Xəbər bülleteni №18


Müdafiə naziri Moskvada iki sənəd imzalayıb



Yüklə 0,63 Mb.
səhifə11/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

Müdafiə naziri Moskvada iki sənəd imzalayıb


23.12.2015

Moskva səfərində olan müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də belaruslu həmkarı general-leytenant Andrey Ravkov və Qırğız Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparovila ikitərəfli görüşlər keçirib. Hər iki görüşdə hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planları imzalanıb.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

mn 1

mn 2

Rusiyada KİV-in xaricdən maliyyələşməsini tənzimləyən qanun qəbul olundu


23.12.2015

dumaRusiya Dövlət Duması dekabrın 23-də KİV-in xaricdən maliyyələşməsini tənzimləyən qanun qəbul edib. Novator.az xəbər verir ki, yeni qanun KİV-in üzərinə xarici maliyyə dəstəyi barədə dövləti məlumatlandırmaq öhdəliyi qoyur. Tələbi yerinə yetirməyən KİV-i cərimə gözləyir.

Sənədə əsasən, xarici dövlətdən, beynəlxalq təşkilatdan maliyyələşən redaksiya və ya naşir rübdə bir dəfə, ayın 10-dan gec olmayaraq Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Federal Nəzarət Xidmətinə maliyyə məlumatı verməlidir.

Bu qayda KİV-in reklamdan və öz məhsulunun satışından əldə etdiyi vəsaitə şamil olunmur. Amma nəzarət qurumu xaricdən olan istənilən məbləğdə maliyyələşmə barədə məlumatlandırılmalı, xidmət isə KİV-dən aldığı həmin informasiyanı öz saytında yerləşdirməldir.

Xarici maliyyələşmə haqda vaxtında və ya ümumiyyətlə informasiya təqdim etməyən KİV-in vəzifəli şəxsləri 30-50 min rubl, KİV-in özü isə xaricdən alınan maliyyənin bir və ya iki mislində cərimələnəcək. Qanunu təkrar pozanları daha böyük cərimələr gözləyir.


Karyerada ilk addım”: 11 ayın nəticələri açıqlanıb


23.12.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərini davam etdirir. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, növbəti belə tədbir Bakı Slavyan Universitetində təşkil olunub.

Tədbirdə 9-u dövlət, qalanları özəl sektora məxsus 62 müəssisə 382 boş (vakant) iş yerini tələbə və məzunların seçiminə təqdim edib. Həmin iş yerlərindən 337-si özəl müəssisələrə aid olub. Dövlət Məşğulluq Xidmətinin və universitetin rəhbər şəxsləri aktiv məşğulluq tədbirinin təşkilati vəziyyəti, təqdim olunan boş iş yerləri ilə tanış olub, işəgötürənlərin nümayəndələrinin, tələbə və məzunların belə tədbirlər barədə rəy və təəssüratlarını öyrəniblər.

Tədbirdə işəgötürənlərin nümayəndələri ilə tələbə və məzunlar arasında ilkin əlaqələr qurulub, mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlar verilib. Boş iş yerlərinə göndərişlər verilib, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb. Tələbə və məzunlar gələcəkdə işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər.

Bu il 10 ali təhsil müəssisəsində aktiv məşğulluq tədbirləri keçirilib. Tədbirlər zamanı 370 nəfər boş iş yerlərinə göndərişlər verilib, 128 nəfər əlavə təhsil kurslarına cəlb olunub, 3443 nəfər tələbə və məzundan şəxsi məlumatları qəbul edilib.

karyera tedbiri

5 il həbs 90 min rubl cərimə ilə əvəz olundu


23.12.2015

vladimir chirkinDekabrın 23-də Moskva Hərbi Dairə Məhkəməsi Rusiya Quru Qoşunlarının sabiq komandanı Vladimir Çirkin haqda bu ilin avqustunda çıxarılmış hökmü dəyişib. Novator.az xəbər verir ki, Çirkinə çıxarılmış həbs hökmü 90 min rubl cərimə ilə əvəzlənib.  O, məhkəmə zalından azadlığa buraxılıb. Buna rüşvətxorluq ittihamının dələduzluq ittihamı ilə əvəzlənməsi  imkan yaradıb. Çirkinin general-polkovnik rütbəsi və dövlət mükafatları da qaytarılıb.

Moskva Qarnizonunun Hərbi Məhkəməsi avqustun 14-də Çirkini 5 il azadlıqdan məhrum etmişdi. Çirkin 450 min rubl (7 min dollar) rüşvət almaqda təqsirli bilinmişdi.

Məhkəmənin hökmündə qeyd olunmuşdu ki, Çirkin 2008-ci ildə Moskva Hərbi Dairəsi Qoşunlarının komandan müavini postunu tutarkən Müdafiə Nazirliyinin hesabına birotaqlı mənzil əldə etmək istəyən keçmiş hərbçidən 450 min rubl rüşvət alıb.

Hökmə görə, sabiq komandandan dövlətin xeyrinə 450 min rubl tutulmalı idi. Çirkin general poqonundan və “İgidliyə görə” ordenindən də məhrum edilmişdi.

2013-cü ilin oktyabr ayında istintaqa cəlb olunan Çirkin həmin il dekabrın 2-də Rusiya Quru Qoşunlarının komandanı vəzifəsindən çıxarılıb.

DSMF sədri pensiya islahatları planlarından danışıb


23.12.2015

elman mehdiyevDövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Yap.org.az saytına müsahibəsində pensiya islahatları planlarından danışıb. O deyib ki, Azərbaycanın sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyaların həlqəsi qurulub: “Bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.

Bu sistem qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır. Bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır.

Hədəflərin reallaşdırılması baxımından zəruri islahat tədbirləri sırasında ilk növbədə pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının təyin olunan pensiya məbləğinə mütənasib olmasının gözlənilməsi çıxış edir.

Sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə digər vacib istiqamət bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi məsələsidir.

Göstərilən vəzifələrin kompleks həlli üçün sığorta-pensiya sisteminin fəaliyyət düsturu kimi qəbul edilən pensiya formulunun inkişafın yeni mərhələsinə uyğun tələblər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu həm ayrı-ayrı iştirakçıların təminatı, həm də ümumilikdə sistem üzrə mövcud problemlərin həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni pensiya formulunun tətbiqi ilə birincisi, sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi ilə sistemin yeni maliyyə modeli qurulacaq, ikincisi, qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi minimuma endiriləcək və dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəlikləri fərqləndiriləcək.

Real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın digər əsas istiqamətini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur. Göstərilən köklü islahat tədbirlərinin reallaşdırılması məqsədilə müvafiq normativ hüquqi sənəd layihələrinin hazırlanması işi artıq yekunlaşdırılıb”.

DSMF sədri qeyd edib ki, yığım pensiya planı dövlətin tətbiq etmək istədiyi yeni bazar iqtisadiyyatı alətidir: “Ümumiyyətlə, hər bir institusional inkişaf alətinin tətbiqi üçün beynəlxalq təcrübədə iki yanaşma mövcuddur. Birincisi klassik yanaşmadır ki, bu, ənənəvi bazar iqtisadiyyatı ölkələrinə xasdır. Bu halda dövlət yalnız artıq mövcud olan alətin daha da inkişafı üçün əlverişli mühiti təmin edir və tərəfdaşlarla dialoqda bu inkişafı daha aktiv dəstəkləyir. Bazar iqtisadiyyatına keçid ölkələri üçün isə bunun əksi olan ikinci yanaşma xarakterikdir ki, burada dövlət fəaliyyət planını özü verir, eyni zamanda bu planın aktiv iştirakçısı kimi çıxış edir.

Ölkəmizdə iqtisadi münasibətlərdə yeni bazar iqtisadiyyatı aləti olan yığım pensiya planlarının təşəkkül tapması üçün, təbii ki, ikinci yanaşma həlledici mövqeyini qoruyur. Qeyri-dövlət pensiya fondları ilə yanaşı dövlətin real yığım komponenti ilə məşğul olması məsələsinə daha çox yer ayrılır. Bu səbəbdən ölkədə yığım sığortasının tətbiqi və qeyri-dövlət pensiya fondları barədə qanunlar təklif olunur. Yəni məqsədləri və alətin tətbiqi üçün zəruri olan fəaliyyət planını dövlət təyin edir və bu planın bütövlükdə iqtisadiyyatda reallaşması üçün lokomotiv iştirakçı olma funksiyasını da öz üzərinə götürür. Bu baxımdan istər “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramı”, istərsə də “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası” ilə müəyyənləşdirilən mexanizm təkcə keçid ölkələrində sığorta-pensiya sistemləri üçün deyil, ümumilikdə bütün yeni inkişaf alətlərinin tətbiqi üçün nümunədir.

Məsələ bundadır ki, sistemin işləməsi üçün əsas məqsəd kompleks nəticəyə nail olmaqdır. Ayrı-ayrı iştirakçıların gözlədikləri nəticələr isə yalnız onların öz korporativ mövqeyini ifadə edir. Məsələn, real yığım planı ilə məşğul olacaq özəl fondlar və ya banklar ilk növbədə “uzun pullar” və likvidlik barədə düşünürlər. Sığorta ödəyicilərini isə daha yüksək dividendi əks etdirən pensiya məbləğləri maraqlandırır. Dövlətin məqsədi isə bütün tərəflərin gözlədikləri nəticələri kompleks reallaşdıracaq şəraiti yaratmaqdır. Birincisi, maliyyə bazarı iştirakçılarına davamlı likvidliyi qorumağa imkan verən iqtisadi mühit formalaşdırılmalı, ikincisi, idarəetmədən gələn gəlirlərin pensiya şəklində vətəndaşa çatdırılmasını əks etdirən birbaşa nəticə olmalı, üçüncüsü, uzunmüddətli səmərə hesab olunan ölkənin pensiya sisteminin gələcək maliyyə dayanıqlığı və əvəzetmə əmsalının artımı əldə edilməlidir”.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə