Xəbər bülleteni №21


Dollarda kiçik eniş, avroda yüksəliş



Yüklə 0,58 Mb.
səhifə13/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

Dollarda kiçik eniş, avroda yüksəliş


26.01.2016

euro 1Yanvarın 26-da Mərkəzi Bank manatın dollara məzənnəsini bir qədər yüksəldib. Transparency.az bildirir ki, rəsmi kursla 100 dollar 160 manat 52 qəpiyə satılır.

100 avronun rəsmi qiyməti isə ötən günlə müqayisədə 173 manat 56 qəpikdən 174 manat 18 qəpiyə qalxıb (Tam siyahı).

Mərkəzi Bank monetar göstəriciləri də açıqlayıb. Açıqlamaya görə, rəsmi valyuta ehtiyatları 5 milyard 16,7 milyon dollar, pul bazası 6 milyard 901,8 milyon manatdır.

Müdafiə sənayesi naziri illik hesabat verib


26.01.2016

yaver camalov
Müdafiə Sənayesi Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən nazir Yavər Camalov qeyd edib ki, 2015-ci ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb: “Nazirliyin müəssisələrində yaradılma üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilib. 7 mövzu üzrə təcrübi-konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib, silahlanmaya tövsiyə olunaraq seriyalı istehsalı təşkil olunub. Ümumilikdə mövzular üzrə 45 mərhələ tam yerinə yetirilib.

Ötən ildə gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılıb və seriyalı istehsalı təmin edilib. NATO standartlarına uyğun xüsusi təyinatlı snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və sair məmulatların təcrübi-konstruktor işləri davam etdirilib.

2015-ci ildə ümumi məhsul istehsalının həcmi 2010-cu illə müqayisədə 3,1 dəfə, müdafiə təyinatlı məmulatların istehsal həcmi isə 2,3 dəfə artıb.

Mülki məmulatların istehsalında illik proqnoza 106,1 faiz əməl olunub. İstehsalı mənimsənilmiş mülki məhsullardan əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və sairi göstərmək olar”.


Nazirlik sosial müdafiə sərəncam və fərmanları ilə bağlı arayış yayıb


26.01.2016

emek nazirliyi 01Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin sosial müdafiə sahəsinə aid yeni sərəncam və fərmanlarını şərh edib. Transparency.az-a göndərilən arayışda qeyd olunur ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 110 manata qalxır, bu sərəncam ümumilikdə 447 nəfər şəxsi əhatə edir. Artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 49,2 min manat əlavə vəsait ayrılacaq.

Dövlət başçısının imzaladığı digər sənədə əsasən, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq fevralın 1-dən 66 manata çatdırılır. Fərmanın əhatə etdiyi şəxslərin sayı 18 525 nəfərdir. Qeyd olunan artım üçün dövlət büdcəsindən ilin sonunadək 1,2 milyon manat əlavə vəsait xərclənəcək.

Başqa fərmanla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği fevralın 1-dən 10 faiz artırılır. Bu aylıq sosial müavinətlər peşə əmək qabiliyyəti 29 faizədək itirildiyi halda 33 manat, 30 faizdən 59 faizədək itirildiyi halda 44 manat, 60 faizdən 79 faizədək itirildiyi halda 55 manat, 80 faiz və daha çox itirildiyi halda isə 66 manat, işçi həlak olduqda isə 77 manat müəyyən edilib. Bu artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 47,6 min manat əlavə vəsait ayrılacaq.

Rövşən Ağayev Samir Şərifovdan nə gözləyirmiş?


26.01.2016

rovshan agayev yeni 01İqtisadçı Rövşən Ağayev maliyyə naziri Samir Şərifovun ANS televiziyasına yanvarın 24-də verdiyimüsahibə ilə bağlı rəy açıqlayıb. Transparency.az-ın məlumatına görə, ekspert yazır ki, nazir ölkənin hazırkı durumundan, mövcud problemlərdən bəhs edərkən böhran vəziyyətində reallaşacaq proqramları sadalamalı idi: “Həmin müsahibədən hər kəsin mümkün dəstək proqramları, sosial paketin həcmi və çeşidi, məvacib haqda eşitmək istədikləri vardı. Büdcə sahəsində davamlı tədqiqatlar aparan şəxs kimi həmin çıxışdan bunları gözləyirdim:

1) İctimai vəsaitlərin dövlət siyasətinin prioritetlərinə uyğun maksimum effektiv və şəffaf xərclənməsi üçün hansı real planlar və mexanizmlər var, hüquqi bazada nələri dəyişmək zəruridir?

2) Hökumət strateji, iqtisadi və büdcə planlaşdırması arasında əlaqəni təmin etmək üçün yeni çağırışlara uyğun nələri düşünür?

3) Büdcəyə sərəncam verən təşkilatların xərclədikləri vəsaitə uyğun dəqiq və ölçülə bilən nəticələr əldə etməsi üçün hansı mexanizmlərin işlənməsi planlanır?

4) Dövlət xidmətlərinin keyfiyyətini və hökumət proqramlarının nəticələrini analiz etməklə dövlət orqanlarının fəaliyyətinin effektivliyini qiymətləndirməyə imkan verən kompleks göstəricilərin tətbiqi ilə bağlı hansı planlar var?

5) Hökumət büdcə xərclərindən səmərəli və qənaətli istifadəni təmin etmək üçün büdcə subsidiyalaşdırma mexanizmlərində, mənzil-kommunal və nəqliyyat sektorunun menecmentinin bazar prinsiplərinə uyğunlaşdırılması istiqamətində hansı real mexanizmlər müəyyənləşdirib?

6) Büdcə şəffaflığının artırılması, büdcə üzərində parlament nəzarəti və ictimai nəzarət mexanizmlərinin effektivliyini yüksəltmək üçün hansı real planlar var?

İndiki böhran şəraitinin maliyyə naziri bu mövzulara toxunmalıdır”.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə