Xəbər bülleteni №21


Azərbaycan nefti 51 sent bahalaşıb



Yüklə 0,58 Mb.
səhifə22/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

Azərbaycan nefti 51 sent bahalaşıb


28.01.2016

neft 01“AzəriLayt” markalı neftin bir barreli dünya bazarında 51 sent bahalaşıb və 34,39 dollara satılır. Xəbəri yanvarın 28-də AZƏRTAC yayıb.

Agentliyin məlumatına görə, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 13 sent bahalaşaraq 31,85 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 75 sent artaraq 32,73 dollar olub.

Bu arada Dünya Bankı 2016-ci il üzrə xam neftin qiyməti ilə bağlı proqnozunu 51 dollar/barreldən 37 dollar/barrelə salıb. Dünya Bankının hesabatında bildirilir ki, 2015-ci ildə 47 faiz ucuzlaşan neft 2016-cı ildə daha 27 faiz dəyər itirəcək.

Vergilər Nazirliyi korrupsiya şikayətlərinin 80,4%-ni əsassız sayıb


28.01.2016

vn 1
Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılması ilə bağlı müşavirə keçirilib. Taxes.gov.az-ın məlumatına görə, vergilər nazirinin müavini Sahib Ələkbərov müşavirədə vergi orqanlarına daxil olan müraciətlərin statistikasına toxunub. O deyib ki, 2014-cü illə müqayisədə keçən il müraciətlərin sayında azalma olub: “Lakin vətəndaş müraciətlərinin araşdırılaraq qanuna müvafiq tədbirlər görülməsi müraciətlərin sayından daha vacib əhəmiyyət daşıyır. Əvvəlki illərdə rast gəlinən ən böyük problemlərdən biri müraciətlərə vaxtında baxılmaması, süründürməçilik hallarına yol verilməsi idi, 2015-ci ildə bu hal tamamilə aradan qaldırılıb.

Vergilər nazirinin əmri ilə ötən il nazirliyin strukturunda icraya nəzarət şöbəsi yaradılıb, vətəndaş müraciətlərinin qəbulu, sənədlərə baxılması işinin daha da təkmilləşdirilməsi məqsədilə xüsusi proqramlar hazırlanıb”.

Müşavirədə çıxış edən Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov qeyd edib ki, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) sənədlərin icrası, vətəndaş müraciətlərinə baxılması proseslərini əvvəldən axıradək izləməyə imkan verən dəqiq və kifayət qədər təkmil nəzarət sistemi yaradılıb: “Vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar dövlət vergi orqanlarında ən son texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi qəbul otaqları var. Şikayət xarakterli qəbullar zamanı vətəndaşa əvvəlcədən xəbərdarlıq edilməklə videoçəkiliş həyata keçirilir və bu materiallar xüsusi kodlar altında vətəndaşların qəbulu şöbəsində arxivləşdirilir. Mübahisəli məqamları aydınlaşdırmaq, şəffaflığı təmin etmək, hadisəni düzgün qiymətləndirmək üçün həmin videomateriallardan istifadə olunur.

Vergi orqanlarına müraciət etmək imkanlarının və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Vergilər nazirinə onlayn müraciət”, “Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi”, “Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi”, “Vergi Apelyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi” imkanları yaradılıb.

Vergilər nazirinin elektron poçt ünvanına daxil olmuş müraciətlərə baxılmasının operativliyini və keyfiyyətini artırmaq, onların mümkün qədər qısa zamanda cavablandırılmasını təmin etmək məqsədilə nazirlikdə xüsusi komissiya da yaradılıb”.

Aparat rəhbərinin müavini Elçin Namazlı tədbir iştirakçılarını 2015-ci ildə vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə tanış edib. Qeyd olunub ki, ötən il ərzində vergi orqanlarına ümumilikdə 95996 vətəndaş müraciəti daxil olub, bu da 2014-cü illə müqayisədə 7% azdır: “Baxılmış müraciətlərdən 70,1%-i müsbət həll edilib, 22,3%-i barədə müvafiq izahatlar verilib, 4%-i əsassız sayılıb, 0,6%-i qismən həll olunub, 0,5%-i aidiyyəti üzrə göndərilib, 2,5%-i isə icradadır”.

Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Şahin Səfərov korrupsiya ilə bağlı hüquqpozmalara toxunaraq bildirib ki, 2015-ci ildə vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətləri barədə 626 şikayət daxil olub: “233-ü eyni, 47-si isə təkrar olduğundan şikayətlərin faktiki sayı 346-dır. Şikayətlərdən 33,5%-i operativ vergi nəzarəti, 11%-i vergi auditi, 3,5%-i vergi ödəyicilərinə xidmət, qalanları isə digər məsələlərlə bağlı olub. 346 faktiki şikayətin hamısına bilavasitə müraciət müəlliflərinin iştirakı ilə baxılıb. Onlardan 15%-i tam və ya qismən təsdiqini tapıb, 4,6%-i ilə bağlı qanuna müvafiq izahatlar verilib, 80,4%-i isə əsassız sayılıb”.

Peşə hazırlığına cəlb edilənlər: illik hesabat açıqlanıb


28.01.2016

emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-ci ildə əvvəlki illə müqayisədə 58,5 faiz çox, 582 nəfər əlilliyi olan şəxsi müxtəlif peşələr üzrə hazırlıq kurslarına cəlb edib. Transparency.az-a verilən rəsmi məlumata görə, əlilliyi olan şəxslərdən 378 nəfəri Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin olunurlar.

Digər 204 nəfər əlilliyi olan şəxs isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Əlilliyi olan şəxslər peşə hazırlığı kurslarını bitirdikdən sonra onlara bu barədə sertifikatlar verilib və məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb.

Ümumilikdə ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin sayı 4147 nəfər olub.

Bunu xalqın “etirazı” kimi qələmə vermək çox qüsurlu yanaşmadır”


28.01.2016

eli hesenov 1Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC, APA və “Trend” agentliklərinə müsahibə verib. Devalvasiyadan sonra yaranmış vəziyyətə, yanvarın 12-dən başlayaraq ölkənin müxtəlif rayonlarında etiraz aksiyalarına toxunan Əli Həsənov deyib: “Bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olub. Politoloji dillə ifadə etsək, bunu müəyyən qüvvələrin “cəmiyyətin nəbzini yoxlaması” kimi də xarakterizə etmək olar. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya “xalq hakimiyyətin siyasətindən narazıdır” və buna görə də öz “etirazını bildirir”.

Əslində isə həmin “aksiyalarda” azsaylı insanlar iştirak edib və çoxu da müxalifət partiyalarının üzvləri və fəalları olub. İstisna deyil ki, bu “aksiyalara” devalvasiyanın psixoloji təsirinə məruz qalmış bəzi sadə insanlar da qoşulublar. Ancaq bunu xalqın “narazılığı”, “etirazı” kimi qələmə vermək yanlış və çox qüsurlu yanaşmadır. Çünki devalvasiyanın mənfi təzahürlərinin aradan qaldırılması üçün hökumətin dərhal həyata keçirdiyi genişmiqyaslı qabaqlayıcı tədbirlər geniş narahatlığa səbəb ola biləcək bütün ssenariləri istisna etdi.

Bir məsələni də xüsusi diqqətə çatdırmaq istərdim. İnandırıcı deyil ki, dünyanın hansısa ölkəsi son 10 ildə Azərbaycanın əldə etdiyi uğurları ortaya qoya bilsin. Bunu da bütün xalq görür, öz liderinə inandığını, onu dəstəklədiyini, mövcud inkişafı, sabitliyi, əmin-amanlığı, quruculuğu hər şeydən yüksək qiymətləndirdiyini və kimlərinsə qurmaq istədiyi məkrli oyunları rədd etməklə konkret mövqeyini açıq nümayiş etdirir”.

Prezidentin köməkçisi əlavə edib ki, uzun illərdir Azərbaycan xalqı sabitlik, əmin-amanlıq içində yaşayır, cəmiyyətdə heç bir kataklizm, kəskin neqativ dəyişiklik baş verməyib və bunun üçün zəmin də mövcud deyil: “Düşünürəm ki, insanlar ilk günlərdə neftin qiymətinin aşağı düşməsini və devalvasiyanı hansısa neqativ prosesin başlanğıcı kimi qəbul etdi və daha çox psixoloji amillərin təsiri altına düşdülər. Belə hallarda bir qayda olaraq kütlə psixologiyası üzə çıxır. Cəmiyyət başqa ölkələrdə baş verən ağrılı siyasi, iqtisadi və sosial proseslərin Azərbaycanda təkrar olunmasını istəmir. Üstəlik, daxildən və xaricdən bəzi qüvvələr bədbin ssenarilər cızmağa və bunu ictimai rəyə təlqin etməyə çalışdılar. Lakin bir tərəfdən hakimiyyətin çevik reaksiyası, digər tərəfdən də sağlam medianın fəallığı, aparılan təbliğat işi öz təsirini göstərdi. Hazırda cəmiyyətdə heç bir gərginlik və pessimist əhval-ruhiyyə müşahidə olunmur”.

Əli Həsənov qeyd edib ki, münaqişə zonasında baş vermiş insidentlərdən tutmuş hər hansı lokal bir hadisəyə kimi Azərbaycanda hər bir kiçik məsələ ilə bağlı xüsusilə internet mediasında müxtəlif şayiələr, qeyri-obyektiv, hətta təxribatçı materiallar yayılır: “Bunun əsas mənbəyi kimi də sosial şəbəkələr çıxış edir. Təəssüf ki, bir çox hallarda internet mediası sosial şəbəkələrdə yayılan bu tipli fərdi məlumatları yoxlamadan tirajlamağa başlayır və ictimai rəyi çaşdırır. Bununla yanaşı bəzi internet saytları ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə, xüsusi həssaslıq tələb edən hallarda sanki düşmən mövqeyi tuturlar. Uzağa getmək lazım deyil, elə devalvasiyadan sonra bəzi saytlar Azərbaycanda “xalq etirazının” başlandığını, xarici “ekspertlərə” istinadən Azərbaycanın bu vəziyyətdən çıxa bilməyəcəyini iddia etdilər. Bir sıra hallarda isə dolların kursunun astronomik səviyyəyə qalxacağını, xarici şirkətlərin Azərbaycanı artıq tərk etdiyi, investisiya siyasətinin iflasa uğradığı kimi əsassız fikirlərlə çıxış etdilər. Bu, dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyidir və yolverilməz haldır. Ola bilər ki, belə hallara yol verilməməsi üçün həm qanunvericilik qaydasında, həm də praktiki sahədə bir sıra addımlar atılsın”.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə