Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə25/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   105
Demir yollari kitab tam — 1

4.3. Yolun alt quruluĢu 
Torpaq yatağı və onun eninə profili. 
Torpaq yatağı möhkəm və 
davamlı olmalı, istismar müddətində öz formasını saxlamalı, çökməyə, 
uçquna, sürüĢməyə məruz qalmamalıdır. Torpaq yatağının davamlı və 
möhkəm olmasını təmin etmək üçün qruntun seçilməsi, kipləĢdirmə iĢinin 
düzgün aparılması ona, suyu hər iki tərəfə axıtmaq üçün lazımi formaya 
salmaq, tökmə və qazmanın yamaclarının bərkidilməsi vacib sayılır.
Torpaq yatağı - üzərində yolun üst quruluĢu yerləĢdirilən, torpaqdan 
hazırlanan mühəndis qurğusudur, istismar müddətində torpaq yatağı və 


onun qurğularının mühafizəsi daim nəzarətdə saxlanmalıdır. Ġstənilən hava 
Ģəraitində möhkəmlik və davamlılığını təmin etmək üçün, torpaq yatağını 
dağıdıcı sel sulardan ilk növbədə qorumaq lazım gəlir ki, deformasiyaya 
məruz qalmasın. Bundan əlavə torpaq yatağına küləyin, temperatur dəyiĢ-
kənliyinin təsiri böyük olur. Əgər yuxarıda qeyd olunanların qarĢısı 
vaxtında alınarsa onda torpaq yatağının uzun ömürlülüyü təmin olunmuĢ 
olar.
Torpaq yatağının tikintisində ən geniĢ yayılmıĢ qrunt növü qum və gil 
sayılır. O həm suyu yaxĢı buraxır, nəmlənəndə sıxılmır və çöküntü vermir. 
Gilli qrunt nəmiĢlik zamanı plastik xassəyə malik olur, suyu pis süzür. 
(ġəkil 4.4) Bəzi hallarda qaya və daĢ qruntlardan da istifadə olunur.Yer 
səthi nahamar olduğuna görə onun üzərinə yolun üst quruluĢunu döĢəmək 
mümkün olmur. Ona görə də alçaq yerlər torpaqla doldurulur, hündür yerlər 
isə kəsilir. Bununla da lazım olan su axıdıcılarla və bərkidicilərlə birlikdə 
torpaq yatağı alınır və yolun üst quruluĢu üçün əsas kimi qəbul edilir.
ġəkil 4.4. 
İki xətli dəmir yolu sahəsində baş yollar üçün ballast prizma-
sının eninə profili.1-çınqıl, 2-qum, b
ş
-şpalın kənarından yamacın başlan-
ğıcına qədər olan məsafə.h
q
-qum yatağının qalınlığı,h
ş
- şpal altında çınqıl 
ballastın qalınlığı.
Torpaq yatağının üst quruluĢ yerləĢdirilən hissəsinə əsas meydança 
deyilir. Torpaq yatağı trapesiya Ģəklində qurulur və iki yol nəzərdə 
tutulanda üçbucaq Ģəklinə salınır. Torpaq yatağının bu Ģəkildə qurulması, 


ballast qatından süzülüb gələn suyun axıdılmasını təmin edir. Ballast
prizmasının ölçüsü artdıqca tor- 
paq yatağının eni və kənarları da artırılır. Torpaq yatağının kənarı yol 
iĢçilərinin təhlükəsiz hərəkəti, materialların və alətlərin yerləĢdirilməsi, 
iĢarə vermə qurğuları, elektrik dirəklərinin yerləĢdirilməsi üçündür. Ona 
görə də torpaq yatağının kənarını 0,6-0,7 m ölçüdə edirlər. 
Əyri sahələrdə əsas meydançanı xaric relsin (xaric rels dedikdə əyrinin 
istiqamətinin əks tərəfində rels baĢa düĢülür) hündür olması ilə əlaqədar 
olaraq geniĢ edirlər. Belə geniĢlənmə əyrinin ra- 
diusundan asılı olaraq 0,1 metrdən 0,5 metrə qədər artırıla bilər. 
Şəkil 4.5.
Qazmanın tipik eninə profili. 1- dağüstü arx, kaveler, 3-
banketqabağı arx, 4- banket, 5-küvet, 6- yamacın qaşı, b
o
-kəsiyin eni, b
əm

torpaq yatağının əsas meydancasının eni. 
Yolun uzununa oxuna perpendikulyar kəsiyinə torpaq yatağının eninə 
profili deyilir (ġəkil 4.6). Torpaq yatağının tipik və fərdi formaları olur. Əsas 
meydançanın yer səthinə nisbətən sə- səviyyəsindən asılı olaraq tökmələr və 
qazmalar alınır. Yerin eninə mailliyi olan sahələrdə yarımtökmə, yarımqazma 
və ya yarımtökmə-yarımqazma alına bilər. Torpaq yatağında tökmədən qaz-
maya keçən nöqtələr sıfır yerləri adlanır. Eyni zamanda torpaq yatağının 
qismən də olsa yer səthi ilə eyni səviyyədə olan hissəsi də, yəni nə tökmə nə 
də qazma hissəsi də sıfır qiymət adlanır.


Şəkil 4.6. Tökmənin tipik normal profili
1. su axıdıcı xəndək, 2. berma, 3. 
əsas meydança, 4. torpaq yatağının qaşı, 5. Yamac, 6. ehtiyat sahə,7. 
tökmənin meydanı, h – torpaq yatağının qaşından meydançaya qədər olan 
hündürlük, l-yamacın dikliyinin horizontal proyeksiyasının uzunluğu, 1:n–
tökmənin yamacının dikliyi 
Tökmənin söykəndiyi torpaq zolağı əsas meydanĢa adlandırılır. Əsas 
meydançanın yamacla kəsiĢməsindən alınan xəttə əsas meydançanın qaĢı 
deyilir. Yamaclı əsasın kəsiĢdiyi xəttə isə yamacın ətəyi deyilir. Yamacın 
ətəyinə yaxın su axıdıcı qurğular arasındakı zolaq sahəsi berma adlanır. 
Tökmənin qaĢı səviyyəsindən torpaq yatağının əsasınadək məsafə tökmənin 
hündürlüyü 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə