Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə38/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

101 
 
Diaqram 6-8 Ġstehlak kvintilləri üzrə səhiyyə xidmətlərinin güman edilən keyfiyyəti 
 
 
6.22
 
Ümumiyyətlə,  Azərbaycanda  varlılarla  yoxsullar  arasında  səhiyyə  göstəricilərində 
əhəmiyyətli  bərabərsizlik  mövcuddur.  ―Sağlamlığın  bərpası  funksiyasında‖  rol  oynayan 
faktorlar  mürəkkəbdir,  lakin  faktlar  göstərir  ki,  bu  bərabərsizliyin  mühüm  komponenti 
xidmətdən istifadə sahəsindəki fərqlər və buna səbəb olan maliyyə cəhətdən çıxıĢ imkanları üzrə 
təsəvvürlərlə əlaqələndirilə bilər. Xidmətlərdən istifadə meylinin daha az rol oynadığı görünür. 
Məmnunluq  və  xidmətlərin  güman  edilən  keyfiyyəti  kimi  digər  faktorlar  nəzərəçarpacaq 
bərabərsizliyi  əks  etdirmir.  Azərbaycanda  səhiyyə  sektoru  islahatları  həyata  keçirildikcə  bu 
göstəricilərin monitorinqinin davam etdirilməsi vacibdir. 
 
A.  Maliyyə cəhətdən müdafiə və səhiyyəyə nağd ödəniĢlər 
 
 
6.23
 
Səhiyyə sisteminin vəzifələri, bir qayda olaraq, bundan əvvəlki bölmənin mövzusu olan 
səhiyyənin  inkişaf  etdirilməsinə  yönəlmişdirsə,  digər  mühüm  vəzifə  maliyyə  müdafiəsidir. 
Səhiyyəyə ehtiyac çox vaxt proqnozlaĢdırıla bilmir və xərc tələb edir, dövlət siyasəti isə bu qeyri-
müəyyənlik  fonunda  ev  təsərrüfatlarının  rifahının  yaxĢılaĢdırılması  baxımından  potensial  olaraq 
mühüm  rola  oynamalıdır.  Təəssüf  ki,  o,  çox  vaxt  bu  potensialı  doğrultmur.  Bu  bölmədə 
Azərbaycanda  səhiyyə  sahəsində  xüsusilə  yoxsullar  üçün  maliyyə  müdafiəsinin  təmin  edilməsi 
təcrübəsi araĢdırılır. 
 
6.24
 
Maliyyə müdafiəsinin vurğulanmasının əsas səbəbi ondan ibarətdir ki, səhiyyə xərcləri 
ev təsərrüfatlarının istehlak səbətindəki digər şeylərdən keyfiyyətcə fərqlənir. Bu ona görədir ki, 
xərclər çox vaxt könüllü olmur (məsələn, sağlamlığa dəyən arzuolunmaz zədə üzündən meydana 
0%
 
10%
 
20%
 
30%
 
40%
 
50%
 
60%
 
70%
 
1
 
2
 
3
 
4
 
5
 
%
 
Kvintill
ə
r üzr
ə
 s
ə
hiyy
ə
 xidm
ə
tl
ə
rinin güman edil
ə
n keyfiyy
ə
ti 
 
Yaxşı
 
 
Orta 
 
Pis
 
M
ə
nb
ə
: YSQS 
 


102 
 
gəlirsə)  və ev  təsərrüfatlarının rifahının  yaxĢılaĢdırılması  baxımından  digər  Ģeylərin  alınması ilə 
eyni səviyyədə tutula bilməz. Yüksək səhiyyə xərcləri çəkməyə məcbur olmuĢ ev təsərrüfatı qida 
və  sığınacaq  kimi  zəruri  ehtiyacların  ödənilməsi  üçün  bu  vəsaitlərdən  məhrum  olur.  Həmçinin, 
səhiyyə xərcləri ilə bağlı qeyri-müəyyənlik və mümkün yüksək xərc onları əvvəlcədən ödəniĢ və 
riskin  bölüĢdürülməsi  kimi  razılıqlara  getməyə  vadar  edir.  Bütün  bu  səbəblərdən  səhiyyəyə 
yüksək nağd ödəniĢlərin daha çox arzuolunan əvəzedicisi sağlamlığa dəyən zərbələrdən maliyyə 
müdafiəsini  təmin  edən  əvvəlcədən  ödəniĢ  mexanizmidir  (ya  ümumi  vergilər,  ya  da  sığorta 
ödəniĢləri sxemi vasitəsilə). Bir çox ölkələrdə buna nail olunsa da Azərbaycanda olunmamıĢdır. 
 
6.25
 
Səhiyyədə  maliyyə  müdafiəsinin  qiymətləndirilməsinin  əsas  göstəricisi  nağd 
ödənişlərdir  (ŞX)  və  Azərbaycanda  bunlar  istənilən  ölçü  üzrə  xeyli  yüksəkdir.  Müxtəlif 
sorğuların qiymətləndirmələri bir-birindən fərqlənsə də (baxın: HaĢiyə 6.2), onların həcmi həm ev 
təsərrüfatlarının  ümumi  istehlakında  malik  olduqları  pay  (təqribən  10  faiz),  həm  də  beynəlxalq 
standartlar baxımından əhəmiyyətli dərəcədə yüksəkdir. YSQS-nin nəticələri digər məlumatlarla 
birlikdə göstərir ki, 2008-ci ildə Azərbaycanda ġX-lər ümumi səhiyyə xərclərinin 73 faizini təĢkil 
etmiĢdir,  bu  da  mövcud  ən  son  beynəlxalq  məlumatlara  görə,  53  Avropa  ölkəsi  arasında 
(Gürcüstan və Tacikistandan sonra) üçüncü ən yüksək göstəricidir
27
 
6.26
 
 
 
HaĢiyə 6.2: ġX-nin ölçülməsi: Azərbaycanda səhiyyəyə nağd ödəniĢlər nə dərəcədə 
yüksəkdir?  
 
Ev  təsərrüfatları  müayinələri  vasitəsilə  səhiyyə  xidmətlərindən  istifadə  və  nağd  ödəniĢlərin 
qiymətləndirilməsi çətin ola bilər. Ümumi yanaĢma, adətən keçən ay kimi müəyyən zaman çərçivəsi ilə 
məhdudlaĢmaqla,  Ģəxslərdən  səhiyyə  müəssisəsinə  sonuncu  dəfə  müraciətini  soruĢmaqdır.  Lakin  xüsusilə 
ciddi  və/və  ya  xroniki  xəstəliyə  tutulmuĢ  Ģəxslər  bu  müddət  ərzində  bir  neçə  dəfə  və  adətən,  birdən  çox 
səhiyyə  müəssisəsinə  müraciət  edə  bilər.  Bu  halda  sorğunun  nəticələri  həm  istifadəni,  həm  də  xərcləri 
olduğundan aĢağı qiymətləndirə  bilər. Bundan  əlavə,  xəstəxanaya  götürülmə  kimi  tez-tez  təkrarlanmayan 
hadisələr nisbətən uzun xatırlama dövrləri ilə daha asanlıqla əhatə olunur, halbuki dərman alıĢı və klinikaya 
müraciət  kimi  daha  ―müntəzəm‖  hadisələr  yada  salma  xətasının  azaldılması  üçün  nisbətən  qısa  müddətli 
dövrdə  daha  yaxĢı  həll  edilir.  Bu  səbəblərdən  səhiyyə  modullarının  hazırlanması  üzrə  göstəriĢlər  xidmət 
növündən  asılı  olaraq,  bütün  müraciətlərin  və  müxtəlif  xatırlama  dövrlərinin  (məsələn,  ambulator  xidmət 
üçün  bir  ay,  stasionar  xidmət  üçün  isə  12  ay)  əhatə  olunmasını  tövsiyə  edir  (Qertler  və  baĢqaları).  Lakin 
ümumi istehlak xərcləri sorğusu çərçivəsində geniĢ səhiyyə modulu mümkün olmaya bilər. 
 
Azərbaycanda  səhiyyə  xərclərinin  qiymətləndirilməsi  üçün  bir  sıra  müxtəlif  sorğu  vərəqələrindən 
istifadə  edilmiĢdir.  Dövri  Ģəkildə  həyata  keçirilən  Ev  təsərrüfatı  büdcəsinin  müayinəsində  (EBM) 
istifadənin dəqiq qiymətləndirilməsi üçün sual mövcud deyildir. Səhiyyə xərcləri üç aylıq xatırlama dövrü 
ilə  əhatə  olunur.  YSQS-də  ambulator  xidmətdən  istifadənin  və  müvafiq  xərclərin  xatırlanması  üçün  dörd 
aylıq dövrdən, stasionar xidmət üçün isə 12 aylıq xatırlama dövründən istifadə edilmiĢdir. Digər sorğularda 
alternativ üsullardan istifadə edilmiĢdir. 
 
Nəticədə,  Azərbaycanda  səhiyyəyə  nağd  ödəniĢlərin  qiymətləndirmələri  üzrə  sorğular  arasında 
nəzərəçarpan fərq vardır. Ölkə səviyyəsində 6000-dən artıq insan arasında 2004-cü ildə G&G Konsaltinq 
tərəfindən aparılmıĢ səhiyyə xərcləri üzrə ətraflı sorğu müəyyən etmiĢdir ki, adambaĢına illik ġX təqribən 
480000  köhnə  Azərbaycan  manatı  (96  ABġ  dolları)  təĢkil  etmiĢdir  ki,  bu  da  2003-cü  il  EBM-in 
nəticəsindən  beş  dəfəyə  qədər  yüksəkdir.  Dünya  Bankının  Səhiyyə  sektorunda  islahatlar  layihəsinin 
seçilmiĢ rayonlarında 2006-cı ildə həyata keçirilmiĢ baza sorğusu (yoxsulluğun ölkə üzrə göstəricidən daha 
çox  olduğu)  bu  ərazilərdə  adambaĢına  illik  ġX-nin  təqribən  274000  köhnə  Azərbaycan  manatı  (65  ABġ 
dolları)  olduğunu  müəyyən  etmiĢdir  ki,  bu  da  həmin  ilin  EBM-indən  iki  dəfəyə  yaxın  yüksəkdir.  YSQS 
                                                 
27
 ÜST-Avropa Səhiyyə hamı üçün məlumat bazası. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə