Xəbər bülleteni №21


Neftin qiymətində yeni yüksəliş



Yüklə 0,58 Mb.
səhifə26/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   20   21   22   23   24   25   26   27   28

Neftin qiymətində yeni yüksəliş


29.01.2016

neft 1Dünya birjalarında neftin bahalaşması davam edir. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,90 dollar bahalaşaraq 33,75 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,94 dollar artaraq 34,67 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli isə 1,59 dollar bahalaşaraq 35,98 dollara qalxıb.

Xəbəri yanvarın 29-da AZƏRTAC yayıb.

Zakir Həsənov Silahlı Qüvvələrdə islahatların davam etdiriləcəyini deyib


29.01.2016

Mod.gov.az-ın 28 yanvar məlumatına görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qisimləri və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, aidiyyəti üzrə kafedra rəisləri ilə keçirilən təlim toplantısında müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb, bu sahədə tədbirlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Zakir Həsənov Silahlı Qüvvələrdə aparılan islahatlar, xeyli sayda yeni hərbi şəhərciklərin açılması, ordu təchizatına müasir döyüş texnikası, silah-sursat və yeni avadanlığın daxil edilməsi barədə məlumatı da diqqətə çatdırıb. Aparılan islahatların bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir cari ilin birinci yarısında bəzi hərbi şəhərciklərdə tikinti işlərinin sona çatdırılacağını, eləcə də cəbhə zonasında tam təminatlı yeni hərbi hissələrin açılacağını bildirib: “Xidməti mənzillərlə yanaşı ilin sonunadək daha 500-dək daimi mənzilin hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Silahlı Qüvvələrin istifadəsinə ən müasir texnika və silah-sursatın verilməsi prosesi də davam etdiriləcək. Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat üstün olduğunu döyüş meydanında bir daha sübut etdi. Düşmən xeyli itki verib. Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmənə daha da sarsıdıcı zərbələr endiriləcək. Əldə etdiyimiz uğurlar xalqımızın orduya olan inamından, ali baş komandanın diqqət və qayğısından irəli gəlir”.



mntoplanti1

mntoplanti2

İqtisadiyyat naziri Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb


29.01.2016

İqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 28-i Xaçmazda ictimaiyyət nümayəndələri ilə görüşüb. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar iştirak edib.

Economy.gov.az-ın məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayonda görülmüş işlər və nəzərdə tutulan layihələr barədə arayış verib.

Görüşdə çıxış edən iqtisadiyyat naziri deyib ki, son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik, eləcə də mənfi xarici iqtisadi təsirlərin uzunmüddətli xarakter alması nəzərə alınaraq milli iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsi məqsədilə sistemli tədbirlər həyata keçirilir: “Güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar və görülən qabaqlayıcı tədbirlər, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sayəsində ölkə iqtisadiyyatının mənfi təsirlərə qarşı dayanıqlığını təmin etmək mümkün olub. Gəlirlərin azalmasına baxmayaraq bütün sosial proqramlar tam həcmdə yerinə yetirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilib, bir sıra sahələrdə çalışan işçilərin maaşları, sosial müavinətlər, əmək pensiyasının baza hissəsi artırılıb.

Özəl bölmənin inkişafı istiqamətində görülən işlər, xüsusilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir”.

İstehlak bazarına xüsusi diqqət göstərildiyini vurğulayan nazir Şahin Mustafayev süni qiymət artımının qarşısının alınması zəruriliyini qeyd edib.

Xaçmaz rayonunda dövlətin dəstəyi ilə görülən işlər barədə danışan nazir bildirib ki, rayonun 87 yaşayış məntəqəsi qazla təchiz olunub, 2 yaşayış məntəqəsinin qazlaşdırılması isə davam etdirilir: “Rayonun su təchizatı və kanalizasiya sistemi yaxşılaşdırılıb, su anbarları tikilib, kənd yolları çəkilib və ya yenidən qurulub. Hazırda Gəndab-Rusiya Federasiyası sərhədinədək avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsinin tikintisi davam etdirilir. Rayonda 44 məktəb, 2 uşaq bağçası, 11 səhiyyə və 12 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, şəhid ailələrinin və əlillərin mənzil şəraiti yaxşılaşdırılıb. Bir sıra sosial obyektlərin tikintisi hazırda da davam etdirilir. Rayonda 610-dan artıq yeni müəssisə və təşkilat yaradılıb, 14,7 mindən çoxu daimi olmaqla 21,6 mindən artıq yeni iş yeri açılıb.

İndiyədək Xaçmaz rayonu üzrə 722 sahibkara 50 milyon manata yaxın güzəştli kredit verilib. Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 hektar ərazidə “Yalama Aqropark”ı yaradılıb. Hazırda aqroparkda 100 nəfər çalışır və icrası davam edən süd emalı zavodunun, müasir istixana kompleksinin və intensiv bağçılıq təsərrüfatının reallaşdırılması 200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

Bununla belə, Xaçmaz rayonunun potensialı daha böyükdür. Rayonda süd emalı müəssisəsinin, istixana təsərrüfatlarının, intensiv taxılçılıq və bağçılıq təsərrüfatlarının, “yaşıl market”lərin və sair sahələrin yaradılması üçün real imkanlar var”.

Görüşdə əkin sahələrinin suvarılması, emal güclərinin artırılması, güzəştli kreditlərin verilməsi, kənd yollarının tikintisi, sahibkarlıq fəaliyyəti üçün torpaq sahələrinin ayrılması, turizm obyektlərinin qış mövsümündə qazla təminatı, iri fermer və taxılçılıq təsərrüfatlarının yaradılması və sair məsələlər barədə müraciətlər, problemlər və təkliflər səsləndirilib. Nazir Şahin Mustafayev bir sıra məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və reallaşdırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirib.



nazir - gorush 1

nazir - gorush 2

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə