Xəbər bülleteni №21


“Lukoyl” rəhbəri neftin 60 dollar olacağını düşünür



Yüklə 0,58 Mb.
səhifə27/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   20   21   22   23   24   25   26   27   28

Lukoyl” rəhbəri neftin 60 dollar olacağını düşünür


29.01.2016

vahid alekperovRusiyanın “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov dünya bazarında neftin qiymətinin artacağını düşünür. Novator.az-ın məlumatına görə, Vahid Ələkbərov Avstriyanın “Format” qəzetinə müsahibəsində deyib ki, ilin sonunadək neftin bir barrelinin qiyməti 60 ABŞ dolları ola bilər.

O deyib ki, “Lukoyl” 2015-ci il üçün dividendlərə 2 milyard 160 milyon dollar ödəməyi planlaşdırır. Şirkət rəhbəri 2015-ci ildə “Lukoyl”un maliyyə vəziyyətinin sabit qaldığını, azacıq mənfəət olduğunu da vurğulayıb.

Neft son iki ildə 80 dollardan çox dəyər itirib. 2014-cü ilin mart ayında neftin bir barreli 114 dollardan baha olub. 2015-ci ilin yanvarında qiymət 57,34 dollara düşüb. Hazırda isə Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 33,75 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 34,67 dollardır. “AzəriLayt” markalı neftin bir barreli isə 35,98 dollara satılır.

ADR Hərəkatı 8 istiqamətdə 64 addım təklif edir


29.01.2016

qubad ibadoglu 1Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı böhran əleyhinə tədbirlər paketi hazırlayıb. Transparency.az xəbər verir ki, plan haqqında açıqlama yayan təşkilat rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, “8 istiqamətdə 64 addım” 3 il üçün Azərbaycanın iqtisadi və sosial siyasətinin əsas istiqamətlərini müəyyən edir: “Paket hazırlanarkən hazırda qərarlaşan tendensiyalar və dünya bazarında konyunktur dəyişikliklərinin təsirləri qiymətləndirilib, mövcud və perspektiv resurslar nəzərdən keçirilib, bazar iqtisadiyyatının təşəkkül tapdığı mütərəqqi dünya təcrübəsi əsas götürülüb. Bu tədbirlərin yerinə yetirilməsi növbəti 1 ildə bazar infrastrukturunun formalaşdırılması yolu ilə milli iqtisadiyyatın sağlamlaşdırılmasına, sonrakı ildə bazar institutlarının təşəkkülünə və məhsuldar fəaliyyətinə, sonuncu ildə davamlı iqtisadi inkişaf və sosial rifaha təminat verir.

2016-cı il Azərbaycan üçün sosial-iqtisadi baxımından daha çətin il hesab olunduğundan, eləcə də iqtisadiyyatda dönüş üçün həlledici il sayıldığından paketdə daha çox tədbir cari ilə görə planlaşdırılıb”.

Ekspert tədbirlər paketinin ölkədə hansı problemləri əsas götürülərək hazırlandığını sadalayıb:

- İnhisarçılığın daxili bazarda hökmran mövqe tutması səbəbindən istehsal olunan yerli məhsulların, göstərilən xidmətlərin keyfiyyətinin aşağı olması, müasir standartlardan geri qalması səbəbindən qeyri-neft ixracat potensialının zəifliyi;

- Azad sahibkarlıq fəaliyyətinə tənzimləyici və nəzarətedici dövlət orqanlarının haqsız və yersiz müdaxilələrinə, onlara səmərəli maliyyə-kredit xidmətlərinin göstərilməməsinə görə işgüzar fəallığın aşağı düşməsi;

- Dövlət sifarişləri üzrə satınalmaların, tenderlərin qeyri-şəffaf, korrupsiya mənbəyi olması ucbatından qiyməti şişirdilərək keyfiyyətsiz icra olunan infrastruktur layihələrinə ayrılan xərclərin səmərəsizliyi;

- Əlavə maliyyə qaynaqlarının məhdudluğu və valyuta bazarında tarazlığın pozulması səbəbindən milli valyutanın dəyərdən düşməsi;

- Əhalinin gəlirlərinin dəyərsizləşməsi və alıcılıq qabiliyyətini itirməsi, iş yerlərinin bağlanması, istehlak qiymətlərinin artması səbəbindən sosial vəziyyətin pisləşməsi.

Qubad İbadoğlunun təqdim etdiyi paketdə bu istiqamətdə təkliflər yer alıb:

- Hədəfi çevik və açıq hökumət olan idarəetmədə struktur islahatları;

- Hədəfi iqtisadi münasibətləri tənzimləmək olan institutsional islahatlar;

- Hədəfi aşağı inflyasiya və dayanıqlı milli valyuta olan pul-kredit və bank islahatları;

- Hədəfi tarazlı və səmərəli büdcə sistemi olan vergi-tarif və fiskal islahatlar;

- Hədəfi yeni iş yerlərinin yaradılması olan sərbəst qiymətqoyma, açıq ticarət və ədalətli rəqabət üzərində qurulan sahibkarlıq islahatları;

- Hədəfi regionların tarazlı inkişafı və milli iqtisadiyyatın modernləşdirilməsi olan aqrar və sənaye-struktur islahatları;

- Hədəfi firavan və təminatlı cəmiyyət olan sosial reabilitasiya və inkişaf islahatları;

- Hədəfi Azərbaycanın dünyada və regionda maraqlarına toxunan prosesləri aktiv və səmərəli sürətdə tənzimləyən milli iqtisadi təhlükəsizlik islahatları.

Ekspert tədbirlər paketinin rəhbərlik etdiyi təşkilatın Ali Məclisində qəbul ediləndən sonra Azərbaycan prezidentinə, baş nazirinə, prezidentin islahatlar üzrə köməkçisinə göndəriləcəyini deyib.


Fevralda hava


29.01.2016

qar 2Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevralın hava proqnozunu açıqlayıb. Məlumata görə, fevralda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimalı var.

Orta aylıq temperatur belə proqnozlaşdırılır:

Bakıda və Abşeron yarımadasında 4-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti);

Naxçıvan Muxtar Respublikasında 1-5 dərəcə isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 10-15, dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 11-16 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 3-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 1-4 dərəcə isti (gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 8-13, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 4-6 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 9-14 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 1-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 2-7, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti).


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə