Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   ...   7   8   9   10   11   12   13   14   15

Qorxuram gah yeldən, gah da gəmidən. 

 

 



* * * 

 

Mənə mənhus deyir bu Şirvan əhli, 



Nə deyim, həqq sözdür, doğrudur, bəli. 

Deyirlər Xaqani olsaydı sadiq, 

Bizə meyl edərdi daha da artıq. 

At kimi çəkərdi yüklərimizi, 

Arı tək gəzərdi çəmənimizi. 

Xalqın söhbətindən qaçmazdı bir an. 

Dönməzdi Xaqani şahdan, xaqandan. 

Arardı o, məzə, qırmızı şərab, 

Nəğmələr söylərdi ona tar, rübab. 

O da əyanlara edərdi xidmət, 

Edərdi babalar yoluna hörmət. 

Lakin mən sevirəm dini, ayini, 

Mənhusdur kim inkar edərsə dini, 

Mənhus adlansa da adı Keyvanın, 

Zöhrədən kəm deyil şəni, inanın. 

Bayquşda olarsa dinə sədaqət, 

Dinsiz bir xoruzdan yaxşıdır, əlbət, 

 

 



MUSİL VƏ ŞAMIN TƏSVİRİ 

 

Ey vəsli, hicranı tərk edib gedən, 



Babilə, Məşhədə hərdəm meyl edən. 

Babilin havası və torpağından, 

Hasilin qızdırma oldusa, inan. 

Əlacın Şamdadır, durma, ora get 

Şamın torpağını dərdə dərman et! 

Yüz min il dövr edən bu sonsuz səfər, 

Sənə verdi ancaq tükənməz zərər. 

Tərk et bu iki mıx, yeddi pərdəni, 

Yoxsa, qütbü fələk tərk edər səni. 

Hörmətlə gəl yetiş Musilə, Şama, 

Qütbdür, fələkdir bu yer islama. 

Bu elə qütbdür, yox bir zərəri, 

Bu elə fələkdir, yox şurü şəri. 

Bu sonsuz fələkdir iki dünyaya, 

Qütb isə köməkdir iki dünyaya. 

Bəsdir, sən nə qədər söylənəcəksən, 




Buqələmunsifət şamu səhərdən, 

Baş əymək başqa bir yerə haramdır, 

Səhərin, axşamın cəlalı Şamdır. 

Şamın üç hərfiylə hər iki aləm, 

Yaranıb olmuşdur sabit və möhkəm. 

Bir bax ki, başında "şin" tutmuş qərar, 

Ortada "əlif"dir, sonunda "mim" var. 

Zəncilər şahı tək, bəzənib durar, 

Ayaqda xalxalı, başda tacı var. 

Əlifi ortada bir mayak kimi, 

Qaldırmış göylərə bir dayaq kimi. 

Bir işıq yayılır hər səhər erkən, 

Şamın şin tacının dəndənsindən. 

Yerin xoşbəxt oğlu müqəddəs Şamdır, 

Dinin anasına bir ehtişamdır. 

Samın qulluğunda olmaqçın nökər, 

Göylər kəhkəşandan bağlamış kəmər. 

Kəhkəşan yolunda bu doqquz fələk, 

Qoymuş xonçasına ayı danə tək. 

Ayı başaq üstə danə edərkən, 

Almış oraq, sünbül Şam xərmənindən. 

Doğrudur, Misir də gözəl məkandır, 

Lakin Şam önündə o bir samandır. 

Jənnətdən atılan o saman ki, var, 

Jismə qüvvət verməz, cana tor qurar. 

Dara orağından düşüb o saman, 

Orağı odludur çaxmaq daşından. 

Dinin gözlərinə batdı o oraq, 

Dinin gözlərindən qanlar axdı, bax. 

Günəş də vuruşur Misirlilərlə, 

O da nizəsini almışdır ələ. 

Misrin öz adında bir şikəstlik var, 

Şamdan oğurlamış bir hərfi, aşkar. 

Şamın ayağını alaraq, haman, 

Başına qoymuşdur, heç utanmadan. 

Şamın dəftərində bax Misrin adı, 

Pozuq bir hərf kimi heç oxunmadı. 

Hər iki aləmdən Şamda nişan var, 

Rəvamı, Misr ilə olsun həmqətar? 

Pərdəylə örtülmüş Misrin üz-gözü 

Çıxmış xatirədən büsbütün özü. 

Onun surətinə düşən bu ləkə, 

Yaratmış hər zaman dinə təhlükə. 

Misrə nöqtə qoysan, tez müzürr olar. 




Görün, bir nöqtədə nə sirrlər var. 

Şamsa mələklərə möhkəm pənahdır, 

Düz yol yolçusuna bir qibləgahdır. 

Buradan dərs almış nəbilər tamam, 

Pak ruhə şirədir, qüvvətdir bu Şam. 

 

 



MUSİLİ TƏRİF VƏ İRAQ BAŞÇISI 

JƏMALƏDDİNƏ SİTAYİŞ 

 

Şam, ağıl mülkünün ağasıdır, bil, 



Balası dünyalar fəth edən Musil. 

Musil nicat verən pak bir hərəmdir, 

O, həyat bəxş edən baği-İrəmdir. 

Hamı bu hərəmə baş əyir, müdam, 

Kainat bu sədrə edir ehtiram, 

Dünyaya hökm edir onun qüdrəti, 

Vardır bu sədrdə mələk xisləti. 

Bəlkə də səmadır onun xəyalı, 

Bəlkə Sədrə özü onun nihalı. 

Musil bir səmayi-mülki-heyrətdir, 

Sahibin tikdiyi bir imarətdir. 

Musilə sən söylə üçüncü aləm, 

Sahibi adlandır ikinci Adəm. 

Qırx gündə düzəlmiş onun heykəli. 

Ona da dəymişdir allahın əli. 

Alınmış torpağı, suyu həvəsdən, 

Janlanmış o da bir, qüdsi nəfəsdən. 

Jəmal da ikinci Adəmdir bu gün. 

Xəlifə yaranmış dünyaya bütün. 

Hər an mələklərə gəlir bu xəbər: 

İkinci Adəmə səcdə etsinlər. 

Musilin torpağı dördüncü səma, 

Bu göydə mövcuddur günəş və İsa. 

Kərəmin günəşi qalxmış təxt üstə. 

Bəxtin azançısı deyir gur səslə: 

Ey səhər gözləyən insanlar, qalxın, 

Budur, əbədiyyət sübhünə baxın! 

Səhərin hüsnünə veriniz salam, 

Ona səcdə edib, edin ehtiram 

Bax, kərəm günəşi açaraq şəhpər, 

Şamın məşriqindən doğur hər səhər. 

Onun doğduğu yer olduqca bu Şam, 

Şamın səhərində doğar ehtişam, 



Fələyin günəşi söz verdi dərhal, 

Ki, Şamın şərqindən göstərsin cəmal. 

Çünki Şam mülküdür namü ehsanın, 

Alır rövnəqini bil Xorasanın. 

İraqın başçısı o Şam sahibi, 

İslam ölkəsinin tamam sahibi. 

Jəmal, bil, Jəmşidi kölgədə qoyar, 

Jəbrayıl qanadı ona sayədar. 

O zərrin tacıdır tacidarların, 

Şahıdır dünyada hökmdarların. 

Qətidir hər hökmü, rəyi, fərmanı, 

Həşmət sarayıdır onun məkanı. 

Kainat ki, sonsuz böyük hicabdır, 

Onun əllərindən düşən hübabdır. 

Günəş ki, məşəl tək göyləri gəzər 

Himməti önündə xəyalə bənzər. 

Əli möcüzələr göstərən dəmdə, 

Jam da heyran qalar bu sehrə Jəm də, 

Jəm necə onunla yarışa bilir? 

Ki onun əlləri dünya göstərir. 

Jəmşidin camında görünən cahan, 

Onun öz əlində görünər hər an, 

Altmış ilə birə fərq qoymayan da, 

Bilir ki, cam heçdir əl olmayanda. 

Ağla qüvvət olar hər zamanda əl, 

Jam isə ağıla törədir əngəl. 

Bir ürək qanı ki, camla yaranar, 

Belə ürək qanı nə işə yarar? 

Zahirdə özünü şən göstərir cam, 

Lakin de, heç püxtə olarmı bir xam?! 

Jam özü bəladır xalqa, xilqətə, 

Onunçun düşmüşdür özü illətə, 

Gərəkdir ki, səma, xurşidi-aləm, 

Jamalın əlinə qoysun cami-Jəm. 

Jəmşid bir nökərdir Jəmaləddinə, 

O bir iftixardır Jəmşid nəslinə. 

 

 

* * * 



 

Əgər qonaq olsan Jəmalə bir an, 

İtmiş həyatını geri alarsan. 

Onun sayəsindən ilham alaraq, 

Səlamət yaşar od, su, hava, torpaq. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə