Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   ...   7   8   9   10   11   12   13   14   15

Nə insan qorxutmaz məni, nə fələk. 

Əlinə kim Gavə dirəfşi alsa, 

O, iki ilandan xof etməz əsla. 

Bir müddət bir löğmə çörəkçin mən də 

Dişimi sındırdım nakəs önündə. 

Könlümü verdikdə sənə, nəhayət, 

Dişlərim zərbədən qaldı səlamət, 

Bəli, yaxşıların yaxşısı sənsən, 

Sənin tərifinlə yüksəlirəm mən. 

Sənin iqbalınla düzəldi işim, 

Nəhayət, göründü son ağıl dişim. 

Töküldü təməkar dişlərim tamam, 

Nə çörək axtardım, nə də ki taam. 

Sevgin məni saldı haqqın rahinə, 

Apardı qənaət barigahinə. 

Səfalı bir bağda yaşardım azad, 

Bu açıq alınla oldum qəlbi şad. 

Həyatım bir müddət divlərlə soldu, 

İyirmi iki il ömrüm puç oldu, 

Elə ki, özümü qapına saldım, 

O itən ömrümü geriyə aldım, 

Anladım səhvimi, oldum pəşiman. 

Rədd etdim o keçən mənliyi, inan, 

Sənin qapındadır əbədi dövlət, 

Başqa qapılardan çəkmərəm minnət. 

Qapından çatarkən mənim niyazım, 

Başqa qapıları döymək nə lazım?! 

Adam da duzlaqda duz axtararmı? 

Dəryada balığı axtaran varmı? 

Günəş heç Məqribdən çıxarmı səhər? 

Ya da ay Məşriqdən çıxarmı məgər? 

Jənubdan bir xeyir gözləyən insan, 

Məhrumdur yəqin ki, sağlam ağıldan. 

Bir yer var orada xətər mahaldır, 

Süheylin yeridir o yer - şimaldır. 

 

 



* * * 

 

Qədir bilməzlərdən çox zərbə aldım. 



Məğrur adamların əlində qaldım, 

Onlar bir sürü tək şüursuzdular, 

Jəhalət yurdunda qalan fitnəkar, 

Gördüm ki, ehtiyac boğur ölkəni. 




Təməi tərk edib, mən tutdum səni, 

Sığındım ədalət asitanına, 

Bu düzlük yurduna, haqq məkanına. 

Çöllərin əl çəkdim gözəlliyindən, 

Gəldim əzəmətli bu ölkəyə mən. 

Mənə məclislərdə edildi hörmət, 

Bir çox qəbilələr verdi ziyafət. 

Qurtardım təməin ab-havasından, 

Nəfsin də qəhətlik və bəlasından. 

Qapına mən qaçdım olasan pənah, 

Yenə bu qapıdır bir istinadgah. 

Uşaq da nə qədər qaçsa, bu, yəqin, 

Qaçar qucağına sonra dayənin. 

Mən yenə ümidlə qapına gəldim, 

Torpağa üz qoyub yaxşı dincəldim. 

 

 



* * * 

 

Sirlər yuvasından uçan bir quşam, 



Səslə, qəfəsinə gəlib qonmuşam. 

Öyrəşib bu ali xislətinə mən. 

Sənin qəfəsini eylədim məskən. 

Hər yerə uçsam da mən birnəfəsə. 

Yenə qayıdaram bu xoş qəfəsə. 

Deyiləm yırtıcı, vəhşi qırğı tək, 

Ki, sinə yırtaraq, çıxaram ürək. 

Kəklik arxasınca qarğa tək, səfil, 

Gəzmərəm bir tömə arxasınca bil. 

Yaramaz sağsağan kimi də bir an, 

Əncir axtarmaram hər xam ağacdan. 

Yaxşıdır göyərçin balası kimi, 

Anamın ağzından alım ruzimi. 

Tuti tək demərəm özgə qəmindən, 

Bubbu tək sirləri axtarmaram mən. 

Sar kimi olsam da, yazıq milçəklər, 

İnciməz əlimdən bir zərrə qədər, 

Nəğmə oxusam da şeyda bülbül tək, 

Arəşdən ummadım bir gilə gərmək. 

Bayquş tək xərabə olar məskənim, 

Ta gözüm nakəsi görməsin mənim. 

Bir tavus yarandım haqqın bağında, 

Simurğəm mən dinin o Qaf dağında 

Ey behişt ağası, sənin süfrəndən, 




Hüma quşu kimi sümük yedim mən, 

Sənin kəramətin göstərib təsir, 

O sümük tənimdə oldu təbaşir, 

Daha mən çörəkçin ağız açmaram, 

Əlindən alıram yemi sübhü şam. 

Zahiri görüşü sevmirəm, əsla. 

Ürəyim axtarır batini məna. 

Belə ülviyyəti sevən ürəklər, 

Təb ilə yaradar misilsiz kövhər. 

Fəqirlik cəlalı olan hər adam, 

Mənə penir, sirkə vermədə müdam. 

Mənim də ilhamım penir sirkədən, 

Süd ilə şərabı yaradar, həmən. 

Qaydadır, şərabdan sirkə alınar, 

Məlumdur suddən də penir yaranar, 

Təbimsə yaradıb möcüz, inqilab, 

Penirdən süd verir, sirkədən şərab. 

Kamiran adamlar kimi, heç zaman, 

Nə şərab içmərəm, nə də qızıl qan. 

Mən qardaş qanına susamadım, bil, 

Beş hissim bunlara müvafiq deyil. 

Babam Adəm kimi etdikdə günah, 

Əncir yarpağına aparram pənah. 

Lakin təkəbbürlü adamla bir an, 

İçmərəm atəşi üzüm suyundan. 

Üzümün qızına vermişəm talaq, 

Dinin gəlinilə evlənmişəm, bax. 

Öyrətdi bu işi mənə şəriət, 

Dönmərəm bu yoldan heç zaman, əlbət. 

 

 



* * * 

 

Qureyşin üzümü evlənsə əgər, 



O, məcus oğluna gedərmi məgər?! 

Keçmişdir o günlər, çörək üzündən, 

İkidilli oldum bilə-bilə mən. 

İndi, qılınc kimi kəskin dilim var, 

Qılınc sıyrılanda kəsərli olar. 

Əvvəllər dilim bir dəmir kimiydi, 

Jəlalın yağladı dəmiri, indi 

Səndəki iqbalın sayəsində bir. 

Yağ seli axıdır məndəki dəmir. 

Vallah, axtarsan da yeddi iqlimdən 




Yaxşı yağ düzəldən olmaz dilimdən, 

Yeddi qat fələkdə o yeddi çıraq, 

Nurlanır, dilimdən qida alaraq. 

İlhamım yalanla xarab olmuşdu, 

O, civə rəngində sərab olmuşdu. 

İndi, hər sözümdə bir həqiqət var, 

O, güzgü, məhək tək olmuşdur meyar 

Daha, məddahlıqda olmaram bədnam, 

Göstərməz doğrunu əyri, bu aynam. 

Bir neçə aslanın sözüylə dünya, 

Ağzımı atəşlə doldurdusa da. 

Ağzım xilas olsun, deyə atəşdən, 

Yeddi su torpaqla yudum onu mən. 

Sənin mədhin ilə, ey böyük sərvər, 

Budur ağzım səpir mirvari, gövhər. 

O açıq və bağlı qapıda aşkar, 

Deyil otuz iki, otuz min dürr var. 

Əvvəllər şahları mədh etdiyimçin, 

Dilim bulanmışdı çirkaba bütün. 

Paka çıxarmaqçın natəmizlikdən, 

Yuyuram ağzımı göz yaşımla mən. 

And olsun, Adəmin səkkiz bağına, 

Yəni cəmalının şən növrağına. 

And olsun ruh verən o saf kövsərə. 

Yəni o, səndəki, bakir sözlərə. 

And olsun, atəşli dərin dəryaya, 

Yəni hərarətli qəlbinə, mövla! 

Xaqani bir də söz yaratsa, inan, 

Səndən başqasını eyləməz ünvan. 

Başqa bir adama pərəstiş etsəm, 

Onda insan deyil, bir vəhşi divəm. 

Məni qəbul etsən nökərliyə sən, 

Neylərəm şahları, əmirləri mən, 

Zəmanə əhlindən nə ummaq olar? 

Mən ki, öz kölgəmdən qorxuram aşkar. 

Qəlbimdə, daima, danışıram mən, 

Qorxuram ki, olam özümə düşmən. 

Janım zümrüd kimi sovrulur yelə, 

Qorxuram şahların lütfündən, belə, 

Şirvanın ağzından çəkirəm bəla, 

Onunçun dilimi açmıram daha. 

Yalın qılınclardan tökülür əcəl, 

Vurmaram kəndəna yarpağına əl. 

Küləkli, tufanlı dənizdəyəm mən, 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə