Ġsraġl elyazov elxan həSƏNLĠ leyla həSRƏtova



Yüklə 6,76 Mb.
Pdf görüntüsü
səhifə33/105
tarix15.04.2023
ölçüsü6,76 Mb.
#105788
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   105
Demir yollari kitab tam — 1

4. 6. Relslər 
Üst quruluĢ materiallarının ən məsuliyyətli və bahalı elementi relsdir. 
Relslər xüsusi en kəsikli polad tir olub, dəmir yolu hərəkət vasitələrinin 
yerdəyiĢməsini istiqamətləndirir. Relslər bir-biri ilə calaqlarda xüsusi 
bərkidicilərlə və ya qaynaqlama üsulu ilə (calaqsız dəmir yolu) birləĢdirilir. 
Relslər hərəkət vasitəsinin təkərlərindən yükləri qəbul edərək onu rels 
dayaqlarına ötürür və hərəkət vasitəsinin təkərlərini istiqamətləndirir. 
Relslər həm də elektrik dartılı və avtoblokirovkalı sahələrində elektrik 
“naqili” rolunu oynayır. Hərəkət tərkibinin relslə təmasda müqavimətə rast 
gəlməməsi üçün, relsin baĢlığının səthi hamar olmalıdır. Digər tərəfdən 
lokomotivin təkəri ilə rels arasında sürüĢmənin qarĢısını almaq məqsədi ilə 
qatarı yerindən tərpədəndə təkərin altına kvars qumu tökürlər. Relslərdə 
yeyilmə az olsun deyə onu bərk metaldan hazırlayırlar. Lakin həddindən 
artıq bərk metal kövrək olduğu üçün sınma təhlükəsi böyük olur. Bu əks 
xassə relsin səmərəli kimyəvi tərkibini tapmaqla termiki emalı yaxĢılaĢ-
dırmaq məcburiyyəti yaradır. Rels istənilən möhkəmliyə malik olmalıdır ki, 
təkər altında əyilməyə tab gətirsin və sınmasın (ġəkil 4.18). 


 
 
 
 
 
Şəkil. 4.18. Rels profili. 1-rels başlığı, 2–boyun, 3-altlıq (oturacaq). 
Müasir tipli relslər iki qabırğalı tiri xatırladır. Ona görə də baĢqa 
elementlərə nisbətən Ģaquli müĢtəvidə əyilməyə müqavimət göstərə bilir 
(ġəkil 4.19). 
 
Şəkil 4.19. Relslərin birləşdirilməsi (relstri). 
Ġlk dəfə rels standartı Rusiya Dəmir Yollarında 1903-1907-ci illərdə 
qəbul olunub. Onlara 1-a, II-a, III-a və IV-a və müvafiq olaraq 43.57,
38.42, 33.48 və 30.89 kq/metr çəki aiddir. 1947-ci ildən isə R43, R-50, R-
65 və R-75 tipli relslər meydana gəldi ki, onların da çəkisi müvafiq olaraq 
44.65, 51.67, 64.72, 77.41 kq/metr. Burada R hərfi rels sözünü, rəqəmlər 
isə onun 1 metrinin təxmini çəkisini bildirir. Hal-hazırda R-43 tipli relslər 
istehsal olunmur və müstəsna hal kimi sənaye nəqliyyatı dəmir yollarında 
və yol dəyiĢənlər üçün prokat kimi istifadə olunur. Stanradt relslərin əsas 
ölçüləri Cədvəl 4.5-də göstərilmiĢdir. Müasir relslərin en profili XX əsrin 
əvvəllərində istehsal olunmuĢ relslərdən fərqlənməklə təkərdən düĢən 
yüklərin bərabər paylanmasını təmin edir. 


Relslərin keyfiyyətlə hazırlanması, onların üzün ömürlülüyündə və 
qatarların hərəkətinin təhlükəsizliyində müstəsna rol oynayır. Üzün illər 
relslərin bərkidilməsi prosesi üzərində çalıĢsalar da ancaq onun uc tərəfinin 
bərkidilməsinə nail olublar. Lakin yüksək nəticəni Nijni Taqil metallurqları 
qazanıblar. Belə ki, onları qızdırıb yağda soyutmaqla boydan baĢa 
bərkidilməsinə nail oldular.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə