son həddə çatana qədər irəliləyəcəkdir)». Stalin 

bir çox xüsusiyy

ətlərinə  görə  «dahi»  şəxsiyyət  olmuşdur.  ABŞ  prezidenti  Trumen 

atom bombası haqqında ilk dəfə Stalinə iyulun 24-də Potsdam konfransı zamanı da-

nışmışdı. Trumen Stalinə

  

«söz g



əlişi» bildirmişdi ki, amerikalıların fövqəladə dərə-

c

ədə dağıdıcı qüvvəyə malik yeni silahı vardır. Trumenin xatırladığı kimi, Stalin bu-



na «xüsusi maraq göst

ərməmişdi. O, yalnız bunu demişdi ki, belə bir xəbəri eşitməyə 

şaddır və güman ki, biz ondan Yaponiyaya qarşı lazımınca istifadə edə bilməyəcə-

yik». Bu hadis

ədən beş il sonra öyrəndiyimiz kimi, Stalin bomba haqqında hər şeyi 

h

ətta Trumendən əvvəl bilirmiş. (Bax: U.P.Loren. İnsan və atom. Azərbaycan Dövlət 



N

əşriyyatı. Bakı.: 1975, s. 167). Həqiqət naminə deyək ki, II Dünya müharibəsindəki 

q

ələbə Stalinin adı ilə bağlıdır. 



2

 

Qeyd: Tarix heç vaxt N.S.Xruşşovun BMT-nin yığıncağındakı biabırçı hə-



r

əkətini unutmaz. O, salonu bürüyən səs-küyə etiraz əlaməti olaraq ayaqqa-

bılarını çıxarıb xitabət kürsüsünə döymüşdür. Baş Assambleyanın sədri icla-

sı yarıda kəsməyə məcbur olmuşdur. Budur bizim marksist adlandırdığımız 

r

əhbərlərimizin əsl siması. 



Onun genetikay

a qarşı qəti, kəskin və ardıcıl olaraq söylədiyi fikirləri 

biologiya elmin

ə vurduğu ziyan, «qarğıdalı epopeyası» barədə illərlə davam 

ed

ən hay-küyü öz dövründə  mütərəqqi  insanları  çaş-baş  salmışdı.  Bütün 



bun

ların  nəticəsidir ki, həqiqəti  dolayı  yolla  ifadə  edən lətifələr  yaranırdı. 

Stalin dövrünü xarakteriz

ə edən bir lətifədə deyilir ki, guya Xruşşov XX qu-

rultayda m

əruzə edib qurtarandan sonra kimsə yerindən qışqırır: 




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə