Xaqani Şirvani 890-illik yubileyi münasibəti ilə mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix06.10.2018
ölçüsü0,67 Mb.
#72752
1   2   3   4   5   6   7

13 

 

Sual:    Xaqani Şirvani yaradıcılığından nə deyə bilərsiz? 



Cavab:      Xaqaninin  zəngin  ədəbi    irsi  17  min  beytlik  lirik 

şeirlər divanından, “Töhfətul-İraqeyn” poemasından, epistolyar 

nəsrin  maraqlı  nümunələri  olan  60  məktubdan,  rübailərindən 

ibarətdir. Xaqaninin divanında və ümumiyyətlə  yaradıcılığında 

qəsidə  janrı  mühüm  yer  tutur.  Yaxın  və  Orta  Şərqin  İntibah 

dövrü ədəbiyyatında qəsidə janrının ən görkəmli nümayəndəsi 

möcüzəsini Xaqani qəsidə janrında göstərmişdir. Bundan başqa 

Xaqani  məsnəvi  və  mədhiyyə  ustadı  kimi  də  tanınmaqdadır. 

Təbiidir ki, bunlar  Xaqani irsinin hamısı deyildir.  

Sual:    Xaqani  yaradıcılığında  ən  çox  diqqəti  cəlb  edən  əsas 

keyfiyyət  hansıdır? 



Cavab: 

Yenilikci, 

orijinal 

sənətkar 

olan 

Xaqaninin 



yaradıcılığının  əsasını  dərin  və  güclü  humanizm  təşkil  edir. 

“Uşaqlıqdan  adətim  bu  olmuşdur  ki,  inciyim,  amma 

incitməyim”. Bu  sözlərin  sahibi  olan  şair  heç də şərə qarşı 

laqeyidlik,  mərhəmət  göstərməmişdir.  Onun  yaradıcılığındakı 

humanizmi,  yunan  fəlsəfəsinə  tənqidi  münasibəti  də  məhz  bu 

əxilik dünyagörüşü ilə bağlılıq müəyyənləşdirilir.  



Sual: 

Xaqaninin  öz  valideyinlərinə  münasibəti  onun 

əsərlərində öz əksini

 

necə



 

tapır? 


Cavab:  Xaqani əsərlərində  ata-anasından ən geniş ölçüdə söz 

açan  bir  şairdir.  Kürəkəni  Vəhiəddinə  yazdığı  məktuba  görə 

ata-anasının  ilki  olan  Xaqanidə  valideyin  məhəbbəti  çox 

qüvvətli olmuşdur. Şair atasını “Mühəndis ləqəbli şeyx”, “qızıl 

əlli”, “yaradıcı”, “qoca dülgər”, “sənətin piri” kimi uca sözlərlə 



14 

 

tərif  edir.  “Töhfətül-İraqeyn”-də  şair  anasının  keçmişlərdə 



Yaxın  Şərqdə  ad  çıxarmış  qadınlardan  olan  Rəbiə  ilə  adaş 

olduğunu  yazır.  Şairin  yazdığına  görə  onun  anası  “Zuitab 

torpağında”  doğulmuşdur.

 

Xaqaninin  yazdığına  görə  Rabiənin 



atası  “Fiakusi-Kəbir”  ləqəbli  bir  ordu  başçısı,  babası  isə 

nəsturilərin  xəlifəsi  olmuşdur.  Şairin  yüksək  mənəviyyatlı  bir 

şəxsiyyət  kimi  yetişməsində  Rabiənin  rolu  böyük,  əməyi  çox 

olmuşdur. Xaqaninin yazdığına görə anası ölərkən oğluna son 

sözləri: “Adın ölməz olsun” olmuşdur. 

Sual:    Xaqani  Şirvaninin  ailəsi  ilə  bağlı  nələri  qeyd  edə 

bilərsiz? 



Cavab:  Xaqaninin yaradıcılığı onun şəxsi və ailə həyatı ilə sıx 

bağlıdır.  O,  özünün  evlilik  həyatını  genişliyi  ilə  yazıya 

almışdır. Bu baxımdan, Yaxın Şərq və Orta Asiyada ona oxşar 

ikinci  bir  şair  yoxdur.  Şairin  yaradıcılığını  mükəmməl 

öyrənmək üçün onun ailə həyatı və ailəsi ilə bağlı olan yazıları 

oxucular  tərəfindən  dərin  mənimsənilməlidir.  Şairin  kürəkəni 

Şəhabəddin  Şirvaniyə  göndərdiyi  məktubundan  öyrənirik  ki, 

Xaqani ilk kərədən çox-çox sevdiyi, vurğunu olduğu bir kəndli 

qızı  ilə  evlənmiş,  25  il  onunla  xoşbəxt  yaşamışdır.  Şair  öz 

ömür-gün yoldaşına bir çox şeirlər yazmışdır.  



Sual:    Xaqani  Şirvaninin  yaradıcılığında  özü  haqqında 

fikirlərindən misal göstərə bilərsinizmi? 

 

Cavab: I.       Xaqani olmuşdur sözün xaqanı, 

 

 



Doludur ləl ilə sözünün canı.   

 

 



Sözə bu gün elə rövnəq verdi ki,  

 

 

Fəth edib onunla bütün dünyanı.  




15 

 

 



II.       Şeir səmasının günəşiyəm mən,  

 

 



Üstünəm əsrimin şairlərindən. 

 

 



Günəş kainatının şahı olsa da,  

 

 



Sözümə qul olur hər səhər erkən.  

 

III.     Xaqani, səndə bu himmət var ikən,  

           İstəmə fələkdən öz ruzini sən.  

           O sənə ruzini necə verər ki,   

           Özü ruzi gözlər zəhmət çəkəndən. 

 

          IV.       Kal meyvə deyiləm kölgədə qalam,  



            Günəşəm, gərdişim bu sonsuz aləm,  

            Kişilikdə haqqı olmayanların 

            Namərdəm başına ləçək salmasam. 

 

Oxucuların    sevərək  və  xüsusi    fəallıqla    iştirak  etdiyi  



tədbirlərdən  biri  də  kitabxanaçının  keçirdiyi  səbəbkarların 

sevilən  əsərlərinin  təhlilidir.  Kitabxanaçı    ilk  öncə 

kitabsevərləri  salamlayaraq    Xaqani  Şirvaninin  həyat  və 

yaradıcılığı   haqqında məlumatlar verməyə başlayır. 



Kitabxanaçı:Bildiyiniz  kimi  Xaqani  Şirvani  yaradıcılığında 

mühüm yer tutan əsərlərindən biri də onun “Töhfətül-İraqeyn” 

poemasıdır.  Təəssüf  ki,  bu  maraqlı  əsərin  düzgün  mətni 

əlimizdə  yoxdur.  Xaqani  Şirvani    “Töhfətül-İraqeyn”  əsərini 

təxminən  36  yaşında,  1156-cı  ildə  yazmışdır.  Bu  əsərin  aydın 

bir sujet xətti yoxdur. Əsər, şairin hər iki İraqa  

(İraqi-ərəb, 

İraqi-əcəm)  səfəri  zamanı  təsadüf  etdiyi 

şəxsiyyətlərin  tərifi,  şahidi  olduğu  hadisələrdən  aldığı 

təəssüratın 

tərənnümündən  ibarətdir.  “Töhfətül-İraqeyn” 

Azərbaycan  ədəbiyyatı  tarixində  ilk  mənzum  səyahət  əsəridir. 




16 

 

Burada  Xaqaninin  səfər  zamanı  olduğu  şəhərlər,  gördüyü 



xalqların  içtimai  vəziyyəti,  təbiət  mənzərələri    və  s.  təsvir 

edilir.  XII  əsrdə  Yaxın  Şərqdə  olan  bəzi  dövlət  xadimlərinin, 

mədəni  adamların  adları  çəkilir  və  yazıçının  şəxsi  tərcümeyi-

halına aid olduqca mühüm məlumat verilir. “Töhfətül-İraqeyn” 

əsəri  dilinin  sadəliyi  və  məzmunun  aydınlığı    etibarı  ilə 

Xaqaninin  qəsidə,  qəzəl,    mərsiyə  və  rübailərindən    əsaslı 

surətdə fərqlənir. Bu əsər əsasən 4  hissəyə bölünür.  

 

1.



 

“Töhfətül-İraqeyn” də şairin tərcümeyi-halını izah edən 

cəhətlər; 

2.

 



İraqeyn şəhərinin ( Bağdad, Şam, Mədinə) Kuhistan və 

s. təsviri; 

3.

 

Tarixi simalar haqqında verilən məlumatlar



4.

 

Fəlsəfi motivlər. 



5.

 

 



Əsərin qısa məzmunu belədir: 

Şair öz sözlərini günəşə xitabla başlayır və səfər zamanı aldığı  

təəsüratı  günəşə  nağıl  edir.  Dünyada  vəfadan  və  ədalətdən  bir 

əsər  qalmadığını  söylədikdən  sonra  o  öz  mənzum 

səfərnaməsini belə başlayır: “Elə ki, zəmanənin padşahı mənə, 

Şirvan həbsxanasından (saraydan) çıxmağa icazə verdi, mən öz 

iradəmlə  bədənimi  sürüyərək,  səhraya  üz  tutub,  Şirvanın  bəla 

dolu səhnəsindən İraqa tərəf hərəkət etdim. Qara dənizi arxada 

buraxaraq  “Səfid  rudun”  o  biri  tərəfinə  keçdim.  8  behişt 

mislində  olan  Kuhistanın  7  vilayətini  gəzdim.  Buranın  torpağı 

İsaya tutiya verirdi, daşı Musaya kimya bəxş edirdi. Hər tərəf 

çiçəklik,  gülüstandır.  Bu  yer  Xuzistanı  və  Hindistanı  geridə 

qoyur.  Bu  cür  cənnət  kimi  gözəl  bir  yer  cəhənnəm  əhlinin 

əlində gör necə əzilib getməkdədir! Adamları qaniçən və gecə 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə