Xəbər bülleteni №21


“Bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür”



Yüklə 0,58 Mb.
səhifə23/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   20   21   22   23   24   25   26   27   28

Bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür”


28.01.2016

eli hesenov“Azərbaycanda manatın devalvasiyası və “üzən məzənnəyə” keçid zərurət idi”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC, APA və “Trend” agentliklərinə müsahibəsində belə deyib. O qeyd edib ki, bütün dünyada uzun müddətdir sürən dərin iqtisadi böhran şəraitində Azərbaycan milli manatın kursunu sabit saxlamağa, makroiqtisadi sabitliyi təmin etməyə müvəffəq olub: “Bu, cənab prezidentin sosial sferaya, insanların rifah halının daim yüksəldilməsi məsələsinə verdiyi böyük önəmin təzahürüydü. Ancaq nəinki Azərbaycan, dünyanın heç bir ölkəsi, heç bir ciddi maliyyə-iqtisadi qurum enerji resurslarının qiymətinin bu dərəcədə aşağı enəcəyini proqnozlaşdırmırdı. Azərbaycan neft ixrac edən ölkədir və təbii ki, dövlətin maliyyə sisteminin əhəmiyyətli hissəsi enerji resurslarının ixracatından əldə olunan gəlirlər hesabına formalaşır. Neftin qiymətinin 4 dəfə aşağı düşdüyü bir vəziyyətdə ölkəyə maliyyə axını kəskin azaldı və artıq manatın kursunu ehtiyatlar hesabına sabit saxlamaq lazım gəlirdi. Bu vəziyyət nə qədər davam edə bilərdi? Azərbaycan hökuməti maliyyə ehtiyatlarının tam bitməsinə yol verə bilərdimi?

Digər tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşı olan region ölkələrində az qala bir il bundan əvvəl milli valyutanın devalvasiyası və “üzən məzənnəyə” keçid baş vermişdi. Bu da Azərbaycanın xarici ticarət əlaqələrində disbalansın yaranmasına, ölkə iqtisadiyyatına investisiya axınına çox mənfi təsir göstərirdi. Üstəlik, Azərbaycan manatı dollar və avroya nisbətdə həddən artıq möhkəmlənmişdi ki, bu da müsbət hal deyildi. Hətta avronun dollara nisbətdə məzənnəsini itirdiyi bir durumda milli manatın kursunu stabil saxlamaq mümkün deyildi. Buna görə də devalvasiya və manatın “üzən məzənnəyə” keçidi barədə qərar qəbul olundu. İndiki kurs isə ədalətlidir və bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür.

Onu da qeyd etmək istərdim ki, devalvasiyanı yalnız ziyanlı bir hal kimi qiymətləndirmək düzgün deyil. Beynəlxalq praktika, ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, devalvasiya ilkin vaxtlarda əhalidə narahatlıq, ajiotaj yaradan hadisə olsa da, sonrakı mərhələdə ölkə iqtisadiyyatının və bank-maliyyə sisteminin dinamik inkişafına təkan verə bilər. Hər halda keçən ilin fevral ayında ilk devalvasiyadan dərhal sonra yaranan narahatlıq qısa zamanda keçdi və ölkənin maliyyə bazarı xüsusi çətinliklərlə üzləşmədi. Digər tərəfdən isə devalvasiya Azərbaycan hökumətinin manevr imkanlarını genişləndirdi və sosial sahədə əlavə tədbirlər görmək üçün imkanlar yaratdı.

Nüfuzlu “Moody’s” beynəlxalq reytinq agentliyinin ekspertləri də qeyd ediblər ki, Azərbaycan hökumətinin qonşu ölkələrdən sonra “üzən məzənnə” rejiminə keçidi düzgün qərar idi. Bu addım dövlət büdcəsinə əlavə dəstək oldu, daxili istehsala əsaslanan malların rəqabət qabiliyyətliyini artırmağa xidmət edir”.


Azərbaycanın xarici borcu iki dəfə arta bilər


28.01.2016

qubad-ibadogluAzərbaycanın xarici borcu iki dəfəyədək arta bilər. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu belə deyib.

Qubad İbadoğlu Britaniyanın “Financial Times” qəzetində çıxan “Beynəlxalq Valyuta Fondu və Dünya Bankı neftlə əlaqəli defoltu qabaqlamaq üçün hərəkətə keçir” yazısına əsaslanaraq bildirib ki, Azərbaycan böyük borclanmaya gedir: “Yazıdan məlum olur ki, Beynəlxalq Valyuta Fondunun nümayəndələri yanvarın 28-dən fevralın 4-dək Bakıda olacaqlar. Eyni vaxtda başqa beynəlxalq maliyyə kredit institutlarının, o cümlədən Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də Bakıda olacaqlar.

Qəzetin yazdığına görə, Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı danışıqlarda əsas məqsəd Dünya Bankından 4 milyard dollar kredit götürməkdir. Bu günlərdə Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında da 1,1 milyard dollarlıq kredit sazişi imzalanıb. Göründüyü kimi, danışıqlar uğurla başa çatsa, il ərzində Azərbaycan iqtisadiyyatına son 20 illik borcdan çox kredit cəlb oluna bilər. Ölkədə ümumi daxili məhsulun dollar ifadəsində getdikcə kiçildiyini də nəzərə alsaq, deyə bilərik ki, yekunda Azərbaycanın xarici borcu bir ildə iki dəfəyədək arta bilər”.

Lisenziyasını itirmiş bankın əmanətçilərinə kompensasiya veriləcək


28.01.2016

emanet
“Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılması prosesi yanvarın 29-dan başlayır. AZƏRTAC xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov yanvarın 28-də keçirdiyi mətbuat konfransında belə deyib.

Azad Cavadov qeyd edib ki, ümumilikdə 7 min 342 nəfər qorunan əmanətçi var, ƏSF 6599 nəfər əmanətçiyə 24 milyon manat məbləğində kompensasiya verəcək. Kompensasiyalar əmanətçilərə “Muğanbank” ASC-nin, Naxçıvanda isə “Rabitəbank” ASC-nin filiallarında ödənəcək.

Mərkəzi Bankın İdarə Heyətinin 18 yanvar 2016-cı il qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

Ekoloji effektivlik: Azərbaycan 180 ölkə arasında 31-cidir


28.01.2016

qısh 1Yel və Kolumbiya universitetləri dünya ölkələrinin 2016-cı il üçün ekoloji effektivliyi (Environmental Performance İndex) hesabatı hazırlayıblar.

Novator.az xəbər verir ki, 180 ölkə üzrə aparılan ekoloji reytinqin əsas faktorları sakinlərin sağlamlığının qayğısına qalınması, su ehtiyatlarının, təbiətin və ətraf mühitin vəziyyəti, sanitar normalara riayətdir.

Ekoloji effektivlik sarıdan Azərbaycan 31-ci sıradadır. Qonşu ölkələrdən Rusiya 32-ci, Ermənistan 37-ci, Türkiyə 99-cu, İran 105-ci, Gürcüstan 111-ci yerdə gəlir.

Reytinq cədvəlində ilk on ölkə belə sıralanır: Finlandiya, İslandiya, İsveç, Danimarka, Sloveniya, İspaniya, Portuqaliya, Estoniya, Malta, Fransa.

Siyahıda son yerlərdə Somali, Eritreya, Madaqaskar və Nigeriya qərarlaşır.

Ölkələrin ekoloji effektivliyi indeksi iki ildən bir tərtib olunur.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə