1
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Söz mülkünün Xaqanı - Xaqani Şirvani
Xaqani Şirvani 890-illik yubileyi münasibəti ilə mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd
kitabxana filialları üçün hazırlanmış metodik vəsait
Bakı - 2016
2
Tərtibçi: Aynurə Əliyeva
Sevil Əhmədova
Ixtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar mədəniyyət işçisi
Söz mülkünün Xaqanı: metodik vəsait / tərt. ed. Aynurə
Əliyeva, ix. red. və burax. məsul Şəhla Qəmbərova; F.Köçərli
adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 33s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016.
3
Tərtibçidən
Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki,
onların yaratdığı sənət əsərləri tək öz xalqının deyil, bir çox
xalqların fikri inkişafına təsir göstərərək, əsrimizə qədər
yaşamış və öz müəlliflərinin şərəfli adını yaşatmışdır. Dahi
Azərbaycan şairi Əfzələddin Xaqani Şirvani də dünya
ədəbiyyatının belə ölməz simalarındandır. Əfzələddin Xaqani
Şirvani təkcə Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-
içtimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri,
sənətinin bəzi məqamları ilə birincisidir. Şair klassik Şərq
poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri
yaratmışdır. Xalqımız böyük sənətkarın xatirəsini daim əziz
tutur. Əsərləri dönə-dönə nəşr olunur, hər kəs, həm böyüklər,
həm də məktəblilər tərəfindən sevilərək oxunur. Ə.Xaqaninin
ömür yolu bəşəriyyətə və insanlığa nümunə və örnəkdir. Bu il
Əfzələddin Xaqaninin 890 illik yubileyi olur. Bu münasibətlə
bu vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki hissədən
ibarətdir. I hissə “Azərbaycan və dünya poeziyasının qiymətli
incisi” adlanır və Ə. Xaqaninin həyat və yaradıcılığından bəhs
edir. II hissədə isə Ə. Xaqani yaradıcılığından bəhs edən
tədbirlərdən söhbət açılır.
4
Həyat və yaradıcılığı
İstəmirəm adımı çağıralar Xaqani.
Mən yoxsullar şairi, Xəlqaniyəm,
Xəqani
Şamaxı
torpağının yetirdiyi böyük
Azərbaycan şairlərindən biri, dünya şöhrətli
Əfzxələddin İbrahim ibn Əli Nəccar Xaqani
Şirvani 1126-cı ildə (hicri təqvimi ilə 520-ci
ildə)
Şamaxı yaxınlığındakı Məlhəm
kəndində anadan olmuşdur. Xaqani yoxsul-
zəhmətkeş, hörmətli bir ailədə böyümüşdür.
Onun ruhən dəbdəbəyə, cah-calala, şah
sarayına bağlana bilməməsinin bir səbəbi də belə bir ailədən
çıxmasıdır. Şair kasıb ailədə doğulmasına baxmayaraq o ziyalı
çevrəsində dünyaya göz açmış və mükəmməl təhsil almışdır.
Şairin babası toxucu, atası dülgər, əmisi və əmisi oğlu isə
həkim və filosof idilər. Xaqani dini müxtəlifliyə də yaxından
bələd olmuşdur. Çünki onun anası xristian qızı idi. Ərə
getdikdən sonra dinini dəyişib, İslamı qəbul etmişdir. Anasının
atası sərkərdə, babası isə möbüd idi. Atası, oğlu İbrahimi
(Xaqanini) də dülgər etmək istəyir, onun təlim-tərbiyəsinə az
diqqət yetirirdi. Əmisi Kafiəddin Ömər ibn Osman onu
körpəlikdən öz himayəsinə götürür. Quranı, dilçiliyi, ədəbiyyat,
riyaziyyat və başqa yazıları öyrədir. Xaqani ərəb və fars
ədəbiyyatını mükəmməl öyrənmiş, öz müəllimi Əbul-ula
Gəncəvi vasitəsi ilə Şirvanşah sarayına dəvət olunmuşdur.
Xaqani gözəl istişarə və təşbeh ustasıdır. Bununla yanaşı şairin
yaradıcılığında mədhiyyələr də geniş yer tutur. Şair həmçinin
mürəkkəb bir şairdir. Bir çox hallarda onun sözlərini anlamaq
çətindir. Fars dilində yazıb-yaratmış “Töhfətül-İraqeyin” əsəri
ilə Azərbaycan ədəbiyyatında poema janrının əsasını
qoymuşdur. Xaqani dünyanı kəşf etməyə, dərindən öyrənməyə