Xəbər bülleteni №18


İlham Əliyevin Əfqanıstana sərmayə təklifləri var



Yüklə 0,63 Mb.
səhifə9/30
tarix17.10.2017
ölçüsü0,63 Mb.
#5151
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

İlham Əliyevin Əfqanıstana sərmayə təklifləri var


23.12.2015

Prezident İlham Əliyev Azərbaycanın dövlət və özəl şirkətlərinin Əfqanıstana investisiya yatırmağa hazır olduğunu bəyan edib. Dekabrın 22-si Bakıda Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə geniş tərkibli görüşdə İlham Əliyev deyib ki, iki ölkənin dostluğu tarixə və birgə maraqlara əsaslanır: “Biz beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq aparırıq, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstəyə görə ölkənizə çox minnətdarıq. Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Buna görə çox minnətdarıq. Biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik. Belə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməliyik”.

Dövlət başçısı həmkarı ilə təkbətək görüşdə dövriyyəni artırmaq və investisiya layihələri paketi üçün çox yaxşı imkanların olduğu barədə müzakirə aparılmasına toxunaraq deyib: “Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənizə investisiya yatırmağa və əməkdaşlığımızın bu iqtisadi komponentini gücləndirməyə hazırdırlar. Bu gün biz həmçinin kommunikasiya ilə bağlı məsələləri, dəmir yolu əlaqələrini müzakirə etdik. İpək Yolunun çatışmayan hissəsini — Azərbaycanla Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq. Ümidvaram ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edəcəyik. Lakin biz artıq Çindən ilk konteyner qatarlarını Azərbaycanda və Azərbaycan ərazisindən keçməsi üçün qəbul etmişik. Biz artıq marşrutu sınaqdan keçiririk. Əlbəttə ki, nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini istəyirik. Həmçinin enerji resursları sahəsində yaxşı imkanlar var”.

Geniş tərkibdə görüşdə iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC-ın məlumatına görə, görüşlərin ardından İlham Əliyevin adından Məhəmməd Əşrəf Qəninin şərəfinə rəsmi nahar verilib.

eshref qeni ile gorush 1

Manatın kursu yenə düşdü (Mərkəzi Bankın rəqəmləri)


23.12.2015

amb 1Azərbaycan manatının ucuzlaşması davam edir. Transparency.az bildirir ki, dekabrın 23-də Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5523 manata satılır (Məzənnə cədvəli).

Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərara əsasən, manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən amillərin təsirinə uyğun olaraq formalaşacaq, Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. İlk gün rəsmi kurs 1 dollara qarşı 1,5500 manat olub. Dekabrın 22-də isə Mərkəzi Bankın rəsmi kursuna əsasən, 1 dollar 1,5511 manata idi.

2015-ci ilin yanvar ayına kimi 1 dollara orta hesabla 0,7844 manat düşürdü. Fevral ayında, ilk devalvasiyaya qədər manatın dollara nisbətdə orta məzənnəsi 0,8605 manat həcmində qərarlaşmış, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilmişdi.

Paytaxtda xoşagəlməz qoxu nədən yaranır?


23.12.2015

ekologiya nazirliyi 1

Dekabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər paytaxtın bəzi yerlərində hiss olunan xoşagəlməz qoxu ilə bağlı açıqlama yayıb. Transparency.az bildirir ki, nazirliyin keçirdiyi monitorinqdə atmosfer havasından nümunələr götürüb və analizlər aparılıb. Analizlərin nəticələrinə görə, atmosfer havasında olan zərərli qaz qarışıqları sanitar norma həddində olub: “Son 3 gündə Bakıda əlverişsiz meteoroloji hava şəraiti ilə bağlı atmosferə atılan tullantıların, qaz qarışıqlarının səpələnməsi passivləşib, bu da əsasən Xətai rayonu, Babək prospekti və Azadlıq meydanı ətrafı ərazilərdə havadan pis qoxunun yayılmasına səbəb olub. Havada insan sağlamlığına zərər verə biləcək qaz qarışıqlarının heç birində artım qeydə alınmayıb”.

Nazirliyin məlumatında bildirilir ki, neft emalından və nəqliyyat vasitələrindən atılan tullantılar pis qoxu ilə müşayiət edilir və gecə saatlarında temperaturun aşağı olması, gündüz isə yüksəlməsi nəticəsində ağır hava aşağı təbəqələrdə sıxılıb qalır: “Məhz bu da qaz qarışıqlarının səpələnməsinə imkan vermir və havada pis qoxunun əmələ gəlməsinə şərait yaradır”.

Sorğu: Rusiya əhalisinin cəmi 12 faizi yaxşı yaşayır


23.12.2015

rusiyaÜmumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin sosial əhvalı ilə bağlı araşdırma aparıb. Novator.az xəbər verir ki, mərkəzin dekabrın 23-də açıqladığı nəticələrə görə, ilin sonuna Rusiya əhalisinin sosial əhvalı xeyli aşağı düşüb. Dekabr ayında Rusiya əhalisi öz maddi vəziyyətini 2009-cu ilin dekabrındakı kimi dəyərləndirib. Araşdırma rusiyalıların gələcəyə nikbin baxmadıqlarını da üzə çıxarıb.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sorğunu 2015-ci ilin 12-13 dekabrında 46 bölgədə 1600 nəfər arasında aparıb. Rusiyalıların 24%-i ailələrinin maddi durumunu bütövlükdə pis, 64%-i orta, 12%-i isə yaxşı kimi qiymətləndirib.

Rusiya əhalisinin sosial nikbinliyi isə ötən illərin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Sosioloqlar bunu iqtisadi böhranla əlaqələndirirlər.

İranla yeni iqtisadi razılaşmalar


23.12.2015

Azərbaycanda 450-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir. Dekabrın 21-i Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının 10-cu iclasında belə deyilib. İclasa dövlət komissiyasının həmsədrləri — iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri qatılıb.

Economy.gov.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, komissiyanın sonuncu toplantısından sonra iki ölkə arasında 50-yə yaxın qarşılıqlı səfər həyata keçirilib, 20-dən çox sənəd imzalanıb. İndiyədək isə iki ölkə arasında 108 sənəd, o cümlədən iqtisadi sahədə 30-dan çox sənədin imzalandığı vurğulanıb. Bildirilib ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 450-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir. İran Azərbaycanda əsas kapitala 760 milyon dollar, qeyri-neft sektoruna isə 145 milyon dollar investisiya yatırıb.

Şahin Mustafayev tədbirdə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi məsələsinə toxunaraq qeyd edib ki, birinci mərhələdə Azərbaycan Astarasından İran sərhədinə kimi 8 kilometrlik dəmir yolu xətti çəkiləcək, uzunluğu 100 metr olan körpü tikiləcək.

Mahmud Vaezi bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək. Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı Culfa gömrük-keçid məntəqəsinin 24 saat fəaliyyət göstərdiyi vurğulanaraq qeyd olunub ki, İran Azərbaycanla olan bütün gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsini istəyir.

Dövlət komissiyası çərçivəsində Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində müzakirələrin aparılması məqsədilə daimi əsasda işçi qruplarının yaradılması barədə razılıq əldə edilib.

İclasda Azərbaycan və İranın Xəzər limanlarının və gəmiçilik şirkətlərinin iştirakı ilə tranzit daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, razılıq əldə olunub. İran məhsullarının Azərbaycan üzərindən dünya bazarına çıxarılmasının mümkünlüyünə dair müzakirələr də aparılıb, iclasın yekunlarına dair protokol imzalanıb.

İran səfərində Şahin Mustafayev iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya, nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axundi ilə görüş keçirib. Azərbaycan nümayəndə heyəti İranın birinci vitse-prezidenti İshaq Cahangiri ilə də bir araya gəlib.



azerbaycan-iran

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə