Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
115
Türk oğlu sözündən dönməz,
Məhv olur da sürüklənməz.
Həp yüksəlmək dilər, enməz,
Çarpışır yaşar. (H.Cavid)
Türkmən dilində qeyri-qəti gələcək zamanın for-
masının morfoloji əlaməti saitlə bitən fellərə artırıldıqda
uzun tələffüz olunan sait əmələ gətirir, yəni felin sonun-
dakı saitlə şəkilçidəki sait birləşərək uzun tələffüz olu-
nur. Məsələn: oka:r(oka+ar); işlə:r(işlə+ər); geti:r (geti-
rer) və s. “l samiti ilə bitən bəzi fellərə -ar, -er şəkilçisi
artırıldıqda eyni hal baş verir, fel ixtisar olunaraq qısa
tələffüz edilir. Söz sonundakı “l” samiti düşür”.
1
b) Əgər fel samitlə bitərsə, bu zaman felin sonuna
-ar, -ər, -ır, -ir, -ur, -ür şəkilçilərindən biri artırılır.
Müasir türk dilində isə təkhecalı və ya çoxhecalı olma-
sından asılı olaraq şəkilçilərin işlənmə mövqeyi dəyişir.
Belə ki, sonu samitlə bitən təkhecalı fellərə -ar, -er,
sonu samitlə bitən çoxhecalı fellərə isə -ır,-ir,-ur,-ür şə-
kilçisi artırılır.
A.N. Kononov sonu samitlə bitən 15 təkhecalı fel
də fərqləndirir ki, bu fellər də -ır, -ir, -ur, -ür şəkilçisi-
nin köməyi ilə düzəlir
2
.
Qaqauz dilində də -ır
4
və -ar
2
şəkilçiləri eyni za-
man formasını ifadə edir və bu qeyri/qəti gələcək zaman
1
Туркменский язык. Ашхабад, «Туркменистан», 1970,
с. 268.
2
Кононов А.Н. Грамматика современного турецкого литературного языка.
М.-Л., Изд. АН СССР, 1956, с. 225.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
116
adlandırılır. Digər türk dillərindən fərqli olaraq qaqauz
dilində qeyri/qəti gələcək zamanda samitlə bitən təkhe-
calı və çoxhecalı fellərin əsasına hər iki şəkilçi variantı
artırıla bilər.
Beləliklə, qeyri-qəti gələcək zamanda fellərin ək-
səriyyəti praktik olaraq 2 variantda işlədilir
1
. Bu o de-
məkdir ki, hər iki şəkilçi ayrı-ayrılıqda eyni sözə əlavə
olunur və eyni mənanı ifadə edir. Bunu nümunələr əsa-
sında aydınlaşdıraq:
kalarım – kalırım düşünärim – düşünürüm
kalarsın – kalırsın düşünärsin – düşünürsün
kalar – kalır düşünär – düşünür
kalarız – kalırız düşünäriz – düşünürüz
kalarsınız – kalırsınız düşünärsiniz – düşünürsünüz
kalarlar – kalırlar düşünärlär – düşünürlär
Nümunələr də göstərir ki, bu şəkilçilər bir-birinin
ekvivalenti kimi çıxış edir. Yəni qaqauz dilində -ır, -ir,
-ur, -ür şəkilçisi eyni feldə -ar, -ər
şəkilçisini əvəz edə
bilir və bu zaman heç bir məna dəyişikliyi baş vermir.
Azərbaycan dilində qeyri-qəti gələcək zaman for-
masını digər türk dillərindən fərqləndirən xüsusiyyətlər-
dən biri də -ar,-ər şəkilçisinin bəzən orta səs düşümü
(sinkopa) və səs uyuşması(assimilyasiya) fonetik hadi-
sələrinə məruz qalmasıdır:
Mən ha səni nuri-ilahi sannam,
Camalının şöləsinə dolannam,
Atəşinə mərdü-mərdanə yannam,
1
Покровская Л.А.Грамматика гагаузского языка.Фонетика и морфология.
Москва, «Наука», 1964, с. 184.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
117
Bu xasiyyət mənə pəvanədəndir (Vaqif)
Nəzər sallam solu sağa,
Bir kimsə yox danışmağa.
Bu qədər dərdü fərağa
Axır necə dözüm sənsiz( Zakir)
Bu nümunələrdə sannam, dolannam, yannam, nə-
zər sallam fellərində -ar, -ər qeyri-qəti gələcək zaman
şəkilçisi orta səs düşümü və səs uyuşması hadisələrinə
uğramışdır. Belə hallara danışıq dilində daha çox rast
gəlinir. Bakı, Quba, Şamaxı dialektlərində və Mərəzə,
İsmayıllı şivələrində
1
daha çox müşahidə olunur. Məs.:
gələrəm-gəlləm, alaram-allam və s.
Qeyri-qəti gələcək zamanın inkar forması. Bu
forma bütün türk dillərində fel kökü ilə -ar, -ər şəkilçi-
sinin arasına -ma,-mə inkarlıq şəkilçisinin artırılması ilə
düzəlir. Lakin burada dilçilərin diqqətini cəlb edən cə-
hət felə -ma, -mə şəkilçisi artırıldıqdan sonra -ar,-ər za-
man şəkilçisinin müxtəlif formalarda təzahür etməsidir.
Qeyri-qəti gələcək zamanın inkarını ifadə edən
-mar, -mər, -maz, -məz, -mas, -məs, -manam, -mənəm,
-man, -mən, -mam, -məm formalarının hər biri qədim ta-
rixə malikdir və onlar türk dillərində məhz bu zamanı
bildirmək üçün daha çox işlənmiş şəkilçilərdir. İstər
ümumi türkologiyada, istərsə də Azərbaycan dilçiliyin-
də bu şəkilçilər haqqında müxtəlif fikirlər mövcuddur.
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,
s 250.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
118
Qeyd etməliyik ki, müasir türk dillərində -ar, -ər
şəkilçili gələcək zamanın inkarını ifadə edən formanın
müxtəlifliyi daha çox birinci şəxsin tək və cəmində nə-
zərə çarpır.
Müasir Azərbaycan ədəbi dili üçün -mar, -mər,
-maz, -məz forması xarakterikdir. Digər formalardan
müasir ədəbi dilimizdə istifadə olunmasa da, onlar
Azərbaycan dilində tarixən işlənmiş və həmin şəkilçi-
lərə bu gün də bəzi dialektlərdə rast gəlinir.
Müasir türk dilində I şəxsin tək və cəmində -ma,
-me, II şəxsin tək və cəmində -maz, -mez formalarından
istifadə olunur. Müasir türkmən dilində isə -mas, -məs
və -mam, -məm şəkilçilərindən başqa bütün şəkilçilərin
işləndiyi müşahidə olunur.
Müasir qazax, salar, noqay, qaraqalpaq, özbək, qu-
muq, sarı-uyğur, yeni uyğur dillərində -ar,-ər şəkilçili
gələcək zamanın inkarının ifadəsi üçün bütün şəxslər
üzrə -mas formasından istifadə olunur.
Noqay və qaraqalpaq dillərində -mas, -mes forması
ilə yanaşı, -bas, -bes, -pas, -pes formalarına da rast gəli-
nir.
Araşdırdığımız altay, qırğız, xakas, tuva dillərində
bütün şəxslər üçün -bas, -bes şəkilçisi xarakterikdir.
Çulım tatarlarının dilində -mas, -mes şəkilçisinin
-vas, -ves şəkilçi variantı müşahidə olunur:
I ş. salvasım
II ş. s alvasıŋ
III ş. salvas.
Dostları ilə paylaş: |