Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə41/190
tarix29.09.2017
ölçüsü5,13 Mb.
#2399
1   ...   37   38   39   40   41   42   43   44   ...   190

Pulun  

diktaturası 

 

 



111 

la

rın  heç  bir  qiymətinin  olmadığını  görürük.  Yaşanan  böhran 



maddiyata bel bağlamanın yanlışlığını bir daha nümayiş etdirib. 

H

əyatlarını yalnız nailiyyət, karyera və pul kimi gözlə görünən 



şeylər əsasında quranlar evlərini qumların üzərində inşa etmiş 

insanlara b

ənzəyirlər.  İnsanın  həqiqət hesab etdiyi bu kimi 

şeylər gec-tez yox olub onun əlindən  çıxaracaq  –  deyə  Roma 

Papası sinoddakı çıxışında qeyd edib. 

Beyn


əlxalq Valyuta Fondunun (BVF) 2009-cü ilin əvvəl-

l

ərində  dünya  iqtisadiyyatının  son  mərhələsinə  həsr  olunmuş 



proq

nozları  əvvəlkindən daha məyusedici  olmuşdur.  Belə  ki, 

proq

nozda  bildirilirdi  ki,  İkinci  Dünya  müharibəsindən sonra 



bel

ə əhatəli qlobal iqtisadi tənəzzüllə dünya iqtisadiyyatı rast-

laşmayıb. Bu il (yəni 2009-cu ildə) geriləmə nəticəsində iqtisa-

di artım 1,3 faiz həddinə düşəcək. Gələn il isə cüzi artım (1,9 

faiz) gözl

ənilir. 


BVF qlobal iqtisadiyyatda 0,5 faiz artım olacağını söylə-

yir


di.  O  zaman  böhranın  episentri  ABŞ-ın  maliyyə  sistemi 2 

trilyon 700 milyard dollar itirdi. BVF-nin o dövrd

əki proqnozu-

na gör


ə,  Obama  administrasiyasının  gördüyü  tədbirlər dərhal 

s

əmərə  verməyəcək.  ABŞ  iqtisadiyyatı  2010-cu ildə  də  sıfır 



nöqt

əsində qalacaq. Avropada isə iqtisadi artım daha gec başla-

yacaq. Haz

ırda dünya iqtisadiyyatının bayraqdarı Çin və Yuna-

nıstan sayılır. Bu ölkələrdə indi artım var, növbəti ildə daha çox 

gözl


ənilir. Düzdür, bu proqnozlar özünü tam doğrultmadı. Çün-

ki, Yunanıstanda vəziyyət getdikcə pisləşməyə başladı. 

2009-cu ild

ə Londonda dünyanın ən iri iyirmi ölkəsinin li-

derl

əri  iqtisadi  böhranın  aradan  qaldırılması  ilə  əlaqədar olaraq 



birg

ə bəyanat qəbul etdilər və qərara gəldilər ki, dünyanın aparıcı 

ölk

ələri Beynəlxalq Valyuta Fondu və  Dünya  Bankı  vasitəsilə 



inkişaf  etməkdə  olan  ölkələrə  2 trilyon dollar vəsaiti kredit 

şəklində versinlər. Lakin London samitində 2 trilyon deyil, yalnız 

1,1 trilyon dollar v

əsaitin verilməsi barədə  razılıq  əldə  olundu. 

Bunun özü d

ə o zaman üçün kifayət qədər ciddi rəqəm idi.  




Pulun  

diktaturası 

 

 



112 

Bu proqnozun ardınca yeni böhran dalğasının başlanması 

deyil

ənləri demək olar ki, alt-üst etdi. Proqnoz çox cəhətdən 



özü

nü doğrultmadı.    

Bütün dünyada yaranan iqtisadi böhran Karl Marksın «Ka-

pital» 


əsərinin satışını rekord həddə çatdırdı. Almaniyada bir gün 

ərzində 300 min ədəd satılan «Kapital»ın müəllifinin XIX əsrdə 

yazdığı  «Burjua  öz  məzar  ekskavatorlarını  yaradacaq», «Ka-

pitalizm öz-özünü yox ed

əcək» kimi fikirləri bu gün öz təsdiqini 

tapır.  Qeyd edək ki, 1848-ci ildə  Fridrix Engelslə  Karl Marksın 

birg

ə yazmış olduğu «Kommunizmin manifesti» əsəri «Kapitaliz-



min özünü yox etm

əyə gətirib çıxaracaq daxili dinamitlər yarada-

caq, eynil

ə feodalizm kimi» fikirləri ilə zəngindir. Bu gün yaşanan 

iqtisadi  böhran  anında  insanlar  yenidən «Kapitalizm çökməyə 

m

əhkumdur» deyən  Marksı  oxuyur  və  xatırlayırlar. Bu ara 



Türkiy

ədə də Marksın yaradıcılığına böyük maraq yaranmışdır. 



Böyük italyan şairi Dante (1265-1321) demişdir: - Sən 

öz yolunla get, qoy adamlar n

ə deyirlər desinlər. K.Marks 

h

əmişə yeri gəldikcə bu sözləri təkrar edərdi, hətta «Kapi-

tal»a yazdığı müqəddiməsini də bu sözlərlə qurtarmışdır. 

Marks elmd

ə dahi idi, lakin əvəzedilməz də deyildir. Qə-

dim Çin hikm

ətində  deyildiyi kimi, özünü əvəzedilməz bilən 

şəxs qoy barmağını su dolu fincana salsın və sonra baxsın ki, 

barmağını çıxarandan sonra suda hansı deşik qalıb. 

F

əlsəfi və iqtisadi təfəkkürü güclü insanlar isə, quru-

lu

şundan,  hakimiyyət  başında  kimin  dayanmasından  asılı 

ol

mayaraq,  cılız  fikirlərdən  uzaqlaşıb,  tarixin  qiymət verə 

bil

əcəyi elmə  əsaslanmalıdır.  Ruslar  demişkən,  başı  itirən-

d

ən sonra saça heyfsilənməzlər. 

M

əşhur qazax şairi, alimi və ictimai xadimi Oljas Süley-



ma

nov başıbəlalı «Az-Ya» əsərində çox kəskinliklə yazmışdır: 

«T

ək şübhə hesabına elmi irəli aparmaq mümkün olmadığı ki-



mi, t

əkcə inam gücünə onu inkişaf etdirmək olmaz. Əks halda 

tarixi tutya iki dinin 

– nihilizmin v

ə vətənpərvərliyin bir atribu-



Pulun  

diktaturası 

 

 



113 

tuna çevrilir. M

ənbəni bilmək mənbədən nə  almaq istədiyini 

bilm


əkdən qat-qat əhəmiyyətlidir. 

Bel


ə bir şəraitdə elmdə ən dəyərli fiqur skeptik olur. Onu 

qoruyub saxlamaq elmin ömrünü uzatmaq dem

əkdir. 

… Skeptik – 



neştərli arıdır. Yalnız nadan bağban bu arını 

qo

ruq sayılan gül-bağçadan qova bilər. Məhz arı gülzarlığa so-



xularaq çiç

əkləri  mayalandırır.  Qiymətli çiçək  şirəsini tüklücə 

quldurdan qorumaqla g

ələcək məhsulu məhv etmiş oluruq»

1



 



 

2.2. Marksizm, marksist ideologiya, marksist 

r

əhbərlər (siyasətçilər) 

 

T



ədqiqatımızda  marksizmin  təhlilinə, marksizmə  dair 

müa


sir baxışlara nisbətən çox diqqət yetirilməsi təəccüblü gö-

rünm


əməlidir. Çünki, iqtisadi nəzəriyyələr tarixində  alternativ 

n

əzəriyyələr axtarışının ən ciddi dövrü başlanıb.   



XX 

əsrdə 70 il hökm sürən ölkəni Marksın ideyalarından 

ya

ranmış tam sosializm hesab etmək olmaz. Bu sosializm haq-



qında tarixən söylənilmiş fikirlərdən və 70 illik təcrübədən çı-

xan obyektiv n

əticədir. 

Marksizm formalaşdırılmış marksist ideologiya və mark-

sist r

əhbərlərin fəaliyyəti ilə nəinki elmi simasını saxlamış, ək-



sin

ə illüziyaya çevrilmişdir. Elmlə gerçəklik arasında böyük 



t

əzad əmələ gəlmişdir. 

Leninin


2

  (1870-1924) r

əhbərliyi ilə  işlənib  hazırlanmış 

sosializm x

ətti, sosializm quruculuğunun Stalin

1

 t



ərəfindən zor-

                                                 

1

  Bax: Süleymanov Oljas. Az-Ya. 



–  B.:  Az

ərnəşr,  Azərbaycan Bədii 

T

ərcümə və Ədəbi Əlaqələr Mərkəzi. 1993,  s. 10. 



2

 

Qeyd: ABŞ prezidenti olmuş oğul  Corc Buş Usamə bin Ladeni Lenin və Hitlerlə 



bir  sıraya  qoyub.  O,  Amerikanın  hərbi zabitlər  assosiasiyasının  qarşısında  çıxışı 

zamanı dünyanın vaxtilə Leninin və Hitlerin açıq bəyanatlarına fikir vermədiyini və 

bunun milyonlarla insanın ölümünə gətirib çıxardığını vurğulayıb və qeyd edib ki, bu 

gün Usam


ə  bin Laden və onun müttəfiqləri öz niyyətlərini Lenin və Hitler kimi açıq 

bildirirl

ər. 



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə