Xaqani Şİrvani Töhfətül-Iraqeyn



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix06.10.2018
ölçüsü0,63 Mb.
#72754
1   ...   7   8   9   10   11   12   13   14   15

Ey günəş parçası, bir qalx yerindən, 

Get, yaşa Jəmalın sayəsində sən! 

Ulduza nur verən günəşdir Jəmal, 

Get, günəş olmaqçın sən ondan dərs al! 

Hazır ol nə desə dərk eylə sən də, 

Sonra da təkrar et öz hafizəndə. 

Alaraq göstəriş o sərkərdədən, 

Mədinə şəhrinə qoşun çəkərsən, 

Əgər sən çıxmasan onun sözündən, 

Məkkəni salarsan razı özündən. 

Qəribə deyilmi Məkkə də ona, 

Kəbəylə birlikdə eyləyir dua. 

Ona Nizamül-mülk ad qoydu zaman. 

Sonra dediyindən oldu peşiman, 

Ona şahın özü olarkən qulam, 

Bir də yaraşarmı deyilsin Nizam? 

Onun əl suyundan, ayaq tozundan, 

Təcrübə etməkçin toplayıb yığsan, 

Bunlardan bir allah, cahan içində, 

Yüz Nizam yaradar bir an içində. 

Xəlil tək bütləri sındırıb atdı, 

Dində açıq gözlə Kəbə yaratdı. 

Bununçun dünyanı düzəldənlər, bil, 

Ona ad verdilər ikinci Xəlil. 

Sarı rəng qələmi alov tək yanır, 

Özü də atəşlə, bax, qidalanır. 

Bədəncə Misirli, dəridə Yəmən, 

Paltarı Çindəndir, papağı hinddən. 

Möhtac ölkələrə ruzi payladı. 

Misirli Yusif tək məşhurdur adı. 

Mədəsi İsa tək, vücudu Yəhya, 

Özü sə heç oruc tutmayır əsla. 

Surəti sarıdır, məzacı xəstə, 

Başı yaxşı durur bədəni üstə. 

Qocadır, uşaq tək, o zəif haldır, 

Bununçun orucu yemək halaldır. 

Hicrətdən beş yüz il keçən müddətdə, 

İslamı saxladın məvazinətdə. 

Sənin gövhərini bu çərxi-fələk, 

Dörd gövhər başına tac qoydu, bişək. 

Yetimlər saxladın Simurğ kimi, sən, 

Dənizdə inci də çıxmaz əlindən. 

Layiqdir Kəbənin xələti sənə, 

Bağlıdır xilafət şöhrəti sənə. 




Sənin tədbirində böyük hikmət var, 

Tutub Abbasilər sayəndə qərar. 

Bununçun istərlər Xəzəridən bac. 

İstərlər Rum, Xəllux, hindlidən xərac. 

Qeysər də keçərək Rum yollarından, 

Məkkə qapısında olar pasiban. 

Bu gün dünyaları fəht edən rumlu, 

Olacaq qapının damğalı qulu. 

Süleyman tikdirən zamanda bina. 

Ona əcinnələr oldular bənna. 

Sən isə imarət tikdirən zaman, 

Mələklər oldular ona daşqoyan. 

Günəşin oduyla birləşən kövsər, 

Dağlarda aramsız əhəng düzəldər, 

Qafdan gətirilmiş daşları, həmən. 

Bürcləri tikilmiş sitarələrdən, 

Qiyməti üstündür belə bürclərin, 

İskəndər tikdirən bürclərdən, yəqin. 

Saxlanır burada gənc içində gənc, 

Sən də mərkəzində bir şahi-şətrənc. 

Bu şəhrə qoyarsaq ədalətlə ad, 

Deyərik, yəqin ki, Ədalətabad. 

Ona döşəmədir bu doqquz fələk, 

Odur səkkizinci asiman, demək. 

Demişlər hər zaman alicənablar: 

Şəhərlər bu yerlə edər iftixar. 

Ey Keyvan şərəfli, Səmak cəlallı, 

Ey Rizvan sifətli, Behişt cəlallı. 

Vəsfində bu ağıl qalmışdır heyran, 

Daha söz qalmadı ki, edim bəyan. 

Sözlərin qüdrəti mədhinə çatmaz, 

İdrak bundan artıq məna yaratmaz. 

Bu həddən yuxarı yol tapmaz xəyal, 

Mədhini bundan çox deməkdir məhal. 

Qalan sözlərimi, şükrümü, hökmən, 

Kitabın sonunda deyəcəyəm mən. 

 

 

ÖZÜ HAQQINDA 



 

Sənətkarlıq nədir? Bilmək istəsən, 

Gəl məndən sən onun sirrini öyrən! 

Kamal mayasında bir zərrə idim, 

Ağlımla günəşə dönüb, yüksəldim, 



İndi söz günəşi aləmdə mənəm, 

Şairlərdən üç qat ucadır rütbəm. 

Bir işıq almaqçın məndən pay kimi, 

Dövrəmdə gəzirlər onlar ay kimi. 

Mənsiz bir heçdirlər parlasalar da, 

Ardımca sürünər onlar dünyada. 

Gecə solğun işıq saçsa da qəmər, 

Günəş doğan kimi gözlərdən itər. 

 

 

BABASI HAQQINDA 



 

Sənətcə toxucu olmuşdur babam, 

Onun sənətindən almışam ilham. 

Gecələr səmayə baxılsa əgər, 

Pambıq tarlası tək görünər göylər. 

Mənim o pambıqdan olar ipliyim, 

Onunla toxunar canım, iliyim, 

Jan evində əzəl şagirdi durar, 

İplik əyirərək, arqaclar qurar. 

Vəta, Adəm, Xızr və Musa üçün, 

Məna naxışları vuraram hər gün. 

Əgər istəsələr ləbbadə, dəstar, 

Ruhdan toxuyaraq, verrəm yadigar. 

Əgər mən bir paltar düzəltsəm dindən, 

Tikərəm şübhəsiz onu Yasindən. 

Dərin fəzalarda gəzən yolçular, 

Tikərlər həmişə bəzəkli paltar. 

Fikrimin odundan, ilham suyundan, 

Mən də toxuyuram naxışlı dastan. 

Bir möcüz göstərib mənalı sözdən, 

Sudan, oddan paltar toxuyuram mən. 

Layıqdır şerimi göylərdə gərçək 

Üç bacı bağlasın başına ləçək. 

İncəlik yaratmaq istəsəm əgər, 

Bir aləm düzəltmək əlimdən gələr. 

Mələklər başına mən qoyaram tac. 

Eylərəm İsanın dərdinə əlac. 

Özüm tor quraram ipəkqurdu tək, 

Örmüçək kimiyəm, daima işlək, 

Ancaq onun kimi al qan içmərəm, 

Barama qurdu tək halal işlərəm. 

Barama qurdu söz toxusa əgər, 

Özünü ancaq o, mənə bənzədər. 



Örümçək toxuyar naxışlı paltar. 

Lakin o paltarı bir tikan yırtar. 

Etsə də barama qurdu qənaət, 

Gözəllər içində qazanar hörmət. 

Barama qurduyam, örmüçək deyil, 

Mən halal nemətlə yaşayıram, bil! 

Gözəl gəlin kimi barama qurdu, 

Özünə inəkdən bir çadır qurdu. 

Hər kəsin ki, belə gözü, qaşı var, 

Pərdədə yaşamaq ona yaraşar. 

Mənəm, bax, bu günün əziz insanı, 

Mənəm söz toxuyan şair Xaqani; 

Bir guşə içində yaradıb hikmət, 

Edirəm bir neçə sufiylə söhbət. 

Xasların məclisi bəzənsin - deyə 

Sözdən fərş toxuyub etdim hədiyyə. 

 

 

ATASI NƏJJAR ƏLİNİN 



HAQQINDA 

 

Atam nəccar idi, dərs alıb ondan 



Oldum zəmanədə ustad sözyonan, 

Sözün matqabilə çalışaraq, mən, 

Kaman düzəldərəm qövsi-qüzəhdən. 

Ağıl kəməndini atarsam, inan, 

Ayı bir top kimi tutaram, haman, 

İlham tişəsini işlətsəm əgər, 

Yüz tayfa qarşımda qəddini əyər. 

Rəndəmdən çıxaraq, tökülən yonqar, 

Hurinin üzündə bir telə oxşar. 

Musa ağacıdır ağacım tamam, 

Tuba budağından düzəlib taxtam. 

Ağlımın davatı o ağacdandır, 

O taxta mənimçin bir təxti-candır. 

Hürmüs haradadır, hanı o alim? 

Gəlsin ki, təxtini özüm düzəldim. 

Nuh hanı ki, ona verim yadigar, 

Bu memar təbimdən səttarə, pərgar. 

Nə qədər məskənim bu xoş məkandır. 

O Şərvan deyildir, bir xeyrəvandır. 

Təsdiq etməsə də bir neçə naşı, 

Xaqanilə bitmiş söz yonmaq işi. 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə