Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova


Şəkil 4.7 .Yolun üst qatının elementləri



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə26/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   105
Demir yollari kitab tam — 1

 
Şəkil 4.7 .Yolun üst qatının elementləri
 
1.rels,2.şpal,3. aralıq rels 
bərkidiciləri 4.qırmadaş ballast, 5.qum yastığı. 


sayılır. Yamacın Ģaquli proyeksiyasının üfüqi proyeksiyasına olan nisbətinə 
yamacın mailliyi deyilir.
Tək yollu xətlərdə torpaq yatağı əsas meydançasının en kəsiyini 
trapesiya Ģəklində h=0,15 m, ikiyollu xətlərdə isə üçbucaq Ģəklində, 
hündürlüyü 0,2 m qəbul edilir. Əsas meydançanın üfüqi hissəsinin ölçüsü 
2,3 m götürülür. Torpaq yatağının belə Ģəkildə qurulması ballast qatından 
süzülən suyu axıtmaq üçündür. MDB ölkələrinin və o cümlədən 
Azədbaycan Respublikasının mövcud yollarının və yeni tikilən təzə yolların 
əsas meydançalarının ölçüsü cədvəldə verilmiĢdir (Cədvəl 4.3). 
Su axıdıcı qurğular. 
Səthi suları axıtmaq üçün profil boyu su axıdan 
kanallar tikilir ki, onun dərinliyi ən azı 0,6 m, mailliyin dikliyi isə 0,04 m 
olmalıdır. Əgər torpaq yatağı yerli qruntdan tikilirsə, torpaq yatağının 
suyunu axıtmaq üçün torpaq çıxarılan qazılmıĢ yerlərdən istifadə edilir. 
Həmin qazılmıĢ yerlər ehtiyat yerlər adlanır. Qazma nəticəsində çıxarılan 
torpaq tökmə üçün istifadə olunur, istifadə olunmayan qrunt yamacdan
sonra
Cədvəl 4.3. 
 
Qruntlar 
Ġstismar 
olunan 
ümumi 
Ģəbəkə 
Yeni tikilən yolların kateqoriyası 
Sür-
ətli
Xüsusi
yük gər-
ginlikli 

II 
III 
IV 
Qaya, iri doğran-
mıĢ və qumlu, 
həcmdə xırda və 
tozvari qumlar
5,0 
6,6 
6,6 
6,6 
6,6 
6,4 
6,2 
Digər qruntlar 
5,5 
7,6 
7,6 
7,6 
7,6 
7,3 
7,1 


prizma Ģəklində tökülür ki, ona kavalyer deyilir. Səthi suları kavalyerdən 
sonra dağ su axıdıcı qurulur. Qazmalarda əsas meydançanın hər iki 
tərəfində uzununa istiqamətdə arxlar çəkilir ki, onlara da
küvet
deyilir.
Zolaqda kavalyerlə və yamacın qaĢı arasında banket eninə maillikdə 
yamacdan axan suyu axıtmaq üçün banket qurulur. Qeyri-sabit qruntda, 
həmçinin darısqal yerlərdə su axıdıcı arxların və küvetlərin əvəzinə 
betondan, dəmir betondan, daĢdan və yaxud da ağacdan lotoklar düzəldilir. 
Ġri həcmli stansiyalarda suyu uzununa və eninə istiqamətdə axıtmaq 
məqsədi ilə kollektorlardan və kanalizasiya borularından istifadə edirlər. 
YağıĢ sularının miqdarı həddindən artıq çox olan rayonlarda əlavə olaraq 
leysan sularını axıtmaq üçün kanalizasiya çəkilir. Torpaq yatağında olan 
qrunt sularının axıdılması və yaxud suyun səviyyəsini aĢağı salmaq üçün 
açıq tipli drenajlar yəni süzgəclər Ģəklində arxlar və yaxud lotoklar qurulur. 
Drenajın üst tərəfi gillə bərkidilir və suyu yaxĢı sürmək üçün çimli örtüklə 
ətrafı bağlanır. Belə örtüklərə iri dənəli qum və yaxud yuyulmuĢ çınqıl aid-
dir.
Küvetaltı drenajlar süzgəcli materialların (iri dənəvərli qum, çınqıl, 
qırma daĢ) altına adətən çoxlu dəlikləri olan boru düzülür ki, su həmin 
borularla axıb getsin. Səthi suların həmin borulara keçməsinin qarĢısını 
almaq məqsədi ilə drenajın üst tərəfini gilli
qruntla bərkidirlər (ġəkil 4.8.).


Şəkil 4.8. Kuvetaltı drenaj. 1-birqat daş düzümü, 2-döyəclənmiş gilli 
qrunt, iki qat derna, 4-iri dənəvərli qum, 5-qırmadaş və ya çınqıl, 6-
qırmadaş və ya qalka, 7-drenaj borusu, 8-ağac lövhə. 
Dağlıq ərazidə inĢa olunan yollarda cari təmirdən əlavə torpaq yatağının 
saxlanması, yolların sürüĢmələrdən, uçqunlardan və s. təbii fəlakətlərdən 
mühafizə etmək lazım gəlir. Ġqlim Ģəraiti isti olan bölgələrdə eniĢ və 
yoxuĢları dik olan sahələr norma xidmət müddətlərinə davam gətirə bilmir. 
Dağlıq Ģəraitdə örtüklərin iliĢkənliyini artırmaq üsulları mövcuddur. Belə 
üsullardan biri eyni qırmadaĢ layının bitum mastikası ilə yapıĢdırılması mü-
hüm yer tutur və səmərəlidir.
Torpaq yatağının yuyulmaya qarĢı dözümlü olması üçün su buraxan 
qurğuların yanında tökmələrin, yamacların və konusların dəmir beton 
tavalardan, bloklardan, Ģəbəkələrdən, qabionlardan istifadə etməklə 
yamaclar bərkidilir. Bu məqsədlə müxtəlif növ daĢ döĢəməsindən istifadə 
edilir. DöĢəmələr tros və ya metal torla bərkidilir. Metal torlar adətən iri 
daĢlar olmadıqda istifadə olunur.


Dəmir yolunu sel sularından qorumaq üçün, su basan yerlərdə çalalar, 
arx və çökəklər yaratmaqla seli ləngitmək olar. Mütəmadi su basan yerlərdə 
kolların əkilməsi də müəyyən dərəcədə effekt verir. Təcrübə göstərir ki, su 
basımının qarĢısını almaq üçün qaya daĢ qruntlardan istifadə etmək 
məqsədəuyğun sayılır. Torpaq yatağı sahilə çırpılan su dalğasından külək 
nəticəsində qruntun sovrulmasından və digər atmosfer təsirindən deforma-
siyaya uğrayır. Belə xoĢagəlməz halların alınması və ya azaldılması 
məqsədi ilə ot əkini, çimləmə, daĢ döĢəməsi, daĢ tökümləri, beton, dəmir-
beton və asfalt örtükləri, ağac kol əkini və s. istifadə edilir. Belə ki, ot əkini 
su basmayan tökmələrin və qazmaların yamaclarının qorunmasında; daĢla 
döĢəmə yamacların bərkidilməsində; dəmir beton örtüklər su axınının sürəti 
3,0÷3,5 m/s-dən çox, həmçinin güclü ləpə təsiri hallarında tətbiq edilir.
Ağac-kolluq əkmə su axını sürəti 1,5 m/s-dən az olan su basar sahələrdə 
torpaq yatağı yamaclarını qorumaq üçün istifadə edilir. ġəkil 4.9a-da tökmə 
yamacının 
dəmir-beton 
lövhə 
ilə
bərkidilməsi sxemi göstərilmiĢdir. 1-suyun maksimal qalxma səviyyəsi, 2-
dəmir beton lövhə, 3-əks süzgəc, 4-beton dayaqlar. ġəkil 4.9b-də çay 
sahilində qayalı qruntdan olan tökmənin eninə profilinin sxemi göstərilib 
[26, 42].
 
Şəkil 4.9. Tökmə torpaq yatagının çay sahilində bərkidilmə sxemləri.
a)YSS-yuxarı maksimal su səviyyəsi, b)ASS-aşağı minimal su səviyyəsi. 

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə