Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   ...   7   8   9   10   11   12   13   14   15

Qəza ətəyinə böyük mıx çaldı, 

Qədər də boynuna bir zəncir saldı. 

Nə ayrıla bildi ata-anadan, 

Nə də ki, səfərə tapdı bir imkan. 

Qaldı torpaq kimi o hərəkətsiz, 

Çirkaba düşərək -qaldı qüdrətsiz. 

İndi göz yaşıyla yazır şerlər, 

Mümkünmü o bir də eyləsin səfər? 

Binövrən saxlayır bütün dünyanı, 

Sənə tərif yazır şair Xaqani: 

Çox bakir mənalar düzüb qələmi, 

Səpir döşəməyə incilər kimi. 

Hərçənd ki, görünür o biçarə tək, 

Hərçənd ki, çırpmışdır dünyaya ətək. 

Əvvəlcə qələmə sarılan zaman, 

Adınla başladı yeni bir dastan, 

Onun piyadəsi mədhində sənin, 

Qürurlu şahları mat qoyar yəqin. 

O, qəm taxtasında oynarkən şahmat, 

Qoyar yüz xəzinə sahibini mat. 

Bu səkkiz mənzilli xanəsində bil, 

Heç kəs dura bilməz ona müqabil. 

Haqqın köməyilə bir topu edər 

Səkkiz piyadəni yerlə bərabər. 

Mahmud öz qəmini dağıtsın deyə. 

Fil ilə mat verdi o, Ünsüriyə, 

Bu köhnə taxtada indisə göz aç, 

Zənn et Xaqanini birinci leylac. 

Yaradır o haqqı sübut divanı, 

Qasid tək göndərir badi-səbanı. 

Səba bu töhfəmi sənə çatdırar, 

Xaqani qalmasa, əsəri qalar. 

Kömək et ona ey kərəm dərgahi, 

Axı yetimlərin sənsən pənahi. 

Yaxşı bil ki bunlar yenidir, aman. 

Hifz eylə onu sən alovdan, sudan 

Halal doğulmuşlar anadan onlar, 

Qoyma ki, qalsınlar ürəkləri zar. 

Saxla öz yanında oğullarını, 

Joşqun ilhamının yadigarını. 

 

 

PAXILLARI MƏZƏMMƏT VƏ BÖYÜK 



 ADAMLARI TƏRİF 


 

Adam var ki, bilməz nədir qanacaq, 

Fazil adamlara lağ edər ancaq. 

Janı qızdırmalı, hərzəliyi çox, 

Xalqa bədxahlıqdan başqa işi yox. 

Çarx kimi daima başı hərlənir, 

Üstürlab kimi o fitnə törədir, 

Çalışar fələki məhv etsin, haman 

Qəlbir tək boşluqdan ibarət olan, 

Adamlar buğda tək düşüb qalmışlar, 

Arzu quyusunun dibinə, naçar. 

Yel kimi sayəsiz gəldi-gedərdir, 

Kölgə tək cisimsiz canı hədərdir. 

Qıvrımdır nanəcib dilbər saçı tək, 

Hiyləgər dost kimi qurarlar kələk. 

Sehrlər düzəldən bu rüşvətxorlar, 

Yalanı etmişlər hər işdə şüar. 

Haram mal yeməkdir bütün işləri, 

Doludur zəhərlə iti dişləri. 

Əbədi dönmüşdür qəlblərində şam, 

Başları bu şamı söndürmüş tamam. 

Şeytan ətsəsindən doğmuşlar, əlbət, 

Heç bir kəs bu fikrə eyləmək heyrət. 

Çünki olsaydılar Adəm nəslindən, 

İsayə bənzərdi üzləri, həmən 

Düşmüşlər ardına şöhrətpərəstin, 

Hər qanmaz eşşəyin, murdarın, pəstin. 

Olsa da zahirdə adları Buzər, 

İşdə Buləhəbdən daha da bədtər, 

Zahirdə gözəlsə, çirkin batində, 

Qıfıl tək salmışlar cismimi bəndə. 

Bu xərlər bənzəyər, sankı bəşərə, 

Lakin yaramazlar bir xeyrə-şərə. 

Bəzi qulaqlara pıçıldayaraq, 

Dedilər aləmdə məhşər qopacaq. 

Otuz ildən sonra baş verib bir sirr, 

İyirmi bir bəla törəyəcəkdir. 

Fəlakət qopacaq, bu dünya həmən 

Alt, üst olacaqdır sudan, küləkdən, 

Üfüqdə hərəkət edən ulduzlar, 

Böyük bir qəzaya olacaq düçar. 

Onlar səyyarələr içində tək-tək, 

Dolaşıb, üçbucaq təşkil edərək, 

Tərəzi bürcündə birləşən zaman, 




Böyük fəlakətə düşəcək cahan. 

Bu bəla üz verən zamanlar bişək, 

Şimal qütbünə çox zərbə dəyəcək. 

Lakin məddah şair hərzə-hədyandan, 

Dünyada qorxuya düşməz heç zaman. 

Kimin sənin kimi bir arxası var, 

Vecinə gəlməz heç, bu uydurmalar. 

Xaqani inanmır bu yalanlara, 

Gülür bu yalanı uyduranlara. 

Çünki sən özünsən külli-ixtiyar, 

İstəsən, bəlalar bizlərdən qaçar. 

Sənin bəndələrin çox olar onda, 

Göydəki hesabsız ulduzlardan da. 

Hifz olsun bəladan dövlətin, varın, 

Bütün qurduqların, yaratdıqların. 

 

 



MƏDİNƏNİN TƏRİFİ 

 

Elə ki, Kəbənin sayəsində sən, 



Baxıb camalına dincəldin, həmən 

Oradan üz tutub Mədinəyə get! 

Gedərək on günlük yol, ziyarət et! 

Onun binövrəsi səddir cahana, 

Bu şəhər ruh verər hər zaman cana. 

Mədinə adını yazıb oxusan, 

Ortada din sözü olacaq əyan. 

Müsəlman ruzusu kimi edər tox, 

Gəliri az olar, bərəkəti çox. 

Xurma bağlarını əkmiş Jəbrail, 

Suvarmış onları hər gün İsrafil. 

Gülabda islanmış toxumları həm, 

Jənnətdən gətirmiş həzrəti Adəm. 

Sübhün əmuduna bənzər hər ağac, 

Bulud tək bürünüb, görünər qiyqac. 

Burada yetişən xurmanı fələk, 

Səma təbəqinə qoymuşdur ay tək. 

 

 



PEYĞƏMBƏRİN TƏRİFİ 

 

Qüdsiyyət anası doğarkən yerdə, 



Səndən artıq övlad doğmadı bir də. 

Olmasın deyə bir başqa övladı, 




Əbədi olaraq bətni bağladı. 

Dünyanın şərəfli tarixi sənsən, 

Başlanmış o sənin vilayətindən. 

Yeddi min il altı gün içrə, əsla, 

Belə bir xoş günü görməmiş dünya. 

Sanasan, bu gündə qurulmuş cahan. 

Bu mavi xoş fəza, geniş asiman. 

Bu qübbə sənə bir çadırdır, ancaq, 

Xaqani qapında bir zərrə torpaq. 

Bir insan edərək Xaqanini sən, 

Qaldırdın göylərə mərdliklə yerdən. 

Fanilik bəndindən xilas olaraq, 

Əbədi aləmdə qurdu təmtəraq. 

Sənin tərifinə dil açdı haman, 

Oldu söz mülkünə böyük hökmran. 

Sənət meydanında o gündən bəri, 

İlhamı yaradır söz gəlinləri. 

Onları təbində geydirir dona, 

Xaqani deyirlər onun adına. 

Onların hər biri bakir gözəldir, 

Sənət pərdəsində dürri-əzəldir. 

Min dərdli ürəyə verirkən qüvvət, 

O, səndən gözləyir lütfü mərhəmət. 

Səninlə bitdisə əgər nübüvvət, 

Bitdi Xaqaniylə şer və sənət. 

Qalarsa dünyada yazdığı dastan, 

Sənin tərifinlə dolar bu cahan. 

İdrakım gətirdi qapına məni, 

Taleyim üzümə açdı xəznəni. 

Könlüm yaralıdır, özün al qisas, 

Bu qəm dəryasından et məni xilas! 

Zəmanə əlindən halım yamandır, 

Dadıma sən yetiş mənim amandır, 

Əritdi günahsız qəlbimi fələk, 

Ey göylərin şahı, özün ol kömək! 

Zalımlar zülmündən mən çəkirəm dad, 

Ey adil, sən özün et mənə imdad! 

Olmuşlar məndəki hünərə düşmən, 

Köməyim sən olsan xof etmərəm mən. 

Verirlər qəlbimə cəfa, əziyyət, 

Sən qəbul eyləsən bitər bu möhnət. 

Başıma əl çəksən, mənim nə dərdim, 

Zəmanə əhlindən mən əl çəkərdim. 

Eyləsən lütfünlə mənə bir kömək, 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə