Xəbər bülleteni №21


Natiq Cəfərli beynəlxalq təşkilatları Azərbaycana şərt qoymağa çağırır



Yüklə 0,58 Mb.
səhifə24/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   20   21   22   23   24   25   26   27   28

Natiq Cəfərli beynəlxalq təşkilatları Azərbaycana şərt qoymağa çağırır


28.01.2016

natiq ceferliİqtisadçı ekspert Natiq Cəfərli beynəlxalq təşkilatları Azərbaycana ciddi şərtlər əsasında borc verməyə çağırır.

Mediada yer alan məlumata görə, Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

Transparency.az xəbər verir ki, bu barədə şərh yayan Natiq Cəfərli indiki şəraitdə böyük borca getməyi ölkənin gələcəyi üçün təhlükəli hesab etdiyini vurğulayır: “Ölkənin gəlirləri ciddi azalır, hökumət isə heç bir ciddi islahat aparmır, vəziyyətdən çıxmaq üçün təhlükəli olan borclanma yolunu tutur. Azərbaycanın ümumilikdə 21 milyard dollardan çox borcu var: 7,5 milyard dövlət borcu, 8,5 milyard dövlət zəmanəti ilə şirkətlərin borcu, 5,7 milyard isə bank sektorunun borcu. Bu isə ümumi daxili məhsulun 60 faizindən çoxdur. Borcun artması ölkənin gələcəyi üçün təhdiddir, indiki qeyri-effektiv sistemdə borclar da böyük neft pulları kimi qeyri-şəffaf xərclənəcək, iqtisadiyyata ciddi dəstək olmayacaq. İndiki sistem daxilində borclanmağa getmək ölkənin, vətəndaşların gələcəyini yeyib-bitirmək deməkdir.

Borc təklif edən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ciddi şərtlər qoymalı, əvvəlki tək ölkəyə 3-cü sort kimi baxmamalıdırlar. Şəffaf idarəçilik, kiçik və çevik hökumət, azad məhkəmə, vətəndaş nəzarətinin güclənməsi, azad media, Dünya Ticarət Təşkilatına üzvlük olmadan borc verilsə, deməli, həmin təşkilatlar da korrupsiyaya bulaşmış beynəlxalq nəhənglərdir”.


Hansı ölkənin xarici borcu daha çoxdur?


28.01.2016

borc 1Hansı ölkənin xarici borcu ümumi daxili məhsul baxımından daha çoxdur? Transparency.az bildirir ki, 2015-ci ildə ilk 10 ölkənin siyahısına Yaponiya başçılıq edib. Bu ölkənin xarici borcu ümumi daxili məhsulun 245,9%-nə bərabər olub. Yunanıstan 196,95%-lə ikinci, Eritreya 137,6%-lə üçüncü sırada gəlib.

İlk onluqda bu ölkələr də yer alıb:

İtaliya – 133,11%

Livan – 132,4%

Portuqaliya – 127,8%

Yamayka – 124,84%

Kabo Verde – 124,68%

Butan – 115,89%

Qambiya – 107,71%.

Xarici borcu az olan ölkələrin 2015-ci il siyahısında isə ilk yeri Honkonqa tutub. Ölkənin xarici borcu ümumi daxili məhsulun 0,06%-ni təşkil edib. İkinci yerdə Bruney Sultanlığı (3,17%), üçüncü yerdə Səudiyyə Ərəbistanı (6,72%) dayanıb.

İlk onluğa keçmiş SSRİ məkanından iki ölkə də daxildir: Estoniyanın xarici borcu ümumi daxili məhsulun 10,76%-nə, Özbəkistanınkı 11,59%-nə bərabərdir.

Avropa Məhkəməsi müraciət və qərar statistikası yayıb


28.01.2016

avropa mehkemesiAvropa İnsan Hüquqları Məhkəməsi 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, məruzədə bildirilir ki, ötən il məhkəməyə ümumilikdə 64 min 850 şikayət daxil olub.

Məlumata əsasən, Avropa İnsan Hüquqları Məhkəməsinə ən çox Ukraynadan (13 min 850 şikayət və ya ümumi şikayətlərin 21,4%-i) üz tutublar. İlk beşlikdə ardıcıllıqla Rusiya – 9 min 200 şikayət (ümumi şikayətlərin 14,2%-i), Türkiyə – 8 min 450 şikayət (13%), İtaliya – 7 min 550 şikayət (11,6%) və Macarıstan – 4 min 600 şikayət (7,1%) gəlir.

Məhkəmə ötən il Avropa İnsan Hüquqları Konvensiyasının pozuntusu ilə bağlı Rusiya üzrə 109, Türkiyə üzrə 79, Rumıniya üzrə 72, Ukrayna üzrə 50, Yunanıstan üzrə 43, Macarıstan üzrə 42 qərar çıxarıb.

Mərkəzi Bank valyuta bazarına 113 milyon dollardan çox vəsait çıxardı


28.01.2016

merkezi bank
Yanvarın 28-i Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. Rəsmi məlumata görə, bu gün 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 7 bankın məcmu tələbi 113,260 milyon ABŞ dolları olub, sifarişlər 100 faiz təmin edilib.

Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 5 milyard 16,7 milyon dollar göstərilir. Bu rəqəm ötən ilin son hesabatına əsaslanır.


Maliyyə naziri beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə görüşüb


28.01.2016

Yanvarın 28-də maliyyə naziri Samir Şərifov ölkəyə səfər edən Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) nümayəndələrindən ibarət geniş tərkibli missiya ilə görüş keçirib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə neftin qiymətinin kəskin azalmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri müzakirə edilib, Azərbaycan hökumətinin həyata keçirdiyi əks tədbirlər, ölkənin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağırışlar, habelə BVF və digər qurumlardan texniki yardımın göstərilməsi ilə bağlı məsləhətləşmələr aparılıb.

Ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğu nəzərə alınaraq danışıqlarda əsasən Azərbaycan hökumətinin həyata keçirəcəyi struktur islahatlarının əhatə dairəsi və verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılıb, bununla əlaqədar Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunub.

APA-Economics-in məlumatına görə, Samir Şərifov bu gün keçirilən mətbuat konfransında deyib ki, Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından ümumilikdə 4 milyard dollarlıq təcili yardım paketi almasından söhbət gedə bilməz: “Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru üzrə vacib qərarlar çıxarılır. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz”.

“Financial Times” qəzeti məlumat yayaraq iddia edib ki, Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması üçün danışıqlar aparır.



gorush

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə