Xəbər bülleteni №21


Daha iki bankın lisenziyası ləğv olundu



Yüklə 0,58 Mb.
səhifə21/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

Daha iki bankın lisenziyası ləğv olundu


27.01.2016

amb 1Yanvarın 27-də Mərkəzi Bankın İdarə Heyəti daha iki bankın lisenziyasını ləğv edib. Bunlar “Qafqaz İnkişaf Bankı” və “Atrabank”dır.

Mərkəzi Bankın yaydığı məlumatda deyilir ki, bu banklar məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməyib, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməyib.

“Banklar haqqında” qanuna uyğun olaraq lisenziyaları ləğv edildikdən sonra sözügedən banklara müvəqqəti inzibatçı təyin olunub.

Mərkəzi Bankı bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv banklardır və fond əhalinin qorunan əmanətləri üzrə kompensasiyaların ödənişini həyata keçirəcək.


Pambıq kimi… ağır məsələ


27.01.2016

rovshen_agayevMaliyyə naziri Samir Şərifov APA-ya açıqlamasında deyib ki, ölkədə fəaliyyətini dayandıran pambıqtəmizləmə zavodlarının səmərəli fəaliyyət göstərməsi üçün məsələyə yenidən baxılmalıdır: “Pambıqçılıq Azərbaycan üçün vacib sahədir və ölkə emalın daha üst pillələrinə çıxmalıdır. Bu sahənin inkişafı üçün imkanlarımız var. Fəaliyyətsiz olan pambıqtəmizləmə zavodlarının işinə yenidən baxmalı, regionlarda pambıqçılığa dəstək verməliyik. Elə məhsul istehsal etməliyik ki, həm ölkə daxilində tələbatı ödəyək, həm də xaricə yüksək qiymətə sata bilək”.

Transparency.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan iqtisadçı ekspert Rövşən Ağayev pambığın ölkəyə valyuta gətirə biləcək məhsul olduğunu vurğulayaraq hökuməti bu sahədə səhv siyasət qurmaqda qınayıb: “Niyə ötən əsrin 90-cı illərində ölkənin pambıqtəmizləmə zavodları bir nəfərin inhisarına keçdi, bu sahəyə sərmayə qoymaq istəyənlərin hamısı didərgin salındı? Niyə neft baha olanda pambıqçılığın çökməsi heç kimi narahat etmədi? Rəsmi statistikaya görə, 2005-ci ildə ölkədə 112 min 500 hektar pambıq əkini sahəsi vardı. Həmin il Ceyhan limanından ilk neft tankerinin yola salınması ilə böyük neft pullarının ölkəyə gəlməsi başlayıb. 2014-cü ildə Azərbaycan üçün böyük neft pulları erası başa çatıb. Pambıq əkin sahəsi isə ötən 10 ildə 5 dəfə azalaraq 23 min hektara enib. Halbuki dünya bazarında 1 ton pambıq lifinin qiyməti 2600 manat, 1560 ABŞ dollarıdır”.

Ekspert pambıqçılıqla məşğul olan fermerlərin əməyini ədalətli qiymətləndirməyi vacib sayır: “2014-cü ilin payızında pambığın dünya bazar qiymətləri 1900 dollara yaxın olanda fermerlərimiz hər tonu cəmi 380 manata, 500 ABŞ dollarına sata bilmişdi. Problem bununla bitmir. Pambıq zavodları fermerdən pambığın çiyidlə birlikdə hər tonunu cəmi 500 dollara alırdı. Halbuki cüzi xərclə pambığı çiyiddən təmizləyir, çiyiddən çeşidli məhsullar əldə etmək imkanı qazanırlar. Çiyidin qabığını yem kimi heyvandarlıq təsərrüfatlarına, qabığı təmizlənmiş hissələrini isə yemək yağları və tikintidə istifadə edilən lak məmulatı istehsalçılarına satırlar. Məlumata görə, zavodlar 1 ton pambıq lifindən qazandıqları qədər də çiyiddən gəlir götürürlər. Nəticədə son gəlirdən 85% zavodlara, 15% isə 7-8 ay dayanmadan onu becərənə çatır.

Beynəlxalq tədqiqatlardakı yanaşmaya görə, ərzaq məhsulunun son dəyərində fermerin gəliri 40%-dən az olmamalıdır. Əks halda gəlir dəyər zəncirində iştirak edən istehsalçılar arasında ədalətsiz bölünəcək, ən ağır zəhməti çəkən fermerin qazancını emalçı mənimsəyəcək. İndi zavodlar pambıq lifindən və çiyiddən ümumilikdə 2600-2700 dollar qazanırsa, bunun niyə ən azı üçdə biri onu becərən fermerə çatmamlıdır?”


Dövlət Baytarlıq Nəzarəti Xidmətində cəzalar


27.01.2016

ktn
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 2015-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiyanın qərarına əsasən, işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər baytarlıq idarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatında deyilir ki, 2 rayon baytarlıq idarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 rayon və 1 şəhər baytarlıq idarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar vəzifələrimi icra edə bilmədiklərinə görə əmək müqaviləsinə xitam verilib, 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər baytarlıq idarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon baytarlıq idarəsinin rəisinə töhmət elan edilib.


İki səfir geri çağırıldı, üç yeni təyinat oldu


28.01.2016

prezident-ferman
Prezident İlham Əliyev Azərbaycanın diplomatik korpusu ilə bağlı sərəncamlar imzalayıb. Transparency.az xəbər verir ki, dövlət başçısı Vaqif İsmayıl oğlu Sadıqovu BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə, Tural Anar oğlu Rzayevi Misirdə, Elxan Cahangir oğlu Qəhrəmanovu Küveytdə fövqəladə və səlahiyyətli səfir təyin edib.

Digər sərəncamlarla İlqar Yusif oğlu Muxtarov Meksika və eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama, Peru və Hondurasda, Elman Hidayət oğlu Zeynalov Latviyada fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılıb.


Manatın 28 yanvar məzənnəsi


28.01.2016

mezenne 1Mərkəzi Bank Azərbaycan manatının xarici valyutalara məzənnəsini açıqlayıb. Transparency.az-ın məlumatına görə, yanvarın 28-də 1 ABŞ dolları 1,6028, 1 avro 1,7445 manata satılır. Yanvarın 27-si ilə müqayisədə 100 dollar 160 manat 50 qəpikdən  160 manat 28 qəpiyə düşüb. 100 avro isə ötən günlə (174 manat 32 qəpik) müqayisədə 13 qəpik bahalaşıb.

Manat daha bir neçə valyuta qarşısında ucuzdur. 1 Avstraliya dolları 1,1293, 1 İsveçrə frankı 1,5755, 1 Kanada dolları 1,1359, 1 Küveyt dinarı 5,2737, 1 Sinqapur dolları 1,1214, 1 Yeni Zelandiya dolları 1,0333 manata təklif olunur.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə