Xəbər bülleteni №21


Rusiya əhalisinin real gəlirləri 4% azalıb



Yüklə 0,58 Mb.
səhifə11/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

Rusiya əhalisinin real gəlirləri 4% azalıb


25.01.2016

rusiya2015-ci ildə Rusiya əhalisinin real gəlirləri 2014-cü illə müqayisədə 4% aşağı düşüb. Novator.az xəbər verir ki, Federal Statistika Xidmətinin yanvarın 25-də yaydığı hesabatda belə deyilir.

Hesabata görə, ötən ilin dekabrında əhalinin real gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalıb, amma 2015-ci ilin noyabrı ilə müqayisədə 43,4% artıb.

Məlumata əsasən, 2015-ci ildə rusiyalıların adambaşına orta gəliri 2014-cü illə müqayisədə 10,1% artaraq 33 min 311 rubl (382 ABŞ dolları) təşkil edib. Ötən ilin dekabrında isə artım 11,2% təşkil edərək 45 min 212 rubla (570 dollar) çatıb.

2015-ci ildə Rusiyada işçilərin orta aylıq əməkhaqqı 2014-cü illə müqayisədə 4,6% artaraq 33 min 925 rubl (428 dollar) olub. Dekabr ayında isə 2014-cü ilin həmin dövrü ilə müqayisədə 1,6% artım qeydə alınıb və orta aylıq əməkhaqqı 42 min 684 rubla (538 dollar) çatıb.


Mərkəzi Bank bazara 200 milyon dollar çıxardı, 39 milyondan çoxu satıldı


25.01.2016

amb 01Yanvarın 25-də Mərkəzi Bank növbəti valyuta hərracı keçirib. Satışa 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb. Rəsmi məlumata görə, hərracda iştirak edən 19 bankın məcmu tələbi 39,370 milyon ABŞ dolları təşkil etdiyindən sifarişlər 100 faiz təmin olunub.

Daşınmaz əmlakın qeydiyyatı: Azərbaycan 129 ölkə arasında ən yaxşı 20-liyə düşüb


25.01.2016

logoƏmlak Məsələləri Dövlət Komitəsi rəsmi açıqlama yayıb. Transparency.az xəbər verir ki, açıqlamaya görə, Azərbaycan ilk dəfə olaraq əmlak hüquqlarının qorunması indeksinə görə Mülkiyyət Hüquqları Alyansının illik beynəlxalq reytinq cədvəlində yer alıb: “129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında mümkün 10 baldan 9,7 bal toplayaraq dünya üzrə 20-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə ölkə reytinq cədvəlində ən yaxşı 20-lik sırasına daxil edilib”.

Komitə bildirir ki, əmlakın qeydiyyatı sahəsində həyata keçirilən fəaliyyət və tətbiq edilən yeniliklər beynəlxalq aləmdə yüksək qiymətləndirilir: “Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik “Doing Business” hesabatlarında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer alır.

Azərbaycanın əldə etdiyi yüksək beynəlxalq göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi, qeydiyyat müddətlərinin qısaldılması və qeydiyyat sisteminin müasir standartlara çatdırılması sahəsində aparılan işlərin nəticəsidir. Bu sahədə elektron, onlayn və SMS xidmətlərin, “bir pəncərə” prinsipinin, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib, şəffaflıq, rahatlıq və operativliyi daha da artırıb”.

Rusiyada qəzet, kitab və dəftər-qələm 13,5% bahalaşıb


25.01.2016

современный полиграфический комплекс 2015-ci ildə Rusiyada qəzet, kitab və dəftərxana ləvazimatı 2014-cü illə müqayisədə 13,5% bahalaşıb. Novator.az xəbər verir ki, bunu Rusiya Federal Statistika Xidməti açıqlayıb.

Bahalaşma 2014-cü ildəki göstəricidən iki dəfəyədək çoxdur. 2014-cü ildə 2013-cü illə müqayisədə qəzet, kitab və dəftərxana ləvazimatı 7,8% bahalaşmışdı.


Ekspert Mərkəzi Bankı yubanmadan kompensasiya ödəməyə çağırır


25.01.2016

vuqar bayramovMərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, 5000 dollaradək krediti olan müştərilərə borcu əvvəlki məzənnə ilə qaytarmaları üçün müəyyən güzəştlər edilə bilər. O, güzəştin reallaşması üçün 250 milyon dollaradək vəsaitə ehtiyac olduğunu vurğulayıb: “Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir”.

İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankı əhaliyə kompensasiya ödəmək mexanizmini reallaşdırmağa səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert bu addımın bank sektorunu qorumaqla yanaşı hər bir ailəyə dəstək olacağını düşünür: “Mərkəzi Bank ödəniləcək kompensasiyanın cəmi 250 milyon dollar olduğunu desə də, yekun qərar yoxdur. Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu isə o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manata yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları banklara əlavə olaraq 3 milyard 813 milyon manat vəsait ödəməlidir.

Manatı 50 faiz dəyərsizləşdirməklə əhaliyə 4 milyard manata yaxın əlavə xərc yaradan Mərkəzi Bank hətta 250 milyon dolları ödəməyi belə yubadır. Nəinki iqtisadi modellər, hətta adi riyazi hesablamalar da göstərir ki, əhali və biznesin bu xərci qarşılaması mümkün deyil. Mərkəzi Banka ən azı 10 min dollaradək kreditlər üzrə fərqi ödəməsini təklif edirəm.

Kreditlərin dəyər ifadəsi ilə yanaşı borcluların sayının çoxluğu da bank sektorunda “piramida” prinsipinin formalaşdığından xəbər verir. 3 il öncə banklar ödəmə qabiliyyətini yoxlamadan kredit kartları paylayanda və Mərkəzi Bank prosesə müdaxilə etməyəndə bu “köpük”lərin bir gün partlayacağını demişdik. Nəticədə borclananların sayı 2 milyon 532 min 712 nəfərə çatıb. Borclanan fərdi şəxslər 2 milyon 497 min 609, hüquqi şəxslər isə 11 min 241 nəfərdir. Sahibkarlıq subyektlərinin sayı cəmi 23 min 862 iş qurumudur.

Hazırda orta hesabla hər ailədə ən azı bir borclu var. Deməli, Mərkəzi Bankın qərarı hər bir ailəyə təsir edəcək addımdır və ən azı bu baxımdan baş bank kompensasiya mexanizmini tətbiq etməlidir. Problem heç də borclananlarla tamamlanmır. Hazırda Azərbaycanda 1 milyon 205 min 81 zamin var. Yəni orta hesabla hər 4 nəfərdən biri banka borclu, hər 8 nəfərdən biri isə zamindir. Göründüyü kimi, istər borcun dəyəri, istər say ifadəsi göstərir ki, bu gün sadəcə vətəndaşların borc öhdəliyinin azalması deyil, eyni zamanda bank sektorunun qorunması məhz kompensasiya mexanizmindən asılıdır”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb. Hazırda rəsmi kursla 1 dollar 1 manat 60 qəpikdən bahadır.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə